İxtisasın adı: Heyvandarlıq mütəxəssisi Modulun adı



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə29/34
tarix24.04.2018
ölçüsü1 Mb.
#39890
1   ...   26   27   28   29   30   31   32   33   34

 

69 


olan çəkisi, torpağın xüsusi çəkisi adlanır. Torpağın xüsusi çəkisi nisbətən sabit 

göstərici olmaqla 2,5

-2,7q/sm

təĢkil edir.



 

Torpağın həcm kütləsi. Təbii quruluĢu pozulmamıĢ halda, vahid həcmdə torpağın 

mütləq quru çəkisinə onu

həcm kütlə



si 

və ya sıxlığı

 deyilir. 

Torpağın həcm kütləsi və 

ya orta kipliyi onun qranulometrik (mexaniki) tərkibindən, mineral və üzvi maddələrin 

miqdarından, torpağın quruluĢundan və struktur vəziyyətindən asılıdır. Torpağın həcm 

kütləsi, bitkilərin inkiĢafına bilavasitə təsir göstərən əsas fiziki xüsusiyyətdir və müxtəlif 

amillərin təsiri ilə daha tez dəyiĢir. Torpağın həcm kütləsi 1,15 q/sm

3

-

ədək olduqda 



yumĢaq, 1,15

-1,35 q/sm

3

 

kip və 1,35 q/sm



3

dən yüksək olduqda çox kip torpaq hesab 



edilir. Optimal 

həcm kütlə bitkinin növündən asılı olaraq dəyiĢir. Əksər kənd təsərrüfatı 

bitkiləri üçün torpağın həcm kütləsi 1,1

-1,3 qr/sm

olmaqla optimal sayılır. Torpağın 



həcm kütləsinin və ya orta kipliyinin optimal səviyyədə saxlanılması əkinçiliyin, o 

cümlədən torpaq becərmənin qarĢısında duran əsas vəzifədir. Adi dəmir gilizlər 

vasitəsilə (vahid həcmə düĢən quru torpağın çəkini təyin etməklə) və ya penetrometr 

cihazından istifadə etməklə 

(torpağa təzyiq etməklə vahid 

sayə düĢən qüvvə kq

-la) 

torpağın sıxlığını müəyyən 



etmək olar (Ģəkil 5.3). 

Torpağın sıxlığını bilməklə 

onun münbitliyini qiymət

-

ləndirmək və becərilmə xü



su-

siyyətini (becərilmə üsu

lu, 

dərinliyi və s.) əvvəlcədən 



müəyyən etmək olur. 

 

Torpaq məsaməliliyi. 



Torpaq hissəciklərinin bir

-

birinin üzərində kip yatmaması nəticəsində yaranan 



boĢluqlara məsaməlilik deyilir. Torpaq məsaməliliyi, bütün məsamələrin həcminin 

ümumi həcmə görə faizlə ifadəsidir. Məsamələr aqreqat (hissəcik) daxili (kapillyar) və 

aqreqatlar arası (qeyri

-kapillyar) formalarda olur. K

apillyar məsamələrdə su, qeyri

-

kapillyar məsamələrdə isə hava olur. 



 

Torpaq o halda ən yaxĢı quruluĢda hesab edilir ki, onun ümumi həcminin yarısı bərk 

fazadan, qalan yarısı isə məsamələrdən ibarət olsun. Məsaməliliyin özü isə yarısı 

kapillyar, qalan yarısı isə qeyri

-

kapillyar məsamələrdən ibarət olduqda və ya kapillyar 



məsamələr az üstünlük təĢkil etdikdə daha əlveriĢli sayılır. 

 

Torpağın su xassələrinə:



 

su tutumu, su sızdırması, su qaldırması daxildir. Torpağın 

kapillyar və

 qeyri-


kapillyar məsamələrinin su ilə tam dolması onun tam su tutumunu 

təĢkil edir. Torpağın özündə saxlaya bildiyi qravitasiya və kapillyar suyun miqdarına 

tarla su tutumu deyilir. 

Torpağın özünə su hopdurması və aĢağıya doğru süzməsi su sızdırma qabiliyyəti 

adlanır.

 

Torpağın əsas su



-fi

ziki xassələrini xarakterizə edən göstərici onun nəmliyidir. 



Şəkil 5.3. Torpağın sıxlığının təyini üsulları

 


 

70 


Torpaqda olan suyun onun mütləq quru çəkisinə görə faizlə miqdarına torpağın nəmliyi 

deyilir. 



5.2. Torpağın münbitliyinin yaxşılaşdırılması yolları və ondan səmərəli istifadə

 

Müasir ekoloji

-

təmiz


 

əkinçilik sisteminin qarĢısında duran əsas vəzifələr torpaqdan 

səmərəli istifadə olunması, onun çirklənmə və dağılmadan qorunması, münbitliyinin 

bərpası və yüksəldilməsi istiqamətində aqrotexnologiyaların iĢlənməsi və becərilən k/t 

bitkilərindən yüksək stabil məhsul alınmasını təmin etməkdir. Bu vəzifələrə nail olmaq 

üçün torpağın münbitliyini artıran və məhsuldarlığı yüksəldən növbəli əkinlərin həyata 

keçirilməsi və bu növbəli əkinlərdə düzgün torpaq becərmə sistemlərinin tətbiqi, 

torpaqların aqromeliorativ vəziyyətinin yaxĢılaĢdırılması və quraqlıq və səhralaĢmaya 

qarĢı mübarizə, eroziyanın qarĢısının alınması, torpaqların gübrələnməsində, xəstəlik 

və zərərvericilərə, o cümlədən alaqlara qarĢı mübarizədə daha çox bioloji və üzvü 

əkinçilik sistemlərinə yer

 

verilməsidir. 



 

 

5.2.1. Növbəli əkinlər və onların əhəmiyyəti



 

 

Bu gün mövcud olan fermer təsərrüfatları üçün torpaqların münbitliyinin qorunması 

və bərpası, o cümlədən torpaqdan səmərəl

istifadə olunması məqsədilə yeni növbəli 



əkin dövriyyələri və bu növbəli əkinlərə xas olan torpaq becərmələri iĢlənib 

hazırlanmalıdır.  



 

Növbəli əkinlər torpaqdan səmərəli istifadə olunmasında, onun mühafizəsində, 

münbitliyinin bərpası və yaxĢılaĢdırılmasında, texniki çirklənmədən və dağılmadan 

korlanmıĢ torpaqların rekultivasiyasında, o cümlədən təbii mühitin qorunub saxlan

-

masında əvəzsiz rol oynayır. Əbəs yerə deyildir ki, növbəli əkini torpağın sanitarı və 



münbitlik fabrik

adlandırırlar. 



 

Təsərrüfatın gələcək inkiĢaf planına və əkin sahələrinin qur

u

luĢuna uyğun olaraq,



 

müəyyən ərazinin tarlalarında illər üzrə bitkilərin növbələĢməsinə və torpağın buna 

uyğun becərilməsi və gübrələnməsi siste

-

minə növbəli əkin sistemi deyilir. 



 

Hər hansı tarlada əvvəlki ildə istifadə 

edilən bitki və ya herik, sonra əkilən bitki 

üçün sələf

 

adlanır. Sələf bitkilərinin 



qarĢısında duran əsas vəzifə torpağın 

münbitliyinin artırılmasını təmin etməkdən 

ibarətdir. 

 

Hər bir növbəli əkin müəyyən sayda 



tarlalardan təĢkil olunur (Ģəkil 5.4). 

Nəzərdə tutulmuĢ bitkilərin növbəli əkin 

tarlalarında yerləĢdirilməsi, növbəli əkin 

sxemi adlanır Hər bir bitki növbəli əkinin bütün tarlalarında növbə ilə əkilib

öz əvvəlki 



yerinə qayıdan dövrə rotasiya deyilir. Tarlalar üzrə bitkilərin növbələĢməsini göstərən 

cədvəl rotasiya cədvəli adlanır. Rotasiya cədvəlinin köməyi ilə növbəli əkin 



Şəkil 5.4. Növbəli əkin tarlaları

 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə