Мцндярижат


Metafizika – Cild 1, Say 2, 2018



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə7/13
tarix07.08.2018
ölçüsü0,72 Mb.
#61032
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   ...   13

Metafizika – Cild 1, Say 2, 2018 

nümayəndələri ilə ünsiyyət qurmuş və ya ittifaq bağlamışlar. Fəzlullahın “Növmna-



mə”sindən onun təkcə Teymurilərdən Əmir Teymur və oğlu Miranşaha deyil, eləcə

də  Cəlayiri  Sultan  Üveysə  və Qızıl  Orda  xanı  Toxtamış  xana

1

ümid  bəsləməsi, 



Toğa Teymurlu Əmir Vəli

2

ilə ünsiyyətlərinin olması, Sultan Üveysin yaxın çevrə-



sindən Şeyx Xacə ilə əlaqəsi məlum olur.

3

XV yüzilliyin ilk onilliklərində çox kəs-



kinləşməsi ilə diqqəti çəkən hürufi-Teymuri müxalifəti əslində, öncə də qeyd etdi-

yimiz kimi, bu fəlsəfi-fikri cərəyanın  mürşidi  Fəzlullahın  Əmir  Teymurun  əmri 

əsasında  Miranşah  tərəfindən qətlə yetirilməsindən  sonra  başlamışdı.  Fəzlullahın 

sağlığında  isə hürufilərin nəinki  Əmir  Teymur  və övladlarına,  eyni  zamanda  hər

hansı bir hakimə qarşı açıq silahlı üsyanları olmamışdı.

Bir  çox  araşdırmalarda  istər 1408-ci ildə Teymurilərdən  Miranşah  və oğlu

Əbubəkrlə Qaraqoyunlu Qara Yusif arasındakı döyüş, istər 1427-ci ildə hürufilərin 

Heratda Şahruxa sui-qəsdi

4

, istərsə də 1432-ci ildə İsfahanda baş verən Hacı Sürx 



qiyamı  hürufi  üsyanları  silsiləsinin  halqaları  olaraq  öyrənilir. Hətta  Petruşevski: 

“Xorasandan  Osmanlıya  qədər olan ərazini XV əsrin birinci onilliklərində hürufi 

                                                

1

 Ümumiyyətlə, hürufi mürşidi və müridlərinin çox sayda səyahətləri siyasi müttəfiq və



uyğun ictimai-dini zəmin axtarışı ilə bağlı idi. Faktları təhlilimiz nəticəsində belə bir qənaə-

tə gəldik ki, siyasi hami ilə danışıqları təşkilatın sadə üzvləri deyil, mürşid və ya onun eti-

barlı nümayəndəsi həyata keçirə bilərdi. Fəzlullahın siyasi dəstək üçün Teymurilər dövləti-

nə müraciəti, yaxın çevrəsindən Fəxrəddini Saraya – Toxtamış xanın yanına danışıq apar-

maq  üçün  göndərməsi,  Əliyyül-Əlanın  Qaraqoyunlu  Qara  Yusiflə, Nəsiminin  Zülqədər

bəyləri ilə ittifaqı belə düşünməyə əsas verir. (bu barədə bax: Səadət Şıxıyeva. “Hürufilərin 

siyasi mübarizə tarixindən,” s. 129)

2

 İndiyədək Fəzlullahın “Növmnamə”sində adı yad olunan Əmir Vəlinin kimliyi məsə-



ləsinə diqqət yetirilməmişdir. Toğa Teymurlu Əmir Vəli isə hürufi mürşidinin siyasi dairə-

lərlə yaxınlığının  daha  bir  həlqəsidir. Sərbədarlı  Əli  Müəyyədin  bir  hakim  olaraq  Əmir 

Vəlinin himayəsində sığınması  (

ﮫﯿﻓوﺮﺣ  .ﺪﻧژآ  بﻮﻘﻌﯾ

 

ﺦﯾرﺎﺗ  رد



  .ص  ،

24

) və Fəzlullahın 



müridlərindən olması bu əmirlə tanışlığın mümkünlüyünü göstərir. 

3

“Əhsənüt-təvarix”in şərhlər qismində “Daneşməndan-e Azərbaycan”a istinadən deyi-

lir: “Xacə Şeyx olaraq tanınan Xacə Şeyx Məhəmməd Kococani (Kococan: Təbrizə iki fər-

səx uzaqlıqda bir kənd). Soyu hz. İmam Zeynalabidinə dayanır. Zamanının tanınmış şəxslə-

rindən idi. Təbriz, Bağdad və Şamda mədrəsələr, məscidlər və xanəgahlar  tikdirdi. Nəha-

yət,  Sultan  Əhməd Cəlayirin fərmanıyla  öldürüldü.  Qəbri  Bağdaddadır”  (Hasan-i Rumlu. 

Ahsenü’t-Tevarih, s. 57).  

4

 F.Usluərin  ehtimalına  görə,  hürufilərin bu sui-qəsdi  Şahruxun  hürufilərə təzyiqinin, 



daha dəqiq deyilərsə, onun 1405 və 1406-cı  illərdə baş  verən  üsyanları  yatırtmasının 

nəticəsidir.  (Fatih  Usluer.  Hurûfilik-İlk  Elden  Kaynaklarla  Doğuşundan  İtibaren,  s.  21) 

Amma Şahruxun 1405 və 1406-cı illərdə sərbədarilərin üsyanını yatırtmasına cavab olaraq, 

hürufilərin 1427-ci ildə sui-qəsd təşkil etməsi inandırıcı görünmür. 

78



Səadət Şıxıyeva. Hürufiliyin tarixi: ənənəviləşmiş təhriflər,  

unudulmuş gerçəkliklər, s.

65-96

qiyamları bürümüşdü”



1

qənaətindədir. İlk baxışda tədqiqatçı haqlı görünsə də, hü-

rufi-Teymuri  müxalifəti  hürufilərin bu xanədandan Fəzlullahın  intiqamını  alma 

niyyətindən qaynaqlanmaqdaydı.  Başqa  sözlə,  bu  müxalifətdə siyasi hakimiyyətə

yiyələnmək cəhdi deyil, daha çox hürufi dərvişlərinin intiqam alma istəyi ön planda 

görünür.  Bununla  belə,  Şahruxa  sui-qəsdlə əlaqədar qurulan məhkəmədə hürufi 

Əmir Nurullahın hakimiyyət çevrilişi iddialarında olmasına görə də ittiham edilmə-

si

2



belə bir gizli niyyətin ola biləcəyi təsəvvürünü yaradır. Əmir Qiyasəddinin mək-

tubunun əvvəlində Şahruxa sui-qəsd haqqında “bu hadisə qiyam kimi göründü” de-

məsindən də hakimiyyət  çevrilişi  iddiasının  ola biləcəyindən  şübhələnilməsi mə-

lum olur.  

Teymurilərlə qarşıdurmalar silsiləsində indiyədək diqqət edilməmiş daha bir 

müxalifət isə hürufilərin Qaraqoyunlu İsgəndər Mirzənin qoşununda Şahruxa qarşı 

vuruşmasıdır.

3

Onu da qeyd etməliyik ki, hürufilərin Qaraqoyunlularla münasibətləri digər



araşdırmalarda, ümumiyyətlə, natamam öyrənilmişdir. Qaraqoyunlu-hürufi əlaqələ-

rində diqqətimizi xüsusi cəlb edən cəhət bu xanədanın nümayəndələrinə ziddiyyətli 

münasibətin ifadəsi oldu. Bu təlimin təmsilçilərindən Əliyyül-Əlanın və ümumilik-

də hürufilərin Qara Yusifə müsbət münasibətindən araşdırmalarda dönə-dönə bəhs 

edilmiş

4

, amma  sonrakı dövr hürufi ədəbiyyatında ona mənfi münasibətin də ifadə-



sinə

5

diqqət yetirilməmişdir.  Əliyyül-Əlanın  “Kürsinamə” adlı  əsərindən onun 



                                                

1

 Петрушевский  И.П.  Ислам  в  Иране  в  VII-XV  веках  (Ленинград:    Издательство 



Ленинградского университета, 1966), s. 353.

2

 bax: Abdülbaki Gölpınarlı. “Fazlullah-ı Hurufi’nin Oğluna Ait Bir Mektup,” s. 40.



Əmir Nurullah da deyir:  

ﺪﯾﺎﻤﻧ مﺎﯿﻗ رﺎﮐ ﻦﯾﺪﺑ ﮫﮐ مدﺎﺘﺳﺮﻓ ﻦﻣ ار ﺲﮐ نآ ﮫﮐ دﻮﺷ تﺎﺒﺛا هاﻮﮔ و عﺮﺷ ﺐﺴﺤﺑ ﺮﮔا

 

ﺑ ﺺﺼﻗ ﮫﭼ ﺮھ



 ﺪﻨﮑﺑ ﺪﺷﺎ

(Əgər şəriətə görə, şahidlə sübut etsəniz ki, o şəxsi mən göndərmişəm ki, bu yolla qiyam 

etsin, hər nə qisas olarsa, edin). (Abdülbaki Gölpınarlı. “Fazlullah-ı Hurûfi’nin Oğluna Ait 

Bir Mektup,” s. 40) 

3

 Bu barədə ətraflı məlumat üçün bax: Səadət Şıxıyeva. “Hürufi müəlliflər Qaraqoyun-



lular  haqqında,”  Azərbaycan  şərqşünaslıq  elminin  inkişaf  yolları    (akad.  V.Məmmədəli-

yevin 70 illiyinə həsr olunmuş konfransın materialları), Bakı, 27-28 iyun 2013, s. 433-434. 

4

 

ﻓ زﺎﻏآ" .ﺮﺘﯾر تﻮﻤﻠھ



ﮫﯿﻓوﺮﺣ ﮫﻗﺮ

 .ص "،


358

-

362



 ،

389


.

Səadət Şıxıyeva. Hürufilərin siyasi mübarizə tarixindən, s. 129; Yenə onun: “İslami mü-

hit və hürufilikdə еtnik  düşüncənin təzahürləri  (II),”  AMЕA  akad.  Z.M.Bünyadov  adına 

Şərqşünaslıq  İnstitutunun  “Еlmi  araşdırmalar”ı,  1-4 (VIII  buraxılış)  (2006),  s.  563;  Ayşe 

Atıcı.  “Karakoyunlu  Hükümdarlarından  Cihanşah  ve  Dönemi  (Siyaset-Teşkilat-İktisad-

Din-Kültür)  1438-1467”  (Doktora  Tezi),  Ankara  Üniversitesi  Sosyal  Bilimler  Enstitüsü,

2010, s. 353-354.

5

 Abdülbaki Gölpınarlı. “Fazlullah-ı Hurufi’nin Oğluna Ait Bir Mektup,” s. 53



79


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə