“magistratura məRKƏZİ”



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə20/33
tarix14.09.2018
ölçüsü1,26 Mb.
#68591
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

 

52 


zəmin yaradır. 

 

2.3. Əhalinin gəlirlərindən istifadə və əhalinin istehlak xərclərinin strukturu 

 

Əhali gəlirlərinin tədqiqi zamanı onların bu gəlirlərdən istifadəsi, başqa sözlə,  



istehlakın strukturu və dinamikasının mövcud vəziyyətinin təhlili mühüm əhəmiyyət 

daşıyır.  Çünki  əhali  gəlirlərinin  bir  hissəsini  özlərinin  yaşaması  üçün  zəruri  olan 

ərzaq  və  qeyri-ərzaq  məhsullarının  istehlakına  xərcləyir.  İstehlakın  artımı  isə  öz 

növbəsində  istehsalla,  xüsusilə  yerli  istehsalla  hər  hansı  məhsulun  idxalı  arasında 

nisbəti tənzimləyir. Əhalinin istehlakı iki əsas göstərici ilə istehsala təsir edir. Birinci 

növ göstəricilər vacib istehlak məhsulları üzrə istehsalın təkmilləşdirilməsi və onun 

gəlirlilik səviyyəsini yüksəltməklə əhalinin alıcılıq qabiliyyətini yüksəltmək, ikincisi, 

hər  hansı  məhsulun  həcmini  artırmaqla  istehlakçının  davranışının  formalaşdırılması 

geniş çeşidli, mütərəqqi məhsullar istehsalına stimul yaradır. Əhali istehlakının təhlili 

zamanı ev təsərrüfatlarının pul gəlirləri  və ya istehlakının kompleks təhlili mühüm 

əhəmiyyət kəsb edir.   

Ev  təsərrüfatlarının  pul  xərcləri  dedikdə  ev  təsərrüfatları  tərəfindən  şəxsi 

istehlaka,  istehsal  fəaliyyətinə  və  yığıma  pul  vəsaitinin  xərclənməsidir.  İstehlak 

xərcləri  ev  təsərrüfatlarının  ərzaq  məhsullarının, qeyri-ərzaq  mallarının və  alkoqollu 

içkilərin satın alınmasına, habelə xidmətlərin ödənilməsinə sərf etdikləri pul xərclə-

ridir.  Vergilər,  rüsumlar,  ödənclər,  borcların  qaytarılması,  alimentlər,  qohumlara 

yardımlar, cərimələr, kreditlərin ödənilməsi, üzvlük haqları və istehlak, yığımla bağlı 

digər  xərclər,  habelə  ev  təsərrüfatının  istehsal  fəaliyyəti  ilə  bağlı  bütün  xərclər  (to-

xum, mal-qara, xammal və s. alınması), ödəmələr pul xərclərinə daxil olsa da istehlak 

xərclərinə daxil edilmir.  

Əhali  istehlakının  strukturunda  kompleks  dəyişmələri  və  strukturunu 

xarakterizə edən parametrlərlə yanaşı fərdi amillərin, yaxud aparıcı göstəricilərin hər 

birinin ayrı-ayrılıqda mərhələli təhlil edilməsi tələb olunur. Əhali gəlirlərinin artması 

və  azalması  onların  istehlakının  strukturuna  təsir  göstərir.  Qeyd  etmək  lazımdır  ki, 

beynəlxalq təcrübədə ölkə əhalisinin yoxsulluq səviyyəsinin müəyyənləşdirilməsində, 

həyat  səviyyəsinin  qiymətləndirilməsində  istehlakın  quruluş  və  dinamikasında  baş 




 

53 


verən  dəyişikliklər  nəzərə  alınır.  Bununla  əlaqədar  olaraq  təcrübə  göstərir  ki,  hər 

hansı bir ölkədə əhalinin istehlak xərclərində ərzağa çəkilən xərclərin artması həmin 

ölkədə həyat səviyyəsinin aşağı düşməsi kimi dəyərləndirilir.   

Məlum olduğu kimi 1991-ci ildən başlayaraq əhalinin pul gəlirlərinin real həc-

minin azalması, həyat səviyyəsinin aşağı düşməsinə təsir göstərmişdir. Bir sox əhali 

qruplarının  gəlirləri  nəinki  istehlak  xərclərinə,  hətta  ərzaq  xərclərinə  olan  tələbatı 

ödəmək  üçün  kifayət  etmirdi.  Belə  olan  halda  ölkə  əhalisinin  80-90%-i  son  dərəcə 

yoxsul  hesab  olunurdu.  Bu  proses  demək  olar  ki, 1995-ci  ilə  qədər  davam  etmişdir. 

1995-ci ildən başlayaraq sürətli inflyasiyanın qarşısının alınması (hiperinflyasiyanın) 

bununla paralel  olaraq  əhali  gəlirlərinin nominal həcminin  və  real dəyərinin artması 

müşahidə olunmağa başladı.  

Ölkədə  həyata  keçirilən  islahatlar  və  neft  gəlirlərinin  artması  ilə  əlaqədar 

olaraq  2001-ci  ildən  büdcə  gəlirlərinin  artmasına  imkan  verilmiş  və  bu  da  büdcə 

təşkilatlarında çalışanların əmək haqlarının, pensiyaların, müavinətlərin artırılmasına, 

ümumilikdə isə əhalinin pul gəlirlərinin və xərclərinin artmasına  zəmin yaratmışdır. 

Əvvəldə  qeyd  etdiyimiz  kimi  əhalinin  pul  xərclərinin  tərkibi  müxtəlifdir. 

Cədvəldən  göründüyü  kimi,  2008-ci  illə  müqayisədə  2014-cı  ildə  əhalinin  son 

istehlak  xərcləri  2.3  dəfə,  ödənilən  cari  transferlər  3.8  dəfə  artmışdır.  Bu  dövrdə 

qənaətlərin həcmi 2.5 dəfə, qeyri-maliyyə aktivlərin yığımı təqribən 5 dəfə, maliyyə 

aktivlərin yığımı isə 2.1 dəfə çoxalmışdır (cədvəl 2.19). 



Cədvəl 2.10. 

Əhalinin pul xərclərinin artım dinamikası 

 

2000 



2001 

2002 


2003 

2004 


2005 

2006 


2000 ilə 

nisbətən 

2006 

ildə 


2005 ilə 

nisbətən 

2006 

ildə 


Xərclər 

3272.2 


3498.4 

4171.2 


4793.8 

5549.9 


6508.7 

8006.7 


244.7 

123.0 


Son istehlak 

xərcləri 

2972.9 

3199.7 


3740.2 

4230 


4697.7 

5532.6 


6850.7 

230.4 


123.8 

Ödənilən cari 

transferlər 

299.3 


298.7 

431 


563.8 

852.2 


976.1 

1156 


386.2 

118.4 


Qənaətlər 

775.1 


803.2 

847.4 


944.3 

1045.2 


1554.9 

1943.1 


250.7 

125.0 


Qeyri-maliyyə 

aktivlərinin yı-

ğımı 

88.9 


89.6 

118.7 


212 

377.7 


477.8 

441.2 


496.3 

92.3 


Maliyyə aktiv-

lərinin yığımı 

686.2 

713.6 


728.7 

732.3 


667.5 

1077.1 


1501.9 

218.9 


139.4 

 



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə