Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə25/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   21   22   23   24   25   26   27   28   ...   306

Maraqlıdır  ki,  sonuncu  bənd,  yəni  qlobal  maliyyə  sisteminin 

mexanizmlərinin  gücləndirilməsinin  zəruriliyi  ilə  «Soros  Fund  Management» 

korporasiyasının idarə heyətinin sədri, məşhur maliyyəçi C.Soros da razılaşır. Bu 

halda o, «bazar tarazlığı nəzəri}q/əsinin yanlışlığına» əsaslanır. Soros onun niyə 

düzgün  olmadığını  izah  etmir.  Amma  cavab  sadədir:  iqtisadi  sistemin 

fəaliyyətinin 

qanunauyğunluqları 

pozulursa, 

o, 

partlamalıdır. 



Qərb 

dövlətlərindən  tənzimləmə  «şlaqbaumlarmm»  aradan  qaldırılmasına  (Blaytın 

ifadəsinə  görə)  nail  olan  iri  oyunçuların  (o  cümlədən  Sorosun  özünün)  hədsiz 

böyük ehtikarçılıq əməliyyatları sistemin dayanıqlılığını pozmuşdur və təbii ki, 

bu şəraitdə bazar tarazlığı nəzəriyyəsi özünü doğrulda bilməz. 

Xülasə 

 



XX  əsrin  ikinci  yarısında  formalaşan  ümumi  iqtisadi  nəzəriyyə 

sistemində  beynəlxalq  iqtisadi  münasibətlər  nəzəriyyəsi  nisbətən  yenidir.  Eyni 

zamanda  onun  ayrı-ayrı  elementləri  fiziokratların  və  merkantilistlərin  ilkin 

iqtisadi konsepsiyalarına tərkib hissələr kimi daxil edilmişdi. 

 

Dünya  təsərrüfatı,  əlaqələrinin  inkişafına  güclü  təkan  vermiş  klassik 



iqtisadi nəzəriyyənin  - siyasi  iqtisadın  əsasını qoymuş ingilis  iqtisadçısı Adam 

Smitin  adı  ilə  bağlıdır.  Onun  ardıcılları  -  David  Rikardo,  C.Mill  və  başqaları 

beynəlxalq  əmək  bölgüsünün  (BƏB)  və  get-gedə  daha  çox  ölkənin  bu  prosesə 

cəlb olunmasının başa düşülməsinə öz töhfələrini vermişdir. Adam Smit Böyük 

böhran  (1929-1933-cü  illər)  başlayanadək  150  il  ərzində  üstünlük  təşkil  edən 

liberal iqtisadiyyatın nəzəri əsasını qoymuşdur. 

 

Böyük böhrandan sonra kapitalist iqtisadiyyatının dövlətin fəal iştirakı 



olmadan  inkişafının  qeyri-mümkün  olması  barədə  tezisdən  irəli  gələn  keynsçi 

nəzəriyyənin  yüksəlişi  başlandı.  Bu  nəzəriyyə  inkişaf  etmiş  ölkələrin  iqtisadi 

siyasətinin  fundamental  bazasına  çevrildi.  Keynsçiliyin  konseptual  baxışları 

çərçivəsində ümumi rifah dövləti meydana çıxdı, cəmiyyətin varlı, orta və yoxsul 

təbəqələri arasındakı fərqlər azaldı; qarışıq iqtisadiyyat çiçəkləndi. 

 



1970-1980-ci illərdəki «neft şokları» və inkişaf etmiş ölkələrdə iqtisadi 

inkişaf templərinin zəifləməsi, dominantlıq təşkil edən keynsçilik doktrinasının 

yerinin  Adam  Smitin  klassik  nəzəriyyəsinin  davamçısı  roluna  iddia  edən 

neoliberal  doktrina  tərəfindən  (daha  dəqiq  desək,  libertarizmin)  tutulması  ilə 

nəticələndi. 

 



Neoliberalizm çərçivəsində beynəlxalq monetarizm doktrinası 

69 



formalaşmış və son 25 ildə həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan və 

keçid  iqtisadiyyatlı  ölkələrdə  tətbiq  edilmişdir.  Milli  islahatlar  proqramları 

hazırlanarkən baza kimi istifadə edilən bu doktrinanın yayıcısı BVF olmuşdur. 

Doktrinanın  mahiyyəti  dövlətin  rolunun,  demək  olar  ki,  bütövlüklə  aradan 

qaldırıldığı  vəzİ3^ətdə  istehsal  amillərinin  inkişafının  mümkün  qədər 

liberallaşdırılmasmdadır.  2008-ci  ildə  bütün  dünya  iqtisadiyyatını  bürümüş 

qlobal böhran bu nəzəriyyənin qüsurlu olduğunu göstərdi. 

 



2008-2010-cu  illərdə  dünyanın  bütün  ölkələrində  və  beynəlxalq 

təşkilatlarda qüvvədə olan tənzimləmə modellərinin qüsurluluğunun və böhranın 

ən  təhlükəli  formalarının  yayılmasına  gətirib  çıxarmasının  dərk  edilməsi  yeni 

modellərin  və  nəzəriyyələrin  axtarışı  sahəsində  müəyyən  anlaşma  əldə 

olunmasına imkan vennişdir. Lakin problem bundadır ki, yeni strateji ideyaların 

axtarılması  və  tapılması  xeyli  vaxt  tələb  edən  mürəkkəb  prosesdir,  iqtisadi 

vəziyyət isə gözləməyə imkan vermir. 

 



Tapılan  həll  yollarından  biri  (heç  də  yeni  olmayan!)  ke3msçiliyin 

elementlərinin  geri  qaytarılması,  o  cümlədən  dövlətin  tənzimləyici  rolunun 

gücləndirilməsidir.  BİM  sahəsində  «səmərəli  idarəetmə»  və  sair  bu  kimi 

konsepsiyaların  formalaşması  buna  istinad  edir.  Bu  ideyalar  təkcə  alimlər 

tərəfindən  söylənilmir,  BMT  də  daxil  olmaqla,  beynəlxalq  təşkilatların 

hesabatlarında öz əksini tapır. 

 

UNCTAD  -ın  son  hesabatlarında  (2009-2010-cu  illər),  başqa 



beynəlxalq  tədqiqatlarda  və  görkəmli  təhlilçilərin  əsərlərində  göstərilir  ki, 

hökumətlər  böhrandan  sonrakı  dövrdə  yaranan  qlobal  iqtisadi  şəraitdə  öz 

inkişafının  trayektoriyasmda  dönüş  nöqtəsini  görməlidir.  Onlar  yeni  şəraiti 

nəzərə almaq üçün inkişaf istiqamətlərini  yenidən nəzərdən keçirməli, əvvəlki 

dövrlərdə iqtisadi siyasətdə yol verdikləri səhvləri aradan qaldırmalıdır. Dövlətin 

iqtisadi  və  sosial  funksiyaları  yenidən  dəyərləndirilməli,  onun  iqtisadi 

fəaliyyətinin  «qeyri-səmərəliliyi»  barədə  mübahisələrə  son  qoyulmalıdır. 

Səmərəli  idarəçilik  proqramlarına  dövlətin  fəallığına  istinad  olunmaqla  yeni 

aspektlərin daxil edilməsi vaxtı çatmışdır. Siyasətin işlənib hazırlanmasına görə 

məsul  şəxslər  onun  bir  sıra  ölkələrdə  inkişafın  sürətləndirilməsi,  struktur 

islahatlarının  keçirilməsi  üçün  istifadə  edilən,  XXI  əsrin  çağırışlarından  irəli 

gələn  mümkün  variantları  barədə  daha  çox  bilməli  və  məlumatlı  olmalıdırlar. 

Ümumilikdə  isə  söhbət  özünü  doğrultmayan  neoliberal-monetar  ideologiyaya 

alternativ olan yeni qlobal ideyaların axtarılmasından gedir. 



70 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə