Мцндярижат


Metafizika – Cild 1, Say 2, 2018



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə5/13
tarix07.08.2018
ölçüsü0,72 Mb.
#61032
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   13

Metafizika – Cild 1, Say 2, 2018 

Halbuki bu hadisələr arasında Fəzlullahın Şirvana mühacirəti baş vermişdi və bura-

nın seçimi təsadüf nəticəsi deyildi. Əliyyül-Əlanın “Kürsinamə”sindən məlum ol-

duğu kimi, onlar novruz bayramı günlərində Miranşahla ittifaq bağlamağa nail ol-

muş və Şirvana getməyə razılıq almışdılar. Həmin əsərdə yer alan “Şirvandan nə-

sib veriləndə” ifadəsindən həm də onların burada açıq fəaliyyət üçün icazə aldıq-

ları qənaəti hasil olur:  

                    ﺪﺷ ﮫﺘﺳﻮﯿﭘ ﻢھ ﮫﺑ یزورﻮﻧ و ﺪﯿﻋ

 

ﺪﺷ ﮫﺘﺴﺑ ناوﺮﺷ ز ﺎﻣ ﺐﯿﺼﻧ نﻮﭼ



ﺪﯿﻋ ز ﺪﺷ ﯽﺑ ﯽﯾ و ﺦﯾرﺎﺗ ﯽط و دﺎﺿ

1

               



ﺪﯿﺳر رد یدﺎﺷ مﺎﮭﻟا اﺪﺧ ﺰﮐ

ﻢﯿﺘﺧاﺪﻧا بﺂﺑ ﯽﺣﻮﻧ ﯽﺘﺸﮐ

2

 

                             



ﻢﯿﺘﺧادﺮﭘ ﻢﻏ و هوﺪﻧا ز ار ﮫﻧﺎﺧ

                          ﻮﺧ ﺮﻤﺷ ﺪﯾﺰﯾ نﻮﻌﻠﻣ ﯽﺿﺎﻗ

 

ور هﺪﯿﭽﯿﭘ ﺎﯿﺒﻧا و اﺪﺧ زا



                          داز ﻮﯾد ﻦﯿﻌﻟ  نآ ﺮﯿﻣا ﺎﺑ

 

دﺎﻘﺘﻋا] ﯽﺑ ﺮﻓﺎﮐ یور ود نآ



[

         ﺎﯾر شدﻮﺒﯿﻣ ﻮﭼ ﻖﺣ ﺎﺑ ﯽﺘﺳود

              

 

ﺎﯿﺳور ﻦﯾد ﮫﻤھ رد



3

...


(Bizə Şirvandan nəsib veriləndə bayram və novruz bir-birinə qovuşmuşdu. 

                                                

1

“Eyd” (“bayram”)  deyilərkən,  çox  ehtimal  ki,  ramazan  bayramı  nəzərdə tutulur. 

H.Ritterin də ifadəni bu anlamda qəbul etməsi onun hərf-işarələri yozumundan məlum olur. 

Tədqiqatçı  “yey”in 10-a, “be”nin 2-yə  bərabər  olduğunu    nəzərdə tutaraq, bu hərflərin 

əbcəd hesabı əsasında mətndə “fitrdən sonrakı 12 gün”ə işarə olunduğunu bildirir. 

 ،ﮫﯿﻓوﺮﺣ ﮫﻗﺮﻓ زﺎﻏآ .ﺮﺘﯾر تﻮﻤﻠھ)

ص

 .



362

(

 



Məlum olduğu kimi, orucluq  eyd əl-fitr  (fitr bayramı) ilə başa çatır. Nəsimi şeiri və di-

gər əsərlərdə təkcə “eydi-əkbər” deyil, çox zaman ümumi anlamlı “eyd” ifadəsi də rama-

zan bayramı mənasında istifadə olunur. Bu mənada ilk misraları Miranşahla Fəzlullahın itti-

faq bağladığı ildə ramazan və novruz bayramlarının eyni vaxta təsadüf etməsinin ifadəsi ki-

mi  anlamaq  olur.  Bundan  başqa,  novruz  bayramı  İranda    müasir  çağda  da  13  gün  davam 

edir. Mətndən ramazandan 12 gün keçdiyi, novruz bayramının isə hələ də davam etdiyi qə-

naəti  hasil  olur.  Bu  tarixin  qeyd  olunduğu  tərzdən  iki  bayramın  qovuşuğunun  fəaliyyət

azadlığı icazəsi almış hürufilər üçün xüsusi bir əlamət kimi görülməsi nəticəsinə də gəlmək

olur. 

2

 H.Ritter  yanlış  olaraq,  bu  beytlərin Qara Yusifin Təbriz  yaxınlığında  Miranşah 



üzərində qələbəsi münasibətilə söyləndiyini bildirir. (s.362, ،ﮫﯿﻓوﺮﺣ ﮫﻗﺮﻓ زﺎﻏآ .ﺮﺘﯾر تﻮﻤﻠھ).

Çox  güman  ki,  “zad”ü  “tey”  tarix  oldu”  (“tarix  809  oldu”)  deyimi  tədqiqatçıda  fikir 

çaşqınlığı yaradıb.  H. 809 / m. 1407 tarixini Qara Yusifin Miranşah üzərindəki qələbəsinin 

ili kimi qəbul edən H.Ritter beytdə “ab” (su) deyilərkən Kür çayının nəzərdə tutulduğunu 

ehtimal edir. ( 

.،ﮫﯿﻓوﺮﺣ ﮫﻗﺮﻓ زﺎﻏآ .ﺮﺘﯾر تﻮﻤﻠھ)

 

ص

 



362

Halbuki həmin  döyüş  h.  810  /  m. 1407-

1408-ci ildə, yəni Fəzlullahın ölümündən 11 il sonra olmuşdur. Mətndə Fəzlullahın sağlı-

ğında Şirvana gəlinməsi və sonda Miranşahın hürufiliyin mürşidinə xəyanətindən bəhs edil-

diyi  üçün  bu  iki  hadisə (Miranşahın  hürufilərlə ittifaqı  və Qara Yusif tərəfindən məğlub 

edilməsi) eynizamanlı kimi qəbul edilə bilməz. Eləcə də beytdə Şirvana, daha dəqiq desək, 

Bakıya  gəlişdən və Miranşahla  Fəzlullahın  ittifaqından  söz  açıldığından  burada  “gəminin 

salındığı su” deyilərkən Xəzər dənizinin nəzərdə tutulması qənaətinə gəldik. 

3

 

 .ص ،ﯽﻧﺎﮔﺮﮔ ﮫﻣﺎﻧ هژاو .ﺎﯿﻛ قدﺎﺻ



293

.

74




Səadət Şıxıyeva. Hürufiliyin tarixi: ənənəviləşmiş təhriflər,  

unudulmuş gerçəkliklər, s.

65-96

Xudadan (Fəzlullah – S.Ş.) şadlıq ilhamı yetişəndə tarix 809 (idi)

1

, bayramdan 12 

gün keç(miş)di

2

. (Xəbəri aldıqdan sonra) Nuhun gəmisini suya saldıq, (bununla da 

can) evimizi kədər və qəmdən qurtardıq. Yezid, Şümur xislətli, Allah və peyğəmbər-

lərdən yüzünü çevirmiş o lənətə gəlmiş qazı

3

Divin  oğlu o lənətə gəlmiş əmirlə

4

, o 

[etiqad]sız ikiüzlü kafirlə (birləşdi). Bütün dinlərdə üzü qara (o əmirin) haqla (Fəz-

lullah – S.Ş.) dostluğu riya imiş…).

Hürufiliyin tarixçisi adlandıra biləcəyimiz Əliyyül-Əlanın “Kürsinamə”sin-

də yer alan  yuxarıdakı beytlərin məzmunundan bəlli olur ki, ailəsi və özünə yaxın 

insanlar, xəlifələr və ardıcılları ilə Şirvana gələn Fəzlullah Miranşahdan himayə və-

di almış və bu, hürufilərin böyük sevincinə səbəb olmuşdu.

5

Amma Miranşah sonra 



sözündən dönmüş və onlara xəyanət etmişdi. Yuxarıdakı misralar Teymuri-hürufi 

münasibətlərinə işıq salmaqla bərabər, həm də Fəzlullahın Teymurilərin siyasi nü-

fuz dairəsinə daxil olan Bakıya  – Şirvana hansı ümidlərlə gəlməsinə

6

bir aydınlıq 



gətirir.  

Burada hürufi mürşidinin Bakıda gördüyü və öncə də ümumiləşdirərək xatır-

latdığımız bir yuxusunu qeyd etmək yerinə düşərdi. Mətndə deyilir:  

رد

 و رﻮﻤﯿﺗ ﺮﯿﻣا ﺚﺤﺑ و ﺪﻧدﻮﺑ ﮫﺘﺴﺑ ﺎﺠﻧآ رد ﮫﮐ ﺎھ ﻦﺳر و ﺪﺒﻨﮐ نا نﺪﯾد باﻮﺨﺑ ﺪﺠﺴﻣ رد ﮫﯾﻮﮐﺎﺑ



نﺎﺘﺷا ﻢﯿﻠﻗا ﺖﻔھ  ءﻻﺎﺑ ﺮﺑ ﮫﮐ ﺲﮐ ا و ﻢﯿﻠﻗا ﺖﻔھ و شﺪﻧزﺮﻓ

7

 



“Bakuyədə  məsciddə (yatarkən) yuxuda o günbəzi və ona bağlanmış ipləri 

gördüm.  Əmir Teymur, övladı

8

, yeddi iqlim və yeddi iqlimin üstündə duran

1

o

                                                

1

 “Zad” – 800, “tey” -9 = 809



2

Buradan dolayısı ilə “eyd”in (bayram) (ﺪﯿﻋ) “əbəd”ə dönməsi, yəni bayramın sonsuz-

luğadək uzanması anlamını da çıxarmaq olar: “Eyd”in (bayram) “yey”i “bey” oldu”.  Am-

ma “əbəd”  (ﺪﺑا) “əlif”lə yazıldığından yazılışın deyil, tələffüzün nəzərdə tutulduğunu ehti-

mal edirik. 

3

 Y.Ajəndə görə, burada “qazı” deyilərkən  Şirvanşah  Şeyx  İbrahimin  vəziri  Qazı 



Bayəzid nəzərdə tutulur, (s.24.  ،ﺦﯾرﺎﺗ رد ﮫﯿﻓوﺮﺣ .ﺪﻧژآ بﻮﻘﻌﯾ ) Amma Fəzlullahın ölümünə ya-

zılmış maddeyi-tarixlərdə o qazının deyil, Şirvanşah Şeyx İbrahimin adı vurğulandığından 

bu mətndə də haqqında söz alan “qazı”nın Şirvanşah olması qənaətindəyik. 

4

 Əsl adı Əmiranşah olan Miranşah nəzərdə tutulur. 



5

 Miranşahın  hürufilərlə ittifaqına  bir  sıra  araşdırmalarda  ümumi  şəkildə toxunulmuş, 

hətta  bu, Miranşahın hürufiliyə meyli kimi dəyərləndirilmişdir. (bax: 

 ،ﺦﯾرﺎﺗ رد ﮫﯿﻓوﺮﺣ .ﺪﻧژآ بﻮﻘﻌﯾ

 .ص

24

(



6

 Fəzlullahın Miranşaha sığınmaq üçün Şirvana getməsini Ə.Gölpınarlıya istinadən nəsi-

mişünas alim H.Ayan da təsdiqləyir (Hüseyin Ayan. Nesimi. Hayatı, Edebi Kişiliği, Eserle-

ri ve Türkçe Divanının Tenkitli Metni (Ankara, Türk Dil Kurumu Yayınları, 2002), I. Cilt, 

s. 36).

7

.407 .و ،ﺮﯿﺒﮐ ﮫﻣﺎﻧ نادوﺎﺟ .یدﺎﺑآﺮﺘﺳا ﷲ ﻞﻀﻓ



8

O dövrdə hürufilərin müttəfiqi olan Miranşah nəzərdə tutulur.  

75



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə