İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə76/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   72   73   74   75   76   77   78   79   ...   142

ab-havası, məscidlərdən ağlaşmaq sədaları gəlir, adamlar sinə döyüb, baş yarırlar. Mən sərxoş
vəziyyətdə onların arasına getmək, yanlarından keçmək istəmirəm”.
Axşamüstü işdən çıxıb evə qayıdanda bazarın qabağındakı meydana xeyli adamın yığışdığını
gördülər. Adamların əllərində zəncir, qəmə var idi, ucadan nəsə qışqırırdılar. Coni maşını onların
yanına verib saxladı, gedək görək bu adamlar orda neyləyirlər? Zəncirlər, qəmələr onların nəyinə
lazımdır? Mən millətimin nə iş gördüyünü öz gözlərimlə görmək, qulaqlarımla eşitmək istəyirəm.
Bunlar neyləmək istəyirlər?
Onun nə deməsini gözləmədən qapını açıb düşdü, Pori də məcbur qalıb onun arxasınca getdi. Bu
vəziyyətdə Conini tək buraxa bilməzdi. Adam dalaşmağa bəhanə gəzirdi, əli qəməlilərlə dalaşmaq isə
Coni üçün faciə ilə nəticələnə bilərdi. Onsuz da adamlar qan axıtmağa amadə idilər.
Kütləyə yaxınlaşdılar, adamları yarıb irəli keçdilər. Meydanın ortasında topasaqqal cavan oğlan
qucağında başı qırxılmış beş-altı yaşlı bir uşaq tutmuşdu. Əlində qəmə var idi. Uşaq qorxusundan
titrəyir, dartınır, ağlayır, hədəqəsindən çıxmış gözlərindən yaşlar süzülür, amma topasaqqalın əlindən
qurtara bilmirdi. Coni topasaqqala yaxınlaşıb soruşdu:
– Sən neyləyirsən? Bu uşaq kimdir?
– Oğlumdur, başını yaracağam, – topasaqqal qəməyə işarə elədi.
– Niyə? – Coninin ağzı açıq qalmışdı.
– Əzadarlıq eləyəcəyik.
– Öküz oğlu öküz! – Coni onun üstünə bağırdı. – Əzadarlıq eləyəcəksənsə, öz başını yar, uşağın
başını niyə yarırsan? Doğmaca oğlunun başını yarmağa əlin necə qalxar? Niyə uşağı şikəst eləyirsən?
Sözünü deyən kimi də bir göz qırpımında qəməni dartıb topasaqqalın əlindən aldı, topasaqqal uşağı
buraxdı, özünü itirmişdi. Uşaq da karıxıb qalmışdı, əsir, titrəyir, neyləyəcəyini bilmirdi. Yaxınlıqda
dayanmış anası özünü uşağın üstünə atdı, uşağı qucaqlayıb bağrına elə basdı ki, Pori göz yaşlarını
saxlaya bilmədi.
İndi mən sənə göstərərəm əzadarlığın necə olduğunu, deyə Coni topasaqqalın üstünə cumdu,
topasaqqal qaçır, Coni qovurdu. Əli qəməlilər onu müdafiə eləmək üçün Coninin üstünə cumanda
Pori də yanındakı pəzəvəngin əlindən qəməni alıb Coninin köməyinə qaçdı. Bu adamlar ancaq uşaq
başı yarmağa qoçaqmışlar, uşaqların qanını axıdacaqlarına görə fəxr eləyir, kişilənirmişlər. Əllərində
qəmələr olsa da, uşaqları buraxıb hərəsi bir tərəfə qaçmağa başladı. Onlara çata bilməsələr də,
qəməni kiminsə buduna, kiminsə arxasına, qıçına soxa bildilər. Meydanı bağırtı və qışqırıq səsləri
başına götürmüşdü. Adamlar nəhayət özlərinə gəldilər, onlara hücum eləyənlərin vur-tut iki nəfər
olduqlarını görüb, qarşılıq verməyə başladılar. Qəmələr onları da yaralayır, haralarınasa batırdı.
Qandan üz-gözləri, üst-başları al qırmızı rəngdəydi. Hay-küyə polislər gəldilər, yalnız onların ikisini
əhatəyə alıb tərk-silah elədilər, qollarına qandal vurub polis maşınına mindirdilər. Polis şöbəsinə
aparmaq istəyirdilər, amma yaralarından qan axdığını görüb xəstəxanaya apardılar. Burda onların
əzadarlıq eləyənlərə hücum elədiklərini öyrənən həkimlər yaralarını başdansovdu tikib, ağrıkəsici
iynələr vurdular və qorxulu heç nə yoxdur dedilər, aparın.
Onları şöbəyə gətirdilər, burda çoxlu qan itirdiklərindən özlərində olmayan onları polis kapitanı
dindirirdi. Kapitan əsəbiydi, sifəti pörtmüşdü: “Siz keçmiş döyüşçülər yalnız başımızı ağrıdırsınız.
Dindar insanların inanclarını təhqir eləyirsiniz, ictimai yerdə insanları silahla yaralayır, qanlarını
axıdırsınız. Azından hərənizə on il yapışdıracaqlar. Elə bilirdiniz, şəhərin polisi yoxdur, bildiyinizi
eləyəcəksiniz?” “Demək, şəhərin polisi var imiş? – Coni ağrılar içində inildəyərək süni təəccüblə
dedi. – Bəs onda vəhşiləşmiş ikiayaqlılar uşaqların başını yaranda, onlara analarının gözləri


qarşısında işgəncə verəndə şəhərin polisi hardaydı? Onlar uşaqların qanını axıdırdılar, gözünüz
görmürdü, biz uşaqları onların əlindən alan kimi də kəsdirdiniz başımızın üstünü? Əzadarlıq eləmək
istəyirlərsə, qan axıtmaq istəyirlərsə, niyə öz qanlarını axıtmırlar? Axı niyə qan axıtmalıdılar?” “Sən
sərxoşsan” – kapitan onun üstünə çımxırdı. – Adamlar matəm içində, ağlaşır, baş-gözlərinə döyürlər,
sənsə küpünə qədər vurursan!” “Ağlaşırlar, mənə nə? Ağlasınlar, mənsə ağlamıram. Nədi, zorla
ağladacaqsız?” “Lazım gələr, ağladarıq!”
Onları dəmir barmaqlıqların arxasına salıb, qapısını bağladılar. Coni dilxor idi. Nahaq sənə qulaq
asmadım, pərt halda dedi, özümü də işə saldım, səni də.
Pori onu məzəmmətlədi. Coni, nə danışdığındır?! Həyatımızda ilk dəfə insanlıq adına bir iş gördük.
Mən dilsiz-ağılsız, bizim qarşımızda heç bir günahı olmayan heyvanların başının kəsilməsinin,
qanlarının axıdılmasının əleyhinəyəm. Amma belə heyvanların sevə-sevə qanlarını axıdaram. Fikrin
nədir, biz baxacaqdıq, onlar da gözümüzün qarşısında uşaqları şikəst eləyəcəkdilər?
Coni dostuna minnətdarlıq hissiylə baxdı, ona yaxınlaşıb əlini möhkəmcə sıxdı. Pori, dedi, ürəyimə
damıb, mənimki bura qədərmiş. Nənəm dünyasını dəyişənə qədər hər səhər yuxudan oyanan kimi məni
yanına çağırar, deyərdi. Coni yuxuda gördüm ki, bir sürü adam düşüb üstünə, səni qəmə ilə yorturlar.
Növbəti səhər yenə çağıranda getməzdim, deyərdim, ay nənə, onsuz da bilirəm, bir sürü adam üstümə
düşüb qəmə ilə yorturmuş. Nənəm hirslənərdi, Coni, sən zarafat eləmə, deyərdi, sənin əcəlin qəməylə
gələcək. Arvada inanmamışdım, amma düz deyirmiş. Mənim başım hərlənir, deyəsən o tərəflərə üz
tuturam.
Elə bu vaxt dəmir barmaqlıqların qarşısında şöbənin rəisiylə bayaq onları dindirən kapitan göründü.
“ Həmən qəhrəmanlardır, – kapitan qürurla məlumat verdi, – gətirib atdıq içəri”. “Qəhrəman
deyirsən, sonra da içəri atırsan. Haçandan ölkədə qəhrəmanları içəri atırlar? Buraxın, getsinlər”.
“Yoldaş polkovnik, – kapitan səhv eşitdiyini, ya da rəisin işin nə yerdə olduğunu bilmədiyini güman
eləyirdi. – Bunlar yeddi-səkkiz adamı yaralayıblar, ictimai yerdə. Prokuror zəng eləmişdi, şəhərin
başçısı da bilir”. “Kapitan, burda əmri mən verirəm! Buraxın, getsinlər! Bu şəhərdə ağlı başında olan
cəmisi iki nəfər var, onları da gətirib içəri ataq, şəhər dəlilərin ümidinə qalsın? Gözün görmür, onlar
da yaralıdılar. Bu vəziyyətdə maşın sürə bilməzlər, qoy polislərdən biri onları öz maşınlarıyla evə
aparsın. Sənə qəti tapşırıram, əmr eləyirəm, harda kimisə qəməylə uşaq başı yaran görsən,
xəbərdarlıq eləmədən alnının ortasından vur! Əlin əsməsin, düz alnının ortasından! Aydın oldumu?”
“Oldu, yoldaş polkovnik!”
Kapitan qapını açıb onları buraxdı, amma sözünü də dedi, rəis də olsa, dedikləri onun öz fikridir.
Mən elə düşünmürəm ki, şəhərdə cəmisi ağlı başında olan iki nəfər var. O iki nəfərin məhz siz
olduğunuzu isə heç düşünmürəm.
Onlar döyükür, hələ də azad olduqlarına inana bilmirdilər. Maşına oturanda Coninin qaşqabağı
açıldı. Rəisə minnətdarlıq eləyirdi, mənim polisdən zəhləm gedirdi, amma, görünür, onların içində də
insanı, vicdanını itirməyəni var imiş.
Pori isə özündə deyildi, yaraları nə qədər incitsə də, bayaqkı mənzərəni, tir-tir əsən uşağı, uşağı
bağrına basan ananı unuda bilmirdi. Dodaqları titrəyən, kirpiklərindən göz yaşı damlaları sallana
qalan uşaq, sifəti ağarmış, baxışlarından dəhşət, ümidsizlik yağan ana gözləri qarşısında dayanmışdı.
Cavan, bığ yeri yenicə tərləyən bir polis Coninin maşınıyla onları evlərinə gətirdi. Porigildə
düşdülər, Səmoş da burdaydı. Coninin dalaşıb evə gəldiyi çox olmuşdu, amma bu vəziyyətdə ilk dəfə
gəlirdi. Üstəlik Porinin də onunla eyni gündə olması, qandan sifətlərinin belə seçilməməsi qadınları
hədsiz qorxutdu. Daha dözümlü, iradəli olan Əfi belə özünü itirmişdi, sizə nə olub? Sizi kim bu hala


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə