İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə85/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   81   82   83   84   85   86   87   88   ...   142

– Coni, sən orda qarğa qəbiristanlığı yaradacaqsan.
– Fikrin nədir? – Coni hirslənirdi. – Zavallı quşları basdırmayım?
– Zavallı quşları basdırmağa ehtiyac yoxdur, – Səmoş deyirdi, – aparıb zibilliyə atsan, kifayətdir. Yer
üzündə quş qəbiristanlığı yoxdur. Səndən başqa bir kimsə ölən quşları dəfn eləmir.
Coni ona qulaq asmır, bildiyini eləyirdi. Bu haqsızlıqdır, deyirdi, niyə itləri basdırırlar, amma quşları
yox? Mən bununla barışa bilmərəm, məndən başqa bir kimsənin ölən quşları dəfn eləməməsi mənim
üçün əsas ola bilməz, mən öz quşlarımı basdıracağam!
Sağ qalan qarğaları zəhərdən qorumaq üçün həyətə, ağacların arasına səpdiyi zəhəri yığışdırdı amma
qarğaları xilas eləyə bilmədi. Zəhərlənən siçanlar özləriylə birlikdə zəhəri bütün bağa səpmişdilər.
Ölü siçanları yeyən qarğalar zəhərlənərək ölürdülər. Coni də ölü qarğanı aparıb quş qəbiristanlığında
basdırırdı. Ağacda yeddi qarğadan cəmisi biri qalmışdı. Coni qarğanı arvadına göstərərək deyirdi:
– Səmoş, bax! Gör ağaca necə məğrurcasına qonub. Bu qarğa ölməyəcək, yaşayacaq.
– Zəhər altısını öldürübsə, yeddincisini də öldürəcək, – Səmoş onunla razılaşmaq fikrində deyildi,
ümumiyyətlə, ər-arvadın fikirləri nadir hallarda üst-üstə düşürdü. – Coni, qarğaları sən öldürdün.
Səfeh başına siçanları zəhərlə öldürmək kimi səfeh fikirlər gəlməsəydi, qarğalar o ağaclara hələ
bundan sonra da neçə illər məğrurca qonacaqdılar.
Bu qarğa da öldü. Elə o biri qarğa həmcinsləri kimi təpəsi üstə ağacdan yerə gəldi. Coni qarğanın
yanında bir xeyli dayandı, siçanlara zəhər qoyduğu günü də, özünü də lənətləyirdi. Niyə Poriyə qulaq
asmadı? Qulaq assaydı, indi həyətdə siçan yox idi, qarğaları da sağ-salamat idi.
Sonuncu qarğanı da aparıb quş qəbiristanlığında basdırdı. Əllərini yuyub hasarın dibində oturdu.
Siqaret çıxardıb yandırdı. Acı tüstünü ciyərlərinə çəkir, bomboş qalmış ağaca qəlb ağrısıyla baxırdı.
Qoca da çəpər üstə gəlib Conini cırnadırdı. Coni, nə qədər yazsam, desəm də, nə polis, nə də sən bir
çarə tapmadız, bu qara şeytanların səsini kəsə bilmədiz. Sonda yenə də ana təbiət özü məsələyə
əncam çəkdi. Yaxınlarda sənin də məsələnə əncam çəkəcək!
Coni dilxor idi, qocaya cavab verməyə belə həvəsi yox idi. Həm də mənasız idi. Bu qədər qəlbsiz
insan olarmı? İnsanların ölümünə sevinən, onların ehsanını yeməklə keçinən birisi quşlaramı
acıyacaqdı?
Koramallar daha Porigilin həyətində siçan tapa bilmədiklərindən qonşu həyətlərə keçdilər, çox
çəkmədi, Coninin də həyətində siçanların kökünü kəsdilər. Sanki koramalların getməsini
gözləyirmişlər, həyətdə qara ilanlar görünməyə başladı. Əfi narahat deyildi, ilanları vecinə almadan
həyətdə gəzib-dolaşırdı, Pori isə ilanların evə də girib, oğlunu sancacaqlarından ehtiyat eləyirdi. Ən
əsası da “Sizin həyətinizdə ilanlar qaynaşır” deyə daha gecələr Səmoş onlara gəlmirdi. Axtardı,
amma şəhərdə ilan mütəxəssisi olmadığı məlum oldu, ilanları həyətdən necə qovmaq haqda kimdənsə
məsləhət ala bilmədi.
Yenidən meşəyə üz tutdu. Meşədə kirpi bol idi. Dörd dənə kirpi tutub gətirdi. Kirpilər həyətə
buraxılandan az sonra ilanlar həyətdən yoxa çıxdılar. İndi də Coni şikayətlənirdi, sən orda neylədin,
ilanların bizim həyətə daraşıblar? Həyətdə gəzə, otura bilmirik, dünən Səmoş evin içində ilan görüb.
Hamısı bizim həyətdədirlər, biri də qoca idbarın həyətinə keçmir. Adam ilanları ovsunlayıb.
Pori yenə də çiyinlərini çəkdi, neyləyə bilərəm? Gəlib sənin üçün ilan tutan deyiləm. Həm də mən bu
işi bacarmıram, bunun üçün mütəxəssis lazımdır. Amma kirpilərimdən borc verə bilərəm.
Coni koramal borc almaqdan imtina eləmişdi, amma kirpilərdən imtina eləmədi. Pori üç dənə kirpi
tutub ona verdi. Birini evdə saxlayın, qoy ilanlar evə girə bilməsinlər, ikisini də həyətə burax.
Kirpilərin sayəsində Coninin də həyətindən ilanlar yoxa çıxdılar. Əvvəlcə ilanlar getdi, sonra da


kirpilər. Çöl varlıqlarının hücumu isə ara vermirdi. Bir gün səhər tezdən həyətdəki şehli otların
arasında gəzən Əfi qışqıraraq evə qaçdı, otların arasında qara qurdlar görmüşdü. Əfi qurdlardan
iyrənirdi, gördümü, əti çimçəşirdi.
Pori gedib baxanda gözlərinə inanmadı, çəmənlik çoxlu ayaqları olan uzunsov qurdlarla örtülmüşdü,
otları yeyirdilər, artıq ağac yarpaqlarına da daraşmışdılar. Əfi yenə də zəhər çiləməyi məsləhət
görürdü, başkəsənlər nəslinin nümayəndəsi zəhərləməkdən başqa mübarizə vasitəsi bilmirdi.
Pori razılaşmadı, zəhər çilədik, sabah özümüz orda necə gəzə bilərik? Zəhər suyla, havayla qanımıza
keçəcək, qonşuları da zəhərləyəcək. Coni də çilədi, amma siçanlara bir şey eləyə bilmədi, qarğalarını
öldürdü.
Pori qırmızı kərpic, sement, taxta aldı, öz əlindən gəlirdi, həyətdə hin tikdi. Hinə qonşuluqdakı ustaya
qapı düzəltdirdi və Əfiyə dedi, qardaşlarına de, qoy bizim üçün iyirmi dənə toyuq göndərsinlər.
Denən borc istəyirik. Toyuqlar yumurtlayar, basdırarıq, cücələr çıxıb böyüyəndən sonra qardaşlarının
toyuqlarını qaytararıq. Mən başkəsənlərə borclu qalmaq istəmirəm. Həm də bundan sonra bizə
yumurta, toyuq da göndərəsi olmayacaqlar. Öz toyuqlarımız, yumurtamız olacaq.
Əfi toyuq saxlamağa həvəslə razılıq verdi, qardaşlarına dedi və həmişə olduğu kimi, başkəsənlər heç
nə soruşmadan səhərisi iyirmi dənə toyuq gətirdilər. Qırmızı, qara, çil-çil toyuqlar həyət-bacaya
çökən sükutu pozdular, ağacların arasında toyuqlar qaqqıldayır, xoruzlar banlayırdı. Səhər tezdən
yuxudan xoruz banına oyanırdılar. İlk günlər Pori toyuqlara dən vermirdi, tox olsaydılar, qurdlara
yaxın düşən deyildilər. Əfi inanmasa da, toyuqlar tezliklə həyətdəki vəziyyətə tam nəzarət eləməyə
başladılar. Qurdları, cücüləri, həşəratları, çəyirtkələri yedilər, hardansa azıb gələn ilanları da həyətə
buraxmır, həyətin sahibi olduqlarını hər vasitə ilə bütün canlılara hiss elətdirirdilər. Çəmənlikdə
gəzən, dən axtaran toyuqlara baxmaq Poriyə ləzzət eləyirdi. Ona ən çox ləzzət eləyən isə hər səhər
balaca həsir səbəti götürüb hinə getmək, ordan yumurtaları yığıb gətirmək olurdu. Daha çayxanaya da
yumurta almır, evdən aparırdı.
Qurdlar Conigilin də həyətinə daraşmışdılar, Coni neyləyəcəyini bilmirdi, amma qurdların qarşısını
toyuq saxlamaqla almağın mümkün olduğunu öyrənəndə bu dəfə tərslik eləmədi. Onsuz da ara-sıra
bazardan cücəli toyuq alırdı, hazır hini də var idi. Bazardan beş-altı toyuq-cücə aldı, beş dənə də
onlar verdi. Həm də bu sahədə artıq təcrübə toplamış Porinin məsləhətlərinə qulaq asırdı. Toyuqlara
dən vermirdi, ac toyuqlar isə həyətdə, bağda qurdlara, digər həşəratlara divan tuturdular.
Aradan bir qədər keçmiş yeni qarğalar gəlib Coninin qovaq ağaclarında məskən saldılar. Ölən
qarğaların yuvalarına sahib çıxdılar. Coninin sevinci sonsuz idi, təzə gələn qarğalar üstə əsirdi, nəyi
də unutsa, onlara çörək, pendir almağı heç vaxt unutmurdu. Səhərlər, axşamlar qarğalarını dənləyir,
toyuqlar isə yadına da düşmürdü. Elə belə də demişdi, Səmoş, toyuqlar sənlikdir, onları qurdlara
görə almışdıq. Artıq qurdlar yoxdursa, onları saxlamağın da bir mənası yoxdur. Həftədə bir kisə dən
tıxışdırırlar, çayxanada işlərimiz əyilib, bu tərəfdən də toyuqları boynumuzda oturtmuşuq.
Səmoş ərini məzəmmətləyirdi, Coni, sənin çayxanadakı işlərin həmişə əyri olur, düzələn vaxtını
görmədik. Toyuqlara aldığımız dənin pulu artıqlaması ilə çıxır, daha dükandan yumurta almırıq. Sən
toyuqları yox, qarğaları boynunda oturdubsan. Nəyə kardılar? Yumurtalarını yeyirik, ya ətlərini? Bir
sürüsünü burda saxlayırsan, bir sürüsünü çayxanada. Sənin qazancın heç onları yedizdirməyə çatmaz.
Porigildə isə vəziyyət başqaydı, Pori Əfini toyuq hininə yaxın buraxmırdı, hər səhər hini təmizləyir,
toyuqlara dən səpir, su verirdi. Xəstələndilərmi, həkim çağırır, aptekdən dərmanlarını alır, hini
dərmanlayır, su qablarına dənlə birlikdə xırda doğranmış sarımsaq tökürdü. Toyuqlar kürt düşəndən
sonra basdırdılar, cücələr çıxdı, bir qismini xəstəlik öldürsə, Coninin qarğaları çırpışdırsa da, artıq


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə