Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə31/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   27   28   29   30   31   32   33   34   ...   306

Fəsil 4 

DÖVLƏTİN XARİCİ İQTİSADİ SİYASƏTİ 

VƏ İQTİSADİ DİPLOMATİYASI 

4.1.

 

Dövlətin xarici iqtisadi siyasəti

onun formalaşması mexanizmi 

Xarici  iqtisadi  siyasət  ölkənin  dünya  bazarlarında  müəyyən  üstünlüklər 

qazanması  və  eyni  zamanda  daxili  bazarın  xarici  malların  rəqabətindən 

qorunmasına yönəlmiş tədbirlər sistemidir. Buradan belə nəticə çıxarmaq olar ki, 

0,  dövlətin  təkcə  xarici  deyil,  həm  də  daxili  iqtisadi  siyasətinin  ən  mühüm 

həlqələrindən biridir və məhz sonuncu, xarici iqtisadi siyasətinin səmərəliliyini 

müəyyən edir. 

Xarici iqtisadi siyasətin məzmunu və istiqamətləri geosiyasi, geoiqtisadi 

və  başqa  amillərin,  habelə  milli  iqtisadi  inkişafın,  ölkələrin  inteqrasiyasının 

vəzifələrinin  məcmusu  ilə  müəyyənləşdirilir.  Xarici  iqtisadi  siyasətin  ölkənin 

ümumi  beynəlxalq  və  daxili  siyasəti  ilə  üzvi  əlaqəsi  nəticəsində  dünya 

təsərrüfatının 

mürəkkəb 

koordinatlar 

sistemində 

milli 


və 

dünya 


iqtisadiyyatlarının  qarşılıqlı təsiri daha da güclənir. Ölkə ərazisinin  böyüklüyü, 

onun  qüdrəti  və  dünyadakı  nüfuzu  xarici  iqtisadi  siyasətin  formalaşmasında 

mühüm  rol  oynayır.  Dünya  təsərrüfatmdakı  əlaqələrdə  yeni  meyillər  ölkələrin 

iqtisadiyyatlarının  təkrar  istehsalın  beynəlmiləlləşmiş  həlqələrinə  cəlb 

olunmasını şərtləndirir, bu isə, öz növbəsində, onları qlobal iqtisadi kompleksin 

tərkib hissəsinə çevirir. Dünya iqtisadiyyatının və BİM-in beynəlmiləlləşməsinin 

yeni  mərhələsi  dünyanın  siyasi  xəritəsini  prinsip  etibarilə  dəyişərək,  milli 

iqtisadİ3^atlarm  «silinməsi»,  yeni  strateji  məqsədlərin  və  inteqrasiya 

qurumlarının  fomıalaşması  ilə  yanaşı,  yeni  iqtisadi  sərhədlər  çəkir.  Qlobal 

iqtisadi sistemdə maliyyə-kredit və informasiya strukturları xüsusilə fərqlənir. 

BİM-də  xarici  aləmlə  qarşılıqlı  əlaqələrin  üsullarının,  qaydalarının, 

normalarının çox geniş bazası mövcuddur və onlardan bacarıqla yararlandıqda, 

məsələləri  münaqişəsiz  həll  etmək  mümkündür.  Xarici  iqtisadi  siyasətin 

sütununu  təşkil  edən  dövlət  tədbirləri  kompleksi  aşağıdakı  məqsədlərə  nail 

olunmasına şərait yaradır: 

89 



 

ölkənin  istehsal  həlqələrinin  dünya  bazarlarına  çıxması  və  fəaliyyət 



göstənnəsi üçün şəraitin yaradılması; 

 



ölkənin xarici iqtisadi maraqlarının qomnmasmm təmin edilməsi

 



ticarət  blokları,  ayrı-ayrı  ölkələr  və  təşkilatlarla  əlaqələrdə  əlverişli 

ticarət  rejimlərinin  fonnalaşdırılması,  habelə  beynəlxalq  maliyyə  təşkilatları, 

kreditor ölkələr və debitorlarla qarşılıqlı münasibətlərin tənzimlənməsinə imkan 

yaradan valyuta-maliyyə platformalarının yaradılması. 

Xarici iqtisadi siyasətin iki funksiyanı: proteksionizm (müdafiə) və hücum 

funksiyalarını yerinə yetinuəsi hamı tərəfindən etiraf edilir. Funksiyaların bu cür 

bölgüsü onlardan hər birinin geniş mənada təfsir olunmasını istisna etmir. Belə ki, 

ABŞ  və  Çin  kimi  dövlətlərin  hücum  siyasətinə  nüfuz  dairələrinin  bölgüsünün 

təmin  edilməsi  kimi  ekspansiya  tədbirləri  daxil  edilə  bilər.  Başqa  ölkələrə 

münasibətdə hücum siyasəti əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, mehriban 

qonşuluq  və  sülh  prinsiplərinin  həyata  keçirilməsini  ifadə  edə  bilər.  Tamamilə 

aydındır ki, dövlətlərin iqtisadiyyatında islahatların aparılması üçün seçilmiş hər 

bir model xarici iqtisadi siyasətin eyni elementlər bazasına istinad edir. Fərqlər 

yalnız  elementlərin  seçilən  sayında  və  liderlik  edən  (istehsala  cəlb  olunan  işçi 

qüvvəsinin  yüksək  faizi,  ən  yeni  texnologiyaların  (hight-trust  societies)  aparıcı 

rolu) və 

təqib edən (low-trust societies) inkişaf strategiyalarının 

əlaqələndirilməsindədir. 

Xarici iqtisadi siyasətin əsas istiqamətləri xarici iqtisadi fəaliyyətin bütün 

məcmusunu:  malların  və  xidmətlərin,  maddi,  əmək,  pul  və  əqli  resursların 

beynəlxalq hərəkətini tənzimləyir. Müvafiq olaraq, onun əsas elementləri xarici 

ticarət  siyasəti,  istehsal  və  elmi-texniki  əməkdaşlıq  sahəsində  siyasət,  valyuta- 

kredit siyasəti, xarici investisiyalar, texnologiyaların ötürülməsi sahələrində və s. 

siyasətlərdir. 

Dövlətin xarici iqtisadi siyasətinin işlənib hazırlanması müəyyən bazanın: 

müvafiq  iqtisadi  qurumlar  sisteminin;  dövlətin  milli  özəlliklərini  nəzərə  alan 

nonuativ-hüquqi  əsasın;  cəmiyyətin  demokratikləşməsinin  lobbiçilik  qarşısında 

sədd  çəkə  bilən  səviyyəsinin;  hər  hansı  həlqənin  iqtisadiyyatda  lider  rolunu 

oynamayacağma  zəmanət  verən  milli  bazar  strukturlarının  geniş  şəbəkəsinin 

mövcudluğunu tələb edir. 

Beləliklə, xarici iqtisadi siyasət (XİS) dövlətin və onun orqanlarının xarici 

iqtisadi fəaliyyət rejiminin müəyyənləşdirilməsi, ölkənin beynəlxalq 



90 


əmək  bölgüsündə  iştirakının  optimallaşdırılması  üzrə  məqsədyönlü 

hərəkətləridir. XİS ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar 

olaraq,  ayrı-ayrı  ölkələrlə  və  regionlarla  xarici  iqtisadi  əlaqələrin  coğrafi 

baxımdan tarazlaşdırılması məsələsini həll edir. 

Xarici  iqtisadi  siyasətin  ölkənin  sərəncamında  olan  geniş  alətlər  toplusu 

ona  öz  iqtisadiyyatının  strukturunun  formalaşmasına  və  inkişaf  istiqamətlərinə 

fəal  təsir  göstərmək  imkanı  verir.  XİS-də  fəaliyyətin  iqtisadi  diplomatiya 

adlandırılan spesifik sahəsi formalaşmışdır. 



İqtisadi  diplomatiyanın  məzmunu  və  təcrübəsi.  Müasir  dövrdə 

qloballaşma  proseslərinin  sürətli  inkişafı  beynəlxalq  münasibətlər  sisteminə 

iqtisadi  amillərin  təsirinin  get-gedə  güclənməsi  ilə  müşayiət  olunur.  Müasir 

diplomatiyanın  iqtisadi  tərkib  hissəsi  beynəlxalq  münasibətlərin  dinamikasını, 

habelə  dünya  dövlətlərinin  inkişafının  templərini  və  istiqamətlərini  mühüm 

dərəcədə müə5^ənləşdirir. 

Dünya siyasətinin qlobal iqtisadi sisteminin formalaşması baş verir, onun 

əsas  aktorları  (subyektləri)  isə,  ilk  növbədə,  maliyyə-iqtisadi  maraqlarını  əldə 

rəhbər  tuturlar.  Buna  görə  də  iqtisadi  diplomatiya  dünya  siyasətinin  və 

beynəlxalq siyasi münasibətlərin çox mühüm, ayrılmaz tərkib hissəsinə çevrilir. 

Bu  tendensiyaların  düzgün  başa  düşülməsi  üçün  iqtisadi  diplomatiyanın 

mahiyyətinin və mənbələrinin öyrənilməsi vacibdir. Buna parlaq nümunə İkinci 

Dünya  müharibəsindən  sonra  Avropanın  bərpası  Proqramı  formasında  ifadə 

olunmuş Marşall planıdır. Marşall planının xarici siyasətinin tarixi böyük maraq 

doğurur.  Bu  plan  müharibədən  sonrakı  dövrün  başlanğıcında  ABŞ 

strategiyasında mühüm yer tuturdu və onun xarici siyasətinin inkişafının tarixi 

mərhələsi idi. Sonradan Marşall planı iqtisadi yardım üzrə başqa proqramlarda öz 

uğurlu  davamını  tapdı,  onun  mexanizmindən  indi  də  istifadə  olunur.  Marşall 

planının ideyasının müəllifi hesab edilən biznesmen və diplomat V.Kleyton onu 

bu  tərzdə  müdafiə  edirdi:  «Birləşmiş  Ştatlar  xalqının  ehtiyacları  və  maraqları 

baxımından  bizə  almaq  və  satmaq  üçün  bazarlar,  böyük  bazarlar  lazımdır... 

özünü  iqtisadi  üsullarla  müdafiə  etmək  daha  ucuz  başa  gəlir  və  bunlar  bizdə 

kifayət qədərdir»’. 

Amerikanın tarixində iqtisadi amillər ABŞ-m milli maraqlarının müəyyən 

edilməsində, xarici siyasi vəzifələrin və prioritetlərin formalaş- 

60. 


^ Цит. по: Каррьер Г.К. де ла. Экономическая дипломатия. Дипломат и рынок. М., 2003. С. 

91 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə