“magistratura məRKƏZİ”



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə23/33
tarix14.09.2018
ölçüsü1,26 Mb.
#68591
1   ...   19   20   21   22   23   24   25   26   ...   33

 

58 


göstərir.  Araşdırmalar    istehlak  xərcləri  desilləri  üzrə  10%  varlı  və  10%  yoxsul 

əhalinin  istehlak  xərclərinin  quruluşuna  baxdıqda  burada  da  təbəqələr  arasında  çox 

böyük olmayan fərqi müşahidə etmək olar.  

2014-cı  ildə  10%  varlı  təbəqənin  istehlak  xərcləri  10%  yoxsul  təbəqənin 

istehlak  xərclərini  3.1  dəfə  üstələyir.  Xərc  desilləri  üzrə  1desilin,  yəni  10%  yoxsul 

təbəqənin  istehlak  xərcləri  44.2  manat  olduğu  halda,  10-cu  desil,  yəni  10%  varlı 

təbəqənin  istehlak  xərcləri  bundan  3.1  dəfə  çox  139.3  manat  təşkil  etmişdir.  Ərzaq 

məhsullarına  çəkilən  xərclərdə  isə  fərq  1,8  dəfə,  paltar  və  ayaqqabıya  xərclərdə  4.4 

dəfə, su, işıq, qaz və digər yanacaq növlərinə xərclərdə 5.7 dəfə, səhiyyə xidmətlərinə 

xərclərdə 6.2 dəfə olmuşdur.  

Xərc desilləri üzrə istehlak xərclərinin strukturuna baxdıqda 1-ci desildə ərzağa 

çəkilən  xərclər  xüsusi  çəkisi  68.3%,  5-ci  desildə  57.6%,  10-cu  desildə  isə  40.3% 

olmuşdur (cədvəl 2.14). 

Cədvəl 2.14 

İstehlak xərcləri desilləri  üzrə istehlak xərcləri 

 

İstehlak xərcləri desilləri 









10 

İstehlak xərcləri, cəmi 

100 


100 

100 


100 

100 


100 

100 


100 

100 


100 

ərzaq məhsullarına 

68.3 

64.1 


62.6 

59.3 


57.6 

54.4 


54.2 

52.3 


48.0 

40.3 


Alkoqola 

0.6 


0.6 

0.7 


0.6 

0.7 


0.6 

0.6 


0.6 

0.5 


0.5 

Tütün məmulatına 

2.0 

2.0 


1.8 

1.9 


1.7 

1.7 


1.7 

1.6 


1.6 

1.4 


paltar və ayaqqabıya 

5.3 


5.6 

6.3 


6.1 

6.5 


6.8 

7.0 


6.9 

7.3 


7.7 

su, işıq, qaz və digər yanacaq  

4.6 

5.1 


4.9 

5.8 


6.4 

6.4 


5.9 

6.4 


6.1 

8.2 


tv əşyaları, məişət texnikası və 

evə gündəlik qulluğa  

2.9 

4.2 


4.9 

6.2 


5.7 

7.4 


6.3 

6.6 


7.9 

8.7 


Səhiyyə xidmətlərinə  

2.2 


2.4 

2.4 


2.7 

3.0 


3.3 

3.1 


3.3 

3.9 


4.4 

Nəqliyyat xərcləri 

3.5 

3.8 


3.8 

4.1 


4.4 

4.4 


5.1 

5.5 


5.9 

8.3 


Rabitə xərcləri 

1.3 


1.4 

1.7 


2.0 

2.0 


2.1 

2.4 


2.3 

2.4 


2.9 

İstirahət və mədəniyyət 

xərcləri 

1.6 


1.8 

1.9 


2.0 

2.5 


2.9 

3.0 


3.2 

4.2 


4.3 

Təhsil xərcləri 

0.8 

0.8 


0.8 

1.0 


0.9 

1.0 


1.3 

1.3 


1.6 

1.6 


Mehmanxana, kafe, Restoran 

və yeməkxanaya 

4.1 

4.9 


5.0 

4.9 


5.3 

5.6 


5.8 

6.4 


6.8 

7.4 


Digər mal və xidmətlərə 

2.8 


3.3 

3.3 


3.5 

3.3 


3.6 

3.5 


3.5 

3.7 


4.3 

 

Cədvəldən  göründüyü  kimi  10%  yoxsul  əhalinin  səhiyyə,  təhsil,  istirahət  və 



mədəniyyətə  xərclərinin  xüsusi  çəkisi,  10  %  varlı  təbəqəlin  xərclərindən  geri  qalır. 

Oxşar vəziyyət istehlak xərcləri kvintilləri üzrə istehlak xərclərində də özünü göstərir. 

1-ci  kvintilə  daxil  olan  əhali  qrupunun  istehlak  xərclərində  ərzağın  payı  66% 

olmuşdur.  5-ci  kvinteldə  isə  bu  göstərici  bu  43,5%  təşkil  etmişdir.  Yeri  gəlmişkən 




 

59 


qeyd  edək  ki,  (bunu  əvvəlki  bölmələrdə  də  qeyd  etmişdik)  inkişaf  etmiş  ölkələrdə 

orta  təbəqənin  ərzaq  istehlakına  çəkdiyi  xərclər  istehlak  xərclərinin  30%-ni  təşkil 

edir.  

Beləliklə,  əhalinin  gəlirlərindən  istifadənin  və  istehlakın  quruluşunun  təhlili 



göstərir ki, Azərbaycanda əhali gəlirlərinin böyük əksəriyyəti ərzaq alınmasına xərc-

lənir. Bu da ümumi əhalinin tərkibində yoxsulların xüsusi çəkisinin yüksək olduğunu 

göstərir. Bunun aradan qaldırılması isə hər şeydən əvvəl ölkədə sosial bərabərsizliyin 

azaldılmasına  istiqamətlənən sosial  siyasətin  aparılmasını,  antiinflyasiya,  antiinhisar 

tədbirlərinin gücləndirilməsini tələb edir. 

  

 




 

60 


FƏSİL 3. AZƏRBAYCAN RESPUBLİKASINDA ƏHALİ GƏLİRLƏRİNİN 

DÖVLƏT TƏNZİMLƏNMƏSİNİN ƏSAS İSTİQAMƏTLƏ-Rİ VƏ 

MEXANİZMLƏRİ 

 

3.1. Əhalinin gəlirlərinin dövlət tənzimlənməsinin əsas istiqamətləri  



və mexanizmləri 

 

Gəlirlərin  tənzimlənməsi  bütün  iqtisadi  sistemlərdə  dövlətin  sosial-iqtisadi 



siyasətinin  tərkib  hissəsi  kimi  çıxış  edir.  Ona  görə  də  əhali  gəlirlərində  baş  verən 

dəyişikliklər  dövlətin  sosial-iqtisadi  siyasətinin  həyata  keçirilməsinin  səmərəliliyini 

qiymətləndirməyə  imkan  verir. Məlumdur  ki,  sosial sistemin  formalaşması    iqtisadi, 

siyasi,  texniki,  təşkilati,  mədəni  və  s.  məsələlərin  kompleks  həllini  tələb  edir  (59, 

s.65).  Bu  baxımdan  bazar  münasibətləri  şəraitində  əhali  gəlirlərinin  formalaşması 

mexanizmlərinin  ölkənin  sosial-iqtisadi  vəziyyətindən  asılı  olaraq  təkmilləşdirilməsi 

mühüm əhəmiyyət kəsb edir.  

Məlum olduğu kimi iqtisadiyyatın dövlətin tənzimlənməsinin əsas üsullarından 

biri də gəlirlərin bölgüsü və yenidən bölgüsüdür. Bu üsul gəlirlərin ədalətli bölgüsünü 

həyata keçirməklə əhali gəlirlərini və bərabərsizliyin azaldılmasını tənzimləyir.  

Göstərmək  lazımdır  ki,  gəlirlərin  bölgüsündə  bərabərsizlik  yaradan  obyektiv 

amillər aşağıdakılardır.  

 

adamların  şəxsi  qabiliyyətindəki  fərqlər,  ayrı-ayrı  şəxslərin  xüsusi  istedada 



malik olması daha çox gəlir əldə etməyə imkan verir;  

 



təhsil  səviyyəsi  və  işçilərin  ixtisasının  və  peşəkarlıq  səviyyəsinin  artması  

daha yüksək gəlir qazanmağa şərait yaradır; 

 

mülkiyyətə sahib olmaq, vərəsəlik hüququ gəlirlər arasında olan fərqi azaldır; 



 

peşəkarlıq daha intensiv işləmək və risk etmək əldə edilən gəlirləri artırır. 



 

bazarlarda  hökmran  mövqe  tutmaq,  süni  şəkildə  qiymətləri  artırmaq  (inhi-



sarçılıq) gəlirlər arasında olan fərqlərə təsir göstərir

 



psixoloji  amillər,  uğur  qazanmaq,  əlaqələr,  bədbəxt  hadisələr,  gəlirlər 

arasındakı bərabərsizliyə təsir göstərir və s.  

Aparılan  tədqiqatlar  Azərbaycanda  əhalinin  gəlirlərinin  formalaşması  və 



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə