İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə67/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   63   64   65   66   67   68   69   70   ...   142

saldın.
Pori özünə haqq qazandırırdı, yatanda axı özümdə olmuram. Ayıq vaxtımda isə heç kim mənim kimi
şeir deyə bilməz. İstəyirsən, Füzulinin şeirini oxuyum? Məni candan usandırdı...
Əfi qorxmuş halda etiraz elədi, ağlına da gətirmə! Mən hələ gecəki şeirlərin təsirindən çıxa
bilməmişəm.
Hələ ümidli idi, iki həb də qalırdı. Yəqin, hamısını atandan sonra dərman təsir eləyəcəkdi. İkisini də
atdı, təsir eləmədi. Əksinə, üçüncü həbi atandan sonra səhər Əfi ondan soruşdu:
– Pori, Gülya kimdir?
– Gülya? – Pori tutulub qaldı, amma cavab verməliydi, Əfi baxışlarını ona zilləmişdi, cavab
gözləyirdi. – Qonşunun qızıydı. Köçüb getdilər, Coni aldı onların evini.
– Yəni mən əmin ola bilərəm də, bu Gülya sənin həyatında mənə qədər olub?
– Əlbəttə, ola bilərsən. Sonrası da, həyatımda olmaq nədir, sadəcə qonşum idi.
– Nə bilim, mənə elə gəlmədi. Yaxşı, sən niyə onun üçün pres daşıyır, hasarını rəngləyirmişsən?
– Xahiş eləyirdi də, – Pori dəhşətə gəlmişdi, demək, gecə bütün həyatını danışırmış. Aman Allah,
bəlkə Səmoş haqda da nəsə demişdi? Yox, desəydi, Əfi onu da soruşardı. – Qız uşağıydı, sözünü
yerəmi salmalıydım?
– Yox, niyə salırsan? Mənim bildiyim qədəriylə qız uşağının sözünü yerə salmayıbsan. Nə cür yəni,
indi qonşular səndən xahiş eləsələr, gedib onların hasarlarını rəngləyəcək, preslərini
daşıyacaqsanmı?
Pori cavab verə bilmədi. Ürəyində isə həkimi lənətləyirdi, əclaf adam, ona nə dərmanı yazmışdı?
Yenidən xəstəxanaya, həkimin yanına getməli oldu. Həkimin qarşısındakı kresloda oturub ona deyirdi.
Səni oxutmaqla dövlət pulunu havayı yerə xərcləyib. Sənə xərclədiyi pulla min dənə toyuq alar,
vətəndaşlara keyfiyyətli yumurta, ləzzətli toyuq əti yedizdirərdi. Olan dövlətə və mənim pullarıma
olur! Sənin dərmanın təsir eləmədi, əvvəllər vur-tut danışırdımsa, indi şeir deyirəm, bütün həyatımı
danışıram. Arvadımınsa şeirə zərrəcə də dözümü yoxdur! Başkəsən nə qanır, şeir nədir? Neyləyirsən
elə, bu dəfə təsirli dərmanlar yaz. Başa düş, bu mənim üçün ölüm- qalım məsələsidir.
Həkim də qışqırmağa başladı, belə çıxır ölkənin, dövlətin problemi elə bircə mən imişəm. Xərc
çəkib məni oxutmasaymış, vətəndaşlarına havayı süd içirdəcəkmiş, yumurta, toyuq əti
yedizdirəcəkmiş! Məni havayı oxutmayıb, mən bu şəhərin ən yaxşı həkimiyəm!
Resept yazıb verdi, dedi, get, bu dəfə dərmanı baytarlıq aptekindən alacaqsan. Üç gecə at, bəs
eləyəcək. Daha danışmayacaqsan.
– Lal olacağam? – Pori şübhəylə soruşdu.
– Yox, ayıq vaxtı danışacaqsan, yatandan sonra danışmayacaq, ölü kimi səssiz olacaqsan. Əslində,
səni lal eləməliydim. Heyif, Hippokrat andı imkan vermir.
Pori gözlərini bərəldirdi, sən məni lal eləyəcəkdin?
Həkimin üstünə atıldı, amma yumruqlarını işə sala bilmədi, hardansa güvənlik işçisi özünü yetirdi.
Bu yarımdünya onun qollarını tutmuşdu, həkimsə ilişdirirdi. Onu çölə çıxartdılar, həkim xəbərdarlıq
eləyirdi, amanın günüdür, onu güldandan uzaq tut. Hələ o dəlinin sındırdığı güldanların pulunu ödəyib
qurtarmamışam. Arxasına iki-üç təpik vur, qoy rədd olub getsin.
Güvənlik işçisi onun qollarını buraxmadan çöl qapısına kimi gətirdi, həkimin tapşırığına əməl
eləyərək arxasına iki-üç təpik vurmadı. Yalnız boynundan yapışıb itələdi, Pori az qala səkinin
kənarında dayanmış maşının üstünə aşacaqdı. Kəsilə-kəsilə qalmışdı, amma yarımdünyanın
qarşısında aciz idi.


Baytarlıq aptekinə getdi, resepti verdi. Aptekçi özünü itirmişdi:
– Sən porsuq saxlayırsan?
– Yox, özüm porsuğam.
– Aydındır.
– Nə imiş aydın olan? – Pori soruşdu.
Aptekçi isə ona cavab vermədən dərman qutusunu piştaxtanın üstünə qoyub: “İyirmi yeddi manat”, –
dedi. “Nə? – Pori qulaqlarına inanmırdı. – Bəs siz insanlığınızı çölün vəhşisinə
göstərməyəcəksinizmi?” “Göstərməyəcəyəm, – aptekçi başını yırğaladı, – o əvvəllər olub. Onda
aptekə təsadüfi hallarda heyvanlar gələrdi. İndisə gələnlərin yarıdan çoxu heyvanlardır. Mən bütün
heyvanlara dərmanı havayı versəm, müflis olaram. Sən mənim müflis olmağıma razı olarsanmı?”
“Olmaram”, – Pori dedi və pulu verdi.
Çayxanada Coni köynəyinin yaxası cırılmış, alnı sıyrılmış Porini heyrətlə qarşıladı. Nə oldu,
deyəsən, mədəni həkim aşının suyunu verib?
Pori dilxor halda dedi, Coni, sən özün səysən, bütün dost-tanışların da, oturub-durduqların da hamısı
səydir. Bilirsən, adam dəlidir, savadsızdır, məni onun yanına niyə göndərirsən? Əbləhin yazdığı
dərman kara gəlmədi! Yalan yerə bir ətək pul xərclədim!
Coni gülürdü, sənə demişdim də, onun birinci dəfə yazdığı dərmanlar təsir eləmir. Yəqin, bu dəfə
eləyər.
Doğrudan da dərman təsir elədi, daha Pori yuxuda ucadan danışmırdı. Yenidən yataq otağında yatırdı,
Əfinin onu yatağına buraxmamaq üçün bir səbəbi qalmamışdı. Di gəl, qadın buna təəssüflənirdi:
– Gərək bir həftə səni həkimin yanına göndərməyəydim. Həyatında nə qədər Gülyalar olubsa, hamısı
haqda məlumatım olardı.
 
 


XVI. Nadya
 
 
Dedin, səni isti dənizə aparacağam, isti dənizin ilıq sularında çiməcək, isti qumluqlarda uzanıb
bədənini günəşdə yandıracaq, isti sularda əks olunan aylı-ulduzlu səmaya baxacaq, qağayıların həyat
və məhəbbət haqda oxuduğu mahnılara qulaq asacaqsan. Aparmadın. Elə o gündən də yuxularımda
isti dənizi, sahil boyunca uzanıb gedən isti qumluqları görürəm. Dənizdə çimir, isti qumluqda uzanıb
bədənimi günəşdə yandırır, qağayıların nəğmələrinə qulaq asıram. Amma qağayılar həyat və
məhəbbət haqda yox, ayrılıq haqda mahnı oxuyurlar.
 
***
Havalar mülayimləşəndə Qobi həyətdə çardaq, ayaqyolu tikdirdi, su çəkdirib su çanağı quraşdırdı,
manqal, samovar, stol-stul aldı. Şəhərin kənarında mal-qoyun saxlayan bir azərbaycanlı fermerlə tanış
olmuşdu, həftədə bir dəfə fermaya gedir, toğlu alıb kəsdirirdi. Gecədən əti doğrayıb qazana yığır,
üstünə soğan doğrayır, bir az da turş şərab əlavə eləyirdi. İşdən sonra Vanyagili, yeni tanış olduğu
dostlarını dəvət eləyir, yeyib-içirdilər. Bəzən bazar günləri dükandakı işçiləri də çağırır, onlar üçün
kabab bişirirdi.
Bu müddət ərzində qonşuları ilə də tanış olmuşdu, əksəriyyəti uşaqları çıxıb böyük şəhərlərə getmiş
qocalar idi. Mehriban, xeyirxah insandılar, amma nə vaxtsa burdakı hərbi hissədə xidmət eləmiş,
özlərinimi, qızlarınımı aldatmış qafqazlılara görə Qobiyə ürək qızdırmır, onunla soyuq rəftar eləyir,
münasibət qurmaqdan çəkinirdilər. Zamanla buzlar əriyir, qonşuları ona etibar eləməyə başlayır,
gedib-gəlirdilər. Qobi kabab bişirəndə onları da çağırır, oturub yeyib-içir, qarmon çalır, qədim rus
mahnılarını oxuyur, dağılışırdılar. Onun subay olduğunu biləndə ən yaxın qonşusu, tək yaşayan
Anastasiya qarı hətta onu evləndirməyə də cəhd elədi. Amma onun çağırdığı namizədlər Qobinin əsla
diqqətini cəlb eləmədiyindən qarı təşəbbüsündən əl çəkməli oldu.
– Sənə zorla qız sevdirə bilmərəm, – dedi, – amma sənin də günahın yoxdur. İndiki qızlar sırtıq,
sürtülmüş, həyasızdırlar. Olardı öz cavanlığım, onda sənə göstərərdim, qız bəyənməmək nə olan
şeydir?! Kəndin bütün oğlanları kölgə kimi arxamca sürünürdülər.
– Bəs kimə hə dedin? – Qobi maraqla soruşdu.
– Kimə olacaq, – qarının gözlərində təəssüf ifadəsi dolaşmağa başladı, – onların içərisindəki ən
fərsizə. Eh, ay oğul, həyat bu. Onda mənə desəydilər, nə vaxtsa bu kola dolaşana qismət olacağam,
inanmazdım.
Bir dəfə işə gedəndə qarı onu səslədi, mən bacarmıram, dedi, gəl, bu hinduşkanın başını kəs.
Qobi aralıq qapıdan qonşunun həyətinə keçdi. Qarı kötüyün üstündə oturmuş, iri bir hinduşkanın
qanadlarından yapışıb saxlamışdı. Çətinliklə saxladığı hinduşkanın hər an onun əlindən çıxıb qaça
biləcəyi aydın hiss olunurdu. Hinduşkadan özü yapışdı və qarıya bıçaq gətirməsini xahiş elədi.
Qarı gözlərini döydü, bıçaq? Sən onu nə cür kəsmək istəyirsən?
Qobi də izahat verirdi. Başını qibləyə döndərəcək, bismillah deyib kəsəcəyəm Müsəlmanlar
heyvanları, quşları yalnız bu cür kəsirlər. Belədə quş murdar olmur, az əzab çəkir.
Qarı başını yırğaladı, oğlum, sənin bu danışdıqların cəfəngiyatdır. Başını kəsiriksə, quş niyə murdar
olmalıdır? Quşu sənin dediyin kimi kəssək, əzab çəkəcək. Axı quşun başını qibləyə niyə döndərirsən?
– Çünki peyğəmbərimizin qəbri qiblədədir. Bütün başlar qibləyə kəsilməli, bütün insanlar üzü


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə