Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə28/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   24   25   26   27   28   29   30   31   ...   306
    Bu səhifədəki naviqasiya:
  • Tollinq

bağlanmasına  münasibətdə  bildiyi  yaxud  bilməli  olduğu,  beynəlxalq  ticarətdə 

geniş  məlum  olan  və  bu  növ  ticarətin  müvafiq  sahəsində  bağlanılan 

müqavilələrdə tərəflərin daim riayət etməli olduğu adət tətbiq edilir. 

Xarici  iqtisadi  əlaqələr  sahəsində  işgüzar  mübadilə  adətləri  bir  çox 

hallarda  beynəlxalq  qeyri-hökumət  təşkilatları  tərəfindən  təfsir  olunur.  BTP 

tərəfindən  işlənib  hazırlanmış  Ticarət  terminlərinin  təfsirinin  beynəlxalq 

qaydalarını  (Inkoterms  2010)  buna  nümunə  göstənnək  olar.  Müqavilə 

bağlayarkən, tərəflər bu qaydaları öz münasibətlərinə şamil edə bilər. 



İxrac - malların, işlərin, xidmətlərin, əqli mülkiyyətin nəticələrinin, habelə onlar 

üzərində  müstəsna  hüquqların  geri  qaytanua  öhdəliyi  olmadan  gömrük 

ərazisindən  xaricə  çıxarılmasıdır.  İxrac  faktı  malın  gömrük  sərhədini  keçdiyi, 

xidmətlərin və əqli fəaliyyətin nəticələri üzərində hüquqların verildiyi anda təsbit 

olunur. Əmtəələri  gömrük ərazisindən xaricə çıxarmadan həyata keçirilən bəzi 

kommersiya  əməliyyatları  da  ixrac  hesab  olunur.  Beynəlxalq  ticarətin,  başqa 

sözlə, dünya üzrə ticarət dövriyyəsinin həcmi ancaq ixrac həcminin toplanılması 

yolu  ilə,  adətən,  ABŞ  dolları  yaxud  FOB  (free  on  board)  qiymətləri  əsasında 

hesablanır. FOB qiyıuəti satıcının daşınma və sığorta üzrə xərclərin bir hissəsini 

yalnız  malın  gəmi  göyərtəsinə  çatdırıldığı  anadək  çəkdiyini  nəzərdə  tutur.  Bu 

barədə dərsliyin 11-ci fəslində daha ətraflı danışılır. 

79 



 

təsnifatı 


idxal - malların, işlərin, xidmətlərin, əqli mülkiyyətin nəticələrinin, habelə 

onlar  üzərində  müstəsna  hüquqların  geri  qaytarma  öhdəliyi  olmadan  xaricdən 

gömrük  ərazisinə  gətirilməsidir.  İdxal  faktı  malın  gömrük  sərhədini  keçdiyi, 

xidmətlərin və əqli fəaliyyətin nəticələri üzərində hüquqların alındığı anda təsbit 

olunur. 

CIF - dəyər, sığorta, fraxt (CIF - cost, Insurance and freight) - bu göndəriş 

şərtinə  əsasən  satıcı  malın  təyinat  məntəqəsinədək  (adətən,  bu  idxal  edən 

ölkədəki  limandır)  daşınmasını  və  daşınma  zamanı  malların  sığorta  olunması 

xərclərini öz üzərinə götürür. Buna  görə də CIF  qiymətinə malın  dəyəri, onun 

fraxtı və sığortalanması xərcləri daxildir. 

Bazar  agentinin  xarici  iqtisadi  fəaliyyəti  mallar,  işlər,  xidmətlər

infonnasiya,  əqli  fəaliyyətin  nəticələri,  o  cümlədən  onlar  üzərində  müstəsna 

hüquqlarla  (əqli  mülkiyyət)  beynəlxalq  mübadilə  sahəsində  sahibkarlıq 

fəaliyyətidir. Bu halda «mal» anlayışı istənilən daşmar əmlakı (enerjinin bütün 

növləri  daxil  olmaqla),  habelə  daşınmaz  əmlaka  aid  edilmiş  hava,  dəniz 

gəmilərini, daxili sularda üzən gəmiləri və xarici  ticarət fəaliyyətinin predmeti 

olan kosmik obyektləri ifadə edir. Beynəlxalq daşımalar haqqında müqavilələrdə 

istifadə edilən nəqlİ3^at vasitələri mal deyil. 

Xidmətlərlə  beynəlxalq  ticarət  gözəgörünməz  ixrac  da  adlandırılır.  O, 

insanların və təşkilatların ehtiyacları ilə bağlı olan ən müxtəlif fəaliyyət növlərini 

həyata  keçirməklə,  başqa  şəxslərin  tələbatlarının  ödənilməsinə  yönəlmiş 

sahibkarlıq fəalij^əti kimi təfsir olunur. Xidmətlərlə ticarətə aşağıdakılar aiddir: 

 

xarici hüquqi və fiziki şəxslərlə bağlanılmış müqavilələr (onlara bərabər 



tutulan sənədlər) əsasında göstərilən xidmətlər; 

 



xarici  gəmilərə  xidmət  göstərilməsi  -  losman  bələdçiliyi,  liman 

yığımlarının bütün növləri, liman donanmasının xidmətləri, təmir və başqa işlərlə 

bağlı olan xidmətlər (işlər); 

 



bilavasitə  Rusiya  hava  limanlarında  və  hava  məkanında  xarici  hava 

gəmilərinə göstərilən xidmətlər, o cümlədən aeronaviqasiya xidmətləri; 

 

ixrac  olunan  xidmətlər  -  Rusiya  müəssisələrində  hazır  məhsul  şəklinə 



salınıb, MDB iştirakçısı olan dövlətlərin sərhədlərindən kənara çıxarılmaq üçün 

onun  gömrük  ərazisinə  əcnəbi  sifarişçinin  gətirdiyi  xammalın  emalı  üzrə 

xidmətlər (tollinq əməliyyatları). 

Tollinq - yenidən ixrac məqsədi ilə emal olunan müəyyən əmtəəlik 

81 



məhsul üçün razılaşdırılmış gömrük rüsumunun bir növüdür. 

Françayzinq  (franchise  -  iistimliik,  hüquq)  -  texnologiyaya  və  əmtəə 

nişanına  lisenziyanın  verilməsi  yaxud  satılması  sistemidir.  Beynəlxalq 

françayzinq  assosiasiyası  bu  sistemi  françayz  alanın  lisenziya  müqaviləsi 

əsasında ödədiyi maliyyə kompensasiyası müqabilində françayz verən tərəfindən 

ona  sahibkarlıq  fəaliyyətində  və  təlim  keçilməsində  yardım  göstərilməsinə, 

marketinq,  idarəçilik  və  s.  sahələrdə  müstəsna  hüquqların  verməsini  nəzərdə 

tutan  davamlı  münasibətlər  kimi  müəyyənləşdirir.  Françayzinqin  mahiyyəti, 

bazarda  möhkəm  müsbət  imici  olan  firmanın  (françayz  verənin)  öz 

texnologiyalarım  və  əmtəə  nişanı  altında  işləmək  hüququnu,  yəni  lisenziyanı 

(françayzı)  istehlakçılara  məlum  olmayan  firmaya  (françayz  alana) 

razılaşdırılmış şərtlərlə verməsi müqabilində müəyyən kompensasiya (gəlir) əldə 

etməsindədir.  Françayzinq  müqaviləsinə  əsasən  fəaliyyət  göstərmək  hüququ, 

adətən, müəyyən ərazi üzrə və müəyyən müddətə verilir. 

Rusiya  Federasiyasında  françayzinqin  qüvvədə  olması  RF  Mülki 

Məcəlləsinin 54-cü, «Kommersiya konsessiyası» və 4-cü hissəsi ilə reqlament- 

ləşdirilir. 

Françayzinqin  əsas  prinsipi  françayz  verənin  nou-hausunun  françayz 

alanın kapitalı ilə əlaqələndirməkdir. Françayz alan iki funksiyam yerinə yetirir: 

 

ticarət müəssisəsinin yaradılması üçün kapital verilməsi



 

öz ticarət müəssisəsinin idarə olunması. 



Beləliklə,  françayzinqin  ən  mühüm  elementi  françayz  alanın  kapital 

mənbəyi rolunu 05mamasıdır. 



İnjinirinq  -  müəssisələrin  və  obyektlərin  yaradılması  üzrə  mühəndis- 

məsləhətvermə  xidmətləridir.  Sahibkarlıq  fəaliyyətinin  xüsusi  növü  kimi, 

injinirinqin aşağıdakı özəllikləri vardır: 

 



bu, istehsal təyinatlı xidmətlərin məhsulun əşyalaşmış deyil, ondan əldə 

olunan  səmərədə  təcəssüm  olunan  formasıdır.  Bu  səmərə  maddi  daşıyıcıda 

(layihələr və texniki sənədlər, qrafiklər, çert.yojlar və s.) və başqa formada (təlim 

keçmə, idarəçilik və s.) ola bilər; 

 

alqı-satqı obyekti qismində çıxış edir; 



 

françayzinq və nou-haudan fərqli olaraq, injinirinq təkrarlana bilən, yəni 



dəyəri istehsal edilməsi üçün ictimai-zəruri olan vaxtla rriüə3^ənləşdirilən 

82 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə