İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə74/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   70   71   72   73   74   75   76   77   ...   142

həyatımda bir yox, iki qadın var. Kişilər öz impotentlikləri haqda başqalarına danışa bilmədikləri
kimi, mən də bu haqda sənə danışa bilmərəm.
Bir gün əmisi oğlu çayxanada onlara dedi, anam bu gün dükana gedibmiş, dükançı anama şikayətlənib
ki, ona borclusuz, amma vermirsiz. Anam da borcunuzu ödəyib, adınızı nisyə kitabından sildirib.
Dedi, onlara denən, bir də dükandan nisyə heç nə almasınlar, pula ehtiyacları olanda gəlsinlər, nə
qədər lazımsa, verim.
Sanki Coninin başına bir vedrə isti su tökdülər, hirslənib özündən çıxmışdı. O əbləhi öldürəcəyəm,
dükançını hədələyirdi. Niyə borclu olduğumu özümə demir, anana deyir? Əbləh ancaq qadınlara
şikayətlənir!
Əlbəttə, onu öldürməliyik, amma tədricən, Pori dedi. Daha heç birimiz onunla alver eləmirik, mən
qonşularıma deyəcəyəm, sən də de. Duzəkənlərə, tanış-bilişə də xəbər ver. Ondan sonra görək kimə
şikayətlənəcək?
Təklif Coninin başına batdı, işdən qayıdanda maşını dükanın qabağında saxlayıb siqnal verdi,
dükançı qapıdan çölə boylananda ona dedi:
– Səni öldürəcəyik.
– Məni? – dükançı inamsızlıqla səsləndi.
– Hə, səni.
– Niyə?
– Əbləhlik elədiyinə görə.
Dükançı çölə çıxdı, qapının qabağındakı balaca meydançada atılıb-düşür, əllərini oynadırdı. Səsinin
gur yerinə salmışdı.
– Siz gedib orda bir güllə sağa, bir güllə sola, iki-üçünü də ermənilərin başı üstündən atıbsız,
özünüzü qəhrəman hesab eləyirsiz? Heç gözümü də üfləyə bilməzsiz! Qəhrəman siz deyilsiz, mənəm!
Hər ay cəbhəyə on lapatka göndərirdim, orda nə qədər səngərlər varsa, hamısını mənim
lapatkalarımla qazıblar! Mənim lapatkalarım olmasaydı, əsgərlərimiz səngər qaza bilməyəcək,
ermənilər də gəlib Gəncəyə kimi çıxacaqdılar. Bilirəm, dərdiniz nədir, yaralı yerinizə şiş batırmışam!
Bəs neyləyim? Verin pulumu, heç kimə də deməyim. Siz orda kiməsə nisyə çay verirsiz?
– Biz nisyə yox, tariximiz inkişaf eləsin deyə tarix üləmalarına havayı çay veririk, – Coni
lovğalanırdı. – Onlar gəlib bizim çayxanada oturur, sinələrinə düşən uzun saqqallarını tumarlayır,
tariximizdən danışırlar və havayı çay içirlər.
Dükandan aralananda Pori gülərək dedi: “Coni, sənə məəttəl qaldım, haçansa tarix müəlliminə cəmisi
bir manatlıq çayı havayı vermişik, sən hələ də onu unutmayıbsan”. “ Necə unudum? – Coni dilxor
halda dedi. – Vur-tut bircə nəfərə havayı çay vermişiksə, onu istəsən də unuda bilməzsən”.
Evə təzəcə çatmışdı, qoca öz bağından Conini səslədi:
– Alçaq Coni, eşitmişəm, acınızdan ölürsüz, hətta dükançının da borcunu verə bilmirsiz. Mən sizin
borcunuzu ödəyərdim, amma bunu eləyə bilməyəcəyəm, çünki ölməyini istəyirəm.
– Alçaq qoca, mən tezliklə o dükançını cəhənnəmə vasil eləyəcəyəm, – Coni məmnunluqla dedi, –
sonra səni də cəhənnəmə vasil eləmək haqda düşünəcəyəm.
Coninin dediyi kimi, dükançını öldürmək işinə start verdilər. Qonşular da bu dükançıdan çox
narazıymışlar, bircə qocadan başqa hamısı can-başla onların təşəbbüsünə qoşuldular. Onsuz da bu
işdə qocanın bir faydası yox idi, o yalnız balqabaq alırdı, onu da bazardan. Qonşular deyirdilər, qoca
səhər külək qalxanda uçub bazara gedir, ordan bir balqabaq alıb qayıdır, amma qayıdanda balqabaq
ağırlıq elədiyindən uça bilmir. Taksi tutub balqabağı evə taksiylə gətirir.


Qoca görünür, dükançını xəbərdar eləyibmiş, işə gedəndə dükanın qabağına çıxıb onları səslədi:
– Veto qoyursuz, məni boykot eləmək istəyirsiz. Heç nə eləyə bilməyəcəksiz! Sizin embarqonuza heç
kim qoşulmayacaq!
– Hamı qoşulacaq, – Coni dedi, – bircə o alçaq qocadan başqa. O isə onsuz da dükanlardan heç nə
almır.
Dükançı nəyə görəsə arxayındı, əvvəlcə nə baş verdiyini başa düşmürdü, başa düşəndə isə gec idi.
Daimi müştəriləri artıq başqa dükanlardan alver eləyirdilər. Onun gətirdikləri isə qalıb xarab olur,
keyfiyyətini itirirdi. Suda boğulan saman çöpündən yapışan kimi dükançı da bir qədər çapaladı,
müxtəlif kampaniyalara başladı. Yumurtanın qiymətini yarıya endirdi, yarım illiyə nisyə verdiyini
bəyan elədi. Bütün bunların ona az köməyi dəyirdi, günü-gündən iflasa doğru gedirdi.
Çayxanada yenə də Coninin əmisi oğlu onlara qəribə xəbər verdi, bu necə olur, tanıyıb-bilənləri,
qohumları o dükandan alver eləməməyə çağırırsız, amma öz arvadlarınız orda alver eləyir.
– Ola bilməz! – ikisi də eyni anda səsləndi.
– Öz gözümlə görmüşəm, – oğlan isə dediyini dedi.
Coni çayxanada vurnuxur, qəlyançəkənləri lənətləyirdi, bununla belə, hələ də əmisi oğlunun
dediklərinə sona qədər inana bilmirdi.
Axşam Porigilə yığışanda Coni, nəhayət, sözü açdı.
– Bu doğrudurmu, siz hələ də o dükandan alver eləyirsiz?
– Doğrudur , – Səmoş təsdiqlədi.
– Bu necə ola bilər? – Coni qışqırırdı. – Biz başqalarına təbliğat aparaq, o dükandan alver eləməyə
qoymayaq, öz arvadlarımız isə gedib həmən dükandan alver eləsinlər! Küçənin adamları bizə nə
deyərlər? Bizim küçədə hörmətimiz olarmı? Haqqımızda nə düşünərlər? Siz belə eləyəndə barı bizi
düşündünüzmü?
– Düşündük, – Əfi də söhbətə qarışdı. – Coni, sən bekara qışqırma. Düşündük və sizin haqsız
olduğunuzu gördük. Adam öz halalca pulunu istəyirsə, nəyə görə ona qarşı düşmənçilik eləməliyik?
Vaxtında verin pulunuzu, o da məcbur qalıb qadınlara deməsin! Neyləsəniz də, biz haqsızlığın
yanında ola bilmərik. Biz haqqın yanında olacağıq!
Coninin ağzı açıla qalmışdı, dili söz tutmurdu. Pori də özünü itirmişdi, arvadlarının onlara qarşı
açıq-aşkar çıxacaqlarını, həm də kənar adamların yanında, təsəvvür belə eləməzdi. Eşitdiklərinə
inana bilmirdi.
– Demək, dükançı haqq imiş? – heyrətlə soruşdu.
– Bu məsələdə, hə.
– Siz də ərlərinizin yanında yox, dükançının yanında olacaqsız?
– Dükançının yox, haqqın yanında! – Əfi qətiyyətlə dedi.
Qadınlar onları tək qoyanda Coni deyirdi, bunun bircə çarəsi var, azından bir ay evə nə lazımsa,
özümüz alaq, yoxsa bunlar bizi rüsvay eləyəcəklər. Hər şeyi özümüz alandan sonra onlar nəyə görə
dükana getməlidirlər?
Belə də elədilər və təkcə Əfiylə Səmoşun dəstəyi dükançıya kömək eləmədi. Bircə ayın içində müflis
oldu. Dükanı satıb çıxıb getdi və bir daha onu görən olmadı. İndi dükanı yeni sahibi, orta yaşlı bir
qadın işlədirdi. Gülərüz, mehriban qadındı, müştəriləriylə elə nəzakətlə, mədəni rəftar eləyirdi ki,
qonşular hardasa başqa yerdə alver eləməyi ağıllarına da gətirmirdilər.
Çayxanada Coni qürurla deyirdi, biz onu öldürdük, küçəmizdən bir alçaq adam əskildi. Amma əsas
alçaq adam qalır, o da bu küçədən yoxa çıxsa, haralarasa cəhənnəm olsa, mənim üçün toy-bayram


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə