Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə68/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   64   65   66   67   68   69   70   71   ...   306

olan ölkələr tərəfindən inkişaf etmiş ölkələrin fınnalarınm əvvəllər dominantlıq 

etdiyi bazarların tutulması ilə bağlıdır. Nəticədə inkişaf etməkdə olan ölkələrin 

sürətlə artan şirkətləri ABŞ, Aİ və Yaponiyanın mövqelərini ələ keçirir və dünya 

bazarlarında onlarla uğurlu rəqabət apara bilir. 



Yoxlama sualları 

1.

 



Beynəlxalq və xarici ticarət anlayışlanm izah edin. 

2.

 



Ölkələr bir-biri ilə niyə ticarət edir? 

3.

 



Merkantilizm nəzəriyyəsi nə vaxt və hansı şəraitdə meydana çıxmışdır? 

Onun əsas müddəaları (prinsipləri) hansılardır? 

4.

 

Fritrederçilik  konsepsiyasını  necə  başa  düşürsünüz?  Adam  Smitin 



beynəlxalq ticarət nəzəriyyəsinə töhfəsi nədən ibarətdir? 

5.

 



 David  Rikardonun  nisbi  (müqayisəli)  üstünlüklər  haqqında 

nəzəriyyəsinin  mahiyyəti  nədən  ibarətdir?  Onu  niyə  biramilli  model 

adlandırırlar? 

6.

 



 İstehsal  amillərinin  nisbətləri  barədə  Hekşer-Olin  modelinin 

mahiyyətini və məzmununu izah edin. 

7.

 

Xarici  ticarətin  spesifik  amillərinin  P.Samuelson  və  D.Conson 



tərəfindən işlənib hazırlanmış modelinin mahiyyətini və məzmununu izah edin. 

8.

 



Əmtəələrin həyat dövrü nəzəriyyəsinin mahiyyəti nədən ibarətdir və o, 

xarici ticarətdə hansı əhəmiyyətə malikdir? 

9.

 

Ölkələrin  bənzərliyi  nəzəriyyəsini  necə  başa  düşürsünüz?  Onun 



praktikada tətbiqi necədir? 

10.


 

Balassa  modelini  yaxud  müqayisəli  üstünlüklər  və  əmək 

məhsuldarlığı amili nəzəriyyəsini izah edin. 

11.


 

Xarici ticarətin standart modelini təsvir edin. 

12.

 

Xarici ticarətdə tarazlıq yaranmasının şərtlərini izah edin. 



Referatlarm mövzuları 

1.

 



Beynəlxalq  ticarətin  əsas  konsepsiyaları,  onların  nəzəri  və  praktiki 

əhəmiyyəti 

2.

 

Ölkənin iqtisadi artımı ilə xarici ticarəti arasındakı əlaqələr 



181 


Fəsil 7 

İNKİŞAF ETMƏKDƏ OLAN ÖLKƏLƏRİN 

VƏ KEÇİD İQTİSADİYYATI ÖLKƏLƏRİNİN 

BEYNƏLXALQ TİCARƏTİ 

7.1.

 

«İnkişaf etmiş - inkişaf etməkdə olan ölkələr» 

azimutu üzrə beynəlxalq ticarət 

Beynəlxalq  statistika  tədqiqatları  nəticəsində  əldə  olunan  məlumatlar 

1980-2010-cu illəri əhatə edən onilliklər ərzində inkişaf etməkdə olan ölkələrin 

hazır  məhsulların  dünya  üzrə  ixracındakı  payının  üç  dəfə:  10-12%-dən  28- 

30%-dək artdığını göstərir. Bu gün inkişaf etməkdə olan ölkələr orta və yüksək 

texnologiya  malları,  habelə  kompüter  texnologiyaları  ilə  ticarət  üzrə  dünya 

bazarının 

‘/3 

hissinə nəzarət edir. Amma həmin ölkələrin ABŞ, Qərbi Avropa və 

Yaponiyanın  TMK-ı  ilə  müəyyən  dərəcədə  bağlılığı  qeyd  olunmalıdır.  Eyni 

zamanda  baş  verən  sıçrayış  30-35  ölkəyə  aiddir  (onlardan  təqribən  15  ölkə 

liderdir).  Beynəlxalq  ticarətdə  bu  cür  irəliləyiş  inkişaf  etməkdə  olan  ölkələrdə 

insan  kapitalı  sahələrinin:  təhsilin,  səhiyyənin,  elmin  -  sürətli  inkişafı,  sosial 

məqsədlərə  xərclərin  ümumi  artımının  və  əlbəttə  ki,  həmin  ölkələrin  sənaye 

bazasının müəyyən dərəcədə müasirləşməsinin nəticəsidir. 

İnkişaf etməkdə olan ölkələrin beynəlxalq ticarətinin özəlliyi onların əsas 

əmtəə axınlarının inkişaf etmiş ölkələr zonasına istiqamətlənməsidir. Qarşılıqlı 

ticarətə gəldikdə isə bunun həcmi 0 qədər də böyük deyil. Bu cəhət Asiya və Latın 

Amerikası,  inkişaf  etməkdə  olan  ölkələrin  inteqrasiya  qrupları,  habelə  Afrika 

üçün səciyyəvidir.  Bu qitədə Böyük Səhranın  cənubunda  yerləşən, zəif inkişaf 

etmiş ölkələr qrupuna daxil olan ölkələr əvvəlki kimi, ənənəvi tropik malları kiçik 

həcmdə  ixrac  edir,  inkişaf  etmiş  və  yeni  sənaye  ölkələrindən  isə  texniki 

məmulatları,  istehlak  mallarını  böyük  miqyasda  idxal  edir.  Bundan  əlavə,  son 

illərdə Afrika qitəsində ənənəyə çevrilmiş aclıq problemi yenidən baş qaldırır. 

182 



7.2.

 

Çin və onun beynəlxalq ticarətdə mövqeləri 

Müasir beynəlxalq ticarətdə Çinin xüsusi çəkisi böyük sürətlə artır. Qeyd 

edək  ki,  bir  sıra  görkəmli  alim  və  mütəxəssislər  Çin  yuanmm  devalvasiyasını 

1997-ci  ildə  Cənub-Şərqi  Asiyada  maliyyə  böhranının  yaranmasının 

səbəblərindən  biri  kimi  göstərir.  Buna  görə  də  Çin  ilə  ikitərəfli  ticarətində 

ABŞ-m  ticarət  balansında  iri  məbləğdə  mənfi  saldo  yaranması  nəticəsində 

beynəlxalq  təşkilatların  və  ABŞ-m  yuanı  devalvasiya  etmək  tələbinə  ölkə 

hökumətinin ehtiyatla yanaşması da təsadüfi hal deyil. 

2000-2010-cu  illərdə  Çinin  xarici  ticarətinin  illik  artım  tempi  14,7%,  o 

cümlədən 2008-ci ildə 11%, 2010-cu ildə 9,4% olmuşdur. Xarici ticarətin artım 

templəri yalnız 12%-ə, idxalı 13,1%-ə düşmüş, ixrac isə 17,1% artmışdır. Dövr 

ərzində ABŞ ilə ticarətdə ticarət balansının müsbət saldosunun orta illik məbləği 

90 milyard dollar, Aİ ilə 40 milyarddan çox, inkişaf etməkdə olan ölkələrlə 14 

milyarddan  artıq  olmuşdur.  Rusiya  və  Yaponiya  da  daxil  edilməklə,  Çinin 

dünyanın,  demək  olar  ki,  bütün  ölkələri  ilə  münasibətlərində  ticarət  balansı 

müsbət  olsa  da,  ayrı-ayrı  ölkələrlə  ikitərəfli  ticarətin  göstəriciləri  əhəmiyyətli 

dərəcədə fərqlənir (qeyd edək ki, keçmişdə Çinin Asiya ölkələrinin əksəriyyəti və 

Yaponiya  ilə  xarici  ticarətində  profısit  yaranmırdı).  Latın  Amerikası  ölkələri, 

Avstraliya  və  Yeni  Zelandiya  ilə  ticarətində  Çinin  ticarət  balansının  müsbət 

saldosu əhəmiyyətli məbləğdədir. 

Artıq qeyd etmişik ki, ABŞ-m Çinlə xarici ticarətində kəsirinin getdikcə 

artması səbəbindən onun bu ölkə ilə münasibətləri mürəkkəbləşir. Son illərdə hər 

iki ölkə qarşılıqlı ticarət məsələləri barədə dəfələrlə danışıqlar aparsa da, hələlik 

ABŞ-m kəsirinin aradan qaldırılması yolları tapılmır. 

Qeyd  olunmalıdır  ki,  1990-cı  illərdə  Çinin  ümumi,  o  cümlədən  «uzaq» 

ixracının sürətlə artması və 2000-2010-cu illərdə bunun davam  etməsi  Cənub- 

Şərqi  Asiya  ölkələrinə  ixracı  tempinin  səngiməsi  ilə  müşayiət  olunmamışdır. 

Buna  görə  də  təhlilçilərin  müəyyən  ölkələrin  sürətli  yüksəlişinin  başqalarının 

yoxsullaşması hesabına baş verməsi barədə geniş yayılmış fikirləri ilə razılaşmaq 

olmaz; hər halda burada birbaşa əlaqə müşahidə edilmir. Çox güman ki, bu əlaqə 

inkişafın  daxili  dinamizmində  və  keyfiyyətində,  ixtisaslaşmış  bazarlardakı 

vəziyyət  daxil  olmaqla,  beynəlxalq  rəqabət  qabiliyyətinin  səviyyəsində 

mövcuddur. 

183 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə