M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə51/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   47   48   49   50   51   52   53   54   ...   184
muhazire FELSEFEyeni

- aktivliyi (hərəkət, dəyişiklik, inkişaf);

- özünü təşkiletməni;

- varlığın məkan-zaman formasını;

- inikası;

- məlumatlılığı – aid edirlər. Bu xassələri ayrılıqda təhlil edəcəyik.
Müasir elm materiyanın quruluşu haqqında-Fəlsəfə və elm XXI əsrə öz arsenal maddi aləmin quruluşu haqqında kifayət qədər ciddi konsepsiyalarla daxil olmuşdur. Onun əsasında sistemlilik prinsipi dayanır – bu prinsip dünyaya çətin tabe olan obyektlərin ierarxik kompozisiyası kimi bax­ma­ğı tələb edir, onların hər biri müəyyən sistemi təmsil edir.

Fəlsəfi baxımdan sistemin ümumi nəzəriyyəsi (onun banisi A.A.Boqdanov və L.Fon Bertalanfi hesab olunurlar) köhnə fəlsəfi problemin – hissə və tamın qarşılıqlı münasibəti – həll etməyə olduqca uğurlu cəhddir. Çoxdan qeyd olunmuşdur ki, tam praktiki olaraq onu təşkil edən hissələrdən “çoxdur”. Tam ayrılıqda götürülən hissələrdə olmayan xassəyə malikdir. Məsələn, maşının istənilən hissəsi öz-özünə gedə bilməz. Ayrı-ayrı hissələr müəyyən ardıcıllıqla bir yerə yığıldıqdan sonra hərəkət vasitəsinə çevrilir. “Yığılan bütövlüyün”, yəni eyni cür obyektlərin sadəcə olaraq bir yerə yığılmasının da yeni xassəsi yarana bilər. Məsələn, stadionda azarkeşlər qrupu və ya teatrda tamaşaçılar bu tamı təşkil edən təklərdə olan xassələrdən fərqlixassə nümayişetdirirlər.

Bütün bu yeni xassələr haradandır? Ümumi cavab: tamın daxilində hissələrin birləşmə üsulu, qarşılıqlı fəaliyyətindən, onların quruluşundandır. Sistemli yanaşmanın məqsədi də bu cür sistem xassələri aşkar etməyə yönəlmişdir. Onları aşkar etməyin imkanları sonsuzdur. Ən azı üzvi kimyanı xatırlayın: bir neçə kimyəvi elementlərin arasında olan əlaqələrin qruplaşması ən müxtəlif maddələrin yaranmasına gətirib çıxarır– bunların arasında əsası karbondur. Buradan belə nəticə çıxarılır ki, materiyanın sonsuzluğunun kökü onun substrakt əsasının müxtəlifliyində (atomlar və ya elementar hissəciklər) deyil, təşkilati, struktur yenidən qurulması yollarının potensial qeyri-məhdud imkanlarından asılıdır. Tutaq ki, istənilən dildə əlifbanın az sayda hərflərindən istifadə edərək, hərflərin yerini dəyişməklə sonsuz sayda sözlər –yaratmaq olar.

Beləliklə, müasir elmi fikir əsas diqqəti maddi aləmin təşkilinə, struktur modelinə yönəldir. Sistemli təhlil isə bu cür modellərin qurulmasının əsas vasitələrindən biridir.

Onun əsas anlayışları: sistem, struktur, elementdir. Sistem deyərkən, adətən çoxsaylı elementlərin istənilən şəkildə nizama salınması başa düşülür, onlar arasındakı qarşılıqlı əlaqə onların xarici aləmlə əlaqəsindən daha güclüdür. Element sistemin minimal, daha bölünməyən komponentidir. Bu anlayış əlaqəli və nisbidir. Məsələn, insana həm “cəmiyyət” sisteminin ele­menti kimi, həm də çoxsaylı elementləri olan müstəqil sistem kimi baxmaq olar. Struktur isə sistemin elementləri arasında olan əlaqə üsulu kimi baxmaq olar. Bu sistemin daha möhkəm, sabit aspektidir.

Sistemli yanaşmanın bütövlükdə dünyaya tətbiq edilməsi onun fəaliyyətinin düzgün və nizamlı mənzərəsini qurmağa imkan verir. Bizə məlum olan dünya (Kainat) bütöv sistemi təşkil edir (onun sərhədləri hələ tam müəyyən olunmamışdır), o qarşılıqlı əlaqədə olan çoxsaylı elementlərdən təşkil olun­muşdur, onların hər birinə dəöz elementlər yığını olan bütöv sistem kimi baxmaq olar. Hətta ən böyük sistemin (Kainatın) daxilindəki elementlərin ayrılması meyarı sadədir: eyni cür struktura malik olan bir sıra maddi obyektlərin olması. Belə ki, yüzdən yuxarı kimyəvi elementlərə malik atomlar əlbəttə ki, bir-birindən fərqlənirlər, ancaq onların strukturları oxşardır – elektron obyektlərlə əhatə olunan müsbət nüvə bu maddi obyektləri bir sinfə aid etməyə də imkan verir – onların müx­təlifliyi eyni cür struktura əsaslanır – ümumi elektron təbə­qələrlə dartılan atomların nüvəsi.

Eyni struktura malik olan maddi obyektlərin bu cür sinfi materiyanın təşkilinin strukturu səviyyəsi adlanır. Onlar dünyamızın ierarxik quruluşunun “mərtəbələridir”. Quruluş müxtəlifliyinə görə sistemin üç böyük tipini ayırırıq: 1) cansız təbiətin sistemləri; 2) biosistemlər; 3) ictimai sistemlər (bunlar varlığın ayrılmış növlərinə uyğun gəlir). Daha sonra sistemin bu tiplərinin daxilində struktur səviyyəsi, yəni oxşar struktura malik böyük sinifləri axtarırıq.

Canlı təbiətdə bu: fiziki vakkum, elementar hissəciklər, sahə, atomlar, molekullar, makroskopik cisim, planetlər, ul­duzlar, qalaktika və Metaqalaktika və ya Kainat.

Təbiətdə canlı struktur səviyyələr aşağıdakılardır: nuklein turşusu, hüceyrələr, çox hüceyrəli orqanizmlər, biosenozlar və bütövlükdə bütün biosfera.

İctimai həyatın təşkilində insan fəaliyyətinin sistemləri və sistemaltıları aydın müşahidə olunur (maddi istehsal, mənəvi istehsal, üstqurumlar: siyasət, hüquq, əxlaq, insanın özünü istehsal və təkrar istehsaledən sistemaltılar kimi ictimai sahə­lər). Bundan başqa, cəmiyyətin struktur səviyyəsi insanların tarixi birlik formalarını – qəbilə, ailə, etnos, bütövlükdə bə­şəriyyəti – yaratmışdır.

Materiyanın quruluşunun struktur səviyyəsi konsepsiyası maddi aləmin “statistik” layihəsini cızır, bizə onun bu günki “şəklini” verir. Təbii sual: keçmişdə bu “şəkildə” nə var idi? Müasir elm güman edir ki, o bu suala 15-20 milyard il çərçivəsində cavab verə bilər (Böyük partlayış konsepsiyası). Bu cavaba müvafiq olaraq Kainatın indiki sistem struktur quruluşu onun uzun illər boyu müşahidə 1) təkamülünün nəticəsində yaranmışdır – bu prosesdə materiyanın bu gün məlum olan bütün struktur səviyyələri ardıcıl olaraq meydana gəlmişdir. Beləliklə, indi maddi aləmin olunan quruluşu onun öz-özünə hərəkəti və inkişafı nəticəsidir.

Materiyanın quruluşu haqqında müasir elmi baxışların əsa­sın­da onun mürəkkəb sistemli quruluşu ideyası dayanır. Maddi alə­min istənilən obyektinə sistem kimi, yəni ele­mentlərin var­lı­ğı­nı və onlar arasında olan əlaqələri xarakterizə edən xüsusi bü­tövlük kimi baxmaq olar. Məsələn, makrocismin molkulun müəy­yən quruluşu kimi baxmaq olar. İstənilən molekul atom­lar­dan və onlar arasındakı müəyyən əlaqələrdən ibarət olan sis­tem­dir: molekula daxil olan atomların nüvəsi elektorstatistik itə­ləmə qüvvələrinə tabedir, onların ətrafında ümumi elektrik ör­tükləri var, o, nüvəni sanki dartır, məkanda onun dağılmasına im­kan vermir. Atomlarda, eyni zamanda, sistemli tamdır – nü­və­dən və elektrik örtükdən ibarətdir, nüvədən müəyyən mə­sa­fə­də yerləşirlər. Hər bir atomun nüvəsinin, öz növbəsində, da­xi­li sturkturu vardır. Sadə halda nüvə bir hissəcikdən – pro­ton­dan ibarətdir. Daha mürəkkəb atomların nüvəsi protonlar və ney­tronların qarşılıqlı fəaliyyəti yolu ilə yaranmışdır, onlar nü­və­nin daxilində daimi olaraq bir-birinə çevrilir və xüsusi tam – nuk­lonlar – müəyyən vaxt proton, digər vaxt neytron və­ziy­yət­də olan hissəciklər yaradır. Həm proton, həm də neytron mü­rək­kəb quruluşludurlar. Onlarda olan spesifik elementləri – kvar­kaları ayırmaq olar, onlar başqa hissəciklərlə - qlyuonlarla (ya­pışqan) qarşılıqlı fəaliyyətdədirlər, dəyişirlər, sanki kvark­la­ra “yapışırlar”. Fiziklərin adronlar qrupuna daxil etdikləri pro­ton­lar, neytronlar və digər hissəciklər kvark-qlyuonların qar­şı­lıqlı fəaliyyətləri sayəsində mövcuddurlar.

Maddi aləmin istənilən obyekti nadirdir, başqasının oxşarı deyildir. Obyektlərin nadirliyi və bir-birinə oxşamamasına baxmayaraq onların müəyyən qrupu ümumi quruluş əlamətlə­rinə malikdirlər. Məsələn, atomların çox böyük müxtəliflikləri mövcuddur, lakin onlar eyni tip qurulmuşlar – atomlarda nüvə və elektron təbəqə olmalıdır. Molekulun çox böyük müxtəlif­liyinin – hidrogenin sadə molekullarında sincabın mürəkkəb molekullarına qədər – ümumi struktur əlamətlərin molekulları yaradan, ümumi elektron təbəqələrlə bürünmüş atomların nü­və­si – vardır. Canlı orqanizmlərin qurulduğu hüceyrələrdə, müx­təlif makrocisim quruluşunda ümumi əlamətlərin olması var­lığını aşkar etmək olar. Quruluşda ümumi əlamətləri müx­tə­lif obyektləri maddi sistem sinfində birləşdirməyə imkan verir. Bu siniflər çox vaxt materiyanın quruluşunun səviyyələri və ya materiyanın növləri adlandırırlar. Materiyanın bütün növləri öz aralarında genetik olaraq bağlıdırlar, yəni onların hər biri digərindən inkişaf edir. Materiyanın quruluşunu bu səviy­yələrin müəyyən ierarxiyası kimi təsvvür etmək olar.

Elementar hissəciklər və onların qarşılıqlı fəaliyyəti kəşf olunana qədər elm materiyanın iki növü – maddə və sahə ilə məhdudlaşırdı. Hələ XIX əsrin sonu XX əsrin əvvəllərinə qədər sahəni fasiləsiz maddi mühit kimi, maddəni isə - diskret hissəciklərdən təşkil olunan fasiləli mühit kimi müəyyən edir­dilər. Lakin kvant fizikasının inkişafı maddə və sahə arasındakı sərhəd xəttinin nisbi olduğunu aşkar etdi. Yalnız sahənin kvant xassəsinin nəzərə alınmadığı makro səviyyədə onları fasiləsiz mühit hesab etmək olar. Ancaq mikrosəviyyədə sahə kvant­lar­dan təşkil olunmuş kimi dayanır, onların eyni zamanda kor­pus­kul­yar və dalğavari xarakterə malik hissəcik kimi baxmaq olar. Mə­sələn, elektormaqnit sahəsini fotonlar sistemi kimi, qra­vi­tasiya sahəsini isə qravitlər sistemi kimi təsəvvür etmək olar.

Elementar hissəciklər dörd tip qarşılıqlı fəaliyyətdə – güclü, zəif, elektormaqnit və qravitasiya – iştirak edirlər. Qarşılıqlı fəaliyyətin yalnız son iki tipi istənilən böyük məsafədə özünü təzahür etdirir, ona görə də onlara yalnız mikroaləmin deyil, həm də makrocismin, planetlərin, ulduz­ların və qalaktikanın (makro və meqaaləm) prosesləri tabedir. Güclü və zəif qarşılıqlı fəaliyyətə gəldikdə isə onlar yalnız mikroaləm prosesləri üçün xarakterikdir. XX əsrin sonlarının ən təəccüblü kəşflərindən biri eletromaqnit və zəif qarşılıqlı fəaliyyətin vahid mahiyyətinin – elektrozəif qarşılıqlı fəaliy­yətin tərəfi, müxtəlif təzahürü olmasının aşkar edilməsi oldu.

Elementar hissəcikləri qarşılıqlı fəaliyyət tiplərinə əsasən təsnifatını vermək olar. Adronlar (ağır hissəciklər – pronotlar, neyronlar, mezonlar və s.) bütün qarşılıqlı fəaliyyətlərdə iştirak edirlər. Leptonlar (yüngül, məsələn, elektron və s) güclüdə iştirak etmirlər, yalnız elektorzəif və qravitasiyada iştirak edirlər. Güclü qarşılıqlı fəaliyyətdə əksər adronları fərq­ləndirmək olmur, onlar eyni görünürlər. Məsələn, nuklonlar – neytronlar və protonlar bir-birindən fərqlənmirlər, bütün P-mezonlar bir hissəcik kimi çıxış edirlər. Elektromaqnit qüvvələr işə düşəndə nuklonlar iki yerə parçalanırlar – bu cür parçalanma hissəciklərə bəzi dərin strukturların təzahürü kimi baxmağa imkan verir. Bu cür strukturun axtarışı müasir fizikanın əsas məqsədidir. Bu yolda o materiyanın vəziyyətini və dərin xassələrini aşkar etməyə cəhd edir, bu da son anda Kainatın təkamülünün, onun obyektlərinin qarşılıqlı fəaliy­yə­tinin xüsusiyyətlərini və inkişafını müəyyən edir.

Kvarklar və leptonlar elementar hissəciklər sistemində bazis obyektləri kimi çıxış edirlər. Onlar bizim dünyanın mad­dələri üçün əsas qurucu materialdır, belə ki, atomların nüvəsi kvarkların qarşılıqlı fəaliyyəti hesabına mövcuddur, nüvə ətrafında elektron təbəqənin yaranması atomların yaran­masına gətirib çıxarır.

Fizika hələlik elementar hissəciklərin vahid nəzəriyyəsini yaratmamışdır. Güclü qarşılıqlı fəaliyyətdə iştirak edən hissə­ciklərin ümumi dərin strukturunun aşkar olunması və zəif və elektromaqnit qarşılıqlı fəaliyyətin vəhdətinin qurulması vahid nəzəriyyə çərçivəsində güclü, elektrozəif və qravitasiya qarşı­lıq­lı fəaliyyətinin birləşdirilməsi ideyasının işlənib hazır­lan­ma­sı­nı nizama saldı. Başqa sözlə desək, söhbət materiyanın qu­ru­lu­şunun subelementar səviyyəsinin tədqiqindən, bütün ele­men­tar hissəciklərin vahid təbiətinin aşkar olunmasından gedir. Gö­rü­nür məhz bu səviyyənin qanunauyğunluğunda Kainatın tə­ka­mü­lünün xüsusuiyyətlərini müəyyən edən əsas sirlər gizlənir. Ümumiyyətlə müasir elm üçün xarakterik hal odur ki, o mik­ro­alə­mə nə qədər çox daxil olursa Kainatın geniş miqyaslı struk­tu­runu başa düşməyə imkanlar bir o qədər artır. Kainat əbədi və dəyişməz deyildir, o materiyanın inkişafının nəticəsidir, mik­ro­aləmin dərinliklərində olan potensial imkan­ların özünə­məx­sus həyata keçirilməsidir. Materiyanın quru­lu­şu­nun ele­men­tar səviyyəsinə elementar hissəciklərlə yanaşı, həm də qey­ri-adi fiziki obyekt olan vakkum da daxil edil­miş­dir. Fiziki-vak­kum-boşluq olmayıb materiyanın xüsusi vəziy­yətidir. Vak­kumda bütün hissəciklər və bütün fiziki cisimlər yı­ğı­lır. Orada daimi olaraq “virtual hissəciklər” adla­nan fasiləsiz yaranma və yox olma ilə bağlı olan mürəkkəb proselər baş verir.

Virtual hissəciklər – elementar hissəciklərin müvafiq tiplə­rinin xüsusiyyətlərinin gücüdür, onların “vakkum kökü­dür”, doğulmağa hazır olan, lakin hələ doğulmayan, çox qısa vaxt ərzində yaranan və yox olan hissəciklərdir. Müəyyən şəraitdə onlar vakkumdan çıxa bilərlər, “normal” elementar hissəciyə çevrilirlər, onları yaradan mühitdən asılı olmayaraq nisbətən sərbəst yaşaya və bu mühitlə qarşılıqlı fəaliyyətdə ola bilərlər.

Materiyanın subelementar səviyyəsinin tədqiqi yolunda ilk addım vakkumun keyfiyyətcə müxtəlifliyi haqqında prinsipcə yeni ideyaya gətirib çıxardı. Aydın oldu ki, fiziki vakkum sıç­rayışla öz strukturunu qurmağa qadirdir. Sistemlərin xarak­terinin kəskin dəyişikliyi ilə bağlı bir vəziyyətdən digərinə keçid fizikada üfiq faza (dövr) adlanır (onun məlum nümunəsi suyun buxara və buza çevrilməsidir). Fiziki vakkum da faza, dövri sıçrayışa qadirdir.

Mikroaləmin müasir fizikasındakı bu yeni ideya bizim astronomik Kainatın inkişafı haqqında - vakkumun bir fazadan digərinə keçidi nəticəsində elementar hissəciklərin kütləvi şəkildə doğulması ilə bağlı olan partlayış yolu ilə yaranması haqqında qeyri-adi baxışlara dayaq oldu. Subelementar səviy­yənin obyektlərinin qarşılıqlı fəaliyyəti və onların əsasında yaranan elementar hissəciklər daha mürəkkəb maddi sistemin yaranması üçün əsas oldu. Elementar hissəciklərdən atomlar qurulur, o da materyanın keyfiyyətcə spesifik növüdür.

Elementar hissəciklər, atomların nüvəsi, ionlar (elektor təbəqəsində öz elektronlarının bir hissəsini itirmiş atomlar) qaza oxşar materiyanın xüsusi vəziyyətini yarada bilir ki, bu da plazma adlanır. Elektromaqnit qravitasiya sahəsi ilə dartılan böyük plazma cismi ulduzları yaradır – o da materiyanın quruluşunun xüsusi səviyyəsidir. Onların özəyində nüvə reak­siyası gedir, bunun gedişindəbir hissəcik digərinə çevrilir, bunun hesabına da ulduzlar daimi olaraq enerji verir.

Ulduzlar atomların xüsusi dəmirçixanası kimi çıxış edirlər. Onlarda elementar hissəciklərin çevrilməsi hesabına atomların nüvəsi yaranır, ulduzların ətrafında, kənarda temperaturun aşağı düşməsi ilə, ulduzların partlaması ilə onlardan mad­də­lərin atılması nəticəsində atomlar yaranır. Atomların qarşılıqlı təsirindən materiyanın quruluşunun növbəti səviyyəsi – mo­le­kullar formalaşır. Molkullardan sonra makrocisim (sulu, bərk, qazaoxşar) səviyyə gəlir. Materiyanın spesifik növü hesab olunan makrocismin xüsusi tipi planetləri – nüvəsi, litosferası, bəzi hallarda atmosferası və hidrosferası olan, mürəkkəb daxili strukturlu cismi – yaradır. Ulduzlar və pla­netlər planetlər sis­te­mi­ni yaradırlar. Ulduzların çoxlu sayda yığılması, planetlər sistemi, öz aralarında qarşılıqlı surətdə təsirə malik olan ul­duz­lararası toz və qaz xüsusi obyektlər yaradırlar, bu qalaktikalar adlanır. Yer bu cür qalaktikalardan birinə aiddir. Bizim qa­laktikaya adi olan ulduzların əsas kütləsi 100 min işıq üç həcmində diskdə cəmlənmişdir – onun diametri və qalınlığı 1500 işıq ili həcmindədir (xatırladaq ki, işığın sürəti 300 min km s). Bizim Günəş qalaktikanın axırındadır və onun nüvəsi ətrafında fırlanır, 200 milyon ildə (necə deyərlər, qalaktika ili) bir tam dövr edir.

Olduqca sıx toplanmış ulduzlardan ibarət olan, ulduzlarası qaz və tozla qızmış bəlkə də olduqca sıx cisimlə örtülən qalaktikanın nüvəsini biz müşahidə edə bilmirik. Hal-hazırda Günəş qalaktika məkanının o hissəsi ilə hərəkət edir ki, orada nüvə Yerdən geniş toz dumanı ilə örtülmüşdür. Bir neçə milyon illər sonra Yer bu “ekrandan” çıxacaqdır və nüvədən axan şüalara məruz qalacaqdır. İndi bizim qalaktikanın nüvəsi sakitdir: o daimi olaraq enerji axını ötürür. Ancaq prinsipcə qalaktikanın nüvəsi fəal da ola bilər, qısa vaxt ərzində olduqca çox enerji buraxa bilər. İstisna edilmir ki, bizim qalaktikanın nüvəsi müəyyən vaxtdan sonra partlayışlı fəallıq da nümayiş etdirə bilər. Ola bilsin ki, partlayış prosesində Yer toz duman ilə örtülməsin, açıq olsun, onda nüvədən gələn şüa Yerdə olan həyatın vəziyyətinə və inkişafına təsir edə bilər. Dərk etmək lazımdır ki, Yerdə olan həyat, onun bir hissəsi olan bəşəriyyət kosmosun quruluşundan asılıdır. Ona görə də onun qurulu­şunun prinsipini bilmək Yer həyatının mənşəyini bizim təbiətlə olan qarşılıqlı əlaqəmizi başa düşmək üçün olduqca zəruridir.

Müxtəlif tip qalaktikalar yığını – qalaktikalar sistemini, bü­tövlük xassəsinə malik olan xüsusi obyekti – yaradırlar. Qalatikalar arasında böyük məsafə olmasına baxmayaraq (on, yüz, milyon, daha çox işıq ili) makrocisim və qalaktikalar yığınının molekulları arasında müqayisə aparsaq görərik ki, bu cür yığını istənilən mühitdə müşahidə edə bilərik.

Nəhayət, qalaktikaların yığınından başqa materiyanın quru­luşunun daha yüksək səviyyəsi – Metaqalaktika qarşılıqlı surətdə fəaliyyətdə olan yığılan qalaktikaların xüsusi sistemi də vardır. Bununla belə onlar elə qarşılıqlı fəaliyyətdədirlər ki, bu vaxt bir-birindən sürətlə uzaqlaşırlar. Bir-birindən nə qədər uzaq düşsələr, bir-birinə tərəf gəlişləri bir o qədər sürətlə olur. Bu proses Metaqalaktikanın genişlənməsi adlanır, onun varlı­ğını müəyyən edən xüsusi sistemli xassəsidir. Metaqalktikanın genişlənməsi onun yaranmasıanından başlanmışdır. Müasir kosmoloji baxışlara görə Metaqalaktika 20 milyard il əvvəl Böyük partlayış nəticəsində yaranmışdır. Elm bu partlayışı fiziki vakkumun strukturunun yeridən qurulması, onun bir vəziyyətdən digərinə dövri keçidi ilə əlaqələndirir – bu da böyük enerji ayrılması ilə vermişdir. Belə ki, bizim Kainatın (Metaqalaktikanın) yaranması – onun heç nədən yaranması aktı deyildir, inkişafın, materiyanın bir vəziyyətindən digərinə key­fiy­yətcə keçidin nəticəsidir.

Müasir elm bizim Metaqalktikaya oxşar çoxsaylı dünyanın yaranması və mövcud olması ehtimalını qəbul edir – bunu Metaqalaktikadankənar obyektlər adlandırırlar. Onların mürək­kəb qarşılıqlı təsiri çoxpilləli Böyük Kainatı – materiyanın sonsuz rəngarəng formaları və növləri olan maddi aləm – yaradır. Heç də bütün bu dünyalarda bizim Metaqalaktikanın tarixində yaranan materiyanın rəngarəng növlərinin olması ehtimalı azdır.

Canlı materiyanın quruluşunun orqanizmüstü səviyyəsinə populyasiyadan başqa növlər və biosenozlar da aiddir. Biose­nozlar bəzi çoxsaylı populyasiyaların öz aralarında və ətraf mühitlə qarşılıqlı fəaliyyəti nəticəsində yaranır. Biosenozun bütövlük sisteminə bu populyasiyalar elə bağlı olurlar ki, onların birinin həyat fəaliyyətinin məhsulu digərləri üçün həyat şəraitinə çevrilir. Məsələn, meşə-biosenozdur, orada yaşayan heyvanların, o cümlədən bitkilərin, köbələklərin, şibyələrin, mikroorqanizmlərin populyasiyası öz aralarında qarşılıqlı fəa­liy­yətdə olur, bütöv sistem yaradırlar. Müxtəlif populya­siya­ların həyat fəaliyyətinin məhsulları arasındakı bu cür qarşılıqlı fəaliyyət, mürəkkəb mübadilə prosesləri hesabına onların birgə mövcud olmaqları üçün şərait yaranır. Əksər populyasiyalar yalnız müəyyən biosenoz çərçivəsində yaşaya bilər.

Nəhayət biosenozların qarşılıqlı fəaliyyəti qlobal həyat sistemi biosferanı yaradır. Bu bütöv sistemdə müxtəlif bio­senozlar yalnız öz aralarında deyil, həm də hava təbəqəsi ilə qarşılıqlı fəaliyyətdə olur – məhz bu hava təbəqəsi vasitəsi ilə Yerin kosmik məkanla, su mühiti ilə, dağ süxurları ilə istilik mübadiləsi gedir. Bu qarşılıqlı fəaliyyətin pozulması zamanı Yerdə olan bütün həyat sahələri dəyişir. Onun dinamik tarazlığının saxlanması üçün yalnız müxtəlif orqanizmlərin, populyasiyaların, biosenozların məskunlaşmasının müəyyən şəraitinin olması kifayət deyildir, həm də onların müxtə­lifli­yinin səviyyələri vacibdir. Bu müxtəliflik müəyyən səviyyədən aşağı düşəndə bütün biosfera cırlaşmağa başlayır.

Adamlar Yerdəki həyat sahəsinin bir hissəsidir. Ətraf mü­hitə daim artan istehsalın təsiri sayəsində adamlar biosferanın dinamikasını həyəcanlandıra bilirlər. Müasir mərhələdə bu həyəcan, təsir o qədər güclü olur ki, bu biosferanın cırlaş­masına gətirib çıxara bilər. Biosferanın qanunlarını bilmək, onun dinamikasında, inkişafında öz yerini başa düşmək hal-hazırda insanın mövcudluğunun şərtlərindən biridir və ona görə də böyük dünyagörüşü dəyəri kəsb edir.

Materiyanın quruluşunun xüsusi səviyyəsi kimi insan cəmiyyəti adamların fəaliyyəti sayəsində mövcuddur və öz fəaliyyətinin və inkişafının məcburi şərti kimi onları mənəvi həyata daxil edirlər. İnsanın öz praktikasında həyata keçirdiyi ətraf təbiətlə qarşılıqlı fəaliyyəti yalnız insan fəaliyyəti ilə dəyişən təbiət maddələrinin istehlakı bağlı deyildir. Bu dəyişkiliyin özü dünyanın inkişaf qanunlarına söykənir və dünyanın inkişafında təbii təbiət mühiti xətti üçün az ehtimal olunların həyata keçməsi kimi təqdim oluna bilər.

İnsan tərəfindən süni şəkildə yaradılan “ikinci təbiətdə” ək­sər predmetlər və proseslər bizim Metaqalaktikada öz-özünə ya­rana bilməz. Təbiət nə təkər, nə maşın, nə də kompüter ya­rat­mamışdır. Doğrudur onların, çox vaxt lap uzaq olan oxşarına təbii təbiət mühiti obyektləri arasında rast gəlmək olar.

İnsan və insan cəmiyyəti daxil olmaqla materiyanın quru­luşunun bütün səviyyələrinin qarşılıqlı əlaqəsinin mənzərəsi, hər bir maddi obyektin, o cümlədən qlobal kosmik təkamülün məhsulu olan insanın başa düşülməsi fəlsəfənin qədim prob­lemlərdən birini – dünyanın vəhdəti problemini üzə çıxarır. Hər cür materialist fəlsəfə, o cümlədən materialist dialektika monist fəlsəfə kimi dünyanın vəhdəti prinsipini müdafiə edir. Ancaq fəlsəfi monizm öz təbiəti etibarı ilə müxtəlif ola bilər. İdealist monizm ilkin başlanğıc kimi ideal olanları qəbul edir, ma­te­riyanın bu idealın əsasında yarandığını, bu idealın başqa varlığı kimi qəbul edir. Materialist monizm isə, əksinə dün­yanın vəh­də­tini onun maddiliyi ilə təsdiq edir. Materialist monizmin ar­dı­cıl həyata keçirilməsi dünyanı maddi vəhdətinin müx­tə­lif­li­yi­ni dialektik, ziddiyyətli, vəhdət kimi başa düşül­məsi, an­la­şıl­ma­sı ilə mümkündür. Əks halda materialist mo­nizm şüur və təfəkkürün vulqarmaterialist şərhinə və ma­teriyanın qu­ru­lu­şu­nun müxtəlif səviyyələrinin keyfiyyətli xüsu­siyyətlərinin in­karına gətirib çıxarır.

Bu dialektik vəhdət ikili özünü göstərir. Birincisi, obyektiv gerçəkliyin quruluşunda özünəməxsus diskkretlik, yəni onda keyfiyyətcə mütəlif, bir-birindən ayrı olan şeylərin, hadisələrin, proseslərin, sistemin olmasıdır. İkincisi, az mürəkkəb sistemin daha mürəkkəb sistemə “daxil edilməsi” kimi, eyni zamanda sonuncunun birinciyə uyğunluğunun spesifik qanunauyğunluğu kimi müxtəlif səviyyəli mürəkkəbliyi, mütəşəkkilliyi olan sistem arasındakı icrarxik münasibətlər.

Dünyanın maddi vəhdətinin dialektik anlaşılması müasir təbiətşünaslığa, insan və cəmiyyət haqqında elmə daha dərin daxil olur. Metafizik təfəkkür dünyanı yalnız keyfiyyətcə bir-birindən fərqlənən deyil, həm də öz aralarında keçilməz maneələrlə ayrılan müxtəlif substansiyalardan təşkil olunmuş kimi qəbul edir – bir sözlə, reallığa monist yanaşma inkar edilir. Materialist dialektika isə, onunla yanaşı cəmiyyət və təbiət haqqında bütün müasir elmlər ondan çıxış edirlər ki, bütün mövcud olan hadisələr və proseslərin əsasında vahid materiyanın hərəkəti dayanır.

Bundan başqa, bilirik ki, filosflar lap çoxdan başqa bir sual da qoyurdular dünyanı “saxlayan” nədir, ona sabitlik verən, onun nizamlı olmasını qoruyan nədir? Bu gün verilən sualın cavabı çox sadə, həm də paradoksaldır: hərəkət. Maddi aləm öz sistem-struktur quruluşunu hərəkət etdiyinə (dəyişikliyinə) görə saxlayır. Axı istənilən sistem yalnız qarşılıqlı fəaliyyət, yəni onu təşkil edən elementlərin hərəkəti hesabına möv­cud­dur. Qarşılıqlı fəaliyyət yox olsa sistem özü dağılar. Atomlar nüvə və onun örtüyünün qarşılıqlı fəaliyyəti hesabına sabitdir, orqanizm maddələr mübadiləsi, cəmiyyət-əmək bölgüsü və s. hesabına yaşayırlar. Deməli, həm istənilən obyektin, həm də bütövlükdə maddi aləmin mövcudluğu hərəkət hesabına müm­kündür.

Fəlsəfədə hərəkət deyərkən ümumiyyətlə istənilən dəyi­şiklik – predmetlərin məkanda sadə yerdəyişməsindən başlamış və insan təfəkküründə qurtarana qədər - başa düşülür. Hərəkət materiyanın atributudur, yəni istənilən maddi obyektin ayrıl­maz xassəsidir. Hərəkətsiz materiya yoxdur və əksinə: mate­riyasız da hərəkət yoxudr. Bu tezisin ikinci yarısı o deməkdir ki, “ümumiyyətlə hərəkət”, özlüyündə hərəkət – mücər­rəd­likdir, yəni şüurumuzun real maddi predmetlərindən ayrılan öz parametrlərinin dəyişən xassəsidir. Ona görə də hərəkət “təmiz şəkildə” yalnız beynimizdə, təfəkkürümüzdə mövcuddur; real­lıqda isə yalnız hərəkət edən maddi obyektlər mövcuddur.

Bu baxımdan onların dəyişmək bacarığı ən ümumidir və istisnalığı yoxdur. Mütləq mənada hərəkətsiz maddi obyekt ola bilməz.Təssəvür edək ki, haradasa tam hərəkətsiz obyekt var. Bir halda ki, o prinsipcə hərəkətsizdir (dəyişməzdir), deməli o heç bir qarşılıqlı əlaqədə və qarşılıqlı fəaliyyətdə iştirak edə bilməz, belə ki, sonuncu az da olsa dəyişiklik olmasını güman edir. Əgər bizim obyekt prinsipcə heç nə ilə əlaqədə deyilsə, deməli onun digər obyektlərlə heç bir münasibəti yoxdur. Obeyktlərin istənilən xassələri yalnız münasibətlərdə təzahür edə bilər. Əgər o yoxdursa, deməli xassə də yoxdur. Deməli bizim fərziyyəmizdəki hərəkətsiz obyektin heç bir xassəsi yoxdur, yəni sadəcə olaraq o mövcud deyildir.

Beləliklə, nə məntiq nə də empiriya (bizim praktiki təc­rübəmiz) hələlik hərəkətin ən ümumiliyinə şübhə etməyimizə imkan vermir. Bununla yanaşı onun əksliyi – sükunət, yəni hərəkətin olmaması da ən ümumilik səviyyəsinə malikdir. Axı istənilən hərəkət edən predmet müəyyən vaxta qədər öz keyfiyyət müəyyənliyini, daxili strukturunun sabitliyini, başqa sözlə desək, bir sıra daimiliyini, dəyişməzliyini saxlayır. Bu istənilən şeyin mövcudluğunun vacib şərtidir. Belə ki, hərəkət və sükunət – bir medalın iki üzüdür, hər cür maddi obyektin dialektik ziddiyyətidir. Onlar qarşılıqlı surətdə şərtlənirlər: predmetin strukturunun saxlanması onun hissələrinin kəsilmə­yən qarşılıqlı fəaliyyətinin nəticəsidir.

İstənilən maddi obyektin mövcudluğu yalnız onu yaradan elementlərin qarşılıqlı fəaliyyəti sayəsində mümkündür. Belə ki, atomlar onların örtüyünü təşkil edən nüvə və elektronların arasında olan qarşılıqlı fəaliyyəti; canlı orqanizm onları təşkil edən molekullar, hüceyrə və orqanların müəyyən qarşılıqlı fəaliyyəti; cəmiyyət adamlar arasındakı fəaliyyət mübadiləsi, sosial orqanizmin müxtəlif sistemaltılarının qarşılıqlı fəaliyyəti hesabına mövcuddurlar.

Cəmiyyətin elementləri və hissələri arasındakı daxili qarşı­lıqlı fəaliyyətdən başqa, həm də ətraf aləmdə olan obyektlərlə qarşılıqlı fəaliyyət də baş verir. Onlar daha mürəkkəb sis­temlərə qoşula, onların elementləri ola bilərlər. Məsələn, atoma daxil olan nüvə və elektronlar molekulun tərkib hissəsi ola bilər, molekullardan makrocisim yaran bilər və s.

Beləliklə, materiyanın strukturluğu, onlarda maddi sistemin müəyyən tipinin mövcudluğu hər bir ayrılan obyektə müna­sibətdə həm daxili, həm də xarici qarşılıqlı təsirdə olmasını güman edir. Qarşılıqlı fəaliyyət onun xassələrinin, müna­sibətlərinin, vəziyyətinin dəyişməsinə gətirib çıxarır. Ən ümu­mi planda nəzərdən keçirilən bütün bu dəyişikliklər maddi aləmin varlığının ayrılmaz xarakteristikasını verir. Dəyişiklik fəlsəfədə hərəkət anlayışı ilə ifadə olunur. Materiyanın hərəkəti dedikdə yalnız maddənin məkanda mexaniki yerdəyişməsi başa düşülür, həm də istənilən qarşılıqlı fəaliyyət, eyni zamanda bu qarşılıqlı fəaliyyətdən yaranan obyektlərin vəziyyətinin dəyiş­məsi nəzərdə tutulur.Hərəkət – həm elementar hissəciklərin qarşılıqlı surətdə bir-birinə çevrilməsi, həm Metaqalaktikanın genişlənməsi, həm orqanizmin hüceyrələrində maddələr müba­diləsi, həm də və sosial həyatda adamlar arasında olan fəaliyyət mübadiləsidir.

Materiya hərəkətdən kənarda mövcud ola bilməz. Onun istənilən obyekti onlarda müəyyən hərəkət tiplər olduğuna görə mövcuddurlar. Onların məhv edilməsi ilə obyekt öz mövcud­luğunu dayandırır, digər obyektlərə keçir, bu da öz növbəsində hərəkətin tiplərinin və formalarının müəyyən yığını ilə xarak­terizə olunur. Başqa sözlə desək, hərəkət daxilən materiyaya xasdır. O da materiya kimi mütləqdir.

Gündəlik həyatda hərəkət çox vaxt məkanda maddələrin yerdəyişməsi kimi qəbul olunur. Ancaq bir cisim Yerin səthinə nisbətdə yerini dəyişə, digəri isə sükunətdə ola bilər, deməli gündəlik şüur bu iki vəziyyəti – sükunət və hərəkəti qarşı-qarşıya qoyur –onları eyni hüquqlu kimi qəbul edir.

Predmetləri yaradan hərəkətin üsulları və növlərinin bu “zaman daxilində təkrarlanması hesabına o digər obyektlərdən fərqlənən, keyfiyyətcə spesifik obyekt kimi mövcuddur. Beləliklə sükunət anlayışı predmetin sabitliyini təmin edən, onun keyfiyyətini saxlayan hərəkətin vəziyyətini ifadə etmək üçün istifadə olunur. Ona görə də sükunət nisbidir, hərəkət isə mütləqdir, o materiyanın ayrılmaz xassəsi, materiyanın atributudur.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə