Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə20/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   16   17   18   19   20   21   22   23   ...   306

strategiyasının  nəticəsi  kimi  nəzərdən  keçirilən  qloballaşma  iqtisadi 

strukturalizmin əsas kateqoriyalarından biri kimi çıxış edir. «Yeni siyasi iqtisad» 

bunları müasir texnoloji inqilab şəraitində inkişafın obyektiv qanunları kimi izah 

edərək,  qloballaşma  proseslərinin  tənzimlənməsi  məsələsinin  gündəmə 

gətirilməsini  belə,  «nəzakətsiz  hərəkət»  hesab  edir  və  bununla  da  həmin 

müddəaları  daha  da  gücləndirir.  Müstəsna  olaraq  iqtisadi  qanunlara  tabe  olan 

bazarlara  istənilən  müdaxilənin  «nasazlıqlara»  gətirə  biləcəyinə  görə,  onlara 

dövlət tərəfindən təsir göstərilməsi cəhdləri də, eyni dərəcədə «qeyri- rasional» 

təsəvvür  olunur.  Buna  görə  də  beynəlxalq  iqtisadi  münasibətlərin  «yeni  siyasi 

iqtisadı»  tərəfdarlarının  mülahizələr  sistemi  müasir  iqtisadi  proseslərin 

«siyasətdən  təcrid  olunmasının»  zəruriliyi  barədə  nəticəyə  gətirib  çıxarır.  Bu 

məktəbin nümayəndələri, o cümlədən A.Kryuger, R.Palan, D.Kollander belə bir 

ideyanı  əsaslandırmağa  çalışırlar  ki,  milli  iqtisadiyyatın  dövlət  tənzimlənməsi 

irrasional prosesdir və onu özünütənzimləmə (yəni bazar) əvəz etməlidir. Bunun 

nəticəsində  beynəlxalq  iqtisadi  münasibətlər  siyasətdən  uzaqlaşacaq, 

dövlətlərarası münaqişələrin əsası zəifləyəcək, dövlətin rolu isə yalnız təmsilçilik 

funksiyaları ətrafında cəmləşəcək. Bu mülahizələrin qeyri- konstruktiv olmasını 

yenə  də  dünyada  baş  verən  böhran  göstərdi:  bu  zaman  TMK-lar,  0  cümlədən 

onlann  ən  iriləri  öz  bacarıqsızhğım  və  çaşqınlığını  göstərdiyi  halda,  yalnız 

dövlətin və cəmiyyətin müdaxiləsi nəticəsində onun aradan qaldırılması mümkün 

oldu. 

Lakin  bu  nəzəriyyənin  tərəfdarlarının  fikrinə  görə,  qlobal  liberallaşma 



universal  əsasda,  hətta  lazım  gələrsə,  güc  tətbiq  edilməklə  yayılmalıdır  və  bu 

halda  dövlətin  imkanlarından  istifadə  istisna  olunmur.  Qəribə  olsa  da,  onların 

düşüncəsinə  görə,  dövlət  öz  məhvini  təmin  etmək  üçün  özünün  amirlik 

səlahiyyətlərindən  istifadə  etməlidir.  Amma  belə  bir  paradoks  neoliberalları 

çaşqın vəziyyətə salmır. Gücdən istifadə səciyyəvi olsa da, fövqəladə tədbirdir və 

hələ  də  nüfuzlu  olan  bu  doktrinanın  tərəfdarları  iqtisadi  siyasətin  seçilməsinə 

ehtiyatla yanaşan ölkələrə neoliberalizm və be)məlxalq monetarizmin açıq-aşkar 

zorla  qəbul  etdirilməsində  beynəlxalq  təşkilatların  (ÜTT,  BVF,  DB  və  s.) 

imkanlarından  yararlanmağın  mümkünlü5mnü  nəzərdən  keçirir.  Qeyd  edək  ki, 

qlobal böhranın baş verdiyi 2008-ci ilədək neoliberalizm, demək olar ki, bütün 

iqtisadiyyat aləmini fəth etmişdi. 

Bütövlükdə  isə,  beynəlxalq  siyasi  iqtisadda  təmsil  olunan  müxtəlif  növ 

liberalizm və libertarianizm doktrinaları aydın ifadə edilən, nəzəri kompro 

55 



misləri çətinləşdirən ehkamçı müddəalarla, beynəlxalq iqtisadi münasibətlərdən 

iqtisadi  elementləri  «sıxışdırıb  çıxararaq»,  bazar  qüvvələrinin  hətta  kraliça 

Viktoriya vaxtında, liberalizmin və fritrederçiliyin ən yüksək tərəqqisi dövründə 

belə  mövcud  olmayan,  daxili  və  xarici  iqtisadi  proseslərin  dövlət 

tənzimlənməsinin minimum səviyyəyə endiyi sərbəstliklə əvəzlənməsi cəhdləri 

ilə səciyyələnir. 

Elmi  inandırıcılıq  baxımından  aşkar  qüsurluğuna  və  neoliberalizm 

konsepsiyalarına  əsaslanan  iqtisadi  siyasətin  daimi  «uğursuzluqlarına» 

baxmayaraq, bu məktəb heyranedici inadla bütün dünyaya yayılırdı. Şübhəsiz ki, 

bu,  həmin  konsepsiyanın  TMK  və  TMB-nin  özünün  birgə  gücü  baxımından 

bütün  dövlətlərin  olmasa  da,  onların  çoxunun  ümumi  imkanlarını  üstələyən 

unikal  lobbiçinin  -  strateji  maraqlarına  daha  çox  cavab  verməsi  ilə  izah  edilir. 

Bununla  bərabər,  TMK  və  TMB-nin  aparıcı  dövlətlərin  hökumətləri  ilə  sıx 

əlaqədə olmasını nəzərə alsaq, onların qüdrətinin, siyasətə, sosial münasibətlərə, 

zəhmətkeş  kütlələrin  vəziyyətinə  təsir  gücünün  artmasının  təsadüf  olmadığı 

aydınlaşar. Belə bir fakt paradoksaldır ki, heç bir hökumət (hətta inkişaf etməkdə 

olan  ölkələr  sırasından)  1960-1970-ci  illərdə  olduğu  kimi,  onlarla  münaqişəyə 

ginrıəyə cəsarət  etmir.  Burada bəzi  təbliğatçılann  əsassız olaraq iddia etdikləri 

kimi,  ölkələrin  «kommunizm  əsarətinə»  düşməsi  ilə  bağlı  olan  seçiminə 

müəyyən şərait yaradan rəqib dünya iqtisadi sisteminin (sosializmin) süqutu öz 

rolunu  oynamışdır.  Əsas  səbəb  başqadır:  bütün  ölkələrin  qarşılıqlı  bağlılığı  və 

qarşılıqlı asılılığı getdikcə güclənir; bu əlaqələrdə yoxsul ölkələr daha da zəifləyir 

və ictimai-iqtisadi inkişafın qarşısıalınmaz hadisələri onlann asılı  «paradiqma» 

vəziyyətində öz iqtisadi siyasətinə təsir etmək imkanlarını daha da daraldır. 



2.5.

 

Beynəlxalq münasibətlərin radikal 

solçu nəzəriyyələri: hiper-liberalizmin tənqidi 

Libertarianizm, neoliberalizm, realizm və digər nəzəri}^ələrin ən radikal 

tənqidçiləri  qismində  ənənəvi  olaraq,  rəsmi  libertarianizm  doktrinasının  iflası 

sayəsində  son  illərdə  mövqeləri  möhkəmlənmiş  neomarksist  siyasi  iqtisadın 

nümayəndələri çıxış  edirlər.  Belə bir məqamı qeyd  edək ki,  ümumilikdə  onlar 

müasir  beynəlxalq  siyasi-iqtisadi  nəzəriyyənin  inkişafında  nəzərəçarpan  rol 

oynamışlar. Bu istiqamətin ictimai-iqtisadi təfəkkürün kifayət qədər geniş və 

56 



müxtəlif  cərəyanlarım  özündə  birləşdinnəsi,  onu  ənənəvi  klassik  marksizmdən 

əsaslı dərəcədə fərqləndirir. Xatırlayaq ki, keçmiş SSRİ ölkələrində marksizmin 

və neomarksizmin tədqiqatları cüzi dərəcədə aparılır, müəlliflərin əksərİ3^əti isə 

nüfuzlu  iqtisadçı  alimlər  sırasında  hətta  böyük  mütəfəkkir  K.Marksı  (indi 

imperializmi çox uğurla tədqiq etmiş V.İ.Leninin adı çəkilmir) yada salmaqdan 

sözün tam mənasında utanırlar. 

Neomarksizm  nəzəriyyələri  Qərbdə  müəyyən  dərəeədə  yayılmış  və 

yayılmaqdadır.  Onlar  inkişaf  etməkdə  olan  ölkələrdə,  xüsusilə  Latın 

Amerikasının  universitetlərində  həmişə  geniş  təmsil  olunmuşdur.  İqtisadi 

nəzəri}q/ə sahəsində strateji  ideyaların  çatışmadığı  müasir dövrdə neomarksist 

konsepsiyaların «marjinallığı» barədə danışmaq prinsipcə düzgün deyil və yeni 

konseptual  ideyaların  meydana  çıxmasını,  ilk  növbədə,  inkişaf  etməkdə  olan 

ölkələrin məktəblərindən gözləmək lazımdır. 

Məlumdur  ki,  beynəlxalq  iqtisadi  nəzəriyyədə  neomarksist  istiqamətin 

yaranmasında Argentina iqtisadçısı Raul Prebişin 1950-ei illərdə rəhbərlik etdiyi 

BMT-nin  Latın  Amerikası  üzrə  İqtisadi  Komissiyası  (ECLA  -  Economic 

Comission  for  Latin  Ameriea)  çərçivəsində  işləyən  alimlər  qrupunun  əsərləri 

böyük rol oynamışdır. Eləmin dövrdə Prebiş və onun məsləhətçi-alimlər qrupu 

regiondakı iqtisadi vəziyyətin təhlilinə «amillərlə təmin olunma» mövqeyindən 

yanaşmaya əsaslanan neoklassik baxışların dar çərçivəsi ilə kifayətlənən realizm 

konsepsiyasının  əsaslandırılmış  tənqidi  təşəbbüsü  ilə  çıxış  etdi.  Prebiş  qitənin 

xammal ixrae edən ölkələri («əmək amili ilə təmin olunmuş») və hazır məhsullar 

ixrac edən ölkələri («kapital amili ilə təmin olunmuş») arasında kapitalist əmək 

bölgüsünün  onun  geridə  qalmış  formalarını  saxladığını  sübut  edərək,  bu 

konsepsiyanı dağıdıcı tənqid atəşinə tutdu. 

Latın  Amerikası  ölkələrinin  timsalında  «periferiya  kapitalizminin» 

problemlərini hərtərəfli nəzərdən keçirərək, Prebiş bir sıra, o cümlədən TMK- nın 

fəaliyyəti,  qitədə  ticarətin,  investisiya  siyasətinin  xüsusiyyətləri  və  s.  ilə  bağlı 

olan  qarşılıqlı  asılılıqları  aşkar  etmişdir.  Prebiş  «periferiyanın»  «mərkəzdən» 

asılılığının  aradan  qaldırılması  yolunu  qitə  ölkələrinin  xammal  ixracına 

istiqamətlənmiş  iqtisadiyyatının  əhalinin  əsas  ehtiyaclarının  ödənilməsinə 

yönəlmiş  iqtisadiyyatla  əvəz  olunması  məqsədilə  iqtisadi  siyasətdə  köklü 

dəyişikliklərin aparılmasında görürdü. Bununla bərabər, Prebiş sənayeləşmənin 

(«idxalın əvəzləndirilməsi») TMK-nı qəbul edən ölkələrin maraqlarının nəzərə 

alınmasının yeni prinsiplərini və s. təklif edirdi. 

57 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə