MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə156/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   152   153   154   155   156   157   158   159   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

240 



240 

Bu,  orqanizmin  cavanlığından  və  uĢağın  mərkəzi  sinir 

sistemində proseslərin mütəhərrikliyindən asılıdır.  

Kiçik  məktəblilər  heç  bir  xüsusi  çətinlik  olmadan  bir 

fəaliyyət  növündən  digərinə  keçə  bilirlər.  Lakin  burada  hələ 

də  “uĢaqlıq”  əlamətləri  qalır.  Belə  ki,  uĢaqların  diqqətini  ən 

çox  onlara  bilavasitə  təsir  edən  və  onlar  üçün  maraqlı  olan 

cisim və hadisələr cəlb edir. 

Kiçik  məktəb  yaĢı  dövründə  hafizə  də  öz  inkiĢafını 

davam etdirir. Bu dövrdə mexaniki hafizə üstünlük təĢkil edir. 

Bu  dövrdə  uĢaqlar  hər  cür  materialı  asanlıqla  əzbər  öyrənə 

bilirlər,  ona  görə  də  əzbər  öyrənməyə  meylli  olurlar.  Bunun 

müəyyən  əhəmiyyəti  olsa  da  uĢaqları  quru  əzbərçiliyə 

alıĢdırmaq olmaz. ġübhəsiz bəzi materialları, məsələn, vurma 

cədvəlini  əzbərdən  bilmək  yaxĢıdır.  Lakin  təcrübəli  müəllim 

vurma  cədvəlini  əzbərdən  öyrənməyi  tapĢırmazdan  əvvəl 

cədvəlin strukturunu ətraflı izah edir, onun hansı prinsip üzrə 

tərtib  olunduğunu  uĢaqlara  baĢa  salır.  Öyrənmə  bu  Ģəkildə 

təĢkil olunduqda əgər Ģagird, məsələn, yeddi dəfə səkkiz neçə 

etdiyini  yaddan  çıxarıbsa,  özünü  itirmir.  O,  yeddi  dəfə 

yeddinin neçə etdiyini yada salır və buna yeddi əlavə edir. 

  Çox vaxt birinci-ikinci sinif Ģagirdləri materialı hərfən 

yadda  saxlamağa  çalıĢırlar.  Bu,  həmin  yaĢda  Ģagirdlərin 

oxuduqlarını  və  eĢitdiklərini  öz  sözləri  ilə  ifadə  edə 

bilməmələri  ilə  izah  oluna  bilər.  Burada  nitqin  lazımi 

səviyyədə  inkiĢaf  etməməsi  və  müəllimin  Ģagirddən  öyrən-

diyini dəqiq  və tam  yada salmağı  tələb  etməsi  də rol oynaya 

bilər. 


  Təcrübə  göstərir  ki,  kiçik  məktəblilərdə,  xüsusilə 

birinci-ikinci sinif Ģagirdlərində birinci siqnal sistemi üstünlük 

təĢkil  etdiyinə  görə  əyani  materialları  daha  yaxĢı  yadda 

saxlayırlar. 

  Kiçik  məktəb  yaĢlı  uĢaqlarda  məntiqi  hafizə  nisbətən 

zəif inkiĢaf etmiĢ olur. Birinci-ikinci sinif Ģagirdlərindən fərqli 

olaraq  üçüncü-dördüncü  sinif  Ģagirdləri  elə  yadda  saxlamağa 

çalıĢırlar  ki,  sonradan  onu  öz  sözləri  ilə  danıĢa  bilsinlər. 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



241 

241 


241 

241 


241 

241 


241 

241 


241 

Nəticədə  onlarda  müqayisə  və  ümumiləĢdirməyə  əsaslanan 

məntiqi  hafizə  inkiĢaf  edir.  Birinci  sinifdən  baĢlayaraq 

məktəbdə  təlim  prosesində  uĢaqlara  xüsusi  Ģəkildə  mnemik 

tərzlər  öyrədildikdə  məntiqi  hafizənin  məhsuldarlığı  xeyli 

yüksəlir. 

Məktəbə  təzə  gələn  uĢaqlar  ən  çox  parlaq,  emosional 

təəssürat  yaradan  materialı  yaxĢı  yadda  saxlamağa  daha  çox 

meylli  olurlar.  Sonrakı  siniflərdə,  xüsusilə  IV  sinifdə  bu  hal 

əsasən aradan qalxmıĢ olur.  

Kiçik məktəb yaĢı dövründə uĢağın həyat təcrübəsi və 

biliyinin  artması  nəticəsində  onda  təxəyyülün  inkiĢafı  üçün 

əlveriĢli  Ģərait  yaranır.  Bununla  belə  kiçik  məktəb  yaĢının 

əvvəllərindən  uĢaqların  təxəyyül  surətləri  hələ  də  az  davamlı 

olub, qavrayıĢa əsaslanmaqda davam edir.  

Bərpaedici 

təxəyyül 

kiçik 


yaĢlı 

məktəblinin 

fəaliyyətində  həlledici  rol  oynamağa  baĢlayır,  təlim 

materialını mənimsəməsini asanlaĢdırır. 

Ə.Əlizadənin  tədqiqatları  göstərmiĢdir  ki,  kiçik  mək-

təblilərin  təxəyyülü,  hər  Ģeydən  əvvəl,  emosional  xarakter 

daĢıyır.  Onda  hisslərin,  bədii  əsərlərin  təsiri  altında  daha 

parlaq təxəyyül surətləri yaranır. Kiçik məktəblinin təxəyyülü 

müəyyən əyani vasitəyə istinad etmədikdə, o, təsvir edilən ha-

disəni  aydın  təsəvvür  edə  bilmir.  Kiçik  məktəblilər  baharda 

baharı, qıĢda qıĢı təsvir edən mətnləri daha yaxĢı mənimsəyir. 

Çünki bu zaman təxəyyül Ģagirdin xarici aləmdən aldığı yeni, 

parlaq  və  canlı  təəssüratdan  daha  səmərəli  Ģəkildə  istifadə 

edir.  


Kiçik məktəb yaĢı dövründə təfəkkür də özünəməxsus 

xüsusiyyətlərə  malik  olur.  Ġlk  dövrlər  əyani-əməli  təfəkkür 

özünü  göstərsə  də  əyani-obrazlı  təfəkkürə  keçid  baĢ  verir, 

sözlü məntiqi təfəkkürün inkiĢafı üçün müvafiq Ģərait yaranır. 

Kiçik  məktəb  yaĢının  əvvəllərində  hələ  də 

ümumiləĢdirmə  və  müqayisə  zamanı  zahiri  əlamətlərə 

üstünlük 

verilir. 

Getdikcə 

mühüm 


əlamətlər 

üzrə 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

242 



242 

ümumiləĢdirmə  və  müqayisəyə  meyl  artır.  Kiçik  yaĢlı 

məktəblilərdə  mücərrədləĢdirmənin  perseptual  və  konseptual 

səviyyəsi  inkiĢaf  edərək,  onların  idrak  fəaliyyətində  mühüm 

rol oynayır. (Ə.Qədirov). 

Kiçik  məktəb  yaĢı  dövründə  uĢaqlarda  təfəkkürün 

keyfiyyətləri  inkiĢaf  edir.  Ə.Bayramovun  tədqiqatları 

göstərmiĢdir  ki,  əlveriĢli  Ģərait  yaradıldıqda,  hətta  I-II  sinif 

Ģagirdləri idrak obyektlərinin mahiyyətini anlaya bilir, oradan 

müəyyən nəticə çıxarmağa, səhvləri, uyğunsuzluqları tapmağı, 

onları  törədən  səbəblər  barədə  müəyyən  mülahizələr 

söyləməyə  qabil  olurlar.  Bununla  belə  kiçik  məktəb  yaĢlı 

uĢaqların  hamısı  eyni  dərəcədə  müstəqil  və  tənqidi  düĢünə 

bilmirlər. 

Bu sahədə Ģagirdlər arasında bir sıra fərdi fərqlər özünü 

göstərir.  Professor  Ə.Bayramovun  tədqiqatları  kiçik 

məktəbliləri təfəkkürün tənqidiliyinin inkiĢaf xüsusiyyətlərinə 

görə aĢağıdakı qruplara ayırmağa imkan vermiĢdir: 

1) heç bir təhrik olmadan tənqidi düĢünən Ģagirdlər. Bu 

cür Ģagirdlər heç bir təhrik olmadan, müstəqil Ģəkildə öz idrak 

obyektlərinə  tənqidi  yanaĢır  və  buradakı  qüsurları, 

uyğunsuzluqları görə bilirlər. 

2)  qismən  təhriklə  tənqidi  düĢünən  Ģagirdlər.  Bu  cür 

Ģagirdə  sadəcə  olaraq  idrak  obyektində  qüsur  və  ya 

çatıĢmazlıq  olduğunu  dedikdə  onu  asanlıqla  müəyyənləĢdirə 

və düzəldə bilir. 

3)  tam  təhriklə  tənqidi  düĢünən  Ģagirdlər.  Bu  cür 

Ģagirdlər  yalnız  onlara  nədə  səhv  etdiklərini  bildirdikdə 

qüsurları müəyyənləĢdirə və aradan qaldıra bilirlər. 

4)  heç  cür  təhriklə  belə  tənqidi  düĢünə  bilməyən  Ģa-

girdlər.  Bu  cür  Ģagirdlərdə  təfəkkürün  ümumi  inkiĢafı  aĢağı 

səviyyədə olur. 

Kiçik məktəb yaĢı dövründə nitqin bütün istiqamətləri 

üzrə  inkiĢaf  baĢ  verməklə  yanaĢı  məktəblilər  ilk  dəfə  olaraq 

oxu  vərdiĢlərinə  və  yazılı  nitqə  yiyələnməyə  baĢlayırlar. 

ġagirdlərin  düzgün  yazı  vərdiĢlərinə  yiyələnmələrinin  əsası 




Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə