Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə26/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   22   23   24   25   26   27   28   29   ...   306

Yoxlama sualları 

1.

 



Beynəlxalq əlaqələrin müasir nəzəriyyəsinin inkişafı və təkamülü necə 

baş vermişdir? 

2.

 

Xarici  iqtisadi  münasibətlər  barədə  ilkin  nəzəri  baxışların 



formalaşmasında fiziokratların və merkantilistlərin rolunu izah edin. 

3.

 



BİM-in  konseptual  bazasının  inkişafında  Adam  Smit  və  iqtisadi 

nəzəriyyənin başqa klassikləri hansı rolu oynamışlar? 

4.

 

Adam  Smitin  yaratdığı  iqtisadi  liberalizm  nəzəriyyəsi  150  il  ərzində, 



Böyük böhran başlayanadək niyə əngəlsiz fəaliyyət göstərə bilmişdir? 

5.

 



Nəyə görə liberal nəzəriyyələr kenysçi nəzəriyyə ilə əvəz olunmuşdur? 

İqtisadi təfəkkürün bu iki istiqamətini fərqləndirən əsas cəhət nədir? 

6.

 

1970-1980-ci illərdə keynsçılik öz dominant rolunu neoliberal iqtisadi 



nəzəriyyəyə hansı səbəblərdən verməli oldu? Doktrinaların dəyişməsinin yeganə 

səbəbinin  «neft  şokları»  və  yeni  şəraitdə  tənzimləmənin  keynsçi  modellərinin 

«işləməməsi» olduğunu iddia etıfıək düzgündürmü? 

7.

 



Niyə Qərb ölkələrinin liderləri, habelə təhlilçilər 2008-2010-cu illərdə 

tüğyan  edən  qlobal  böhranın  başlıca  səbəblərindən  birinin  neoliberal  modellər 

olduğunu hesab edirlər? 

8.

 



Beynəlxalq monetarizm konsepsiyasının əsas müddəalanm izah edin. 

9.

 



Böhrandan  sonrakı  dövrdə  BİM  sahəsində  nəzəriyyə  hansı 

istiqamətlərdə inkişaf edir? 



Referatların mövzuları 

1.

 



BİM-də liberal və neoliberal doktrinalar 

2.

 



Beynəlxalq iqtisadi münasibətlərdə keynsçilik 

2. BİM-in yeni və ən yeni konsepsiyaları 



71 


II Bölmə 

MÜASİR 

BEYNƏLXALQ TİCARİ-İQTİSADİ 

MÜNASİBƏTLƏR 

VƏ 

DÜNYA TİCARƏT SİYASƏTİ 


Fəsil 3 

BİM SİSTEMİNDƏ ÖLKƏNİN 

XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ 

3.1.

 

Beynəlxalq ticari-Iqtisadi əməkdaşlıq 

Beynəlxalq  ticari-iqtisadi  əməkdaşlıq  anlayışı.  Ümumdünya  yaxud 

beynəlxalq  ticari-iqtisadi  əməkdaşlıq  milli  sərhədlərin  hüdudlarından  kənarda 

işçi qüvvəsinin, malların və xidmətlərin hərəkəti ilə əlaqədar olan, çox mürəkkəb 

qlobal  kompleks  təşkil  edən  ticarət,  istehsal-iqtisadi,  maliyyə  əlaqələrinin  və 

münasibətlərinin  məcmusudur.  Beynəlxalq  ticari-iqtisadi  əməkdaşlığın  bu  cür 

təfsiri  prinsipal  fərqlər  olmasa  da,  ənənəvi  «beynəlxalq  (ümumdünya)  ticarət» 

tenninindən daha geniş və mürəkkəb məna daşıyır. 

Tarixi aspekt: təkamül. Əsrlər ərzində ikitərəfli qaydada, sadəcə olaraq, 

malların  dəyişdirilməsindən  qlobal  əməkdaşlığın  mürəkkəb  formalarına  və 

növlərinə  doğru  təkamül  baş  vennişdir.  Beynəlxalq  iqtisadi  əməkdaşlıq  (BİƏ) 

bəşəriyyətin  məhsulu  kimi,  tarixi  və  iqtisadi  kateqoriyadır.  Onun  kökləri 

insanların ictimai əlaqələrinin yaranmasından qaynaqlanaraq, qonşu qəbilələrin 

bir-biri ilə mal dəyişdirmə əməliyyatları aparması dövrünə gedib çıxır və bunu 



xarici iqtisadi əlaqələrin ilkin formaları kimi nəzərdən keçinnək olar. Bu ilkin 

təsərrüfat  əlaqələri  (və  həmin  əlaqələrlə  bağlı  münasibətlər)  dövlətin  meydana 



çıxması və inkişafından sonra get-gedə yeni keyfiyyət vəziyyətinə doğru təkamül 

etmiş  və  transfonnasiya  olunmuşdur.  Roma  imperiyasının  çiçəkləndiyi  dövrdə 

(«maşın  sivilizasiyası»  meydana  çıxanadək)  bu  münasibətlər  özünün  klassik 

vəziyyətinə  çatmışdır.  Təsadüfi  deyil  ki,  hüququn  ümumi  və  xüsusi  sahələri 

sivilizasiyanın Yunan-Roma dövründə yetkin həddə çatmışdır. Roma hüququ o 

qədər universal əhəmiyyətə malik idi ki, yarandığından min illər sonra. Napoleon 

müharibələri Qərbi Avropada feodalizm münasibətlərinin qalıqlarını məhv edib 

kapitalist  münasibətlərinin  inkişafı  üçün  geniş  üfüqlər  açdıqda  yenidən  tələb 

olunmuşdu. Bu prosesin mütləqiyyət və spesifik Rus- Asiya feodal münasibətləri 

fonnaları  çərçivəsində  inkişaf  edən  Rusiyadan  yan  keçməsinə  yalnız 

təəssüflənmək olar. 

Qədim dövrlərdə intensiv ticarət əlaqələri təkcə gələcək Avropa ölkələri 

74 



üçün deyil, özünün çiçəklənmə dövründə  yüzlərlə dövləti  və knyazlığı  nəhəng 

imperiya hüdudlarında birləşdirən Ərəb Xəlifəliyi üçün də səciyyəvi idi. Ticarət 

karvanları  imperiyanın  şəhərləri  arasında  gecə-gündüz  fasiləsiz  axın  şəklində 

hərəkət  edirdi.  Çinin,  Hindistanın,  Kiçik  Asiyanın,  antik  dünyanın  və  sonrakı 

sivilizasiyaların  ərəb-müsəlman  Şərqi  tərəfindən  üzvi  surətdə  mənimsənilmiş 

ticari-iqtisadi  və  mədəni  nailiyyətləri  onilliklər  ərzində  onun  sürətli  inkişafına 

şərait  yaratmışdır.  Hətta  Qərb  antik  irsə  əhəmiyyətli  dərəcədə  Şərq  vasitəsilə 

yiyələnmişdir:  qədim  yunanların  və  romalılarm  məşhur  əsərləri  əvvəlcə  ərəb 

dilinə, sonra isə ərəb dilindən Avropa dillərinə tərcümə olunmuşdur. 

Ərəb  Xəlifəliyinin  intensiv  ticari-iqtisadi  əlaqələrinə  Yaxın  Şərqdən 

Həbəşistana, Çinə, İspaniyaya və Fransaya, Orta Asiyaya, Qafqaza, Volqaboyu 

Skif dövlətinədək dünyanın ən iri şəhərləri cəlb olunmuşdu. 

Avropa  hökmdarlarının  və  Vatikanın  «Qüdsdə  Allahın  tabutu»  uğrunda 

apardığı  xaç  müharibələri  və  yürüşləri  əslində  çiçəklənən  dövlətlərin  zəbt 

olunaraq əsarət altına düşməsi, sərvətlərinin talan olunması ilə nəticələndi. Eyni 

zamanda  bu  müharibələr  Avropada  feodalizmin  ən  geridə  qalmış  formalarının 

möhkəmlənməsinə,  mədəniyyətinin  məhdudlaşmasına,  millətlər  arasında  uzun 

sürən  ədavətə  səbəb  olurdu.  Dünyanın  ticari-iqtisadi  əlaqələri  Makedoniyalı 

İsgəndər dövründən əvvəlki vaxtlaradək geri atıldı. 

Buna  baxmayaraq,  feodal  cəmiyyətlərin  dərinliklərində  Böyük  Coğrafi 

Kəşflərə  gətirib  çıxaran  pozitiv  əsaslar  da  inkişaf  edirdi  və  bunun  ən  parlaq 

nümunələri Kolumbun və Ameriqo de Vespuççinin kəşfləri. Magellanın qitələr 

arasında  mütəmadi  əlaqələr  yaradan  uzaq  dəniz  səfərləri  idi.  Bütün  bunlar 

sonradan  dünyanın  vahid  ticari-iqtisadi  əlaqələrlə  birləşməsinin  obyektiv 

təməlini qoymuşdur. 

Yalnız  İntibah  dövrü  kimi  unikal  hadisənin,  sonradan  isə  Avropa 

inqilabları  və  Napoleon  müharibələrinin  güclü  zərbələri  altında  feodalizmin 

çürüməsi natural təsərrüfatdan qəti olaraq birdəfəlik əmtəə-pııl münasibətlərinə 

keçilməsi, bu isə, öz növbəsində, kapitalist (burjua) münasibətlərinin yaranması, 

milli əmtəə bazarlarının inkişafı və mübadilənin sürətlənməsi ilə nəticələndi. Bu 

dərin istehsal-iqtisadi proseslər əmtəələrin milli sərhədlərdən kənara sıxışdırılıb 



çıxarılmasına təkan verir, beynəlxalq ticarətin inkişafına, dünya təsərrüfatının və 

dünya bazarının fonnalaşmasma şərait yaradırdı. 

75 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə