Мцндярижат


Metafizika – Cild 1, Say 2, 2018



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə3/13
tarix07.08.2018
ölçüsü0,72 Mb.
#61032
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   13

Metafizika – Cild 1, Say 2, 2018 

filiyin passiv və aktiv fəaliyyət tarixi kimi dəyərləndirilə bilər. Başqa sözlə, 1373-

cü ildə mövcudatın, 1376-cı ildə elmi-hürufun sirlərinin ona açıldığını bildirən Fəz-

lullahda bu görüşlər sadəcə ideya şəklində mövcud olmuşdur. Təlimin bir sıra ob-

yektiv və subyektiv düşüncələrdən qaynaqlanan elanı isə artıq onun təqribən 10 il 

boyunca özünə kifayət qədər tərəfdar topladığı və bu görüşlər üçün ideoloji və icti-

mai zəmin hazırlamasından sonraya təsadüf edir. 

Bu mərhələliliyə diqqət yetirilməməsi,  hürufiliyin  aşkara  çıxdığı  tarix  kimi 

sadəcə yuxarıda qeyd etdiyimiz illərdən birinin göstərilməsi isə təlimin formalaş-

masının özəlliyi haqqında natamam təsəvvür yaratmışdır. 



2. Fəzlullahın sağlığında hürufi-Teymuri münasibətləri

Hürufiliklə bağlı  özünə  dərin  kök  salmış  yanlış  mülahizələrdən biri də bu

təlimin  yaranması  səbəbinin  izahı  ilə əlaqədardır.  Bu  fəlsəfi-fikri  axın  haqqında 

ənənəviləşmiş  qənaətlərdən biri onun antifeodal xarakterliliyi və Əmir  Teymurun 

Təbrizə yürüşünə qarşı etiraz dalğası kimi meydana çıxmasıdır.    

Hürufiliyin  ilk  illərdə,  daha  doğrusu,  Fəzlullahın  sağlığındakı  fəaliyyətinin 

özəlliklərinin nəzərə alınmaması  və hürufi-Teymuri  münasibətlərinin kəskin ixti-

lafa çevrilməsinin səbəblərinin təfərrüatlı araşdırılmaması hürufiliyin anti-Teymuri, 

hətta ümumiyyətlə, antifeodal hərəkat olması

1

iddiasına yol acmışdır. Halbuki ilkin 



hürufilik mətnləri əsasında bu təriqətin banisi Fəzlullahın siyasət adamları ilə mü-

nasibətinin izlənməsi hürufiliyin antifeodal xarakterliliyi ilə bağlı mülahizələrin ta-

rixi gerçəkliyə uyğun olmadığı qənaətinə gətirir. F.Usluerin haqlı olaraq qeyd et-

diyi kimi, Fəzlullaha röya təvil etdirən şəxslər arasında xüsusilə dövlət adamları və

dövrün alimləri diqqəti çəkməkdədi.

2

Belə ki, ilkin qaynaqlardan Fəzlullahın Sultan 



Üveys  Cəlayiri

3

və saray  adamları,  o  cümlədən onun vəziri Zəkəriya, sahib-sədr 



Şeyx  Xacə

4

kimi  yüksək  rütbəli  dövlət  adamları  ilə ünsiyyətinin  olması    məlum 



                                                

1

 Зумруд Кули-заде. Хуруфизм и его представители в Азербайджане, s. 38-41; 



"،ﯽﻤﯿﺴﻧ و ﮫﯿﻓوﺮﺣ" .زوﺪﻟوا ﻦﯿﺴﺣ

 

 .ص ،(ت.ب ،نارﺎﯾ تارﺎﺸﺘﻧا ﮫﺴﺳﻮﻣ :ﺰﯾﺮﺒﺗ) ﯽﻤﯿﺴﻧ ناﻮﯾد



0

1

-



13

 ؛

 



 :ناﺮﮭﺗ) ،(نﺎﯾﻮﻄﻘﻧ) نﺎﯿﻧﺎﺨﯿﺴﭘ ﺖﻀﮭﻧ و ﮫﯿﻓوﺮﺣ ﺶﺒﻨﺟ .سوﺮﻄﻓ ﺮﯿﻣ ﯽﻠﻋ

 تارﺎﺸﺘﻧا

 ،داﺪﻣﺎﺑ

1327


.ص ،(

37

 



 

və s.) 


2

Fatih Usluer. “Hurufilikte Rüya Tabirleri,” Millî Folklor, 90 (2011), s. 143.

3

 Sultan Üveysin adı Fəzlullahın "Növmnamə"sində də çəkilir. (bax: 



 ﺮﯿﺒﮐ ﮫﻣﺎﻧ نادوﺎﺟ .یدﺎﺑآﺮﺘﺳا ﷲ ﻞﻀﻓ

)

  هرﺎﻤﺷ ،ﯽﺳرﺎﻓ ،یﺮﯿﻣا ﯽﻠﻋ .ک.م



920

 .و ،(


408

.

4



 Şeyx Xacə, ehtimal ki,“Növmnamə”də adı Şəh Xacə şəklində qeyd olunan və Sultan 

Üveysin məktub yazdığı bildirilən şəxsdir. ( 

 .و ،ﺮﯿﺒﮐ ﮫﻣﺎﻧ نادوﺎﺟ .یدﺎﺑآﺮﺘﺳا ﷲ ﻞﻀﻓ

408


.

)

70




Səadət Şıxıyeva. Hürufiliyin tarixi: ənənəviləşmiş təhriflər,  

unudulmuş gerçəkliklər, s.

65-96

olur.


1

Nəsrullah Nafəci “Xabnamə”sində ümumi şəkildə üləma və sərvət sahibləri-

nin Fəzlullahla həmsöhbət olduğunu, onun xidmətində durduğunu və taxt sahibləri-

nin  hürufi  mürşidinin  etimadını  qazandığını  bildirir.

2

Seyid  İshaqın  “Məhrəmna-



mə”sindən məlum olduğu kimi, Həsən Damğaninin oğlu

3

, bir müddət Xorasan va-



lisi və Sultan  Üveys  Cəlayirinin  yaxınlarından  olan  Əmir  Əli  Damğani

4

sonralar 



xidməti tərk edərək, Fəzlullahın müridi olmuşdu.

5

Nəsrullah Nafəci İsfahanda Tuğ-



çi məscidində ikən Fəzlullahın yanına din alimləri (“uləma”), seyidlər (“sadat”), 

böyüklər (“əkabir”), əmirlər, vəzirlər və qazılardan bir çox insanın gələrək röya tə-

bir etdirdiklərini bildirir.

6

Nəsrullah Nafəcinin  “Xabnamə”sində  həmin sosial  



zümrələrə aid şəxslərin röyalarını ehtiva edən örnəklər olmasa da, Seyid İshaq və

Firiştəoğlunun

7

eyniadlı  əsərlərində  həmin  şəxslərin  röyalarından  örnəklər veril-



mişdir: Səbzəvarın  hakimi  Xacə  Fəzlullah, Timurun əmiri,  Kaverd  qalası  valisi 

Əmir Bistam, Sultan Üveysin vəziri Əmir Zəkəriyya, Şirvan valisi Əmir Şeyx İbra-

him

8

,  Qazı  Bayəzid  Şamaxı



9

, Əmirzadə  Məhəmməd Qəndəhari, Məşhəd naqibi 

Seyid  Əbdülheyy,  Səbzəvar valisi Xacə  Cəmaləddin,  İsfahanda  mühtəsib, Sultan 

                                                

1

 bax: Hurufilik Metinleri Katalogu, s. 6; Fatih Usluer. “Hurufilikte Rüya Tabirleri,” s. 



140-141, 143.

2

 



ﮫﻣﺎﻨﺑاﻮﺧ .ﯽﺠﻓﺎﻧ ﷲ ﺮﺼﻧ

 

)



ano 17

i

Pers



na

Biblioteca Vatica

(

،

 



 .و

20

 



3

 Pəhləvan Həsən Damğani Sərbədari (762/1361-766/1365) və onun yerinə keçən Xacə

Nəcməddin Əli Müəyyəd Sərbədari (766/1365-788/1386) nəzərdə tutulur.

4

 H.Ritterə görə, bu, sərbədari xanədanının  sonuncu  nümayəndəsi  olan  Əmir  Əli 



Müəyyəddir. (375-374  ص

.

)



"،ﮫﯿﻓوﺮﺣ ﮫﻗﺮﻓ زﺎﻏآ" .ﺮﺘﯾر تﻮﻤﻠھ

Həmin şəxsin adının Xacə Əli Müəyyəd (Musa Şamil Yüksel. Timurlularda Din-Devlet 

İlişkisi (Ankara, Türk Tarih Kurumu Basımevi, 2009), s. 110) şəklində verilməsinə də rast 

gəlinir. Qeyd etməliyik ki, Əmir Teymur  dövründə öldürülən Əmir Əli Müəyyəd ilə Şah-

rux zamanında üsyan qaldıran sərbədari Sultan Əli ayrı-ayrı şəxslərdir. (Əmir Əli Müəyyəd

barədə bax: Musa Şamil Yüksel. Timurlularda Din-Devlet İlişkisi, s. 110; Василий Влади-

мирович Бартольд. Сочинения (Москва: Наука, 1964), т. 2, часть 2, s. 84-85; 

 ﺦﯾرﺎﺗ رد ﮫﯿﻓوﺮﺣ .ﺪﻧژآ بﻮﻘﻌﯾ)

 ،ﯽﻧ ﺮﺸﻧ  :ناﺮﮭﺗ

1369


،(

ص. 17


.

5

 



 ،نﺪﯿﻟ) ﮫﯿﻓوﺮﺣ ﻞﺋﺎﺳر ﮫﻋﻮﻤﺠﻣ

1909


 .ص ،(

43

 .



bax: Hurufilik Metinleri Katalogu, s. 15

.

6



 

،ﮫﻣﺎﻨﺑاﻮﺧ .ﯽﺠﻓﺎﻧ ﷲ ﺮﺼﻧ

 



 



17

.

7



 Fəriştəoğlunun “Xabnamə”si Seyid İshaqın eyniadlı əsərinin tərcüməsidir. (bu barədə

bax:  Fatih  Usluer.  Hurûfilik-İlk  Elden  Kaynaklarla  Doğuşundan  İtibaren,  s.  90;  Hurufilik 

Bilgisi.  Ferişteoğlu  Abdülmecid  Külliyatı.  Hazırlayanlar:  Fatih  Usluer,  Özer  Şenödeyici, 

İsmail Arıkoğlu (Ankara: Gece Kitaplığı, 2014), s. 263-272). 

8

 Bu şəxsin əslində Şirvanşah İbrahim olması qənaətindəyik.



9

 F.Usluer bu ifadəni “Şimahi” şəklində (Fatih Usluer. “Hurufilikte Rüya Tabirleri,” s. 

143) versə də,  ifadənin əsli Şamaxı (orta əsrlərdəki adlarından biri: Şəmaxi(yyə)) olmalı-

dır. Y.Ajənd Qazı Bayəzidin adının Fəzlullahın “Növmnamə”sində Xacə Bayəzid şəklində

yad edildiyini və onun Şirvanşah Şeyx İbrahimin qazısı olduğunu bildirir.

،ﺦﯾرﺎﺗ رد ﮫﯿﻓوﺮﺣ .،ﺪﻧژآ بﻮﻘﻌﯾ)

 

 .ص


24

(

 



71


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə