Мцндярижат


Metafizika – Cild 1, Say 2, 2018



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə2/13
tarix07.08.2018
ölçüsü0,72 Mb.
#61032
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   13

Metafizika – Cild 1, Say 2, 2018 

olunmadan  yuxarıda  qeyd  etdiyimiz  tarixlərdən  yalnız  birinə istinad olunmuşdur. 

Halbuki ilkin hürufilik qaynaqları əsasında Fəzlullahın həyatı ilə bağlı faktları təh-

lil etdikdə bu fəlsəfi cərəyanın aşkara çıxmasının bir neçə mərhələdə baş verməsi, 

hər dəfə təlimin fərqli və önəmli bir cəhətinin vurğulanması bəlli olur. Belə ki, Fəz-

lullahın yuxu yozuculuğu onun qiyamının ilk mərhələsi hesab olunur.

1

Digər tədqi-



qatçıların diqqətini cəlb etməyən cəhətlərdən biri də Fəzlullaha ilk qiyam dəvətinin 

Xarəzmdə olunması

2

, hərf elminin Təbrizdə dərk edilməsidir.



3

Öncə də qeyd etdiyimiz kimi, hürufilik mətnlərində təlimin elanı (hürufilərə

görə, “zühur”u) ilə bağlı çeşidli  tarixlər göstərilmişdir. Belə ki, “Kürsinamə”nin 

haşiyələrindən birində Fəzlullaha mövcudatın sirrinin h. 775-ci il şaban ayının 14-

də (29 yanvar 1374-cü il) açılması yazılmışdır: 

 لوﺰﻧ ﻦﯿﻤﻟﺎﻌﻟا بر ف تﺮﻀﺣ ﺮﯿﻨﻣ ﺮﯿﻤﺿ ﺮﺑ ﺖﺳوﺎﺑ ﺎﯿﺷا ماﻮﻗ ﮫﮐ تادﻮﺟﻮﻣ ﺖﺴھ ﮫﮐ ﺦﯾرﺎﺗ لوا

ﺞﻨﭘ و دﺎﺘﻔھ و ﺪﺼﺘﻔھ ﺮﺑ لﺎﺳ ﺖﺳا هدرﺎﮭﭼ ﻢھ ﮫﮐ ﻢﻈﻌﻤﻟا نﺎﺒﻌﺷ کرﺎﺒﻣ هﺎﻣ ﺮﺧآ دﺮﮐ

4

...



(Əşyanın nizamını (mümkün edən) mövcudatın varlığının (sirrinin) həzrət

Fəzlullah rəbbül-aləminin nurlu qəlbinə nüzul etdiyi ilk tarix 775-ci ilin mübarək

şəbanül-əzim ayının 14-ü idi). 

“Kürsinamə”nin mətnində isə hürufiliyin  ilk  öncə Quranın  sirri  olaraq  h. 

778 / m. 1376-cı  ildə  Fəzlullaha  açılması  və “Cavidannamə”nin h. 788/ 1386-cı 

ildə qələmə alınması bildirilir:     

ﺖﺸھ و دﺎﺘﻔھ و ﺪﺼﺘﻔھ تﺮﺠھ دﻮﺑ         ﺖﺸﮔ  شﺎﻓ ناﺮﻗ راﺮﺳا ﻞﻀﻓ ز نﻮﭼ

ﺪﯾﺰﻣ نآ دﺮﮐ ود دﻮﺑ نﺎﺸﯾا ﻞﺻا

        


ﺪﯾ [ﺪﭘ]  نآز ﺪﯾآ ﺮﮕﯾد ﻞﯿﻟد ﺎﺗ

                                                                                                                           

Kongreye Sunulan Bildiriler. (Ankara: Türk Tarih Kurumu, 2015), s. 177-234; Yenə onun: 

“Hürufiliyin tarixi ilə bağlı bir sıra qəlibləşmiş yanlışlar,” Türk dünyası: dünəni və bu günü 

(beynəlxalq elmi konfrans), Tezislər (Bakı, 23-24 may, 2011), s. 82-87.

1

.ص "،ﮫﯿﻓوﺮﺣ ﮫﻗﺮﻓ زﺎﻏآ" .ﺮﺘﯾر تﻮﻤﻠھ  .339



2

 Bu barədə bax: .347 .ص "،ﮫﯿﻓوﺮﺣ ﮫﻗﺮﻓ زﺎﻏآ" .ﺮﺘﯾر تﻮﻤﻠھ

3

 H.Ritter Nəsrullah Nafəcinin “Xabnamə”si əsasında bu faktları qeyd etmişdir. 



ص

  .


347

(

.



 

"،ﮫﯿﻓوﺮﺣ  ﮫﻗﺮﻓ  زﺎﻏآ"  .ﺮﺘﯾر  تﻮﻤﻠھ) Lakin nə Ritter, nə də ondan  sonrakı 

müəlliflər bu qeydlərdə hürufiliyin  mərhələli  zühurunun  ifadəsini  tapmasına  diqqət

yetirməmişlər. 

4

 

ﯽﻧﺎﮔﺮﮔ ﮫﻣﺎﻧ هژاو .ﺎﯿﻛ قدﺎﺻ



،

 .ص


289

.

Qeyd etməliyik ki, H.775-ci, eləcə də h. 788-ci illərdə Fəzlullahın Təbrizdə olması barə-



dəki qeydlər onun bu şəhərlə əlaqəsinin uzun müddət davam etdiyini göstərir. Halbuki bu 

qeydlər Rza Tofiqin hürufi müəlliflərdən Əliyyül-Əlaya istinadla söylədikləri ilə ziddiyyət

təşkil edir. Tanınmış filosofa görə, hürufilik Təbrizdə elan olunsa da, bu təlimin nümayən-

dələri təbrizlilərin rəğbətini qazana bilməyərək, qısa müddət sonra oranı tərk etməyə məc-

bur olmuşdular.  

ﮫﺸﯾﺪﻧا رد ﯽﺸھوﮋﭘ" .ﺎﺿر ،ﻖﯿﻓﻮﺗ)

 .ص "،ﮫﯿﻓوﺮﺣ یﺎھ

50

-



51

(

68




Səadət Şıxıyeva. Hürufiliyin tarixi: ənənəviləşmiş təhriflər,  

unudulmuş gerçəkliklər, s.

65-96

                 ﻖﺣ ﻖﻄﻧ هﻮﻗ ز ﺪﻣآ ﻞﻌﻔﺑ  نﻮﭼ



ﮐ ﺮھ وزا ﺪﻧﺮﯿﮔ ﺪﻨﺘﺳاﻮﺧ

ﻖﺒﺳ ﺲ


                  ﻢﻠﻗ زا ﺪﻣآ ﻞﺻا بﺎﺘﮐ نﻮﭼ

ﻢﮐ ود یو زا زﺎﺑ (دﺎﺿ) دﺎﺻ تﺮﺠھ دﻮﺑ

       رﺎﻤﺷ رد یدﺎﮭﻧ ﺮﮔ ار ﮏﯾ و ﺖﺴﯿﺑ

  

و ﺰﮐ ﺪﺷﺎﺑ ﯽط و دﺎﺿ



رﺎﮑﺷآ ﺪﺷ

1

(Fəzlullahdan Quranın sirləri ortaya çıxanda  



Hicrətin yeddi yüz yetmiş səkkizinci (ili) idi. 

Onların əsli iki idi, o, onları çoxaltdı,

Ondan başqa bir dəlil ortaya çıxdı.

Tanrının nitqinin gücündən hərəkətə gəldiyindən 

Ondan hər kəs dərs almaq istədi. 

Həqiqi kitab

2

qələmdən gələn gün 

Hicrətin “sad”ı

3

idi, yenə də ondan iki kəm.

İyirmi biri əgər hesaba alsan

Ondan aşkar olan “zad”ü “tey” olur).

H.Ritterin doğru olaraq qeyd etdiyi kimi, Əliyyül-Əla “Həqiqi kitab qələm-



dən gələn gün // Hicrətin “sad”ı idi, yenə də ondan iki kəm” deyərkən h. 788 / m. 

1386-cı ili nəzərdə tutur. 

4

Belə ki, “sad” əbcəd hesabı ilə “90”-a bərabərdir və on-



dan “2” əksik olanda 88 olur. Daha sonra sanki bu tarixin sual doğuracağından eh-

tiyat edən Əliyyül-Əla eyni tarixi başqa bir şəkildə dilə gətirərək və deyir: “İyirmi 



biri  əgər hesaba alsan // Ondan aşkar olan “zad”ü “tey” olur”. “Zad”ın  əbcəd

hesabı ilə 800-ə və “tey”in 9-a bərabər olduğunu nəzərdə tutaraq, ondan (809) 21 

sayını çıxdıqda 788 alınır. 

Əliyyül-Əlanın  “Kürsinamə”sinin mətni və haşiyəsində xüsusi  vurğu  ilə

diqqətə çatdırılan tarixlərin təhlili birinci mərhələdə (h. 775 / m. 1373) Fəzlullaha 

mövcudatın sirrinin, ikinci mərhələdə (h. 778 / m. 1376) hərf elminin bəlli olmasını 

və nəhayət, üçüncü mərhələdə (h. 788 / m. 1386) bu təlimin artıq elan olunduğunu 

aşkara çıxarır. İndiyədək araşdırıcıların diqqət etmədikləri bu tarix çeşidliliyi hüru-

                                                

1

 



 .ص ،ﯽﻧﺎﮔﺮﮔ ﮫﻣﺎﻧ هژاو .ﺎﯿﻛ قدﺎﺻ

292


.

2

 “Cavidannamə” nəzərdə tutulur.



3

 Mətndə “sad” yazılsa  da,  S.Keya  ona  mötərizə daxilində “zad” olaraq  düzəliş 

vermişdir. (292 

 ،ﯽﻧﺎﮔﺮﮔ ﮫﻣﺎﻧ هژاو .ﺎﯿﻛ قدﺎﺻ)

Amma mətndən göründüyü kimi, Əliyyül-Əla 



hər iki hərfi onların say dəyərini (90 və 800) nəzərdə tutmaqla istifadə etmişdir.  

4

 "،ﮫﯿﻓوﺮﺣ ﮫﻗﺮﻓ زﺎﻏآ" .ﺮﺘﯾر تﻮﻤﻠھ



 

 .ص


350

.

Bu,  “Cavidannamə”nin  yazıldığı  ildir.  Araşdırmalarda  “Cavidannamə”nin h. 788-də



(m. 1386) yazılmağa başlanıldığı (

 

 "،ﮫﯿﻓوﺮﺣ ﮫﻗﺮﻓ زﺎﻏآ" .ﺮﺘﯾر تﻮﻤﻠھ)



 

 .ص


350

(

،



amma davamlı 

olaraq ona əlavələr  edildiyi  bildirilir  (Fatih  Usluer.  Hurûfilik-İlk  Elden  Kaynaklarla 

Doğuşundan İtibaren, s. 48).

69



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə