MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə125/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   121   122   123   124   125   126   127   128   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

142 



142 

Ģəraiti,  sosial  mühit  eləcə  də,  sinir  tipi  iradi  keyfiyyətlərin 

formalaĢmasında mühüm rol oynayır. 

ġəxsiyyətin  iradi  keyfiyyətlərini  3  qrupda  birləĢdirmək 

olar: 

1. İlkin iradi keyfiyyətlər – iradi güc, təkidlilik. 



2.  Törəmə  iradi  keyfiyyətlər  –  qətiyyətlilik,  cəsarət, 

özünü ələ almaq, inam. 

3.  Üçüncü  iradi  keyfiyyətlər  –  məsuliyyətlilik, 

intizamlılıq, iĢgüzarlıq, təĢəbbüskarlıq. 

Ġradi  keyfiyyətləri  mənfi  və  müsbət  olmaqla  iki  qrupa 

bölmək  olar.  Müsbət  iradi  keyfiyyətlərə  təkidlilik,  qətiyyət, 



cəsarət,  özünü  ələ  almaq,  məsuliyyətlilik,  intizamlılıq,  müs-

təqillik,  səbrlilik  və  s.  aid  edirlər.  Bunların  hər  birinin  əksini 

mənfi  iradi  keyfiyyətlər  təĢkil  edir.  Mənfi  iradi  keyfiyyətlərə 

iradi  nöqsan  kimi  təqlidçilik,  təlqinə  qapılmaq,  neqativizm, 

tərsliyi də aid etmək olar. 

Təkidlilik – qəbul edilmiĢ qərarın icrası zamanı qarĢıya 

çıxan  çətinlik  və  maneələrə  qarĢı  mübarizə  aparıb,  onlara 

qalib  gəlmək  və  mütləq  məqsədə  çatmaq  əzmində  təzahür 

edir.  Tərslik  –  isə  iradi  nöqsan  kimi  real  Ģəraiti  düzgün 

qavrayıb  qiymətləndirə  bilməmək  və  dəyiĢmiĢ  Ģəraitə  çevik 

münasibət bəsləyə bilməməkdə ifadə olunur. Tərslik çox vaxt 

bilərəkdən öz inadından dönməməkdə özünü göstərir. 

Qətiyyət  –  hər  hansı  məsələ  ilə  bağlı  heç  bir  tərəddüd 

etmədən,  vaxtında  düĢünülmüĢ  qərar  qəbul  etməkdə  ifadə 

olunur.  Qətiyyət  –  iradi  keyfiyyət  kimi  iradi  iĢin  bütün 

mərhələlərində  özünü  göstərir.  Qətiyyətlilik  –  məqsəd 

aydınlığı  və  inam  hissi  (yəqinlik)  ilə  sıx  bağlıdır.  Bu 

keyfiyyətin  əksini  qətiyyətsizlik  təĢkil  edir.  Qətiyyətsiz  adam 

üçün  iradi  iĢin  bütün  mərhələləri  uzun  və  üzücü  prosesə 

çevrilir.  Qətiyyətsizlik–inamsızlıq,  zəiflik,  qorxaqlıq  və 

məqsədin aydın dərk olunmaması və s. səbəblərlə bağlı olur. 

Cəsarət  –  iradənin  çox  mühüm  keyfiyyəti  olub,  iradi 

iĢin  icra  mərhələsində  özünü  göstərən  psixi  xüsusiyyətdir. 

Qəbul  edilmiĢ  qərarın  icrası  zamanı,  tapĢırığın,  iĢin 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



143 

143 


143 

143 


143 

143 


143 

143 


143 

müvəffəqiyyətli  həllindən  ötrü  qorxu  hissinə  qalib  gəlmək, 

təhlükəyə qarĢı  getməkdə, risq etməkdə təzahür edir. Cəsarət 

iradəni  qüvvətləndirir  və  Ģəxsiyyətin  hörmət  və  nüfuzunu 

artırır.  Özünəinam,  məqsəd  aydınlığı,  ədalət  cəsarətin 

aktivatorlarıdır.  Çox  vaxt  mərdlik,  qəhrəmanlıq,  igidlik, 

hünərpərvərlik,  mübarizlik  cəsarətliliklə  sinonim  sözlər  kimi 

iĢlədilir. Cəsarətə əks olan keyfiyyət qorxaqlıqdırQorxaqlıq 

–  insanın  motivasiya  sahəsi  ilə  bağlı  olub,  sosial  keyfiyyət 

kimi,  ətraf  aləmdə  baĢ  verən  hadisələrə  münasibətdə  özünü 

göstərir. 

Qorxaqlıq 

– 

inamsızlıqla, 



cəsarətliliklə, 

qətiyyətsizliklə  çulğalaĢan  keyfiyyətdir.  Qorxu  həm  də 

orqanizmin bioloji müdafiə reaksiyasıdır.  

Özünü  ələ  ala  bilmək  əsasən  Ģəxsin  iradi  iĢ  zamanı 

özünü  ələ  ala  bilməsində,  bütün  fəaliyyətini  qarĢıya  qoyulan 

məqsədin  yerinə  yetirilməsinə  səfərbər  etməsində,  qorxuya 

üstün  gəlib,  bütün  maneə  və  çətinlikləri  aradan 

qaldırılmasında  ifadə  olunur.  Ġradənin  özünü  ələ  ala  bilmək, 

keyfiyyəti  ən  çətin  situasiyada  insan  dözümlüyündə, 

soyuqqanlılıq və təmkinliyində ifadə olunur. 

Məsuliyyətlilik  –  mühüm  iradi  keyfiyyətlərdən  biri 

olub,  Ģəxsin  yerinə  yetirdiyi  fəaliyyət,  davranıĢ  və  rəftarı 

qarĢısında  daĢıdığı  cavabdehlik  hissi  ilə  sıx  bağlıdır. 

Məsuliyyətliliyin  əsasən  borc  hissinin,  eləcə  də  cavabdehlik 

hissinin  inkiĢafı  ilə  bağlı  olması,  sosial-mənəvi-psixoloji 

yetkinliyin göstəricisi kimi qəbul edilir.  



İntizamlılıq – Ģəxsin  qəbul  edilmiĢ qayda və qanunlara 

əməl  etməsi  ilə  xarakterizə  olunan  keyfiyyətdir.  Ġnsanın 

fəaliyyət  və  ünsiyyət  prosesində,  mövcud  sosial  normalara, 

etalonlara və s. hörmətlə yanaĢması, Ģəxsin intizamlı olmasını 

bildirir.  Görkəmli  alman  filosofu  Ġ.Kant  –  nizam-intizamın 

insanda  vəhĢiliyi  ləğvetmə  vasitəsi  olduğunu  göstərmiĢdir. 

Ġnsanların  qrup  və  kollektiv  Ģəraitdə  birgə  fəaliyyət 

göstərməsi,  baĢqa  səbəblərlə  paralel  olaraq  intizamlılıq 

keyfiyyətinin  dərk  olunması  ilə  bağlıdır.  Ġntizamlılıq  – 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

144 



144 

Ģəxsiyyətin  iĢgüzarlığı  və  sosiallığının  göstəricisidir. 

Ġntizamlılıq həm də əxlaqi qiymətdir. 

İşgüzarlıq  –  mühüm  iradi  keyfiyyətlərdən  biri  olub, 

baĢlanan  hər  hansı  bir  iĢi,  fəaliyyəti  tədriclə,  ardıcıl  olaraq, 

axıra qədər icra etməkdir. ĠĢgüzarlıq, ardıcıllıq və icraçılıq bir-

birilə  sıx  vəhdət  təĢkil  edən  keyfiyyətlərdir.  Tənbəllik  – 

iĢgüzarlığın  əksi  hesab olunan xüsusiyyət  kimi  iradi  zəifliyin 

təzahür formasıdır. 



Müstəqillik – insanın hər hansı fəaliyyəti heç bir kömək, 

göstəriĢ  olmadan  həyata  keçirmək  qabiliyyətidir.  O,  əsasən 

qərar  qəbulunda  və  icra  olunmuĢ  iĢə  görə  cavabdehlikdə 

özünü  göstərir.  Müstəqil  adam  məsuliyyət  hissinə,  tənqidi 

ağıla,  möhkəm  əqidəyə  və  dərin  inam  hissinə  malikdir. 

Müstəqillik  ən  mühüm  iradi  keyfiyyət  kimi  iradi  iĢin  həm 

intellektual,  həm  də  icra  mərhələsində  təzahür  edir.  BaĢqa 

iradi keyfiyyətlər kimi, müstəqillik də sosial həyat Ģəraitindən, 

mühit  və  tərbiyədən  asılı  olaraq  formalaĢan  psixi 

xüsusiyyətdir. 

Müstəqilliyin əksini təqlidçilik və təlqinə qapılma təĢkil 

edir. Təqlid baĢqalarının davranıĢını olduğu kimi yamsılamaq, 

təkrar etməkdən ibarətdir. Təlqinə qapılmaq isə dərk etmədən 

baĢqalarının təsiri altına düĢməkdir.  



Səbrlilik.  Psixologiyada  iradənin  təzahürü  haqqında 

danıĢdıqda, elə ilk növbədə səbirli olmaq baĢa düĢülür. Səbrli 

olmaq  –  iradi  güc,  təkidlilik,  özünü  ələ  almaq,  inam, 

dözümlülük  kimi  keyfiyyətlərlə  vəhdətdə  təzahür  edir. 

Azərbaycan  Ģer  kəhkəĢanının  ən  parlaq  və  sönməyən  ulduzu 

böyük Sabirin dediyi kimi: 

Hansı bir müĢküldü kim, səbr ilə asan olmasın? 

Patopsixologiyada  psixi  vəziyyət,  iradəsizlik,  fəaliyyətə 

həvəs  düĢkünlüyü  iradənin  patopsixologiyasıdır  və  buna 

abuliya deyilir (yunanca: abulia - qətiyyətsizlik) 

Zəif  iradəlilik  –  məqsədəuyğunluğun  və  yüksək 

niyyətlərin  yoxluğudur.  Zəif  iradəlilər  üçün  özlərinin  maraq 

dairələrini  geniĢləndlirmək  faydalıdır.  Ġradə  «lazımdır», 



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə