M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


Məkan və zaman materiyanın varlıq formalarıdır-



Yüklə 0,71 Mb.
səhifə54/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   50   51   52   53   54   55   56   57   ...   184
muhazire FELSEFEyeni

Məkan və zaman materiyanın varlıq formalarıdır-

Gündəlik məişət təsəvvürləri üçün məkan və zaman – nə isə vərdiş edilmiş, məlum, hətta aydın olandır. Ancaq məkan və zamanın nə olması üzərində bir az düşünsək fəlsəfə tarixində və təbiətşünaslıqda gərgin müzakirə olunan mürəkkəb suallar yaranır. Hal-hazırda onları müasir elmlərin nailiyyətlərinə, həm də yalnız təbiətşünaslığın nailiyyətlərinə deyil, məkan-zaman baxışlarının müxtəlif aspektlırini, onların insan həyatında və fəaliyyətində yerini və rolunu açan ictimai, humanitar fənlərin məlumatlarına söykənmədən həll etmək mümkün deyildir.

Maddi aləmin struktur quruluşunu ifadə edən bütün bu son dərəcə ümumi xassələr – obyektlərin müəyyən ölçüsünün olması, başqaları arasında özünə yer tutması, digər obyektlərlə sərhəddinin olması xassələri – məkanın birinci, daha ümumi xarakteri kimi çıxış edir. Bir sözlə, məkan bütün maddi ob­yektlərin müəyyən ölçüsünün olmasını və strukturluğunu ifadə edən kateqoriyadır. Əgər onları gerçəklikdən mücərrəd­ləşdir­sək, maddi obyektlərdən ayırsaq onda biz məkan haqqında təsəvvür əldə etmiş olarıq. Məkan haqqında baxışlar və insanın ətraf aləmlə fəal qarşılıqlı təsiri nəticəsində yaranan məkan anlayışı belə yaranır, bu gedişdə onun struktur quruluşunun yuxarıda sadalanan son dərəcə ümumi xüsusiyyətləri aşkar olunur.

Materiya fərqli, strukturlu olduğuna görə məkan anlayı­şının mənası vardır. Əgər dünyanın mürəkkəb strukturu olma­saydı, əgər o predmetlərə, bu predmetlər isə öz növbəsində bir-biri ilə bağlı olan elementlərə parçalanmasaydı onda məkan anlayışının mənası olmazdı.

Zaman anlayışının məzmununu da bu yolla aydınlaş­dır­mağa cəhd edək. Maddi aləm yalnız strukturca parçalanmış obyektlərdən ibarət deyildir. Bu obyektlər hərəkətdə və inkişaf­dadır, onlar müəyyən mərhələlərdə baş verən proseslərdir. Onlarda bir-birini əvəz edən bir çox vəziyyəti, bir çox mərhə­lələri aşkar etmək olar. Bu mərhələlərin bir-birini əvəz etməsi müəyyən təkrarlamalarla xarakterizə oluna bilər Bir mərhələ başqa mərhələyə nisəbətən tez və ya gec ola bilər. Proseslərin bu cür xüsusiyyəti uzunluq anlayışı ilə xarakterizə olunur. Müxtəlif uzunluğun müqayisə edilməsi baş verən proseslərin sürətini, onların ahənginivə tempini ifadə edən kəmiyyət ölçüləri üçün əsas ola bilər. Əgər bu xarakteri proseslərin özündən mücərədləşdirsək və uzunluq müna­sibətinə proses­lərin bəzi müstəqil əlamətləri kimi baxsaq onda biz zaman haqqında təsəvvürü əldə etmiş oluruq. Zaman haqqında baxışların və zaman anlayışının mənası dünyanın hərəkətdə və inkişafda olması ilə bağlıdır; əgər materiya hərəkətdən kənarda olsaydı onda zaman anlayışının mənası olmazdı.

Gündəlik həyatda və praktikada zaman anlayışı hərəkətin müxtəlif proseslərini müqayisə etməklə, tutuşdurmaqla yaranır. Məsələn, biz deyirik: mühazirə saat yarım çəkəcəkdir. Bu o deməkdir ki, mürəkkəb, bir-birini əvəz edən keyfiyyətcə spe­sifik proseslər (mühazirə deyənin mətni, dinləyicilər tərəfindən bu mətnin mənimsənilməsi və s.) vahid tam kimi götürülərək digər proseslərlə - saatın əqrəbinin fırlanması ilə müqayisə olunur, tutuşdurulur. Bir sözlə, zaman bütün maddi obyektlərin vəziyyətinin mövcudluğunun uzunluğunu və dəyişməsinin ardıcıllığını ifadə edən kateqoriyadır.

Zamanın hesabatını aparmaq üçün biz hər hansı yalançı dövretməni, yəni bir sıra əsas xüsusiyyətlərlə təkrarlanan pro­sesi tapırıq, onu etalon kimi qəbul edirik, onunla qeyri-dövri, daha mürəkkəb prosesləri tutuşdururuq. Yerin öz oxu ətrafında fırlanması dövrü prosesi zamanı günə bölür. Yerin Günəş ətrafında hərəkəti illəri ölçür. Prinsipcə daha böyük zaman vahidi yaratmaq olar. Məsələn, qalaktik il – 200 milyon il –kimi böyük aralıq haqqında danışmaq olar, Yer Günəşlə birlikdə qalaktikanın mərkəzində fırlanır. Lakin bu cür vahidin olduqca uzun prosesləri nəzərdən keçirərkən – Yerdə həyatın yaranmasından bu günə qədər olan inkişafı - mənası olur. Qalaktik il vahidi Yerin qalaktikanın nüvəsinə nisbətən möv­qeyindən asılı olaraq Yerdə həyatın inkişafının müəyyən vəziyyətini müəyyənləşdirə bilər. Nəzərdən keçirdiyimiz hadi­sələrdə zamanın hesablanmasında biz eyni cür hərəkət edirik: hərəkətin keyfiyyətcə müxtəlif proseslərini müqayisə edirik.

İnsana çox vaxt dərk etmədiyi zamanı intuitiv hiss etməsi xasdır – bunu təcrübə yolu ilə qeydə almaq olar. Belə ki, kosmonavtları uçuşa hazırlayarkən, onlar surdokameralarda (xüsusi təcrid olunmuş otaqlarda) təcrübə keçərkən saatsız zamanın müəyyənləşdirilməsi üzrə təcrübə keçirlər. Təcrübədə iştirak edənlərin əksəriyyəti saatın (1-3 dəqiqə səhvliklə) və günün (yarım saatdan çox olmayan səhvlə) uzunluğunu dəqiq müəyyən etmişlər.

Zamanın intuitiv hiss edilməsi nəyə əsaslanır? Bizim orqa­nizmdə çoxlu dövri proseslər mövcuddur, onlar saat funk­siyasını yerinə yetirirlər. Sanki onlarla xarici proseslərin uzun­luğu ölçülür. Sən demə, bütün orqanizmlərin sanki öz daxilində bioloji saatları qurulmuşdur, onların funksiyasına müxtəlif həyat ahəngi – hüceyrə və ayrı-ayrı orqanların dövrü olaraq yaranan və dayanan fəallığı çıxış edir. Məsələn, məlumdur ki, günün müxtəlif vaxtlarında qaraciyər, böyrək, ağciyər, ürək müxtəlif fəallıqla işləyir. Həkimlər gecə saat 2-4 arasında qara ciyərin daha fəal olduğunu qeyd edirlər, bu vaxt orqanizm zəhərli tullantılardan təmizlənir, gecə saar 4-də orqanizmin ahəngi elədir ki, bütün orqanların fəallığı aşağı enir. Yeri gəlmişkən, bu xəstə orqanizm üçün ən uğursuz saatdır: təsadüfi deyil ki, bu vaxt ölüm hadisələri daha çox qeydə alınır.

İnsanın beyni də öz fəallığında müəyyən ahəngə malikdir. Alfa-ritm mövcuddur, o beyninin fəallığını xarakterizə edir – bu da xüsusi bioloji saatdır. Kibernetikanın yaradıcısı olan Norbert Viner belə fərziyyə irəli sürür ki, məhz saatların bu “tıqqıltısı” zamanın intuisiyasının əsasını təşkil edir. Zamanın intuitiv hiss olunmasında saatların hansı tipinin əsas rol oynadığı hələlik məlum deyildir. Belə bir fərziyyə var ki, ali heyvanlarda və insanda beyin orqanların işinin ən müxtəlif ahəngini vahid mürəkkəb saat mexanizmində birləşdirir.

Zamanın hiss olunmasını maddələr mübadiləsi ilə əlaqə­ləndirən, bağlayan digər fərziyyə də olduqca maraqlıdır. Belə güman olunur ki, əzab çəkməklə bağlı maddələr mübadiləsinin getməsi azaldığından bizim daxili bioloji “saat mexaniz­mi­mizdə” yavaşıyır. Cavan vaxtı o qoca vaxtına nisbətən sürətlə “taqqıldayır”, deməli yaşa dolduqca bizim daxili “saniyələr” sanki uzanır. Onunla bütün xarici hadisələr tutuşdurulduğundan xarici zamanın sürətlənməsi hissi yaranır.

“Bioloji saat”, yəni vaxtaşırı ritmik dövr istənilən orqa­nizmdə var. O həm heyvanlarda, həm də bitkilərdə vardır. Onların köməyi ilə orqanizm xarici mühitdə, onun ahənginə, gündüz və gecənin, ilin fəsillərinin dəyişməsinə uyğunlaşır. Zamanın hiss olunması bu uyğunlaşma prosesi ilə inkişaf edir. Vacib olan odur ki, bu hissin əsasında təqribən zaman anla­yışının yaranmasının əsasında dayanan prinsiplər dayanır – bu hərəkətin müxtəlif proseslərinin müqayisə edilməsi, tutuş­du­rulmasıdır: onlardan biri etalon kimi fəaliyyət göstərir; digəri isə bu etalonla müqayisə olunur.

Məkan və zaman statusunun və xassələrinin anlaşılması ilə bağlı olan əsas fəlsəfi problemlərdən biri onların obyektivliyi, yəni bizim şüurumuzdan asılı olmaması problemidir.

Məkan və zamanın hiss orqanları vasitəsi ilə qavranıl­masının mümkünsüzlüyünəgəldikdə isə qeyd edək ki, məhz bu cür nə materiyanı, nə hərəkəti, nə də digər hissi qavramalardan uzaq olan mücərrədliyi nə görmək, nə də toxunmaq olmur. Meşədə ağac görmək olar? Prinsipcə yox! Konkret olaraq şam, palıd, çinar və s. görmək olar, ağacı isə ümumiyyətlə görmək mümkün deyildir. Çünki bunlar yalnız anlayışlardır, obyektlər kütləsindən ümumi əlamətlərinə əsasən ayrılmışlar. Məkan və zaman anlayışları ilə də məsələ bu cürdür. Zaman anlayışını görmək olmaz, ancaq maddi obyektlərin vəziyyətinin ardıcıl dəyişməsi (cavan-qoca) isə bizim hiss orqanlarımız tərəfindən qəbul olunur. Məkan və zamanın obyektivliyinin qəbul olun­ması bu gün onların subyektivliyi üzərində dayanmaqdan daha çox əsaslandırılmış mövqedir.

Məkan və zaman kateqoriyaları son dərəcə ümumi mücər­rədlik kimi çıxış edir – materiyanın varlıq formalarıdır.

Forma məzmunun daxili quruluşudur, əgər məzmun kimi maddi substrat çıxış edirsə, onda məkan və zaman onları təşkil edən forma olacaqdır. Bu formadan kənarda materiya mövcud deyildir. Məkan və zamanın özləri də materiyadan kənar mövcud ola bilməzlər. Yalnız mücərrədlikdə biz onları maddi aləmdən ayıra bilərik.

Məkan və zamanın həm də universal (ən ümumi) və spesifik (burada ən ümumilik sual altındadır) xassələri vardır. Məkan və zamanın universal xassələrinə onların bir-biri ilə qırılmaz əlaqəsi, materiyanın hərəkətləri ilə əlaqəsi, sonsuz­luqları aiddir. Materiyanın varlıq forması kimi məkan və zamanın spesifik xassələrinə, məkanın üçölçülü, zamanın isə birölçülü olması, məkanın yekcinsiliyi və izotropluğu bütün istiqamətlər və zamanın müxtəlifliyi makrosəviyyədə məkan və zamanın fasiləsizliyi aiddir.

Məkan və zamanın bu xassələrinin xarakteristikası qeyri-universallıqdeyildir hardasa təcrübə yolu ilə istisnalıq aşkar olunmuşdur. Lakin son yüzilliyin təbiətşünaslığının inkişafının məntiqi göstərir ki, bu cür kəşf heç də yaxında deyildir. Məsələn, güclü bir tərəddüd var ki, mikroaləmin dərin qatla­rında məkan və zaman qırılır. Elmin həm də üçölçülü məkanın universallığı ilə bağlı tərəddüdləri vardır. Artıq çoxölçülü mə­kanın kifayət qədər nəzəri modelləri qurulmuşdur (super­qravitasiya nəzəriyyəsində məkan və zamanın 11 ölçüsündən istifadə olunmuşdur, onlardan yeddisi gizlidir). Praktika gös­tərir ki, sırf nəzəri cəhətdən mümkün olanlar gec-tez reallıqda aşkar olunur. Nəzəri cəhətdən çox şey mümkündür.

Məkan və zamanın universal xassələri sırasına onların sonsuzluğu da daxildir. Bu xassənin ən ümumiliyini formal şəkildə materiya kateqoriyasına isnad edərək təsdiq etmək olar: əgər materiya yaradılmırsa və məhv olunursa (bütün saxlanma qanunları ilə sübut edilir) deməli o əbədi, yəni zamanın istənilən kəsiyində sonsuz olaraq mövcuddur. Lakin bu cür sübutun məntiqi ciddiliyi qüsursuz deyildir: hər nəyin olursa-olsun, o cümlədən məkan-zamanın sonsuzluğu haqqında nəticə lap əvvəldən nəyinsə sonsuz mövcudluğunu güman edir, yəni dairəvi sübut alınır. Ona görə də ciddi şəkildə deduktiv sonsuzluq qərarı, xüsusən də induktiv sonsuzluq qərarı vermək olmaz, belə ki, real yekun təcrübədə prinsipcə o əlçatmazdır. Ona görə də məkan-zamanın sonsuzluğu haqqında fikri aksiomatik, fərziyyə kimi qəbul etmək lazımdır. Onun doğ­ruluğu sanki “əksdən” təsdiq olunur, yəni fəlsəfi və elmi nəzəriyyələrdə sonsuzluq fərziyyəsinin məzmunu müşahidə olunan reallığa zidd olmamalıdır.



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə