Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)



Yüklə 1,48 Mb.
səhifə4/20
tarix28.06.2018
ölçüsü1,48 Mb.
#52085
1   2   3   4   5   6   7   8   9   ...   20

KONQRE YAPMALI!

Böyük mütəfəkkirimiz Əhməd bəy Ağayev cənabları islam arvad­larına dair rus dilində yazdığı bir risalədə deyir: "Müsəl­man­ların nicatı onların əxlaqi, maddi və bəlkə, siyasi yük­səl­mə­ləri ancaq iki məsələnin həllinə bağlıdır: biri arvad məsə­lə­si, biri də hürufat isla­hı".1

Zənnimizcə, hürufatdan da qabaq bizə arvad məsələsinin həlli vacibdir. Çünki yaponlar bizim­kin­dən də dolaşıq bir hüru­fa­ta malik ola-ola tərəqqi edə bildilər. Amma arvad məsələsi həll olunmamış bir millət tərəqqi edə bilməz. Fikrimizin doğru­luğu üçün aləmi-islama zənn etmə­li­yik. Nə qədər arvadlar avam, hüquqsuz[durlar], bir o qədər də ye­tir­dikləri övladlar ba­til fikirli və fəna əqidəlidirlər. Bəs, bizə ge­niş fikirli yeni ar­vadlar lazım­dır: nicatımız böylə arvadlara bağ­lıdır.

"Təhrirül-mirat" müəllifi mərhum Qasim Əmin deyir: "Yeni arvad zəmanəmizdəki mədəniyyətin çiçəyidir".2 Deməli, bu "çi­­­çək­­lər" açdıqca mədəniyyət meyvələr verəcək. Onda biz də avam­lıqdan, alçaqlıqdan və qaranlıqdan çıxıb yavaş-yavaş uca mövqelər işğal edəcəyik. Bizi də görüb, tanıyacaqlar, bi­lə­cəklər. Dəxi bizə "vəh­şi", "nadan" ləqəbləri vermiyəcəklər... Daha bundan aydın mətləb ola bilməz, təkrarən deyirik: millə­ti­­mizin səadət günəşi ailə üfüqündən doğacaq, ailəni də dü­zəl­dən, nizama salıb qaidəyə qoyan milli təhsil görmüş hüquq­lu və asudə arvadlar olacaqlar!

Məsələ böyləcə aşkar ola-ola, bilmirəm, bunun həllinə niyə çalışıl­mayır? Niyə mətbuatımızda buna dair tez-tez söhbətlər açılmayır? Arvadlarımızın hüquqsuzluğu, onların şəxsiyyətsiz bir parça şey sanılmaqları hamıya məlumdur!1 Könülsüz ərə verilən müsəlman qızlarının özlərini öldürmələri, oda atmaları, ya xristianlığı qəbul etmələri ki, qəzetlərdə yazılır, pəs, niyə bu biçarələrin, bu ixtiyar və hüquqsuzluq qurbanlarının səslərinə səs verən yoxdur? Quru-quru çığırışmadan faidə yoxdur! Bu fənalıqlar ilə ciddi mübarizə et­məliyik. Bunun üçün də konqre yap[ıl]malıdır ki, bir yerə toplanıb arvad məsələsinin həllinə yol­lar axtaraq. Ümumi bir proqram tərtib edib, hansı vasitələr ilə mübarizə etməyi aşkar etməsək, mənfəətli bir nəticə hasil edə bilmərik.

Arvad məsələsinə dair Ümumrusiya Müsəlman Konqresi yapmaq mümkündür. Əvvəl cəmi Rusiyada bu məsələnin tə­rəfdarlarını bil­mə­lidir və sonra sözləşib, hökumət icazəsilə kon­­qre üçün yer təyin etmək olar. Əlbəttə, sözləşmə mət­bua­tı­mız vasitəsilə gərək olsun.

Başqa türk və tatar qəzetələrindən təvəqqe eləyirik, bizim məqa­lə­ni dərc edib, oxucularına fikrimizi məlum etsinlər. Qaf­qaz qəzetə­lə­rindən də ricamız budur ki, şimal türklərinin kon­qreyə dair rəy və təsəvvürlərini qəzetələrdən iqtibas edib oxu­cularına bildirsinlər. Böy­ləlikdə konqre fikrinin tezlik ilə qüv­və­dən felə çıxmasına ümid bağlamaq olar.
Student Yusif bəy Vəzirov


"NİCAT" QİRAƏTXANƏSİ

"Nicat" qiraətxanəsi Qafqazda ən qədim və ən gözəgələn müsəlman qiraətxanələrindən olsun gərəkdir. Zarafat deyil, bir camaat cəmi səy və qüvvəsini bunun saxlanmasına sərf elə­yir. Bunun ilə belə, qiraətxanə nizamsız bir halda qalıb, lazımi mənfəət götürə bilmir. Gedib iki ay bundan irəliki qəzetələri ta­pıb, oxuya bilmirsən! Keçmiş illərinkinə ki, ümid bağlamaq ol­maz. Halbuki qiraətxanə bundan ibarət deyil ki, gündə gedib, tazə qəzetələri oxuyub gələsən. Bunu hər yerdə tapıb oxumaq olar! Amma qəzetə və məcmuələrin keçmiş nömrələrini hər yer­də tapmaq mümkün deyil, bunları yalnız qiraətxanə və ki­tab­xanələrdə ələ gətirmək olar.

Qəzetə məcmuələri camaatın və onun qabaqca gedən­ləri­nin fikri, zikri və felidir, desək, səhv etmirik! Mətbuat millətin tə­rəqqisi yolu­dur. Millət addım atdıqca ayaqlarının izi mətbuat­da qalır! Böylə qiymətli bir şeyi bu gün oxuyub, sabah yola tul­la­maq böyük xətadır!

Tutalım, birisi mətbuatımızın tarixini yazmaq fikrindədir. Bu adama fikrini qüvvədən felə çıxartmaqdan ötrü lazımdır ki, nə qədər Qafqazda və ya Rusiyada türk qəzetə və jurnalları çıxıb, top­lasın. Sonra gərək bunları mütaliə etsin ki, mətbuat barə­sin­də bir şey yazmağa qadir olsun. Bu adamın ümid bağladığı yer "Nicat" qiraətxanəsi olacaq. Çünki türk qəzetələri buraya gəlir və bu da bi­zim ən böyük qiraətxanəmizdir. Buna "Nicat"­da nə cavab verəcəklər, məlumumuzdur: "Biz qəzetələri il ba­şı­nadək saxlayıb, sonra satırıq".

Deməli, əcnəbi qiraətxanələri cildə verib, gələcək üçün zi­qiy­mət material bilib saxladığı şeyləri biz qara kağız hesab elə­yib, baq­qallara satırıq. Məsələ bir mətbuat tarixində deyil, bir çox məsələlər də var. Həmişə biz avam olub dalda qalma­ya­cağız ki. Bizim də tə­rəqqi edəcək vaxtlarımız olacaq.

Müqtədir yazıçılarımız əmələ gələcəklər. Millətimizin tarixi­lə, teatro və musiqimizin keçmişilə maraqlanacaqlar, intihar kimi camaatımıza müzürr şeyin nə vaxtdan aramızda baş ve­rib, nə səbəb­lərdən irəli gəlib və nə şəkildə tərəqqi etməyini ara­yıb tapacaqlar, arvad məsələsinin və hürufat islahının keç­mişini nəzərdən keçirib, gələcəyinə təhər çəkəcəklər və ilax. və ilax.

Bunların hamısında da qədri bilinməyib, baqqallara satılan qə­ze­tə­lərə möhtac olacaqlar!

Əhməd bəy Ağayev kimi böyük qələm sahiblərinin məqa­lə­ləri itib-batmayacaq. Yəqin bir zaman olacaq ki, onları topla­yıb kitab şəklində təb etdirəcəklər. Onda da yenə qiraətxa­nələri­mizə müraciət olunacaq...

Xülasə, "Nicat"ın yeni idarəsi qiraətxanəni islah etdikdə bu nöqtəyə də nəzər yetirsəydi, gözəl olardı.
Yusif bəy Vəzirov

ETİBARSIZ MİLLƏT



(Aşqabaddan)
Aşqabad şəhərində iyirmi minədək müsəlman var. Bunların çoxu Qafqaz türkü olub, Şəki, Şirvan, Qarabağ və qeyri şə­hər­lərdən gəl­mədirlər. Qalanıysa iranlıdır. Əcnəbilər bura mü­səl­manlarını bir-birindən ayırmayaraq hamısına “pers” deyirlər. Özlərini də etibarsız və alçaq bir camaat hesab edirlər. Buna səbəb budur ki, məhəl “Aş­xabad” qəzetəsinin hansı nömrəsini ələ götürdükdə bu “pers”lərin “hünər”lərindən bir şey gözə tul­lanır. Məsələn, filan küçədə oğurluq olub, filan “pars”lar tutu­lub; “pars” küçədən ötən arvadlara sataşır; bazarda “pars” da­vası düşdü, bir neçə adam yaralandı; “pars” filan oğ­lan uşa­ğı­nın namusuna toxunmaq istəyirmiş… Və qeyri bunun kimi əh­valat hər gün eşidilir. Böylə olan surətdə hər kəs özünü bu “pars”lardan uzaq tutmağı, bunların şərarət[indən] hifz olun­mağı müqəd­dəs işlərdən bilirlər. Hətta farsların özü bu “pars” sözündən ictinab edirlər. Bəhayi dininə mənsub iranlılar (babi­lər) dükanlarının elan lövhələrinə iri hərflər ilə “babist” kəlməsi yazmaq ilə yaxalarını kənara çəkiblər və bir rus sual etdikdə ki, siz “pars”sınızmı, “yox, biz baxayistik” (yəni, bəhayi) demək ilə fəxr edirlər. Halbuki bunlar hansı bir dinə mənsub olsalar, yenə farslıqlarından uzaq ola bilməzlər; dini dəyişmək olar, milləti dəyişmək olmaz. Türklərə gəl­dikdə, bunlar da bir qədər cəhd eləyir ki, “pars”lıqdan özlərini xilas eləsinlər. Bunların bə­zisi öz dillərində danışmağı eyib hesab edir, salam verənə “izdrasti” deyir. Bəzisi müsəlmanlara bilmərrə qarış­mır, adını dəyişib Nikolay İvanıçdan-zaddan qoyub, ömrünü əcnə­bi­lər ilə keçirir və balalarını da türklüyə və müsəlmanlığa yaxın qoy­mur. Xülasə, zahirlərini, dolanışıq və adətlərini bilmərrə dəyi­şib, pərhizkar bir halətdə dolanırlar ki, bunlara “pars” demə­sin­lər. Çün­ki əcnəbi xanımlarının çoxusu “pars”lar ilə tanışlıq elə­məyi bina­musluq hesab edirlər.

Qəribə burasıdır ki, əcnəbilər ürəklərində ziyalılarımıza qar­şı da bir etibarsızlıq bəsləyirlər. Məsələn, bir gimnazistimiz və ya qeyri arif cavanımız erməni qızı ilə gəzdikdə və ya mehri­ban rəftarda göründükdə təhdid kağızları biçarə cavanın başı­na yağ[dır]ılır və ya qıza qadağan olunur, bir də o cavan ilə gəz­məsin. Qızların namusunu gözləmək gözəl işlərdən biridir, amma bunları təkcə müsəlmandan mühafizə eləmək bu millə­tin etibarsızlığına dəlalət edir.

Etibarsız millət əxlaqı pozğun və pis hərəkətli camaatdan ibarətdir. Millət mədəni bir hala gəlməsə, bu etibarsızlıqdan xi­las ola bilməz, milli məktəblərimiz və teatromuz tərəqqi etmə­sə, düzgün əxlaqlı adamlarımızın sayı artmasa, bu ad həmişə­lik üstümüzdə qalacaq. Yaxa qırağa çəkib, “yox, mən müsəl­man deyiləm”, – demək ilə işlər düzəlməyəcək. Gərək öz xoş hərəkətimiz ilə isbat edək ki, müsəlmanlığın buraya dəxli yox­dur. Adam öldürməyi, quldurluğu, oğlan uşaqlarının namusu­na sataşmağı murdar hərəkətlərdən bilib, Qur’anımız çoxdan qadağan edib. Bu hərəkətlərin aramızda davam etməyinə sə­bəb tərbiyəsizlikdir, ayrı bir şey deyil. Tərbi­yə­miz olsa idi, ümumun rəğbətini qazanmağa çalışardıq, əfkari-ümu­miy­yəni öz ətrafımıza döndərərdik. Erməni milləti əfkari-ümumiy­yəni bir vasitə eləyib, cəmi milli məsələlərini böyük qüvvə ilə həll eləyir. Ümumun da hüsni-təvəccöhünü qazanmaq üçün mil­lə­tin həmişə gərək yaxşı tərəfləri göstərilsin, tərəqqi məhsulları ortalığa çıxsın, ədəbiyyatı, teatrosu, məktəbləri, cəmiyyəti-xey­riy­yələri, fikirli adamları gərək göz qabağına gətirilsin. Böylə olmasa, milləti tanımazlar, onun hörmətini gətirməzlər, dər­di­nə də yanan olmaz.

Bu yolda biz əsla çalışmırıq, bəlkə, millətə yeni bir rəğbət­sizlik qaza­nırıq. Məsələn, bir neçə gün bundan əqdəm Aşqa­bad gimnazi­yasında valideyn komitəsinin cələsəsi olurmuş. Şa­girdlərə dair məsələlər müzakirəyə qoyulduqda bir doktor ayağa qalxır, deyir: “Biz gərək “pars”lar ilə mübarizə edək, bun­lar oğlan uşaqlarımızı yoldan çıxardırlar, namuslarına sata­şır­lar… Dəxi bundan alçaq əxlaqi pozğunluq olmaz ki, törədir­lər…”

Sonra əxlaqsızların adları çəkilir. Əlbəttə, hamısı müsəlman qar­daşlarımızdan olur. Çox heyflər olsun ki, bu murdar şəxs­lə­rin içində bir millətpərəst adlanan adamın da adı yadavər olu­nur. Ol adamdır ki, hərdən mətbuat vasitəsilə bu çirkin işi pis­lər, özünü pak da­mənliyə çıxartmaq istər…

Heyf bizə ki, böylə “millətpərvərlərimiz” var! Heyf bizim mət­­­buata ki, əxlaqı pozğunlar onun kölgəsində gizlənirlər! Heyf bizim əziz millətimizə ki, şan və şövkətini itirib etibarsız və hörmətsiz bir hala gəlmişdir.


Yusif bəy Vəzirov


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə