İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə78/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   74   75   76   77   78   79   80   81   ...   142

- İkisi də olacaq!
Kişi dedi və sanki onu yel götürüb apardı, arxasınca boğanaq fırlanırdı. Çox çəkmədi qayıdıb gəldi,
iki iri sellofan torbanı stolun üstünə qoydu. Meyvələri, şirələri çıxarıb stolun üstünə düzürdü. Bu
meyvələr, ye, zəhərrən! Bu şirələr, iç, zəhərrən! Coni hanı qurdlu almalar? Coni and olsun Allaha,
and olsun babalarımın goruna, xəstəliyin, yataqda olmağın girdi qanının arasına. Yoxsa nə zollardım!
Heç xəstəliyinə-filana da baxmazdım, arvadla Səmoş düşəcəklər üstümə. Guya çənəni laxladıram,
guya bir tərəflərini şikəst eləyirəm. Coni, bəs zollamayım neyləyim? Bir tərəflərini şikəst eləməyim,
neyləyim? Coni, bir də xəstəxanaya düşəsən, lap elə düşüb öləsən, yanına gəlsəm, nakişiyəm! Soni,
yanasan, üstünə bir damcı su atsam, oğraşam!!!
Kişi otaqda elə sürətlə gərdiş eləyirdi ki, Pori Coniyə görə narahat olmağa başladı. Belə gedərsə,
zollayacaqdı. Coninin də əvvəlki canı yox, onsuz da himə bənddi. Yəni bu hesabla qayınpedərinin
Coniyə axırıncı zollamağı olacaqdı. Onun da heyi-hərəkəti yox idi, mane ola. Amma görünür kişi
kimdənsə keçə bilmədi, ya da bu vəziyyətdə Coniyə əli qalxmadı. Yenə də kişini yel, boğanaq
götürüb apardı.
Bir azdan Porinin böyük qaynı gəldi, sifətində çaşqınlıq var idi. Burda nələr olur, dedi, Coninin
qayınatası deyəsən aşağıda mühafizəçiyə kuvaltla vurub, qol-qabırğası əzilib. Polisə şikayətə getmək
istəyirdi, bir təhər razı salmışıq. Deyir, bir ay işə çıxa bilmərəm, baş həkim də ona bir aylıq icazə
verdi, cibinə də pul qoydu. Bu kişi ağlınımı itirib? Sizə nələr olur, niyə quduz olub düşübsüz
camaatın üstünə?
Coni yana-yana dedi, o dediyndən onda yox idi, itirə də. Kuvalt-filan nədir, yumuqla vurub. Onun
yumruqları kuvaltdan betərdir, hara vurursa, ordan ot bitmir. İkisini zollayıb, mühafizəçi bir ay işə
çıxa bilməyəcək. Bəs mənim üçün necəsiz? Danışanda da deyirlər, Coni günah səndədir. Qaşınmayan
yerdən qan çıxardırsan! İndi gördüz qanı çıxardan kimdir? Ağlım yoxdu da, niyə atdım o qəməni?
Olaydı burda, soxaydım pedərin qarnına, ondan sonra görüm necə zollayacaqdı!
Səmoş da gəldi, onlara nahar gətirmişdi. Stolun üstündəki meyvələri, şirələri atasının gətirdiyini
eşidəndə Conini məzəmmətlədi, hey kişinin arxasınca danışır, qədrini bilmirsən. Amma düz bir
aylığına bəs eləyəcək qədər meyvə, şirə gətirib.
Kaş gətirməz olaydı, Coni yana-yana dedi, bilirsən bu şirələr, meyvələr bizə neçəyə başa gəlib?
Başkəsənləri də işə salıb. Zollayıb aşağıdakı mühafizəçiyə, yazığı şikəst eləyib. Yaxşı ki, baş həkim
onların qohumudur, yoxsa qayınpedərin səsi indi türmədən gəlirdi. O mənim üçün yox, bu halımla
mən onun üçün meyvə, şirə aparardım. Hələ bəxtim çəkdi, inanmayacaqsan, amma bir az bundan
əvvəl taleyim tükdən asılıydı. Adamda qəlb yox, baş yox, mənə də zollamaq istəyirdi. Bu halımda,
xəstə yatağımda! Mənə inanmırsan, Poridən soruş!
Səmoş isə heç nə soruşub eləmədi, stolun üstündə süfrə açdı, yeyin, bir azdan Əfi gələcək, çayı o
verər, deyə çıxıb getdi. Pori hədsiz heyfisləndi, yəqin Coni hirsləndirməsəydi hələ bir az qalacaqdı.
O isə burda, bu xəstəxana palatasında Səmoşdan başqa heç kimi görmək istəmirdi.
Yeməklərini yedilər, Əfi də gəldi, süfrəni yığışdırıb çay dəmlədi. Qabaqlarında armudu stəkanlarda
çay buğlanırdı, Coni də limon ağacına yanıqlı-yanıqlı baxırdı. Belə də iş olar, limon ağacı bircə
addımlığında ola, özü sənin hüzuruna gələ, sənsə bir onun dadına baxmayasan. Həm də eşitmişəm
əsəblərə yaxşı gəlir. İndi necə olsun? Yox, özümlə bacarmadım, öldürsə də içəcəyəm, deyə ağacdan
bir limon kəsdi, onlar nə qədər desələr də qulaq asmadı, doğrayıb atdı stəkanına. Ləzzətlə içirdi, bu
başqa məsələ, yalnız belədə qayınpedərimin səsi qulağımdan gedər.
Stəkanı yerinə qoyandan sonra gözlərini döyərək Poriyə baxmağa başladı və birdən oturduğu stulda


sürüşüb yerə dəydi. Əfi düyməni basıb həkim çağırdı, Conini qaldırıb yatağına uzatdılar. Həkim heç
nə başa düşə bilmirdi, bunun qanı niyə birdən-birə belə düşüb? Birdən gözü stəkandakı limona
sataşdı və hər şeyi anladı. Tibb bacılarına göstəriş verdi, limon ağacını aparın burdan, yoxsa bu adam
başına oyun açacaq.
İynə-dərman hesabına özünə gəlib gözlərini açan Coni yazıq-yazıq deyirdi, hamısı qayınpelərin
ucbatından oldu. Məni hirsləndirməsəydi limon ağacına yaxın da düşməzdim. Bizə xeyri bu oldu, iki
alma gətirib, iki dənə də mənşəyi şübhəli şirə, əvəzində limon ağacımızı apardılar. Xəstəxana
havasından zəhləm gedir, limonun hesabına o havanı hiss eləmirdim. Gəl indi döz.
Xəstəxanada bir həftə yatıb çıxdılar. Bu bir həftədə çayxananı Bilo işlətdi, özü də gedə bilməyəndə
işçilərindən birini göndərirmiş.
Məhərrəm ayında Coni ilə qocanın arasında heç bir münaqişə olmadı. Qoca bağda işləməyə,
qaçmağa, uçmağa son qoymuşdu, səhər tezdən bağa düşür, ağacların arasında addımlarını iri-iri
ataraq gəzir, sağ əlini sinəsinə vuraraq “Ağam vay! Ağam vay!” deyirdi. Hətta Coni onu çağırıb nəsə
soruşanda da cavab vermir, Conini tərs-tərs süzməklə kifayətlənir, gərdişindən qalmırdı.
Məhərrəm ayından sonra qohumlar uşaqların adqoydusuna yığışdılar. Bütün qəlyançəkənlər
gəlmişdilər, dedilər, ağır ayların çıxmasını gözləyirdik, uşağa ad qoymalıyıq. Yedilər, içdilər,
qəlyanlarını çəkdilər və qərarlarını elan elədilər:
– Biz istəyirik, uşağın adı Mərənd olsun.
– Biz, yəni kim? – Coni soruşdu.
– Qəlyançəkənlər.
Coni bu adamlara baxır, istehzayla gülümsəyərək başını yırğalayırdı. “Siz qarışdırırsız,
qəlyançəkənlər öz tayfalarının uşaqlarına ad qoya bilərlər. Duzəkənlərin uşaqlarına yox. Uşaq
duzəkənlər tayfasındandır, adını da duzəkənlər qoyacaq, yəni mən. Mən də adını Dəniz qoyuram”.
Qayınpedəri qaşqabaqağını tökdü, qəlyanına od vurub yandırdı və dedi: “Coni, biz uşağın adını ona
görə Mərənd qoyuruq ki, bizim ulu babamız Mərənddən, Ərdəbil ətrafındakı dağdan gəlib. İstəyirik,
uşaq babamızın ordan köç eləyib bu dağa gəlməsini adıyla yaşatsın. Bəs sən niyə uşağın adını Dəniz
qoyursan? Duzəkənlərin dənizlə yaxından-uzaqdan əlaqələri yoxdur. Əgər dostunuz Qobi oğluna
Dəniz adı qoysaydı, onu başa düşmək olardı. Onun babaları dənizdən gəlmişdilər. Dənizin nə sənə, nə
də babalarına aidiyyatı yoxdur”.
Coni qayınpedərinə həyəcanla baxırdı, nədir, indi razılaşmasam, bu yenə də ayağa sıçrayacaq, utanıb
qızarmadan atılıb düşəcək, çiyinlərini oynatmağa başlayacaq? Öz evinə fikri getməsin, əyər oğraş
yenə də atılıb-düşməyə, yumruq oynatmağa başlasa, Poridən tüfəngi alıb rəis deyən kimi, düz alnının
ortasından iki güllə vurmasam, qoy onda dünyanın ən axırıncı adamı olum!
Qohum sarıdan mənimki gətirmədi, Coni narazılığını bildirdi. Ora-burama qəmə soxdular, ölüm
ayağına gəldim. Dostumla bir yerdə xəstəxanada yatdıq. Onunkular gəldi, min dillə dindirdilər, nə
lazım oldu, anında özlərini yetirdilər. Mənim qayınpedərim gəldi, iki alma gətirdi, iki kardon qutu da
şirə. Ye, zəhərrən, iç zəhərrən, yansan da üstünə su atmayacağam! Şərəfsizəm, əyər o meyvəyə, şirəyə
toxundumsa! Hamısını payladım xəstəxana işçilərinə. Yansam da üstümə su atmayacaqsansa, niyə
mənə dəyməyə gəlirsən? Gəldin də nə oldu? Hələ bir o vəziyyətdə yenə də zollamaq istəyirdi. Mənə
zollamadı, mühafizəçiyə zolladı, məni başkəsənlərin yanında gözü kölgəli elədi. İndi də gəlib oturub
ocağımın başında, oğluma ad qoyur. Mənim oğluma siz nəyə görə ad qoymalısız?
Səmoş söhbətin məcrasından çıxmaq üzrə olduğunu başa düşdü, anında müdaxilə elədi, amma öz
tayfasına irad tutmaq əvəzinə, onun üstünə düşdü: “Mənim fikrimi niyə soruşmursan, uşaq təkcə sənə


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə