İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə90/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   86   87   88   89   90   91   92   93   ...   142

gedib avtobusdan da xeyli aşağıda düşüb. Yelqovanlara yardım eləyən olmayıb, qan itiriblər, bir
sözlə, məşədi yelqovanlar orda, donmuş dərənin sahilindəki donmuş torpaqda çığıra-çığıra da
ölüblər. Qışda onları gətirib dəfn eləmək zülüm olub. Qış bu, yolu donub, suyu donub, şaxtası kəsib
tökür. Yelqovanların bir o qədərinin də qəbiristanlıq yollarında ciyərlərini soyuq alıb, onlar da yol
alıblar məşədi yelqovanlara sarı. Onları da dədə-baba qaydasıyla dəfn eləyəndə daha yeddi yelqovan
canını tapşırıb doğmalarına. Bu qayda ilə çox ola bilsin yelqovanların yarıdan çoxu üz tutacaqmış
məşədi yelqovanlara sarı. Amma Allahın onlara rəhmi gəlib, isti küləklər əsib, hava qızıb, bir sözlə
yelqovanların canı qurtarıb. Yelqovanların ağsaqqalı da nəhayət məşədiləri və qeyri məşədiləri dəfn
eləyib evə qayıdanda deyib, bununla da qurtardıq, qaxılın oturun xarabanızda. Daha heç hara getdi
yoxdur. Bizə düşmür də, zorladır? Yəni bu dünyada məşədi yelqovan yoxdur, amma o dünyada
birdən-birə yeddi dənə məşədi yelqovan var.
Əfi yenə də ərinin cavabından narazı qaldı, Pori, nə isə, bir şey anlamadım. Səninkilər axı niyə
müqəddəs torpaqlara gedib çıxa bilmirlər? Gedib çıxanları da qayıda bilmirlər? Biriləri göylərdə
çığırır, biriləri donmuş dərənin sahilində. Onları ziyarətə göndərmişdilər, ya hardasa çığırmağa?
Ağsaqqalınız düz deyib, gedib haralardasa çığırmaqdansa, elə evlərində otursalar yaxşıdır.
Coninin fikri-zikri isə balıqdaydı, heç söhbətin nədən getdiyinə də qulaq asmırdı. Pori, dedi, istirahət
günü kənddən iki atlı çağırım, gedək, o göldən balıq tutub gətirək.
Pori qəti boyun qaçırtdı, heç vaxt, mən o gölün yerini sizlərə demərəm. Desəm, orda bircə dənə də
balıq qoymazsız. Göl balıqsız qalar.
– Sənin gölə yazığın gəlir, ya balıqlara? – Əfi soruşdu.
– Balıqlara, – Pori dedi.
Əfi gülürdü, Pori, yaddaşın korlanıb. O gölün yerini mən də bilirəm, amma sən narahat olma, heç
kimə demərəm.
Əfi çay dəmləyib gətirdi, çay içir, söhbət eləyirdilər. Pori deyirdi, bayaq İboyla qucaqlaşıb vidalaşan
Coniyə baxanda kəndimiz, cavanlığımız yadıma düşdü. Mən yeniyetmə yaşlarımda kişilərin bir-birini
qucaqlamasını, öpüşməsini görməmişdim. O vaxtlar kənddə televizor da yox idi ki, kinolara baxıb
görək. Bir dəfə yayda taya qoyurduq, bibimin əskərilikdən təzə qayıtmış oğlu tayanın üstündə otu
yığır, biz də yerdən yabalarla verirdik. Birdən onunla birlikdə əskərilikdə olmuş dostu gəldi.
Əskərilikdən sonra görüşməyiblərmiş. Bibim oğlu özünü tayanın üstündən yerə atdı, qucaqlaşıb
öpüşdülər. Mən insanların bir-birlərini beləcə sevmələrini, sevgilərini beləcə büruzə vermələrini
təsəvvür belə eləməzdim. İndiyə kimi heç kim, nə atam, nə anam, nə qohumlarım məni beləcə
qucaqlayıb öpməmişdilər
Mən onlara baxır və ağlayırdım…
 
 


XXI. Rus atı ilə qan davası
 
 
Qızılı saçlı rus qızından çox xoşu gəlmişdi, onunla tanış olmağa fürsət axtarırdı. Fürsət düşən kimi də
qıza yaxınlaşıb özünü təqdim elədi.
– Tanış olaq, – dedi, – adım Bilodur, boyum 175, çəkim 75, kostyumum 48-in 3-ü, papağım 57,
əleyhqazım 2, ayaqqabım 42, qanım 2-ci qrupdur.
Qız ona baxıb gülümsədi.
– Məni bağışla, – dedi, – mən ölçülərimi bilmirəm. Sən də belə başlamışdın, ürəyimi yedim, dedim,
bu bütün ölçülərini deyəcək.
 
***
Pori ondan soruşdu:
– Coni, qoca neyləyir?
– Bağrımı çatladır, – Coni fağırca dedi.
Pori başını yırğaladı. Coni, sən ağılsız adamsan. Yadındamı yağış yağanda tarix müəllimi bir dəstə
saqqallını bizə göstərdi və dedi ki, bu adamlar saqqalları islananda heç bir iş görə bilməyən tayfanın
nümayəndələridir. Mənə elə gəlir qoca da onlardandır. Saqqalı islandımı, heç bir iş görə bilməyəcək.
Nə uça biləcək, nə də ərizə yaza biləcək.
Coninin gözləri işıldayırdı:
– Əminsən?
– Yox, amma sən bir sına.
– Sınaram.
Coni rahatlıq tapa bilmirdi, bəlkə elə Pori haqlıydı? Belə olmuş olsaydı, qocadan canını
qurtaracaqdı. Dözə bilmədi, axşamı gözləməyə səbri çatmadı, maşına oturub evə getdi, bir fincan su
götürüb çəpərə yaxınlaşdı. Ağacların arasında şum vuran qocanı səslədi, qoca çəpərə yaxınlaşanda
fincanın suyunu qocanın saqqalına çilədi.
– Mürtəd! – qoca onu lənətləyərək qaçıb getdi.
Coninin sevincindən uçmağa qanadı yox idi, artıq qocanı sakitləşdirməyin üsulunu tapmışdı. İndi
daha çağıranda da qoca çəpər üstə gəlmirdi, Coni bunun da çəmini tapdı, şlanqı çəpərə yaxın çəkir,
birdən suyu qocanın üstünə fışqırdırdı. Qoca da bütün günü saqqalını qurutmaqla məşğul olur, o,
həyətdə olanda bağa belə düşmürdü.
Evinin pəncərəsini açıb onu səsləyirdi, məlun adam, saqqalım yaş olanda mən heç bir iş görə
bilmirəm. Ən əsası, balqabaq şirəsi də çəkə bilmirəm. Balqabaq şirəsi içməsəm, öləcəyəm.
Coni sevincini gizlətmirdi. Bəs mənim istədiyim nədir? Öləcəksən, mən də həyatımda ilk dəfə olaraq,
ən nəhayət, ehsan yeyəcəyəm. Yoxsa bu dünyanı ehsan yemək arzusu ürəyimdə qalaraq tərk
eləyəcəyimdən qorxuram.
Qoca onu hədələyirdi. Bu cinayətdir, mən şikayət edəcəyəm. Səni insan öldürdüyünə görə ömürlük
həbs elərlər! Saqqalım quruyan kimi polisə xəbər verəcəyəm.
Qoca polisə xəbər vermədi, amma saqqalı quruyan kimi yenidən evinin pəncərəsini açıb onu səslədi.
– Mürtəd, – dedi, – səninlə daha işim olmayacaq. Bu şərtlə, sən bir də mənim saqqalımı
islatmayasan. İslatdınmı, vayındır, bağrını çatlatmamış əl çəkən deyiləm. Amma bu, ehsan məsələsinə


qarışmır, ehsanını yeyəcəyəm. Bu mənim peşəm, mən ehsanla yaşayıram. Həm də öləndən sonra sənin
üçün nə fərqi, ehsanını kim yeyəcək?
– Yaxşı, – Coni razılaşdı, – yolumun üstünə çıxmadıqca, işlərimə qarışmadıqca, ən əsası da o ala-
səfeh müvəkkili qapıma göndərmədikcə, səninlə işim olmayacaq, saqqalını islatmayacağam.
Coni sevinc içində Səmoşa dedi, görürsən, mən hətta ehsan yeyən qocanı da yerində oturtdum.
Deyirdin, heç kimə qalib gələ bilmirsən, amma mən qoca şeytana qalib gəldim!
– Qalib gəldin? – Səmoş heyrətlə soruşdu. – Daha ehsanını yeməyəcək?
– Ay qız, mən ölmüşəm, ehsanımı da kimsə yeyə? Mən sadəcə onu barışıq müqaviləsi bağlamağa
məcbur elədim. O mənə toxunmayacaq, mən də ona. Yəni qulağı dinc evimizdə oturacaq, televizorda
istədiyimiz musiqiyə qulaq asacaq, samovarımızı istədiyimiz vaxt yandıra biləcəyik. Tüstüsünün
dümdüz qalxdığına, ya yana doğru əyildiyinə zərrəcə də əhəmiyyət verməyəcəyik. Həyətdə
istədiyimiz qədər qaça, idman eləyə bilərik. Əsas bayramı da qarğalar eləyəcəklər, daha bir kimsə
onların necə qarıldamalarına qarışmayacaq.
Coni sevinirdi, sevincinin sonu yox idi, amma bir qayda olaraq heç vaxt axıra qədər sevinə bilmirdi.
Birbalaca sevindimi, yekə bir bəla gəlir, sevincinin üstündən yekə bir xətt çəkirdi. Elə həmən gün
Bilo əmisi arvadını öz maşınıyla çayxanaya gətirdi. Qadın ağlayırdı, hay-küy salmışdı. Başımıza daş
düşüb, at qoşa təpiklə əminin qarnına necə vurubsa, kişi üç metrə göyə qalxıb, elə göydəcə canını
tapşırıb!
Coni bu xəbəri sakit qarşıladı. Mən belə olacağını bilirdim, dedi. Sizə də xəbərdarlıq elədim, dedim,
bu işin axırı ölümdür, amma mənə qulaq asmadız.
Əmisi arvadı göz yaşları içində onu danlayırdı. Heç sənə yaraşan işdir, indi bu danışıqların
yeridirmi? Əmin ölüb. Sənsə baş-gözünə döyüb ağlamaq əvəzinə, nağıl danışırsan. Nağıl vaxtı deyil,
əminin meyitini gətirib dəfn eləməliyik.
Coni çayxananı Poriyə tapşırıb bağçaya getdi, Səmoşu çölə çağırdı. Arvadı isə heç ona ağzını açmağa
imkan vermədi. Bilirəm, dedi, at qoşa təpiklə əminin qarnına necə vurubsa, əmin havaya uçub, canını
göydəcə tapşırıb. Coni, səninkilər yer adamıdırlar, amma, bir qayda olaraq, canlarını göydə
tapşırırlar. Yerdə yox, göydə ölürlər.
“Nə yaxşı bilirsən, – Coni süni sevinclə dedi, – daha vaxt itirib bunları sənə cikinə-bikinə kimi
danışası olmayacağam. İndi hər nədir, iş olub. Duzəkənlərin biri də yer üzündən azalıb. Biz gedib
onun meyitini Rusiyətdən gətirməli, öz torpağımızda dəfn eləməliyik”. “Niyə gətirirsiz? – Səmoş
hiddətlə dedi. –Orda, öldüyü yerdə basdırsanız nə olasıdır? Olmaya rus torpağı sizinkiləri qəbul
eləmir? Qəbul eləmirsə, gedib gətirsinlər də, sən niyə getməlisən? Səndən başqa tayfanızda kişi
yoxdur?” “Tək mən getmirəm axı, Bilo, əmim uşaqları da gedir”. “Bilonun Rusiyət adı gələndə
gözləri işıldayır. Coni, adam Rusiyətə getmək üçün bəhanə gəzir. Arvadı da duzəkənlərdəndir, səsini
çıxartmır!”
Coni boylanıb ətrafa baxır, götür-qoy eləyirdi, neyləsin, burda arvadının qulağının dibinə nallasınmı?
Bir qərara gələ bilmirdi. İşləməyə başlayanı bunun dili xeyli uzanmışdı, taraz nallamasaydı,
arvadıyla adam içində tutaşmalı olacaqdı. Bunu isə heç istəmirdi.
“Səmoş, məni cin atına mindirmə! – arvadını hədələdi. – Yoxsa mən səni necə sakitləşdirməyi
bilirəm. Başa düş, getməyə məcburam. Onsuz da Minoşun ucbatından qohumların içində
gözükölgəliyəm. Az imiş kimi, uşağa qəlyançəkənlər ad qoydular, lap başımı aşağı elədilər.
Getməsəm, onda gərək bütün duzəkənlərdən, qohum-əqrəbadan imtina eləyəm”. “Elə! – Səmoş hədəni
vecinə almırdı. – Belə qohum-əqrəba sənin nəyinə lazımdır? Coni, ay beyinsiz, bu gün gedib əmini


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə