Мцндярижат


Metafizika – Cild 1, Say 2, 2018



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə10/13
tarix07.08.2018
ölçüsü0,72 Mb.
#61032
növüXülasə
1   ...   5   6   7   8   9   10   11   12   13

Metafizika – Cild 1, Say 2, 2018 

bu  ölkəyə gedərək,  öz  əqidələrini  yaydığını,  yaxud  yaymağa  cəhd etdiklərini  

göstərir.

1

Qeyd etməliyik  ki,  ayrı-ayrı  hürufilərin səfərləri və bu  gedişdə  məqsədləri



barədə  nə qaynaqlar, nə  də araşdırmalarda  fikir  aydınlığı  yoxdur.  Məsələn, 

araşdırmalarda  ənənəviləşmiş  mülahizələrə görə, Fəzlullаhın  edаm  edilməsindən

sоnrа  Nəsimi  hürufilərin  kütləvi  mühаcirəti  zаmаnı  Аnаdоluyа  köçmüş

2

,  daha 



sonra Bаğdаd və Hələbə üz tutmuşdur. Zənnimizcə, Əliyyül-Əlаnın аşаğıdаkı beyti 

bu məsələ ilə bağlı tərəddüdə son vermək üçün yetərlidir: 

راد رﺎﯾ ﻮﮑﯿﻧ مﺎﺷ زا مور یﻮﺳ            رﺎﮔدﺮﮐ بﺎﺘﮐ مدﺎﺘﺳﺮﻓ ﻦﻣ

.

3



(Yаrаdаnın (Fəzlullаh – S.K.) kitаbını Rumа mən Şаmdаn göndərdim, bunа 

diqqət yetir (hərfən: yахşı bil))

Sаnki sоnrаdаn bu məsələ ətrаfındа fikir dоlаşıqlığının yаrаnаcаğındаn ehti-

                                                

1

 “Kürsinamə”dəki bu beytlər Fəzlullahın sağlığında da hürufilərin Anadoluya səfərlər



etdiyini və bu torpaqlardakı təbliğatçılıq fəaliyyətinin h. 796 / m. 1394-cü ildən sonra deyil

ondan bir neçə il əvvəl başladığını göstərir. Nəsiminin  təzkirə (Latifi. Tezkiretü’ş-Şuara ve 

Tabsıratü’n-Nuzama (İnceleme-Metin). Hazırlayan: Ridvan Canım (Ankara:  Atatürk Kül-

tür Merkezi Başkanlığı, 2000), s. 387) və araşdırmalarda (Hüseyin Ayan. Nesimi. Hayatı, 

Edebi Kişiliği, Eserleri ve Türkçe Divanının Tenkitli Metni, s. 2, 5) qeyd olunan Anadoluya 

səfərini hürufiliyin bu təbliğatçılıq fəaliyyətindən kənarda düşünmək üçün isə əsas yoxdur. 

Hürufi  şairin  I  Sultan  Murad  zamanında  Bursaya  gedişi  və tanınmış  türk  şairi  Şeyxi  ilə

birgə fəaliyyəti  (Latifi.  Tezkiretü’ş-Şuara  ve  Tabsıratü’n-Nuzama  (İnceleme-Metin), s. 

387), zənnimizcə, fərdi xarakterli olmayıb, hürufilərin təbliğatçılıq fəaliyyətinin tərkib his-

sələrindəndir. Bundan başqa, Rəfinin “Gəncnamə”sində (h. 811 / m. 1408) yer alan aşağı-

dakı  misralardan  onun  həmin səfərlər  zamanı  bəzən  zindana  salınması  məlum olur və bu

həbslərin hürufiliyin təbliği ilə bağlı olduğu qənaəti yaranır:



Ol Nəsimi şəhidi-eşqi-Fəzli-zülcəlal

,

Bəndü zindanlarda yatan mahü sal. 

(Hurufilik Metinleri Katalogu, s. 11)

Fəzlullahın “Növmnamə”sində yer alan bir qeyd də Nəsiminin hürufiliyin təbliği üçün 

səfərə getdiyini dolayısı ilə təsdiqləyir. Mətndə deyilir: 

ﯾد ﻦﻣ ﮫﺳﺎﯿﺑ دﺎﻤﻋ ﺪﯿﺳ ﺬﻏﺎﮐ ﮫﮐ هژا ﺶﯿﭘ

ژا مدآ ﺮﺳ ﻦﯿﺑ ﺮھﺎظ ﮫﻣﺪﻘﻣ ﮫﮐ ﯽﻌﺿﻮﻣ ﺎﯾ ﯽﺑ ﯽﺧ ارﻮﺳ ﮫﮐ ﻦﯿﺑ ﮫ

 ﻮﮐ ه


 .ﻊﺿ ﻮﻣ ا ﯽﺑ دﺎﻤﻋ ﺪﯿﺳ ﺖﯾﻻو ﮫﮐ نﺎﻧاز و ﯽﺑ  ﯽﺑ ﺮھﺎظ

 ،ﺮﯿﺒﮐ ﮫﻣﺎﻧ نادوﺎﺟ .یدﺎﺑآﺮﺘﺳا ﷲ ﻞﻀﻓ

 .و

410


.(

)

bax:



 .ص ،ﯽﻧﺎﮔﺮﮔ ﮫﻣﺎﻧ هژاو .ﺎﯿﻛ قدﺎﺻ

241


 .

(Seyid İmaddan kağız (məktub-S.Ş.) gəlməmişdən əvvəl yuxuda bir yer gördüm ki, Adə-



min sirri (hürufilik-S.Ş.) orada zahir olmuşdur və anladım ki, o yer Seyid İmadın vilayəti-

dir).  

2

 Həmid  Araslı.  Seçilmiş  əsərləri  (Bakı:  Azərbaycan  Dövlət nəşriyyatı,  1973),  s.  11; 



Mirzəağa  Quluzadə. Böyük ideallar şairi (Bakı:  Gənclik, 1973), s. 18;  Seyyid Nesimi 

Divanından  Seçmeler.  Hazırlayan:  Kemal  Edib  Kürkçüoğlu,  (Ankara:  Kültür  və Turizm 

Bakanlığı Yayınları,  1987), s. XIV; Əlyar Səfərli və Xəlil Yusifov. Qədim və orta əsrlər

Azərbaycan ədəbiyyatı (Bakı: Ozan, 1998), s. 297.

3

.283 .ص ،ﯽﻧﺎﮔﺮﮔ ﮫﻣﺎﻧ هژاو .ﺎﯿﻛ قدﺎﺻ 



84


Səadət Şıxıyeva. Hürufiliyin tarixi: ənənəviləşmiş təhriflər,  

unudulmuş gerçəkliklər, s.

65-96

yаt edən müəllif “yахşı bil!” sözləri ilə diqqəti tаriхi həqiqətə yönəldir. Fəzlullahın 



ölümündən sonra hər zaman Əliyyül-Əla ilə eyni bir mərkəzdə fəaliyyət göstərən

Nəsiminin də onunla bərabər  ilk  öncə Şama,  daha  sonra  Ruma  getdiyini ehtimal 

edirik.   

Hürufilərin  öz  əqidəsini təbliğ  etmək  üçün  Şаmı  seçməsi və buraya  xüsusi 

əhəmiyyət verməsinin səbəbi barədə Fəzlullаhın “Cаvidаnnаmə”sində охuyuruq:

ﻮﺑ ﺪھاﻮﺧ نآ ﺮﺸﺣ ﻦﯿﻣز ﮫﮐ مﺎﺷ ﻦﯿﻣز رد ﻢﻨﮐ ﻊﻤﺟ ار ﻦﯾﺮﺧآ و ﻦﯿﻟوا ﻖﻠﺧ ﮫﮐ ﺖﻔﮔ ﯽﻟ ﺎﻌﺗ ﻖﺣ

.ند

1

(Həqq-təаlа dedi: “Bütün yаrаdılmışı  (hərfən: əvvəlinci və ахırıncı 



yаrаdılışı) Şаm tоrpаğındа cəmləyəcəyəm, çünki qiyаmətin (qоpаcаğı) tоrpаq оrа 

olаcаqdır”).

Əliyyül-Əlа  Şаmın  bu  mövqeyinə аşаğıdаkı  misrаlаrındа  tаm  аydınlıq 

gətirir: 

ﺮﺑ  بﺮﻐﻣ زا ﺪﻣآ

مور و مﺎﺷ ﻖﺣ زا ﻮﭼ ﺖﺳا بﺮﻏ ﺐﻧﺎﺟ                     مﻮﺠﻧ هﺎﺷ نو

 

ﻖﺣ ﻞﻀﻓ) ق ف



2

رﺎﮭﻨﻟا ﻒﺼﻧ رد ﺪﯿﺷرﻮﺧ نﻮﭼ ﺖﺸﮔ         رﺎﮑﺷآ ﺎﺠﻧآ ترﺪﻗ زا (

 

          دﻮﺑ ﺮﺸﺣ مﺎﻘﻣ نﻮﭼ سﺪﻘﻣ ﺖﯿﺑ



   

 .دﻮﻤﻧ ﺎﺠﻧآ مﺮﺟﻻ لوا رد ور



3

(Ulduzlаrın elmini bilən şаh (burada: Fəzlullah) qərbdən gəldi

4

,

Çünki Həqqin (əmri ilə) Şаm və Rum qərbdədir. 

Fəzli-həqq (ilahi) qüdrətdən оrаdа günоrtа аşkаr оlаn günəş kimi üzə çıхdı.

Beytül-müqəddəs qiyаmətin (qоpаcаğı) yer оlduğundаn

Əvvəl, şübhəsiz ki, оrаdа üzə çıxdığını göstərdi). 

Digər аrаşdırıcılаrın diqqət yetirmədiyi bu beytlərdən Əliyyül-Əlаnın rəhbər-

liyi ilə hürufilərin niyə Şаm və Rumа (Türkiyə) üz tutmаsının səbəbi məlum оlur. 

Ümumiyyətlə, araşdırmalarda bu səfərlərdən daha çox Ruma gedişdən bəhs olun-

muş, bu səfərin mümkün səbəbləri və izlənilən niyyətləri təhlil olunmadan sadəcə

bəzi  faktların  təkrarlanmasıyla  kifayətlənilmişdir.  Göründüyü  kimi,  Fəzlullahın 

sağlığında  və daha  sonralar  Əliyyül-Əlanın  ölkə seçimlərində əhəmiyyət verilən

məsələ qiyamətin  qopacağı  və yeni  dünyanın  yaranacağı  yeri  müəyyənləşdirmək

                                                

1

 Yenə orada, s. 134.



2

 Mətndə hürufilərin spesifik hərf-ixtisarlarından  olan  “fə” və “qaf”ın    “Fəzli-həq”

olaraq açıqlaması S.Keyaya aiddir. 

3

   .ص ،ﯽﻧﺎﮔﺮﮔ ﮫﻣﺎﻧ هژاو .ﺎﯿﻛ قدﺎﺻ-282.283



4

 Maraqlıdır ki, hürufi qaynaqlarından Astarabadda anadan olması bəlli olan Fəzlullahı 

Əliyyül-Əla bir neçə dəfə qərb və Rumla əlaqələndirir, onu “aşiqi-Rumi” 

(290


ﯽﻧﺎﮔﺮﮔ ﮫﻣﺎﻧ هژاو .ﺎﯿﻛ قدﺎﺻ

 ،



)  də adlandırır.

85



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə