Мцндярижат


Metafizika – Cild 1, Say 2, 2018



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə11/13
tarix07.08.2018
ölçüsü0,72 Mb.
#61032
növüXülasə
1   ...   5   6   7   8   9   10   11   12   13

Metafizika – Cild 1, Say 2, 2018 

idi. Analoji durum hürufilərin Bakıya gəlişinin səbəbini araşdırarkən də üzə çıxdı.

1

Fəzlulahın  edamından  sonra  hürufilərin  mühacirətinin xarakteri isə,  ümu-



miyyətlə, kütləvi olaraq qəbul olunmuşdur. Hürufiliyin tanınmış tədqiqatçılarından 

olan Fatih Usluərə görə, hürufilərin kütləvi mühacirəti barədə deyilənlər tamamilə

yanlış düşüncələrdir.

2

“İstivanamə”də hürufilərin yayılma coğrafiyası barədə veri-

lən məlumatlar, həmçinin Şirvan, Gilan, Mazandaran, Təbriz, Xorasan və s.-də hü-

rufi mərkəzləri olmasından bəhs edilməsi tədqiqatçının bu qənaətinin doğruluğunu 

təsdiqləyir. Belə ki, “İstivanamə”dən  hürufilərin fəaliyyət  üçün  ölkə seçimi  və

məskunlaşması ilə bağlı qeydlərdən kütləvilik deyil, qruplar halında mərkəzləşmə

qənaəti hasil olur.          

5. Hürufilərin Şahruxa sui-qəsdi ilə bağlı gerçəklik və uydurmalar  

Ümumiyyətlə, istər  hürufilərin  üsyan  və sui-qəsdlərindən bəhs edən ilkin 

qaynaqlarda, istərsə  də araşdırmalarda  söylənilənlərdə mübaliğə  və uydurmalar 

çoxluq təşkil edir. Bəzi hadisələrin təsviri və nəqlində təkrarçılıq və təhriflər tarixi 

gerçəkliyin öz yerini tamamilə yanılma və yanıltmalara verməsi ilə nəticələnmişdir.  

Hürufi üsyan və sui-qəsdlərindən, o cümlədən Əmir Teymurun oğlu Şahruxa 

sui-qəsddən bəhs edilərkən  hürufilərin  qrup  halında  qətli və yandırılması  xüsusi 

vurğu altında verilir. Orta çağ tarixçilərinin bir-birindən əxz etdiyi, çağdaş araşdırı-

cıların isə onlara istinadən tarixi fakt kimi təkrarladığı məlumatların bir qismi hüru-

fi mətnlərinə müraciət edərkən təsdiqini tapa bilmir və uyğunsuzluq təşkil edir. Be-

lə ki, Şahruxa sui-qəsddə iki hürufinin (Əhməd Lor və Xacə İzəddin) adı tarix ki-

tabları və araşdırmalarda daha çox yad olunur. R.Xiyavinin qeyd etdiyi kimi, Əh-

məd Lor hadisəsindən bir çox qaynaqlarda söz edilsə də, bunlar ümumiyyətlə eyni 

bir qaynaqdan köçürmə kimi görünür.

3

Bəzən Fəzlullahın qızının oğlu



4

, bəzən bacı-

sının  nəvəsi

5

kimi təqdim  olunan  İzəddinin  adı hürufilik  mətnlərində,  xüsusilə bu 



                                                

1

Səadət Şıxıyeva. “Cavidannamə”də Bakı ilə bağlı ezoterik interpretasiyalar, s. 400-403 



2

 Fatih Usluer. Hurûfilik-İlk Elden Kaynaklarla Doğuşundan İtibaren, s. 24.

3

 .233 .ص ،(1378 ،ﮫﻨﯿﯾآ ﺮﺸﻧ ،ناﺮﮭﺗ) ،(ﺪﯾﺎﻘﻋ و ءارآ و ﺦﯾرﺎﺗ رد ﻖﯿﻘﺤﺗ) ﮫﯿﻓوﺮﺣ .یوﺎﯿﺧ ﻦﺷور 



4

ﺐﯿﺒﺣ  بﺎﺘﮐ  لﺎﺟر   ﺮﺨﺘﻔﻣ  و  رﺎﺛآ  ﻦﻤﺠﻧا  :ناﺮﮭﺗ)  ﯽﯾاﻮﻧ  ﻦﯿﺴﺤﻟا  ﺪﺒﻋ  تﺎﻓﺎﺿا  و  ﮫﻣﺪﻘﻣ  ،یروآدﺮﮔ  ،ﺮﯿﺴﻟا

 ﮫﻤﺟﺮﺗ هﺎﮕﻨﺑ

 :ناﺮﮭﺗ) ﯽﺋاﻮﻧ ﻦﯿﺴﺤﻟاﺪﺒﻋ:ﺶﺷﻮﻛ ﮫﺑ  ،ﺦﯾراﻮﺘﻟا ﻦﺴﺣا .ﻮﻠﻣور ﮏﺑ ﻦﺴﺣ ؛114 .ص ،(1379 ،ﯽﮕﻨھﺮﻓ

.298 .ص ،ﯽﻧﺎﮔﺮﮔ ﮫﻣﺎﻧ هژاو .قدﺎﺻ ،ﺎﯿﻛ ؛194 .ص ،(1349 ،

بﺎﺘﮐ ﺮﺸﻧ و

5

İsmail  Aka.  Mirza  Şahruh  ve  Zamanı  (1405-1447), s. 139; Hüsamettin Aksu. Amir 



Giyas al-Din Muhammed al-Astarabadi  ve  “İstivanama”si,  s. 92; bax: Fatih Usluer. 

Hurûfilik-İlk Elden Kaynaklarla Doğuşundan İtibaren, s. 21.

86



Səadət Şıxıyeva. Hürufiliyin tarixi: ənənəviləşmiş təhriflər,  

unudulmuş gerçəkliklər, s.

65-96

sui-qəsd hadisəsindən təfərrüatlı bəhs edən və həmin hadisə ilə əlaqədar həbs edi-



lən Əmir Qiyasəddinin məktubunda (“Şamilnamə”) yad olunmur və bu baxımdan 

onun şəxsiyyəti şübhə və sual doğurur. “Şamilnamə”də bu hadisə ilə bağlı Fəzlul-

lahın nəvəsi Əmir Nurullahın və mətnin müəllifi Əmir Qiyasəddinin həbs olunması 

bildirilir. Qaynaqları tutuşdurmamız nəticəsində hürufi mətnlərində Fəzlullahın nə-

vəsi olaraq adı keçməyən Xacə İzəddinin əslində adı tarixə yanlış biçimdə yazılan 

Əmir  Nurullah  olması  və orta  çağ  müəlliflərinin təhrifi nəticəsində onun  adının 

tarix kitablarına yol tapmaması qənaətinə gəldik.  

Şahruxa sui-qəsd hadisəsi zamanı həyatda olan Hafiz Əbrunun “Zübdətül-tə-



varix” adlı əsərində bu dövrdə bəzi hürufilərin, eyni zamanda Əhməd Lora yaxın 

bir qrup insanın həbs olunması, hətta yandırılması bildirilir.

1

 Eyni məlumat Əbdur-



rəzzaq Səmərqəndi

2

, Həsən bəy Rumlu



3

, Mirxond

4

, Xondəmir



5

və digərləri tərəfin-

dən də bəzən eynilə, bəzən isə ixtisarla təkrarlanır. Halbuki bu hadisədən söz açan 

qaynaqların müqayisəli analizi fərqli qənaətlərə gətirdi: öncə də xatırlatdığımız ki-

mi, İzəddin adına Fəzlullahın nəvəsi və ya qohumu olaraq ilkin hürufilik qaynaq-

larında rast gəlinmir. 

Qeyd etməliyik ki, sui-qəsd hadisəsindən bəhs edən, hətta həmin hadisələr

cərəyan edən zaman həyatda olan tarixçilərin təhkiyə üsulundan onların heç birinin 

sui-qəsddə ittiham olunan hürufilərin məhkəməsində iştirak etmədiyi məlum olur. 

Orta çağ qaynaqlarının qarşılaşdırılması nəticəsində ilk olaraq Hafiz Əbrunun (öl.: 

1430) bu hadisəni daha geniş təsviri, Əbdurrəzzaq Səmərqəndi, Həsən bəy Rumlu, 

Mirxond, Xondəmir və digərlərinin hadisəni ixtisarla və əsasən, Hafiz Əbruya isti-

nadən nəqletmələri qənaətinə gəldik. Hafiz Əbrunun ifadə tərzindən  isə onun bu 

                                                

1

.919 .ص ،ﺦﯾراﻮﺘﻟا هﺪﺑز ،وﺮﺑا ﻆﻓﺎﺣ 



2

 

ﻦﯾﺪﻟا لﺎﻤﮐ



 

ھا ﮫﺑ ،ﻦﯾﺮﺤﺑ ﻊﻤﺠﻣ و ﻦﯾﺪﻌﺳ ﻊﻠﻄﻣ .یﺪﻨﻗﺮﻤﺳ قازﺮﻟاﺪﺒﻋ

) ﯽﯾاﻮﻧ ﻦﯿﺴﺤﻟاﺪﺒﻋ مﺎﻤﺘ

 هﺎﮕﺸھوﮋﭘ :ناﺮﮭﺗ

ﻰﮕﻨھﺮﻓ تﺎﻌﻟﺎﻄﻣ و ﯽﻧﺎﺴﻧا مﻮﻠﻋ

 ،

1372



 ﺪﻠﺟ ،(

لوا ﺮﺘﻓد مود

،

 .ص


384

.

3



 ،بﺎﺘﮐ ﺮﺸﻧ و ﮫﻤﺟﺮﺗ هﺎﮕﻨﺑ ،ناﺮـﮭﺗ :ناﺮﮭﺗ)  ﯽﯾاﻮﻧ ﻦﯿﺴﺤﻟاﺪﺒﻋ مﺎﻤﺘھا ﮫﺑ ،ﺦﯾراﻮﺘﻟا ﻦﺴﺣا .ﻮﻠﻣور ﮏﺑ ﻦﺴﺣ 

1349


 .ص ،

194


.

4

 



ﺸﻟا هﺎﺷﺪﻧواﻮﺧ ﻦﯾﺪﻟا نﺎھﺮﺑ ﺪﯿﺳ ﻦﺑ ﺪﻤﺤﻣﺮﯿﻣ

) ﺎﻔﺼﻟا ﮫﺿور ﺦﯾرﺎﺗ .ﺪﻧاﻮﺧﺮﯿﻤﺑ ﺮﯿﮭ



یﺎﮭﯿﺷوﺮﻔﺑﺎﺘﮐ :ناﺮ



 

 ،مﺎﯿﺧ


1339

 ،(


 .ص ،ﻢﺸﺷ ﺪﻠﺟ

693


.

5

  XVI əsr Teymuri tarixçilərindən Xondəmir Hafiz Əbrudan fərqli olaraq, bu hadisəni 



qısa nəql edir və onların yandırılması məsələsində tərəddüdünü dolayısı ilə ifadə edir:

ﻘﻣ ،ﺮﻟ ﺪﻤﺣا نﺎﻘﻓاﻮﻣ زا ﺮﮕﯾد ﯽﻌﻤﺟ و دﻮﺑ یدﺎﺑآﺮﺘﺳا ﷲ ﻞﻀﻓ ﺎﻧﻻﻮﻣ هداز ﺮﺘﺧد ﮫﮐ ﻦﯾﺪﻟا ﺪﻀﻋ ﮫﺟاﻮﺧ ﺎﻣا

 ،لﻮﺘ

ﺪﻧﺪﺷ قوﺮﺤﻣ ﮫﮑﻠﺑ.



 :ناﺮﮭﺗ) ﺮﺸﺒﻟا داﺮﻓا رﺎﺒﺧا ﯽﻓ ﺮﯿﺴﻟا ﺐﯿﺒﺣ ﺦﯾرﺎﺗ . ﺮﯿﻣﺪﻧاﻮﺧ ﮫﺑ ﻮﻋﺪﻤﻟا

 

ﯽﻨﯿﺴﺤﻟا ﻦﯾﺪﻟا مﺎﻤھ ﻦﺑ ﺪﻤﺤﻣ ﻦﯾﺪﻟا ثﺎﯿﻏ)



 ،مﺎﯿﺧ ﯽﺷوﺮﻔﺑﺎﺘﮐ1362(617 .ص ،(

(Amma  Mövlana  Fəzlullah  Astarabadinin  qızının  oğlu  olan  Xacə İzəddin və Əhməd

Lorun bütün digər həmfikirləri öldürüldü, bəlkə də yandırıldı).

87



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə