İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə63/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   59   60   61   62   63   64   65   66   ...   142

ürəyin dayanacaq. Pori, narahat olma, deyən deyiləm”.
O isə eşitdiklərindən şoka düşmüş halda saçını yeniyetmə qızlar kimi daramış, mavi gözlərində
qəribə işartı oynaşan bu qadına baxır, ondakı cəsarətə heyranlığını gizlədə bilmirdi.
Səmoşun hamilə qalması ilə onların həyatında çox şey dəyişmişdi, Coni daha həmişə olduğu kimi
qaşqabaqlı gəzmir, arada deyib-gülürdü də. Səmoşun ehtiras yağan çöhrəsinə hamiləlik çilləri ilə
bərabər sonsuz sevinc qonmuşdu. Coni arvadının işə getməsinin əleyhinə idi, sənə olmaz, deyirdi,
ancaq Səmoş razılaşmırdı. Evdə bağrım çatlar, deyirdi, yenə fikrim qalır, Əfiylə birlikdə oluram.
Uşaq yeddi aylıq olanda məzuniyyətə çıxaram.
Ayın axırında Əfi də hamilə qaldığını dedi və ona dünyalar boyda sevinc bəxş elədi. O da əvvəlcə
dostlarına çayxanada qonaqlıq verdi. Axşam isə Conigillə birlikdə “Ağ gül”də şam elədilər.
Səmoş bəxtiyarcasına gülürdü, tezliklə uşaqlarımız, olacaq, birinin rütubətli havalarda ayaqlarının
altı göyərəcək, biri də şaxtalar düşəndə porsuq kimi qış yuxusuna gedəcək.
Əfinin də sifətində fərəh, sevinc dolu ifadə vardı, birinin də saçında üç ağ zolaq olacaq.
Restorandan çıxanda Səmoş fürsət tapıb Porinin qulağına pıçıldadı, birinin yox, ikisinin də!
Qadının astadan dediyi bu sözlər Porinin bədəninə üşütmə saldı. Onsuz da ata olacağını eşitdiyi
gündən ürəyi dolusu sevinə bilmirdi. Onu həyəcanlandıran Səmoşun hamiləliyi idi. Birdən uşağı oldu,
başında da üç ağ zolaq, onda necə olacaqdı? Vicdan əzabı da ona bir an olsun rahatlıq vermirdi, ani,
ötəri həzz üçün arvadına, dostuna xəyanət eləməsini özünə bağışlaya bilmirdi. Hamilə olduğu halda
daima onun qayğısına qalan, özündən çox onu düşünən Əfinin qarşısında özünü günahkar hesab
eləyir, qadının gözlərinin içinə dik baxmağa xəcalət çəkirdi. Coniylə olanda da buna bənzər hisslər
keçirirdi, Coni dostluqdan, qardaşlıqdan danışanda sıxılırdı.
İndi az qala saatları sayır, Səmoşun dünyaya uşaq gətirməsini sonsuz həyəcanla gözləyirdi. Uşaq ona
oxşasaydı, özünü öldürməkdən başqa yolu qalmırdı.


XV. Həkim
 
 
Oxuya bilmirdi, “sentyabr” sözünü yazanda azından iki səhv buraxırdı, zorla sinifdən-sinfə
keçirdirdilər. Müəllimlər ondan bezmişdilər. Məktəbi qurtarıb getdi, mollanın yanında altı ay oxuyub
qayıtdı. Yas məclisində üzünü keçmiş müəllimlərinə, şəhərin ziyalılarına tutub deyirdi:
– Biz üləmalar siz avamlara dedik ki...
 
***
Səkiylə adamlar gedirdilər. Dalğın baxışlı, yorğun, ümidsiz. Əyalət şəhərinin adamları yeni günə yeni
qayğılarla başlayırdılar.
Üzü gülən yox idi.
Bircə Səmoşun üzü gülürdü. Bu qıza gülmək çox yaraşırdı. Ümumiyyətlə, gülüş insanlara yaraşır.
Ağlamaq isə bir kimsəyə yaraşmır. Gülmək gözəllik, ağlamaq isə eybəcərlik rəmzidir. Səmoş gözəllik
rəmziydi, dünyaya gözəllik səpirdi.
İşə gedəndə yenə də gülərək dedi, mənə qulaq asın, iş başımı çox qatsa da, bekar durmamışam,
ərimin tayfasıyla bağlı xeyli araşdırmalar aparmışam. Coni qızarıb-bozarır, arvadına qaş-göz
eləyirdi. Səmoş isə heç vaxt onun qaş-göz işarələrinə əhəmiyyət verməzdi, nəyi danışmaq istəyirdisə,
danışardı.
– Duzəkənlərin tarixini bir az da incələdim və məlum oldu ki, heç də arvadı atıb gedən ilk duzəkən
Coni deyilmiş, ondan xeyli əvvəl də belə rüsvayçı duruma düşən duzəkən olub. Deməli, duzəkən
başqa tayfadan evlənir, arvadını da götürüb gedir şəhərə. Beş gün işləyir, iki gün istirahət eləyirmiş.
Şəhərdə yaşadığına görə şəhərlilərə oxşamaq istəyib, o iki günü arvadını şəhərə gəzməyə
çıxardırmış. Əllərini arxasında cütləyib on-on beş addım qabaqda gedirmiş, arvadı da arxasınca
gəzirmiş. Arvadı etiraz eləyir, deyir, belə olmaz. “Haçana kimi şəhərə gəzməyə çıxanda mən sənin
arxana baxacağam. Olmazmı yanaşı gəzək?” “Olmaz, – duzəkən qəti etiraz eləyir, – duzəkənlər
arvadla yanaşı gəzməzlər, kişi qabaqda getməlidir, arvad da arxasınca”.
Arvad gözəl qadınmış, cavan oğlanların diqqətini cəlb eləyirmiş. Kişi də xeyli qabaqda, arvadından
xəbəri yox. Bir dəfə də şəhərdə gəzirmişlər, yarım saat gəzəndən sonra duzəkən arxaya baxır, görür
arvadı yoxdur. Elə bilir, arvad azıb, ora qaçır, bura qaçır, soraqlaşır, gördüm, bildim deyən olmur.
Yaşlı bir kişi də onu danlayır. Deyir: “A bala, mən düz bir saatdır burdayam, sənin arxanda qadın
görməmişəm. Sən bir dön arxaya bax da. Başını aşağı salıb gedirsən, arvaddan da xəbərin yox”.
Duzəkən axtarıb yorulur. Gedib polisə şikayət eləyir, ancaq polis də arvadı tapa bilmir. Yalnız üç
gündən sonra arvad özü duzəkənə zəng eləyir, deyir: “Ay səy duzəkən, bezdim sənin arxana
baxmaqdan. Başqasını tapdım, onunla şəhəri ürəyimcə gəzirəm. Sən qayıt kəndə, öz duzəkənlərindən
biriylə evlən. Onda sən də arvadınla şəhərdə ürəyincə gəzə biləcəksən”. Bildiyim qədəriylə duzəkən
elə belə də eləyir. Hə, Coni, bundan sonra duzəkənlər səni nəslimizin adını batırıbsan deyə
günahlandırmağa başlasalar, özüm onların cavabını verəcəyəm!
Səmoş ürəkdən gülürdü. Coni isə narazı qalmışdı. “Nə yaxşı öyrənibsən, nə yaxşı yadımıza saldın.
Sözün düzü, bundan ötrü sənə necə minnətdarlıq eləyəcəyimi bilmirəm”. “Sən onsuz da minnətdarlıq
eləməyi bilmirsən, – Səmoş, həmişə olduğu kimi, etinasız halda dedi. – Buna qədər bilməyibsən,
bundan sonra da bilməyəcəksən”.


Coni necə dilxor olmuşdusa, onlar maşından düşəndə ağaclardan uçub yerə enərək yan-yörələrində
hərlənən qarğalara da əhəmiyyət vermədi. İçəridə bir qədər vurnuxdu, dolaşdı, sonda hirsi soyudu.
Buğda və pendir götürüb çölə çıxdı, yalnız qarğaları yemləyəndən sonra içəri qayıtdı.
Coni əsəbiləşəndə ara-sıra dişlərini qıcırdadırdı, amma indi elə hey dişlərini qıcırdatdı. Pori ona
irad tuturdu, sənə nə olub, müştəriləri qorxudursan. Coni də bir şey başa düşə bilmirdi, özünü ələ
alır, amma bir az keçəndən sonra yenidən dişlərini qıcırdatmağa başlayırdı. Yalnız nahardan sonra diş
qıcırdatmağa son qoydu.
Son qoyduğunu düşünürdü, amma gecəyarısı Səmoş onu silkələyib yuxudan oyatdı, Coni, dişlərini elə
qıcırdadırsan, ətim ürpəşir. Yata bilmirəm.
Səmoş onu daha iki-üç dəfə yuxudan oyatdı, sonda isə balış və adyal verib hirslə dedi, keç o biri
otaqda, divanda yat. Yoxsa məni dəli eləyəcəksən. Yuxusuzluqdan gözlərim göynəyir, gözlərimi
yummağa imkan vermirsən!
Coni belə də elədi, səhər isə arvadına deyirdi: “İndi necə olsun, bəlkə bu gecə də dişlərimi
qıcırdadacağam?” “Onda bu gecə də o biri otaqda yatmalı olacaqsan! – yuxusuzluqdan gözləri
qızarmış, sifətindən yorğunluq yağan Səmoş hiddətlə dedi. – Coni, səncə, necə olmalıdır? Bunun
xəstəxanası var, həkimi var. Get, qoy müalicə eləsinlər də! Öskürəyə baxma, məncə bu dəfə duzəkən
babalarının sınaqdan çıxmış üsulları kömək eləməyəcək”. “Nə? – Coni həkim söhbətini yaxın
qoymurdu. – Neyləyəcəklər sənin o həkimlərin? Çənəmə qıfıl vuracaqlar, ya dişlərimə plastik üzlük
taxacaqlar? Bir dəfə getdik də, bir ətək də pul verdik, xeyrimiz nə oldu?” “Coni, neyləyəcəklərini
həkimlər yaxşı bilirlər, nə taxacaqlar, nə vuracaqlar, bu onların işidir. Özün bilərsən, mən səni
məcbur eləmirəm. Getmək istəmirsən, getmə. Amma unutma, nə qədər dişlərini qıcırdadırsansa,
mənimlə bir otaqda, bir yataqda yata bilməzsən!”
İstəməsə də, getməyə məcburdu. Qadınları bağçada, Porini isə çayxanada qoyandan sonra
xəstəxanaya getdi. Girişdəki qeydiyyat şöbəsində otuz manatını aldılar və onu həkimin yanına
göndərdilər.
Coni həkimə dedi:
– Sən niyə özündən belə razısan?
– Narazı olum? – həkim çımxırdı.
– Bilmirəm, – Coni çiyinlərini çəkdi, – amma alçaq təpələri sən yaratmayıbsan.
Həkim Coniylə dalaşmaq istəyirdi, tərəddüd içindəydi, gözləri soyuq tərzdə işıldayan bu adamı döyə
biləcəyinə inamı yox idi. Düşünüb, davakar müştərisini yola verməyi qərara aldı.
– Vətəndaş xəstə, bura niyə gəlibsən? Dərdin nədir? Ağıl öyrətməyə gəlibsənsə, yanlış qapı çalırsan.
Biz özümüz başqalarına ağıl öyrədir, xarab beyinləri təmir eləyirik.
– Nəsə oxşatmadım, – Coni dedi və həkimin qarşısındakı kresloda yerini rahatlayıb oturdu. – Mən
indicə aşağıda, siz məni müalicə eləyəsəniz deyə otuz manat verməli olmuşam. Otuz manatı qazanmaq
üçün mən yüz çaynik çay satmalı oluram. Fikrimi sizə çatdıra bildimmi?
– Bildiniz, – həkim təsdiqlədi.
Coni də dərdini, gecələr yatanda dişlərimi qıcırdatdığını danışdı. Həkim heç düşünmədən dedi ki,
aydındır, səndə qurd var, yəni parazitlər. Coni karıxıb qalmışdı, məndə, parazitlər? Sən o institutda
niyə oxuyubsan? Oxuyub heç nə öyrənməyibsənsə, demək, dövlət sənin üçün havayı yerə pul
xərcləyib. Dövlətin pulunu küləyə veribsən, az imiş, mənim də pulumun başına daş saldın! Dövlət
sənə xərclədiyi pula yüz dənə inək alıb saxlayardı, azından min nəfər imkansız adama havayı yerə süd
içirdərdi. Min nəfər vətəndaşımız keyfiyyətli süd içər, sağlam həyat tərzi keçirdər, savadsız həkimlərə


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə