MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə174/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   170   171   172   173   174   175   176   177   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

296 



296 

davranmasi  üçün onun istinad etməli olacağı geniĢ əxlaqi təsəvvürləri, 

əxlaqi  bilik  ehtiyatı  olmalıdır.  Psixoloji  tədqiqatlar  nəticəsində 

müəyyən  edilmiĢdir  ki,  əxlaqi  bilik  və  anlayıĢların  mənimsənilməsi 

prosesi  mürəkkəb  xarakter  daĢımaqla,  xüsusi  rəhbərlik  tələb  edir. 

Təsadüfi  hadisələrin,  düzgün  olmayan  mikromühitin,  böyüklərin 

düzgün  olmayan  davranıĢının  və  s.  təsiri  altında  yaranan  əxlaqi 

anlayıĢlar  təhrif  olunmuĢ xarakter  daĢıya  bilər.  Bu  isə  səhv  davranıĢa 

gətirib çıxara bilər. Ona görə də  birinci növbədə  əxlaqi təsəvvür, bilik 

və  anlayıĢların  yaranması  qayğısına  qalmaq  lazımdır.  Lakin  təcrübə 

göstərir  ki,  əxlaqi  anlayıĢların  mənimsənilməsi    əxlaqi  Ģüurun 

yaranması  və  inkiĢafı  üçün  mühüm  rol  oynasa  da,  öz-özlüyündə  hələ 

əxlaqi davranıĢın formalaĢmasını təmin edə bilmir. 

AparılmıĢ  psixoloji  tədqiqatlardan  və  məktəb  təcrübəsindən 

aydın olur ki, çox vaxt uĢaqlar əxlaq normalarını yaxĢı bildikləri, onun 

haqqında geniĢ biliyə malik olduqları halda, öz davranıĢlarında onlara 

əməl  etmirlər.  Bu  isə  bəzən  müəllimdə,  tərbiyəçidə  təəccüb  doğurur. 

Ona görə də Ģagirdin necə davranmağı yaxĢı bildiyini, lakin ona əməl 

etmədiyini  irad  tutur,  onu  danlayırlar.  Bunun  nəticəsi  isə  çox  vaxt  o 

qədər də fərəhləndirici olmur. Əksinə, bəzən Ģagirdin özünə inamı itir, 

biliklə əməl arasında əlaqə pozulur, biliyin tətbiqi üçün münasib Ģərait 

yaranmır.  Bu  cəhəti  nəzərə  alaraq  birinci  növbədə  müəllim  öz 

Ģagirdləri  üçün  yalnız  öyüd-nəsihətçi,  mentor  tərbiyəçi  olmaqdan 

uzaqlaĢmalı,  onların  əldə  etdikləri  əxlaqi  bilik  və  təsəvvürləri  öz 

davranıĢlarına  tətbiq  etmək  meyli  və  adəti  yaratmağa  çalıĢmalıdır. 

Bunu isə yalnız sözlə, verbal yolla həyata keçirmək mümkün deyildir. 

Hər  Ģeydən  əvvəl  uĢaqdakı  əxlaqi  bilik  və  anlayıĢlar  onun  inamına 

çevrilməlidir.  

Psixoloji tədqiqatlar göstərmiĢdir ki, Ģagirdlərdə əxlaqi bilik və 

anlayıĢların inama çevrilməsi üçün həmin bilik və anlayıĢların davranıĢ 

motivləri 

və 


onlara 

uyğun 


əxlaqi 

adətlər 


sistemində 

möhkəmləndirilməsi  tələb  olunur.  Necə  davranmaq,  hərəkət  etməyi 

dərk  etməklə  adət  edilmiĢ  davranıĢ  arasında  müəyyən  ziddiyyət 

mövcud  olur.  Bu  ziddiyyəti  aradan  qaldırmaq  yalnız  Ģagirdlərin 

müvafiq  davranıĢ  təcrübəsinə  yiyələnməsi  nəticəsində  mümkün  ola 

bilər.  Əxlaqi  təcrübəni  isə  Ģagirdlər  davranıĢdakı  mümarisələr 

sayəsində,  baĢqa  sözlə  müəllim  tərəfindən  uĢaqların  müxtəlif,  lakin 

mahiyyətcə  oxĢar  həyati  situasiyalarda  təĢkil  olunmuĢ  hərəkət  və 

davranıĢları zamanı əldə edirlər. Psixoloqlar uĢaqların bu cür davranıĢ 

təcrübəsini, praktik fəaliyyətini onların emosiyaları ilə əlaqələndirməyi 

vacib  hesab  edirlər.  Bu  zaman  emosiyalar  vətənpərvərlik  və 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



297 

297 


297 

297 


297 

297 


297 

297 


297 

beynəlmiləlçilik,  humanizm,  borc,  məsuliyyət,  yoldaĢlıq,  vicdan  və  s. 

kimi  əxlaqi  hisslərin  formalaĢmasına  müsbət  təsir  göstərir.  Adətən, 

əxlaqi hisslərin, eləcə də əxlaqi inamın yaranmasına nail olmaq, həmin 

keyfiyyətləri  tərbiyə  etmək  üçün  onların  Ģagirdlər  tərəfindən  fəaliyyət 

prosesində  mənimsənilməsi  və  keçirilməsi  tələb  olunur.  Əgər  Ģagird 

heç olmazsa bircə dəfə  yerinə yetirdiyi əxlaqi hərəkətdən razılıq hissi 

keçirərsə, sonradan bir daha həmin hissi halı keçirməyə  can atacaqdır. 

Məhz  buna  görə  də  müsbət  əxlaqi  hissləri  tərbiyə  etmək  üçün  elə 

situasiya  yaratmaq  lazımdır  ki,  Ģagird  qüvvətli  müsbət  nümunə  ilə 

qarĢılaĢsın,  həmin  prosesdə  iĢtirak  etsin  və  müvafiq  hisslər  keçirə 

bilsin.  Bu  zaman  Ģagird  öz  inam  və  idealı  mövqeyindən  çıxıĢ  edərək  

özünü və bütün ətrafdakıları qiymətləndirməyə baĢlayır. 

Adətən,  yüksək  əxlaqi  keyfiyyətlər  insanların  cəmiyyətin 

məqsədləri  ilə  müəyyən  edilən  praktik  fəaliyyətlərində  formalaĢır. 

Fəaliyyət  prosesində  cəmiyyətin  nümunələri,  idealları  təĢəkkül  tapır. 

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  fəaliyyətin  düzgün  seçilməsi,  müvafiq 

yaĢ  dövrünə  uyğunluğu,  düzgün  təĢkili  və  tərbiyələndirici  istiqaməti 

həlledici  əhəmiyyətə  malikdir.  Lakin  burada  bir  cəhəti  də  unutmaq, 

nəzərə almamaq olmaz. O da tərbiyə edən və tərbiyə olunanın qarĢılıqlı 

münasibətlərinin  xarakterindən  ibarətdir.Burada  tərbiyəçinin  tərbiyə 

olunana  münasibəti  güclü  xarici  təsir  qüvvəsi  kimi  özünü  göstərir. 

ġagirdin xarici təsirlə daxili aləminin qarĢılıqlı əlaqəsini, ona göstərilən 

xarici təsirə Ģəxsi  münasibətinin xarakteri burada mühüm rol oynayır. 

Ona  görə  də  Ģagirdin  Ģəxsi  təcrübəsi  böyüklərin  ondan  tələb  etdiyi 

əxlaq  normalarına  zidd  olarsa,  Ģagird  bu  tələbləri  formal  olaraq 

mənimsəyər, ona yalnız müvafiq Ģəraitdə – böyüklərin nəzarəti zamanı 

əməl  edər.  Təcrübə  göstərir  ki,  qarĢılıqlı  təsir  düzgün  qurulmadıqda, 

qeyri-uyğun rəhbərlik stili tətbiq olunduqda bəzən uĢaqlar tərbiyəçinin 

tələblərinə  formal  Ģəkildə  də  tabe  olmur,  özünü  ona  qarĢı  qoyur,  öz 

Ģəxsi əqidəsində qalır. Belə olduqda,  adətən, uĢaq kollektivdən ayrılır, 

özünə məktəbdənkənar yoldaĢlıq mühiti – referent qrup seçir.  

Normal  Ģəraitdə  belə  Ģagirdlərin  tərbiyəçinin  tələblərini 

mənimsəməsi, həmin tələblərin onun öz tələblərinə çevrilməsi birdən-

birə baĢ vermir, bir sıra mərhələlər keçir. Ġlk dövrdə Ģagird həmin tələbi 

xarici, məcburi tələb kimi qəbul etməli olur. Sonra Ģagird həmin tələbi 

könüllü  olaraq  qəbul  edir,  öz  vəzifəsini,  borcunu  dərk  edir.  Son 

mərhələdə  kənardan  verilən  əxlaqi  tələb  Ģagirdin  özünün  Ģəxsi,  daxili 

tələbinə çevrilir, özünə qarĢı həqiqi tələbkarlıq meydana gəlir. 

ġagirdlərin  kollektivdə  tərbiyəsi.  Ġnsanlar  təcrid  olunmuĢ 



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə