Мцндярижат


Metafizika – Cild 1, Say 2, 2018



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə6/13
tarix07.08.2018
ölçüsü0,72 Mb.
#61032
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   13

Metafizika – Cild 1, Say 2, 2018 

kimsənin söhbəti(ni edirdim)”

Fəzlullahın  üstüörtülü  şəkildə işarə etdiyi  “yeddi  iqlimin  üstündə duran”ın 

Mehdi olmasına onun bəzi yuxularının nəqli və digər hürufi müəlliflərin əsərlərin-

dəki çeşidli işarələr

2

də yardım edir. Bu yuxunun məzmunundan onun Bakıda olar-



kən təkcə Miranşaha  deyil,  Əmir  Teymura  da  təliminin təbliği  ilə bağlı  böyük 

ümidlər bəslədiyi məlum olur.

3

Araşdırmaların bir qismində Fəzlullahın Əmir Teymurun təqibindən qaçaraq 



Şirvana gizlənmək niyyəti ilə getdiyi qeydinə  də rast gəlinir.

4

Amma onun Tey-



murilərdən qorunmaq niyyəti  olsaydı,  Əmir  Teymurun  yaxın  müttəfiqi  Şirvanşah 

Şeyx İbrahimin ölkəsinə gəlməz, bu xanədana rəğbət bəsləməyən Misir hökmdarı 

Sultan Fərəcə, yaxud Teymurilərin açıq düşməni İldırım Bayəzidin himayəsinə də

sığına  bilərdi. Fəzlullahın  Bakıya  mühacirəti,  sonralar  müridlərinin etdiyi kimi, 

Şam və Anadoluya köç etməməsi də hürufi mürşidinin Teymurilərdən himayə ala-

cağına ümid etdiyini göstərir. Araşdırıcıların məsələnin bu cəhətlərini və Əliyyül-

Əlanın əsərindəki faktları nəzərə almaması nəticədə hürufi mürşidinin ailəsi və ən

yaxın  müridləri ilə Şirvana  gəlişinin  səbəbi  haqqında  naqis  təsəvvür  yaratmışdır. 

                                                                                                                           

1

 “Duran”  sifəti ilə yad olunan Nəsri-teyrdir.  Astrologiyaya  görə, hər  biri  üç  ulduzun 



birləşməsindən əmələ gələn Nəsri-teyr və Nəsri-vaqe iki qartala bənzəyir. Aralarındakı fərq 

Nəsri-teyrin uçuşa  hazırlaşan  və ayaq üstə duran, Nəsri-vaqenin isə yatmış qartala bənzə-

məsidir. Nəsri-teyr kultu və Fəzlullahın  mehdilik  iddiaları  barədə bax: Səadət  Şıxıyeva. 

“Cavidannamə”də Bakı  ilə bağlı  ezoterik  interpretasiyalar,”  Orta  əsrlər  Şərqinin tarixşü-

naslığı və mənbəşünaslığı  (Sovet İttifaqı qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyado-

vun 90 illiyinə həsr  olunmuş  beynəlxalq  elmi  simpoziumun  materialları,  Bakı,  7-8 may 

2012-ci il) (Bakı: Elm, 2012), s. 403.

2

 Bənzər tərzdə fikri ifadəyə Fəzlullahı  şəxsən  tanıyan  hürufi  müəllif  Seyid  İshaqın 



əsərində də rast gəlirik.  Seyid  İshaq  “Məhrəmnamə”sinin  yazılma  səbəbini izah edərkən

əsəri 21 rəbiül-əvvəl 828-ci ildə (10 fevral 1425) səhər çağı gördüyü bir röyaya görə yazdı-

ğını bildirir. Müəllif bu röyasında “qeyb otağının əmiri”nin (“əmir-e seraperde-ye ğeyb”)

ona “başlanğıc, son, məqsəd və dövrlər” haqqında bu yolun məhrəmləri üçün açıqlayıcı bir 

əsər yazmağı məsləhət bildiyini söyləyir. 

 .ص ،ﮫﯿﻓوﺮﺣ ﻞﺋﺎﺳر ﮫﻋﻮﻤﺠﻣ)

13

(

Bu  hürufi  mətnindəki  “sərapərdeyi-qeyb” (“qeyb  otağı”)  ilə “Cavidannamə”nin 



nüsxələrindən  birinin  (köçürülmə tarixi: h. 920 / 1514-1515) katib əlavəsində yer alan 

“məqam-e inziva”

)

.و ،ﺮﯿﺒﮐ ﮫﻣﺎﻧ نادوﺎﺟ .یدﺎﺑآﺮﺘﺳا ﷲ ﻞﻀﻓ



 

424


 (

eyni niyyətin çeşidli ifadələridir 

və hürufi mətnlərində mehdinin zühuru üçün nəzərdə tutulmuş yerə işarədir. Mehdinin zü-

hur edəcəyi yerin kürsi, başqa sözlə, VIII mərtəbədə olması və bunun Bakuyədə olacağına 

isə “Cavidannamə”də bəzən açıq, bəzən dolayısı ilə işarələr vardır. (bu barədə bax: Səadət

Şıxıyeva. “Cavidannamə”də Bakı ilə bağlı ezoterik interpretasiyalar,” s. 400-403)

3

 Y.Ajəndə görə, Fəzlullah o illərdə Xorasan və Mazandaranda  qoşun  toplamaqla 



məşğul olan Əmir Teymurla şəxsən də görüşə bilərdi. 

 .ص ،ﺦﯾرﺎﺗ رد ﮫﯿﻓوﺮﺣ .ﺪﻧژآ بﻮﻘﻌﯾ

21

.

4



 bax: .172 .ص ،یﺮﺠھ ﻢھدزاود هﺪﺳ زﺎﻏآ ﺎﺗ فﻮﺼﺗ و ﻊﯿﺸﺗ .ﯽﺒﯿﺸﻟا ﯽﻔﻄﺼﻣ ﻞﻣﺎﮐ

76



Səadət Şıxıyeva. Hürufiliyin tarixi: ənənəviləşmiş təhriflər,  

unudulmuş gerçəkliklər, s.

65-96

Qeyd etməliyik ki, bu səfərin təkcə siyasi deyil, həm də ezoterik



1

məqsədli olması-

na da digər  araşdırıcılar  diqqət yetirməmişlər. Məsələnin bu prizmadan təhlili isə

Fəzlullahın mehdiliyinin elanı üçün uyğun bir ölkə axtarışı və ən sonda Şirvanı seç-

məsi qənaətinə gətirdi.    

Ümumiyyətlə, hürufiliyin tarixi ilə bağlı araşdırmalarımız hərəkatın antifeo-

dal olmaqdan artıq, çox zaman müəyyən bir zaman kəsiyində bir iqtidar sahibinin 

himayəsində digər bir iqtidar sahibinə qarşı çıxmasını üzə çıxardı. Teymuri-hürufi 

qarşıdurmasının  təməli isə  Fəzlullahın  qətlinə  fərmanın bu xanədandan verilməsi 

ilə qoyuldu. Bu edam hökmü və onu izləyən hadisələr ilə sonrakı dövrlərdə baş ve-

rən analoji hadisələri  müqayisə etdikdə maraq  doğuran  nəticələr  alındı.  Belə ki, 

Fəzlullahın edamından sonra onun təliminin təmsilçiləri təqib olunmadı.

2

Hürufilər, 



daha dəqiq söyləsək, onun ailə üzvləri və yaxın çevrəsi mürşidin vəsiyyətinə görə,

təlimin mühafizə olunması niyyəti ilə köç etdilər. Çox ehtimal ki, bu mühacirət on-

ları həbs və ya təqibdən xilas edir. Eynisi Miranşahın ölümündən sonra da müşahi-

də olunur. Hürufilər bu qətldə iştirakı iddia etdikləri halda, onların təqibi, həbsi və

s. barədə heç  bir  məlumata rast gəlinmir. Nəsimi 1417-ci ildə siyasi  intriqaların 

qurbanı olur.

3

Onun müttəfiqlərinə (zülqədərli Nəsrəddin bəy və Əli bəy) isə sadə-



cə xəbərdarlıq olunur və hürufilik görüşlərinin digər daşıyıcıları həbs olunmurlar. 

İndiyədək diqqət yetirilməmiş bu cəhətlər bir çox araşdırmalarda hürufiliyin  

rəhbərlərinin həbsi və ya  edamının  onların  məzhəbi və ya  dini  görüşləri ilə

bağlılığının, başçılardan birinin edamının ardınca kütləvi şəkildə həbslər edilməsi 

barədə söylənilənlərin tarixi gerçəkliyə uyğun olmadığını, onların  təqib və qətlinin 

həqiqi səbəbinin bu təlimin müəyyən dövrlərdə nüfuzunun artmasının siyasi iqtidar 

üçün təhlükə yaratmasından qaynaqlanmasını göstərir.

4

3. Hürufilərin siyasi yönümlü fəaliyyətinin xarakteri  

İlkin hürufilik qaynaqlarından məlum olur ki, hürufilər çeşidli xanədanların 

                                                

1

 Bu barədə bax: Səadət Şıxıyeva. “Cavidannamə”də Bakı ilə bağlı ezoterik interpretasi-



yalar, s. 400-403.

2

 Fəzlullahın  “Vəsiyyətnamə”sində onun davamçılarını,  xüsusilə ailə üzvlərini belə bir 



aqibətin gözləyəcəyindən ehtiyatlanması ifadəsini tapmışdır: 

 ﺖﻨﺤﻣ و نﺎﮔﺪﻧﺎﻣ او

 ﺎﻣ زا ار نﺎﮔدز

...ﺪﻨﺳﺮﭙﺑ ناﺪﻧزﺮﻓ (Abdülbaki Gölpınarlı. Fazlullah-ı Hurûfinin Vasiyyat-nama’si veya Vasa-

yası, s. 60). ((o) yadigar və dərdli övladlar(ım)ı soruşarlar...).  

3

 Bu barədə bax: Səadət Şıxıyeva. “Hürufilərin siyasi mübarizə tarixindən,” s. 128-129.



4

 Bax: yenə orada, s. 126-129.

77



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə