Мцндярижат


Metafizika – Cild 1, Say 2, 2018



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə12/13
tarix07.08.2018
ölçüsü0,72 Mb.
#61032
növüXülasə
1   ...   5   6   7   8   9   10   11   12   13

Metafizika – Cild 1, Say 2, 2018 

hadisəni digərlərindən eşitməsi bəlli olur. Bu tarixçi sui-qəsdin təşkilatçısının adı-

nın Məruf Kərxidən öyrənildiyini və onun hürufi Mövlana Məcdəddin Astarabadi-

nin oğlu İzəd (ﺪﻀﻋ) olmasını bildirir

1

. Hafiz Əbrunun bu məhkəmə barədəki məlu-



matlarına  əsaslanan  sonrakı  müəlliflərin  bu  adı  İzəddin və Xacə İzəddin  şəklinə

salması diqqətimizi çəkdi. Ehtimal ki, bu ad Nurullahın adının ikinci qismi olan Al-

lah

2

kəlməsinin  sinonimidir.    Çünki  bəhsini etdiyimiz hadisə ilə əlaqədar olaraq 



həbs edilən və Hafiz  Əbrunun  bir  təhrifindən  qaynaqlanaraq  adı  tarix  kitablarına 

düşməyən Fəzlullahın nəvəsi

3

Əmir Nurullah olmuşdur. 



Hafiz Əbrunun “Zübdətut-təvarix”i ilə hürufi qaynağı “Şamilnamə”ni qarşı-

laşdırmamız bir sıra ifadə və münasibətlərin səsləşməsini və eyni hadisədən bəhs 

edildiyini  üzə çıxardı.  Hafiz  Əbrunun  həbs olunan  hürufilərə (onun təqdimində

bunlar İzəd və sayı açıqlanmayan hürufilərdir) məhkəmə qurulması, dövlət adamla-

rının  (“ərkan”) o məhkəmədə iştirakı,  hürufilərin uzun-uzun nitqlərlə görüşlərini 

anlatması, bu sui-qəsd hadisəsi ilə əlaqənin inkarı barədə söylədikləri Əmir Qiya-

səddinin məktubundakı  qeydlərlə  səsləşməkdədir.  “Zübdətüt-təvarix”də Şahruxa 

sui-qəsd hadisəsi ilə bağlı həbs edilərək mühakimə olunduğu bildirilən və adı açıq-

lanmayan hürufi bu ittihamı “böhtan” adlandırır

4

“Şamilnamə”də eyni hadisə ilə



bağlı  həbs edildiyi məlum  olan  Əmir  Nurullah  da  məhkəmədə “bu  sözün  onların 

haqqında deyilmiş yalan və böhtan olduğunu”

5

deyir və ittihamı rədd edir. 



“Zübdətüt-təvarix”də  bəzi hadisələrin nəqli isə “Şamilnamə” ilə ziddiyyət

təşkil edir. Məsələn,  “ﻢﯿﻨﮐ تﺮﻀﺣ ﯽﮔﺪﻨﺑ ﺪﺼﻗ ﮫﮐ ﻢﯾدﻮﺑ هدﺮﮐ ﮫﺸﯾﺪﻧا ﻦﯾا ﺲﮐ ﺪﻨﭼ ﺎﻣ” (“Biz bir  

neçə şəxs Həzrətə (Şahrux nəzərdə tutulur – S.Ş.) sui-qəsd etməyi düşünmüşdük”)

6

iddiası  məktubda deyilənlərlə təzad təşkil  edir.  Belə ki,  “Şamilnamə”də Əmir 



Nurullah onları ittiham edənlərə deyir: 

 ﻮﺿو و ﮫﺘﻓﺮﮔ ﻦﺧﺎﻧ و (ما هﺪﯿﺷاﺮﺗ) ماﺪﯿﺷاﺮﺗ ﺮﺳ ﺖﺳا ﺖﺑﺎﺛ ه ج ﷲ ﻞﻀﻓ ﺎﻧﻻﻮﻣ یﺪﻧزﺮﻓ هﺎﻨﮔ ﺮﮔا

ﺪﯿﻨﮑﻣ ﺮﯿﺼﻘﺗ ما هﺪﻣآ نﺪﺷ ﺪﯿﮭﺷ و ﮫﺘﺧﺎﺳ

.

                                                



1

.916 .ص ،ﺦﯾراﻮﺘﻟا هﺪﺑز .وﺮﺑا ﻆﻓﺎﺣ 

2

دﺰﯾا (Allah) və ﺪﻀﻋ (yardımçı)  sözləri  yazılış  baxımından  fərqli olsa da, tələffüz 



etibarilə, demək olar ki, eynidir: İzəd.

3

 Bəzən oğlu



4

.918 .ص ،ﺦﯾراﻮﺘﻟا هﺪﺑز 

.وﺮﺑا ﻆﻓﺎﺣ

 

5



  Y.Ajənd bu sözlərin Mövlana Məruf Xəttata aid olduğunu deyirsə də

)

 .ص ،ﺦﯾرﺎﺗ رد ﮫﯿﻓوﺮﺣ .ﺪﻧژآ بﻮﻘﻌﯾ



77

(

،



mətni diqqətlə  təhlil etdikdə bu  sözlərin  adı  açıqlanmayan  hürufiyə aidiyyəti məlum 

olur. 


6

.918 .ص ،ﺦﯾراﻮﺘﻟا هﺪﺑز 

،وﺮﺑا ﻆﻓﺎﺣ 

88



Səadət Şıxıyeva. Hürufiliyin tarixi: ənənəviləşmiş təhriflər,  

unudulmuş gerçəkliklər, s.

65-96

 ازﺮﯿﻣ ﺪﺼﻗ (اﺬﮐ) و ﺪﯾا هدﺎﺘﺳﺮﻓ ﺲﮐ ﺎﻤﺷ ﮫﮐ ﺖﺴﻧآ هﺎﻨﮔ ﺖﺴﯿﻧ ﻦﯾا هﺎﻨﮔ ﮫﮐ دﻮﻣﺮﻓ رد هﺎﺷزوﺮﯿﻓ ﺮﯿﻣا



ﺪﯾا هدﺮﮐ ﮫﮐ

1

.



(Əgər Mövlana Fəzlullah c.h.-ın bir övladının suçu sübut olunarsa, başımı 

taraş etmişəm, dırnaqlarımı kəsmişəm, abdəst almışam və şəhid olmağa gəlmişəm, 

(daha boş yerə) mühakimə etməyin.

2

  

Əmir Firuzşah buyurdu ki, günah bu deyil, günah odur ki, siz bir şəxs

yolladınız və (beləliklə) Mirzəyə qəsd etdiniz). 

Göründüyü  kimi,  mühakimə edənlərin nəzərində hürufilərin  günahı  onların 

məzhəb mənsubiyyətləri və dini-fəlsəfi görüşlərində deyil, siyasi fəaliyyəti, qiyam 

və qisas cəhdlərində idi.

3

Ümumiyyətlə,  Əmir  Nurullah  bu  sui-qəsddə iştirakı  qətiyyətlə  rədd edir. 



“Zübdətüt-təvarix”də yer alan “Əhməd Lor bizi qabaqladı”

)

 ﮫﺸﯾﺪﻧا ﻦﯾا رد ﺮﻟ ﺪﻤﺣا ﻦﯾا



(دﻮﻤﻧ  ﺖﻘﺒﺳ  ﺎﻣ  ﺮﺑ

4

ifadəsi də dolayısı ilə eyni anlamı  daşıyır. Maraqlıdır  ki,  Əhməd



Lor öncə şirvanlı Əmir Mənuçehr bin Əmir Şeyxin xidmətində olmuş

5

, sonra Xora-



sana gəlib burada məskunlaşmışdı. Xorasanda isə təriqətin başçısı Əmir Nurullah 

deyil, Seyid İshaq idi...  

Şahruxa sui-qəsddə ittiham olunan hürufilərin odda yandırılması barədə ilk 

öncə orta çağ tarix kitablarında, daha sonralar çağdaş araşdırmalarda təkrarlanmaq-

la deyilənlər ciddi tədqiqata  möhtacdır  və  qənaətimizcə, tarixi həqiqəti  əks etdir-

mir. Belə ki, həbs olunan hürufilərin şəhərdən çıxarılması ilə bağlı orta əsrlər tarix 

kitabları  və hürufilik  mətnlərini  müqayisə edərək belə bir nəticəyə  gəldik ki, bu 

məsələdə şayiələr tarixi həqiqətin  yerini  almışdır.  Çünki  eyni  hadisəni  Əmir  Qi-

yasəddin fərqli şəkildə təsvir edir:  

(ﯽﭽﻠﯾا)ﯽﺠﻠﯾا مﻮﯾ رد ﺪﻨﻗﺮﻤﺳ فﺮﻄﺑ

 یﺮﺸﺑ ﭻﯿھ ﮫﮐ یّﺪﺣ ﺎﺗ ﺪﻧدﺮﮐ ﻦﯿﮕﻨﺳ ار ﺎﻣ ءﺎھﺪﻨﺑ و ﺪﻧدﺎﺘﺳﺮﻓ

نﺎﺸﻧ


 

ﯽﻤﻧ


 ﮫﮐ ﺪﻨﺘﻔﮕﯿﻣ ﯽﻀﻌﺑ ﺪﻨﺘﻔﮕﯿﻣ ﯽﻨﺨﺳ ﺲﮐ ﺮھ ﺪﻨﺘﺧﺎﺳ ﮫﻧاور ﺪﻨﻗﺮﻤﺳ فﺮﻄﺑ و ﯽﻧاﺮﮔ ناﺪﺑ یﺪﻨﺑ داد

 ﮫﮐ ﺪﻨﺘﻔﮕﯿﻣ ﯽﻀﻌﺑ ﺖﺸﮐ ﺪﻨھاﻮﺧ ﺮﮕﯾد ﯽﻋﻮﻨﺑ هار رد ﮫﮐ ﺪﻨﺘﻔﮕﯿﻣ ﯽﻀﻌﺑ ﺖﺧاﺪﻧا ﺪﻨھاﻮﺧ ﻮﻣآ بآ رد ار ﺎﻤﺷ

ﺖﺸﮐ ﺪھ(ا)ﻮﺧ ﮏﺑ قﻮﻟا ار ﺎﻤﺷ مد رد ﺪﯿﺳﺮﺑ ﺪﻨﻗﺮﻤﺴﺑ ﮫﮐ ﺔﻋﺎﺳ نآ زد

6

.



                                                

1

 Abdülbaki Gölpınarlı. “Fazlullah-ı Hurûfi’nin Oğluna Ait Bir Mektup,” s. 39-40.



2

  hərfən: günahlandırmayın

3

 Onlar Kara Yusiflə dostluqları, Miranşahı qətlə yetirən qılıncı öpdükləri və s. üçün də



suçlu  bilinirlər.  Göründüyü  kimi,  bu  ittihamlar  da  siyasi  xarakterlidir.  Bundan  başqa,  bu 

faktlar öncə də bilinən gerçəkliklərdən idi. Amma bu “günah”lar Şahruxa sui-qəsddən sonra 

fakt kimi istifadə olunur.

4

 



وﺮﺑا ﻆﻓﺎﺣ

.

 



ﺦﯾراﻮﺘﻟا هﺪﺑز

،

 



ص

 .

918



.

5

.77 .ص ،ﺦﯾرﺎﺗ رد ﮫﯿﻓوﺮﺣ .ﺪﻧژآ بﻮﻘﻌﯾ



6

Abdülbaki  Gölpınarlı.  “Fazlullah-ı  Hurûfi’nin  Oğluna  Ait  Bir  Mektup,”  İstanbul 

89



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə