Мцндярижат


Metafizika – Cild 1, Say 2, 2018



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə9/13
tarix07.08.2018
ölçüsü0,72 Mb.
#61032
növüXülasə
1   ...   5   6   7   8   9   10   11   12   13

Metafizika – Cild 1, Say 2, 2018 

söylənilənlərə

1

istinadən belə bir qənaətə  gəldik ki, məktubda  Şah  Məhəmməd



deyilərkən nəzərdə tutulan şəxs həmin dövrdə Bağdadda hakim olan Qaraqoyunlu 

Məhəmməddən başqası deyil. 

Müxtəlif illərdə Azərbaycanın hökmdarı olmuş İsgəndər Mirzənin də bu cə-

rəyanın təmsilçiləri ilə əlaqəsindən az sayda araşdırmada qısaca bəhs olunmuşdur.

2

Hürufilərlə bu Qaraqoyunlu bəyinin  Şahruxa  qarşı  birgə vuruşmaları



3

isə xüsusi 

araşdırmaya cəlb edilməmişdir. Şahruxa sui-qəsddən bəhs edərkən Əmir Qiyasəd-

dinin məktubunu da təhlil edən tanınmış alim İ.Aka yazır: “Bu sui-qəsdə Qaraqo-

yunlu İsgəndərin aidiyyəti olub-olmadığı barədə bir şey söyləmək, bizcə, mümkün

görünməməkdədir. Ancaq mühakimə zamanı bir şahidin... söylədiyi sözlər İsgən-

dərin bundan xəbərdar  olduğunu  da  göstərə bilir”.

4

Amma mətndə deyilənlərdən



mühakimə olunan hürufilərin sui-qəsddən öncə Təbrizdən çıxarılması və Qaraqo-

yunlu İsgəndərin  onların dövlət çevrilişi edəcəyindən ehtiyatlanması məlum olur. 

Bu anlamda tanınmış tarixçi alimin bu mülahizəni təsdiqləmək imkansız görünür. 

Qaraqoyunlulardan  Sultan  Qazan  xanın  da  o  məhkəmə zamanı  Heratda  ol-

ması, Əmir Nurullahın Təbrizdə olarkən Qaraqoyunlu İsgəndərlə söhbətində onun 

da iştirak etdiyini bildirməsi və ümumiyyətlə, bu Qaraqoyunlu bəyinin hürufilərin 

görüşlərinə bələdliyi barədə deyilənlər çox maraq doğurur:

ناﺰﻗ نﺎﻄﻠﺳ

لاﻮﺣا ﻒﻗاو و ﺖﺳﺎﺠﻨﯾا ازﺮﯿﻣ (نازﺎﻏ)

(و)


 ﺮھ ﺖﮑﻠﻤﻣ نآ رد و ﺖﺳﺎﻣ لاﻮﻗا

 ﻦﻣ ﮫﭼ


ﺪﺷﺎﺑ هﺪﯿﻨﺷ و ﺪﻧاد وا هﺮﯿﻏ و رﺪﻨﮑﺳا ﺖﺒﺼﺣ رد ﻢﺷﺎﺑ ﮫﺘﻔﮔ

5

.



(Sultan Qazan Mirzə buradadır

6

, (o) bizim mövqeyimiz və sözlərimizə

                                                

1

Bax: Vladimir Minorsky. “Kara Koyunlu Cihan Şah ve Şiirleri,” Çeviren: Mine Erol, 



Selçuklu  Araştırmaları  Dergisi, II (1970), s. 157-158;  Faruk  Sümer.  Karakoyunlular 

(Ankara: Türk Tarih Kurumu Yayınları, 1984), s. 114).

2

İsmail Aka. Mirza Şahruh ve Zamanı (1405-1447), s. 139; Orkhan Mir-Kasimov. “The 



Hurūfī Moses: An Example of Late Medieval ‘Heterodox’ Interpretation of the Qur’an and 

Bible,  Ecole  Pratique  Des  Hautes  Etudes,”  Journal  of  Qur’anic  Studies,    Journal  of 

Qur’anic Studies, Edinburgh University Press, 10 (2008), s. 45.

3

 Bu barədə bax:  Abdülbaki  Gölpınarlı.  “Fazlullah-ı  Hurûfi’nin  Oğluna  Ait  Bir 



Mektup,” s. 40.

4

 İsmail Aka. Mirza Şahruh ve Zamanı (1405-1447), s. 139.   



5

Abdülbaki Gölpınarlı. “Fazlullah-ı Hurûfi’nin Oğluna Ait Bir Mektup,” s. 44.

6

 Mətndə haqqında Sultan Qazan və Sultan Qazan Mirzə deyə bəhs olunan şəxs Qaraqo-



yunlu İsgəndərin əmisi Misir Xocanın oğludur. Onun adının araşdırmalarda Qazan padşah 

(İsmail  Aka.  Mirza  Şahruh  ve  Zamanı  (1405-1447), s. 152), Qazan xan (

http://www.e-

tarih.org/sayfa.php?sfid=298

) şəkillərində verilməsinə də rast gəlinir. Söhbətin davamından 

məlum olur ki, Sultan Qazan Mirzə məhkəmədə olmasa da, Heratdadır. Onun məhkəmədə

olmaması Şahruxun məclisdəkilərə onun bu barədəki rəyinin soruşulmasını tapşırmasından 

82



Səadət Şıxıyeva. Hürufiliyin tarixi: ənənəviləşmiş təhriflər,  

unudulmuş gerçəkliklər, s.

65-96

bələddir. O məmləkətdə

1

İsgəndər və qeyriləri ilə  nə danışmışamsa, o bilir və

eşidib).

4. Hürufilərin mühacirətinin səbəbləri, şəkli və ölkə seçimi  

Hürufilikdən bəhs edən elmi, eləcə  də elmi-populyar əsərlərdə sıxlıqla  rast 

gəlinən  mülahizələrdən biri də hürufilərin Fəzlullahın  ölümündən (1394) sonra 

Türkiyəyə kütləvi  mühacirətidir. Bu qənaətin  natamamlığı  isə Əliyyül-Əlanın 



“Kürsinamə”sindəki aşağıdakı qeydlərdən aydın görünür:

                 ﺶﯿﻛ و ﻦﯿﺋآ ﻦﯾا رﺎﮭظا ﺪﻨﻛ ﺎﺗ       ﺶﯿﭘ ﺪﻨﺘﻓر ﻦﻣ ز ناﻮﺧا ﮫﭼ ﺮﮔ

 

 .بآ ز وا ﺖﺷ ﺬﮕﺑ   لﻮﺒﻨﺘﺳا ز ﺎﺗ           بﺎﺘﻛ مدﺎﺘﺳﺮﻓ ﻦﻣ لوا ﻦﻜﯿﻟ



2

 

(Dostlarımın məndən əvvəl getməsinə baxmayaraq, bu ayin və inamı izhar 



etmək üçün birinci olaraq, mən (o) kitabı  göndərdim, İstanbuldan

3

sudan keçərək

getdi).

Əliyyül-Əlanın bu  qeydləri  onun  özündən,  başqa  sözlə, o da daxil olmaqla 

hürufilərin Türkiyəyə mühacirətindən əvvəl məsləkdaşlarının müxtəlif zamanlarda 

                                                                                                                           

məlum olur. Bu məsələdə beş cəhət diqqətimizi çəkdi: 1. Qaraqoyunlulardan Sultan Qazan 

Mirzənin də əmisi  oğlu  İsgəndərlə birlikdə hürufilərlə ittifaqı;  2.  Bu  şəxsin  İsgəndərin 

etibar  etdiyi  insanlardan  olması;  3.  Teymuri  Şahruxun  da  bu  Qaraqoyunlu  bəyinə etimad 

etməsi; 4. Həmin Qaraqoyunlu bəyinin  hürufilərin  mühakimə olunduğu  dövrdə Heratda 

olması;  5.  Adı  bəzən Qaraqoyunlu-Teymuri  düşmənçiliyinin  başlamasının  səbəbkarı  kimi 

yad olunan və bu  müxalifətin  qurbanlarından  biri  olan  Misir  Xocanın  oğlu  Sultan  Qazan 

Mirzə ilə Teymuri Şahruxun  müsbət münasibətlərinin olması. Digər tədqiqatçıların diqqət

yetirmədiyi bu cəhətlər Qaraqoyunlu-Teymuri  münasibətlərinin birmənalı  olmamasını 

göstərir. Qeyd etməliyik ki, bu sui-qəsd hadisəsindən bir neçə il sonra – 1435-ci ildə Sultan 

Qazan Mirzə Şahruxun  himayəsinə keçir. (bu barədə bax:  İsmail  Aka.  Mirza  Şahruh  ve 

Zamanı (1405-1447), s. 152) 

1

 Təbriz nəzərdə tutulur.



2

 

 .ﺮﺘﯾر تﻮﻤﻠھ



"

"،ﻦﯿﻣز ناﺮﯾا ﮓﻨھﺮﻓ ،ﮫﯿﻓوﺮﺣ ﮫﻗﺮﻓ زﺎﻏآ

 

 .ص


388

.

3



 H.Ritter bu beytlər əsasında  II  Sultan  Məhəmməd  (Mehmet  Fateh)  zamanında 

Kostantinopolun fəth edilməsindən əvvəl də İstanbul  adının  istifadə edilməsini nəzərə

çatdırır.  Araşdırıcının  ehtimalına  görə,  burada  “su”  ifadəsi ilə boğaz  nəzərdə tutulur və

kitabın çatdırıldığı yer o dövrdə Osmanlıların paytaxtı olan Ədirnədir. 

ﺮﺣ ﮫﻗﺮﻓ زﺎﻏآ" .ﺮﺘﯾر تﻮﻤﻠھ)

"،ﮫﯿﻓو


 

 .ص


388

.(

Burada onu da vurğulamaq istərdik ki, H.Ritter ümumi şəkildə bu misralarda söhbətin 



Qara dəniz sahillərindən getməsi qənaətindədir. 

  "،ﮫﯿﻓوﺮﺣ  ﮫﻗﺮﻓ  زﺎﻏآ"  .ﺮﺘﯾر  تﻮﻤﻠھ)

  .ص

389


(

 

Eyni mülahizənin ifadəsinə S.Keyada da rast gəlirik.( 282-283



 



،ﯽﻧﺎﮔﺮﮔ ﮫﻣﺎﻧ هژاو .ﺎﯿﻛ قدﺎ

)

Həqiqətən də, mətndə Laz ellərinin adı qeyd olunduğundan burada “su” deyilərkən Qara 



dənizin nəzərdə tutulduğu  ağlabatan  görünür.  Bu  torpaqlarda  hürufiliyin  yayılmasını  Mir 

Şərifin “Həcnamə”si də təsdiqləyir. (bax: Hurufilik Metinleri Katalogu, s. 28; Fatih Usluer. 

Hurûfilik-İlk Elden Kaynaklarla Doğuşundan İtibaren, s. 24) 

83



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə