İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə89/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   85   86   87   88   89   90   91   92   ...   142

yaşayır, onlar İsrail vətəndaşlarıdır. Çoxu da bu torpaqlara keçən əsrin 20-40-cı illərində gəliblər.
Ərəblərlə bütün müharibələrdə İsrail öz vətəndaşları olan ərəblərə qarşı zorakılıq eləməyib, onları
özünün digər vətəndaşlarından ayırmayıb. İsraildə ərəblər əkib-becərir, qurub-yaradır, dövlət
işlərində işləyirlər. Amma başqa ölkələrdə bu mümkündürmü?
İkinci Dünya müharibəsində Fransa öz ərazisində yaşayan bütün almanları həbs düşərgələrinə
yerləşdirdi, halbuki onlar qaçqın idilər. Fransa işğal olunandan sonra isə onların hamısını nasistlərə
təhvil verib, birbaşa ölüm makinasının ağzına atdılar. SSRİ bütün alman vətəndaşlarını Qazaxıstana
köçürtdü. Amerikada Yaponiya ilə müharibə ərəfəsində beş yüz min ABŞ vətəndaşı olan yapon həbs
olundu. Amerika ərazisində müharibə aparılmasa da, müharibə vaxtı yaponlar həbs düşərgələrində
oldular. İsrail isə bütün müharibələrin onun kiçik ərazilərində aparılmasına baxmayaraq, öz ərəb
vətəndaşlarına qarşı bu kimi üsulları tətbiq eləmədi. Axı nəyə görə ərəb İsraildə gəzə, dükanlardan
alver eləyə, restoranlarda yeyib-içə bilər, amma yəhudi ərəb ölkələrinə gedə, orda yaşaya bilməz?
Pori ona qulaq asır, heyrətlə çiyinlərini çəkirdi. Beləydisə, bəs onda bu iki xalq arasında düşmənçilik
hardan qaynaqlanırdı? İbo onun çaşqınlıq içində olduğunu görüb sözünə davam elədi:
– İkinci Dünya müharibəsindən sonra SSRİ Şərqi Prussiyanı özünə birləşdirərək, almanları ordan
təmizlədi, Saxalin adasını özünə birləşdirib yaponları ordan təmizlədi. Çexoslovakiya almanları
Sudet vilayətindən, Polşa Sileziyadan deportasiya elədi. Abxazlar da gürcülərlə müharibədən sonra
bircə dənə də gürcünü öz torpaqlarında yaşamağa qoymayıb hamısını qovdular. Ermənistan böyük
dövlətlərin, xüsusilə də Rusiyanın köməyi ilə Qarabağı, Azərbaycanın digər ərazilərini işğal eləyərək
ordakı bütün azərbaycanlıları qovdu, öldürdü, əsir götürdü. İsrail isə 1967-ci ildə altı günlük
müharibədə İudeyanı və Samariyanı azad eləyəndən sonra bircə ərəb ailəsini belə işğaldan azad
olunan torpaqlardan qovmadı. Bircə məscidi belə dağıtmadılar, hətta yəhudilərin evlərini tutmuş
ərəbləri belə ordan çıxartmadılar. Səndən soruşuram, indi Ermənistanda olan minlərlə məscidinizdən
neçəsi salamatdır? Minlərlə müsəlman qəbiristanlıqlarından neçəsi viran qalmayıb? Bu ölkədə neçə
azərbaycanlı yaşayır? Ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri yəhudilər hansısa
xalqa qarşı törədiblərmi? Ermənistan üç Fələstin ərazisi qədər ərazini işğal eləyib, Fələstinin əhalisi
qədər adamları öldürüb, didərgin salıb. Bəs onda nəyə görə az qala bütün müsəlman ölkələri
Ermənistanla dostluq eləyir, orda səfirlikləri var, ticarət əlaqələri var, Ermənistana silah satır, yardım
eləyirlər, ermənilər bütün müsəlman ölkələrində rahatca gəzib-dolaşır, işləyir, yaşayırlar, amma
yəhudilər düşmən olurlar?
– Mənə elə gəlir, bunda sizin də günahınız var, – Pori dedi, – şəxsən mən sənin bu dediklərini ilk dəfə
eşidirəm. Dünyanın pulu sizdə, bir qədər xərc çəkin, bütün bunları yazın, müsəlman ölkələrində
oxusunlar. Onda hamı işin nə yerdə olduğunu başa düşər.
– Haqlısan, biz bu işə barmaqarası baxırıq. Ona görə də müsəlmanların çoxu İsraili özlərinin
düşmənləri kimi görürlər. – İbo fikirli halda deyirdi: – Nə qədər bu iki qədim xalq arasında
müharibələr, iğtişaşlar ara verməyib, sülh, əmin-amanlıq bərpa olmayıb, dünyada sülh olmayacaq.
Dünya yeni-yeni, daha qorxunc müharibələrə səhnə olacaq. Dünyanın taleyi yəhudilərin və ərəblərin
əlindədir.
– İbo, deyirsən, yenə müharibə olacaq?
– Olacaq, – İbo təsdiqlədi.
– Harda?
– Qədim xalqların yaşadığı torpaqlarda. Sonra da bütün dünyaya yayılacaq.
Qar iki gün yağdı, bu iki gündə də İbo ona İsrail, yəhudilər, yəhudilərin adət-ənənələri haqda danışdı.


İsrailin tarixi ərzində dəfələrlə işğala məruz qalmasından, dünyanın hər tərəfinə səpələnmələrindən,
yəhudilərin yalnız yəhudi olduqlarına görə Azərbaycan və Türkiyədən başqa, yaşadıqları bütün
ölkələrdə öldürülmələrindən, zorakılığa, təcavüzə, dünyanın ən qəddar soyqırımına məruz
qalmalarından. Pori bunları ilk dəfə eşitdiyindən maraqla qulaq asırdı.
Qar sakitləşəndən sonra oyuqdan çıxdılar, xeyli yağmışdı, dizə qalxırdı. Meşəyə gedib odun gətirmək
çətin olduğundan oduna qənaət eləyir, çay dəmləyib balıq bişirəndən sonra daha ocağa odun
atmırdılar. Altıncı gün İbo ancaq balıq tutdu, içlərini yarıb təmizləyir, qarın içinə yığırdı.
Gecə yatdılar, səhər tezdən isə oyanıb getmək üçün hazırlıq görməyə başladılar. Gecəni qarın içində
qalmış balıqlar donub qaxaca dönmüşdülər. Yalnız yolda yemək, çay içmək üçün bəs eləyəcək qədər
qənd, çay, suxarı götürüb, qalan nə ərzaq varsa hamısını, hətta bıçaqları, baltanı da sellofan torbaya
bükərək tayadakı oyuğa qoydular. Çay içib, səhər yeməyi yedilər. Çantalarını donmuş balıqlarla
doldurdular, gücləri çatan qədər götürdülər və ocağı söndürüb, yola düzəldilər.
Yalnız meşədə nahar eləmək üçün dayandılar. Ocaq qalayıb çay qaynatmağa vaxt itirmədilər. Adama
iki-üç suxarı yeyib, yollarına davam elədilər. Bir də qaş qaralanda, izi-cığırı seçmək mümkün
olmayanda dayanıb ocaq qaladılar.
Gecəni meşədə gecələdilər, sübhdən oyanıb yola düşdülər. Onlar meşədən çayın sahilinə çıxanda,
şərtləşdikləri kimi “Niva” maşınının sürücüsü artıq onları gözləyirdi.
Şəhərə gəldilər. Pori çox təkid eləsə də, İbo gecə qalmadı, onun maşınıyla çayxanaya gəldilər.
Balıqlardan yalnız dördünü götürüb, qalanını İboya verdi. İbo ona təşəkkür eləyir, onu xeyli əziyyətə
saldığını deyirdi. O isə özünü yerə vurmurdu, İbo, nə əziyyət, bir halda sənin xobbindir, sənə belə
xoşdur, gələn qış da gəl, gedək. Yorğan, balış da götürər, bir ay qalarıq orda.
İbo ona baxıb güldü, yox, dedi, sən heç narahat olma, daha yolu tanıdım, gələn qış gələndə sənə
əziyyət verməyəcəyəm. Özüm tək gedəcəyəm, elə sən deyən kimi. Azından bir ay qalacağam orda.
İbo onlarla vidalaşdı, dostlar möhkəmcə qucaqlaşıb vidalaşdılar. O gedəndən sonra Coni deyinirdi,
mən dostlarımızın içərisində bircə İbonu ağıllı zənn eləyirdim. Bu da normal adam deyilmiş. Dağda-
daşda nə görüb, başa düşmürəm. Siz orda balıq tutursuz, dərədə çimirsiz, mənsə burda təkbaşına
zülm çəkirəm, yenə sağ olsun, arada Bilo gəlib kömək eləyirdi.
Axşam onlarda qadınlar balıqları iri tavada qızartdı, yeyəndə Səmoşla Əfi də heyrətlərini gizlədə
bilmədilər. İlk dəfə belə ləzzətli balıq yediklərini deyirdilər. Gündüz İbonun qarasınca deyinən Coni
də fikrini dəyişmişdi, deyirəm axı, sən yəhudi olasan, amma boşuna vaxt keçirəsən, dağlarda özünü
şaxtaya, küləyə verəsən. Belə balıqdan ötrü hara desən getməyə dəyər.
Yemək vaxtı Əfi gülərək dedi, Səmoş, mən də bekar dayanmıram, vaxt oldumu, ərimin tayfasının
tarixini incələyirəm. Bəzi bilgilər əldə eləmişəm. Yelqovanların içində hacı, kərbəlayi olmamasının
səbəblərini az-çox öyrəndik. Amma inanılası deyil, sən demə, məşədiləri də yox imiş. Pori, Məşəd
burda, qulağımızın dibində. Bəs ora niyə getməyibsiz?
Pori arvadının bəzi bilgilər əldə eləməsinə, xüsusi ilə də bu bilgiləri belə nümayişkaranə surətdə
paylaşmasından həmişə olduğu kimi narazı qaldı. Kim dedi getməmişik? Getmişik, amma qayıda
bilməmişik. Yelqovanlar ən böyük itkilərini Məşəd yolunda veriblər. Yeddi nəfər yelqovan qərara
alıblar heç olmaya gedib Məşədi ziyarət eləsinlər və məşədi olsunlar. Gedib ziyarət eləyiblər, məşədi
olmağına da olublar. Qış imiş, yollar da donub buz bağlayıbmış. Qayıdanda onları gətirən avtobus
Ərdəbil dolayındakı buzlu yoldan sürüşərək dərəyə yuvarlanıb. Heç kimə heç nə olmayıb, amma
yelqovanlar yaralanıblar. Sağ qalanlar zəng eləyiblər. İran təcili yardım maşını da gəlib vaxtında
özünü yetirib. Amma maşın avtobusun dərəyə yuvarlandığı yerə çatanda, buzun üstündən sürüşüb,


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə