Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə32/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   28   29   30   31   32   33   34   35   ...   306

masında,  habelə  milli  qüdrətin  müxtəlif  elementlərindən  beynəlxalq  arenada 

istifadəsində  ənənəvi  olaraq  nəzərəçarpan  rol  oynamışdır.  Dünyanın  başqa 

ölkələrinin  əksəriyyətinin  xarici  siyasəti  ilə  müqayisədə  Amerikanın  xarici 

siyasətində  iqtisadi  maraqların  üstünlüyü  həmişə  daha  parlaq  təzahür 

olunmuşdur. Buna bir sıra şərtlər və vəziyyətlər; ABŞ-m uzun müddət ərzində 

dünyanın  əsas  güc  mərkəzlərindən  təcrid  olunması,  coğrafi  şərait  nəticəsində 

təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi, amerikalılara xas olan, özünü 

xarici  siyasətdə  də  büruzə  verən  ənənəvi  praqmatizm  şərait  yaratmışdır. 

Avropada siyasi münasibətlər çox zaman iqtisadi əlaqələrdən çox öndə gedərək, 

müxtəlif  ölkələrin  iqtisadi  maraqlarının  irəliləməsinin  bünövrəsini  qoyurdusa, 

ABŞ  üçün,  əksinə,  iqtisadi  ekspansiyanın  irəlidə  olması  və  onun  nəticələrinin 

müvafiq  siyasi  və  hüquqi  münasibətlər  şəklində  təsbit  edilməsi  xarakterik  idi. 

Məşhur  Amerika  tədqiqatçısı  D.Geddis  qeyd  edirdi;  «İkinci  Dünya 

müharibəsindən  sonra  ABŞ  qlobal  ekspansiya  kursunu  qəbul  etmişdir».'  Buna 

müvafiq  olaraq,  Amerikanın  iqtisadi  diplomatiyası  müharibədən  əvvəlki  və 

sonrakı  dövrlərin  təcrübəsi  nəzərə  alınmaqla,  bu  geosiyasi  kursun  həyata 

keçirilməsinə istiqamətlənmişdi. 

4.2.

 

ABŞ-ın xarici iqtisadi 

siyasətinin mexanizmi 

ABŞ-m  İkinci  Dünya  müharibəsindən  sonra  iqtisadi  ekspansiyasını  izah 

edən  çoxsaylı  fikirlər  mövcuddur.  Ənənəçilərin  əksərij^əti  ABŞ-m  özünün  və 

Qərbi  Avropa  dövlətlərinin  təhlükəsizliyin  təmin  olunması  və  demokratiyanın 

müdafiəsi ehtiyaclarına istinad edirlər; revizionistlər bunu kapitalizmin malların 

satış, ixrac və idxal bazarlarını genişləndimıək, investisiyaların müdafiə olunması 

zəruriliyi nöqteyi-nəzərindən izah edir, başqa sözlə, ekspansiyanın səbəblərinin 

yalnız  iqtisadi  maraqlardan  yarandığını  düşünürlər.  Postrevizionistlər  bir  sıra 

əlavə  amillərə,  məsələn,  tarixdə  mövcud  olmuş  bütün  böyük  dövlətlər  kimi, 

ABŞ-m da bu cür xarici siyasəti öz siyasi və iqtisadi sisteminin xüsusiyyətlərinə 

uyğun  olaraq,  məcburiyyət  qarsısmda  həyata  keçirdiyinə  əsaslanırlar.  Onlar 

ekspansiyanı  ABŞ-m  vəzifəsi  hesab  edirlər.  Amerikanın  iqtisadi  maraqlarının 

dəstəklənməsinə  yönəlmiş  konkret  xarici  siyasi  aksiyalara  dair  çoxsaylı 

nümunələr göstərmək olar. Biznes maraqları ilə 

Крвменюк В. Процесс международных переговоров. М., 2003. С. 47. 

92 



ABŞ-ın xarici siyasət proqramlarının üzvi vəhdət təşkil etdiyi artıq aksiomdur. 

Nəzəri  baxımdan,  iqtisadi  qüdrət  bir  çox  ənənəvi  alətlərlə,  o  cümlədən  hərbi 

qüvvə ilə müqayisədə xarici siyasətin daha əlverişli vasitəsinə çevrilmişdir. 

Müharibədən sonrakı onilliklərin təcmbəsi Amerikanın xarici siyasətinin 

bütün  iri  müvəffəqiyyətlərinin  möhkəm  iqtisadi  bünövrəyə  istinad  etdiyini 

göstərir.  Belə  ki,  müharibədən  sonrakı  dövrdə  beynəlxalq  münasibətlərin 

bütövlükdə uğurlu hesab edilə bilən sisteminin formalaşması siyasətinə iqtisadi 

tərkib  hissəsi  kimi  Qərbi  Avropa  ölkələri  üçün  Marşall  planı,  Yaponiya  üçün 

sabitləşmə  proqramı,  Amerikanın  kapital  qoyuluşlarının  Latın  Amerikasında 

genişlənməsi,  BVF,  GATT,  BYİB  kimi  nüfuzlu  beynəlxalq  iqtisadi  təşkilatlar 

sisteminin yaradılması daxil idi. 

Müasir  ABŞ-da  xarici  iqtisadi  siyasətin  və  iqtisadi  diplomatiyanın 

mürəkkəb,  şaxələnmiş  mexanizmi  yaradılmışdır.  Burada  ABŞ-ın  Dövlət 

Departamenti və Ticarət Nazirliyi mərkəzi yer tutur. 



ABŞ  Ticarət  Nazirliyi  dövlətin  xarici  iqtisadi  siyasətinin  işlənib 

hazırlanması prosesinin əsas iştirakçısıdır, ticarət naziri Beynəlxalq Ticarət üzrə 

Komitənin (ВТК) üzvüdür. Bu komitə xarici ticarət sahəsində əsas sahələrarası 

əlaqələndirmə  orqanıdır,  onun  tərkibinə  tutduğu  vəzifəyə  görə  dövlət  katibi, 

habelə  kənd  təsərrüfatı,  ticarət,  əmək  və  maliyyə  nazirləri,  ticarət 

nümayəndəsinin qərarına əsasən başqa nazirliklərin və idarələrin vəzifəli şəxsləri 

daxildir. 

Ticarət Nazirliyi çərçivəsində ABŞ-ın xarici ticarət sahəsində ən mühüm 

məsələlərini  həll  etmək  səlahiyyəti  verilmiş  iki  struktur  bölməsi;  Beynəlxalq 

Ticarət  üzrə  İdarə  (BTİ)  və  İxrac  Nəzarəti  Bürosu  (İNB)  fəaliyyət  göstərir. 

Onlara ABŞ ticarət nazirinin müavinləri rəhbərlik edir. 

BTİ ticarət üzrə danışıqların hazırlandığı və keçirildiyi dövrdə ABŞ ticarət 

nümayəndəsinə analitik yardım göstərilməsini təmin edir, çoxtərəfli və ikitərəfli 

ticarət  müqavilələrinin  yerinə  yetirilməsinə,  habelə  ABŞ-ın  antidempinq 

qanunvericiliyinə  və  kompensasiya  rüsumlarının  tutulması  üzrə  iddiaların 

qaldırılması  işləri  ilə  bağlı  qanunvericiliyin  tələblərinə  riayət  olunmasına 

nəzarəti həyata keçirir. BTİ Amerika ixracına nəzarəti milli maraqlara uyğunluq, 

milli  təhlükəsizlik  tələblərinə  cavabvermə,  strateji  materialların  satışının 

qarşısının  alınması  mülahizələri  baxımından  həyata  keçirir.  BTİ,  həmçinin, 

ABŞ-ın  İsrailə  münasibətdə  xarici  ticarət  siyasətinin  həyata  keçirilməsi 

məsələləri ilə məşğuldur. 



93 


Ticarət  Nazirliyinin  fəaliyyətinin  ən  vacib  istiqamətlərindən  biri  milli 

infrastrukturun  möhkəmləndirilməsi  və  mühafizəsi  sayəsində  ABŞ-m  dünya 

bazarlarında rəqabət qabiliyyətinin güclənməsinə yardım göstəmıəkdir. 

Milli  iqtisadiyyatın  bütün  infrastrukturu:  zavodlar,  fermalar,  özəl 

müəssisələr,  universitetlər,  yəni  ölkə  iqtisadiyyatını  yaradan  və  iş  yerlərinin 

mövcudluğunu  təmin  edən  bütün  obyektlər  Ticarət  Nazirliyinin  diqqət 

mərkəzindədir.  Yuxarıda  qeyd  olunan  strateji  xətt  öz  əksini  bir  sıra  konkret 

proqramlarda tapmışdır. ABŞ Ticarət Nazirliyinin əsas proqramlarını sadalayaq: 

1)

 

ticarətin  inkişafına  yardım  üzrə  əlaqələndimıə  Komitəsi  ilə  birlikdə 



ABŞ Prezidentinin milli ixrac strategiyasının həyata keçirilməsi; bu məqsədə nail 

olmaq  üçün  BTİ  müdafiə  tədbirləri  də  daxil  olmaqla,  ticarət  sisteminin 

möhkəmləndirilməsi və ona yardım göstərilməsi üzrə işlər görür

2)

 



ticarətdə  sərbəstliyin  və  ədalətin  təmin  olunması  məqsədilə  ticarət 

qanunvericiliyinə riayətə və ticarət müqavilələrinin yerinə yetirilməsinə nəzarət 

edir; 

3)

 



ticarətə (xüsusilə də yeni yaranan bazarlarda) yardım göstərilməsi üzrə 

tədbirlərin  gücləndirilməsi  və  institusional  təsbit  olunması;  bu  məqsədlə  BTİ 

işgüzar  əməkdaşlığın  genişləndirilməsi  üzrə  komitələr  və  birgə  komissiyalar 

fonualaşdırır, mallarını Qərbi Avropanın inkişaf etmiş ölkələrinin, Yaponiyanın 

və Kanadanın bazarlarına ixrac edən Amerika şirkətlərinin sayının artırılmasına 

istiqamətlənmiş tədbirlər həyata keçirir

4)

 

ixrac  nəzarəti  sisteminin  strukturunun  XXI  əsrin  tələblərinə  uyğun 



olaraq  yenidən  qurulması;  bu  işdə  əsas  rolu  Amerika  şirkətləri  və  hökumət 

idarələri  ilə  birlikdə  aşağı  riskli  ixrac  müqavilələrinin  sayının  artmasına  və 

yüksək  riskli  müqavilələrinin  sayının  məhdudlaşdırılmasma  yardım  göstərən 

İxrac Nəzarəti Bürosu oynayır; 

5)

 

hüquq-mühafizə 



proqramlarının  səmərəli  fəaliyyətinin  təmin 

olunması;  ABŞ-ın  milli  təhlükəsizliyinin  və  xarici  siyasətinin  müdafiəsi;  ikili 

təyinatlı  materialların,  kimyəvi  silahların  yayılmasının  qarşısının  alınmasına 

yardım  göstərilməsi;  terrorizmə  qarşı  mübarizənin  dəstəklənməsi;  ictimai 

təhlükəsizlik maraqlarının qorunması; 

6)

 



müdafiə sənayesi sahələrinin konversiyasına yardım göstərilməsi; 

7)

 



Amerikanın  iqtisadi  siyasətinin  cəmiyyət  tərəfindən,  o  cümlədən 

beynəlxalq səviyyədə müdafiə olunması; 



94 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə