Мцндярижат


Metafizika – Cild 1, Say 2, 2018



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə8/13
tarix07.08.2018
ölçüsü0,72 Mb.
#61032
növüXülasə
1   ...   5   6   7   8   9   10   11   12   13

Metafizika – Cild 1, Say 2, 2018 

Əmir Teymurun qatı düşməni və İldırım Bayəzidlə dostluq münasibətində olan Qa-

raqoyunlu Qara Yusif ilə razılığa gəlməsi və Miranşaha qarşı döyüşdə hürufilərin 

də iştirakı  məlum olur.

1

Görünür,  Əliyyül-Əlanın  bu  fəaliyyətinin nəticəsidir ki, 



sonralar Qara Yusifin oğulları – Şah Məhəmməd, İsgəndər Mirzə və Cahanşah da 

hürufiliyə müsbət  münasibətləri ilə seçildilər. Bununla belə,  hürufiliyin  mötəbər

qaynaqlarından  olan  “Şamilnamə”də Əmir  Qiyasəddinin,  dayısı  Əliyyül-Əladan 

fərqli olaraq, nəinki bu igid sərkərdəyə heyran olmadığı,  əksinə, Teymurilər kimi 

ona da mənfi  münasibəti ifadəsini  tapmışdır.

2

Bu  özəlliklər Qaraqoyunlu-hürufi 



münasibətlərini birmənalı  olmadığını  göstərir. Halbuki digər tədqiqatlarda  hüru-

filərin Qara Yusifə müsbət münasibəti qeyd olunmuş, onun oğullarının hürufiliklə

əlaqəsi isə natamam öyrənilmişdir. Belə ki, Qara Yusif və oğlu Cahanşahın hürufi-

lərlə münasibətindən bir çox tədqiqat əsərlərində söz açılsa da, bu türkman bəyinin 

digər oğulları – Şah Məhəmməd və İsgəndər Mirzənin hürufilərlə əlaqəsi diqqətdən

kənarda qalmışdır. Doğrudur, tanınmış tarixçi alim İsmayıl Aka Şah Məhəmmədin 

bu təlimin nümayəndələri ilə əlaqəsinə Əmir Qiyasəddinin məktubu əsasında ötəri 

toxunmuşdur.

3

Bununla belə, istər  hürufi  Dərviş  Məhəmməd Tirgərlə  səhv  salın-



masına görə, istərsə də Qaraqoyunlu-hürufi münasibətlərinin tədqiqi və dəyərləndi-

                                                

1

 

Bu təlimin  ardıcıllarının  Fəzlullahın  qisasını  almaq  üçün  Qaraqoyunlu  Qara  Yusifin 



(ölümü-1420) qoşununun tərkibində 1408-ci ildə Miranşaha qarşı vuruşmaları barədəki mə-

lumatlar da ziddiyyətlidir və çoxlu  suallar doğurur.  Amma Əliyyül-Əlanın  “Kürsinamə”-

sində Miranşahın qatilinin hürufi olmasının qətiyyətlə bildirilməsi, Əmir Qiyasəddinin “Şa-

milnamə”sində bu hadisəyə dolayısı  ilə işarə edilməsi  (Miranşahın  öldürüldüyü  qılıncın 

öpülməsi  qeydi)  hürufi çevrələrində Fəzlullahın  qatili  Miranşahın  hürufi  tərəfindən  öldü-

rüldüyü qənaətini göstərir. 

Qeyd etməliyik ki, Əliyyül-Əlanın “Qiyamətnamə”sində Miranşahın h. 803 / m. 1400-

1401-ci ildə öldürüldüyü bildirilir. H.Ritter bunu Əliyyül-Əlaya yanlış məlumat çatdırılma-

sı kimi izah edir.   (

"،ﮫﯿﻓوﺮﺣ ﮫﻗﺮﻓ زﺎﻏآ" .ﺮﺘﯾر تﻮﻤﻠھ)

 .ص ،


360

Çünki bu hadisə, H.Ritterin də

qeyd etdiyi kimi, bir neçə il sonra baş vermişdi. Tədqiqatçı hadisənin baş verdiyi tarixi h. 

809 (810) olaraq qeyd edir.   (

ﺣ ﮫﻗﺮﻓ زﺎﻏآ" .ﺮﺘﯾر تﻮﻤﻠھ

ﮫﯿﻓوﺮ


 .ص "،

360


) Orta çağ tarix əsərlərin-

də isə bu döyüşün 1408-ci ildə olması qeyd edilmişdir. (bu barədə bax: İsmail Aka. Mirza 

Şahruh ve Zamanı (1405-1447) (Ankara: Türk Tarih Kurumu Yayınları, 1994), s. 54) Əmir 

Qiyasəddinin məktubundan (“Şamilnamə”) Fəzlullahın  nəvəsi  Əmir  Nurullahın  Qara 

Yusiflə, eləcə də oğulları Şah Məhəmməd və İsgəndər Mirzə ilə, Qara Yusifin qardaşı oğlu 

Sultan Qazan Mirzə ilə şəxsi tanışlığı və birbaşa ünsiyyəti bəlli olur.   

2

  Əmir  Nurullah  Teymuri  Uluğ  bəy tərəfindən Qara Yusiflə birlikdə olduqlarına  və



onunla içki içdiklərinə görə məzəmmət olunduqda türkman bəyinin cahilliyinə görə ondan 

qorxduqları və bunu məcburi etdiklərini, eləcə də o zaman çox gənc olduqlarını bildirir. (bu 

barədə ətraflı  məlumat  üçün  bax:  Səadət  Şıxıyeva.  “Hürufi  müəlliflər Qaraqoyunlular 

haqqında,” s. 439-440)

3

 İsmail Aka. Mirza Şahruh ve Zamanı (1405-1447), s. 139.



80


Səadət Şıxıyeva. Hürufiliyin tarixi: ənənəviləşmiş təhriflər,  

unudulmuş gerçəkliklər, s.

65-96

rilməsi baxımından bu məsələ təfərrüatlı araşdırmaya möhtacdır.



1

Qeyd etməliyik ki, Əmir Nurullah və Əmir Qiyasəddinin Bağdada gedərkən

Dərviş  Məhəmməd Tirgərlə görüşməsi  Şah  Məhəmmədin  kimliyi  üzərinə kölgə

salmışdır. Belə ki, Hüsaməttin Aksuya görə, “Şamilnamə”də sözü gedən Şah Mə-

həmməd və “İstivanamə”də bir  neçə  dəfə xatırlanan  Dərviş  Məhəmməd Tirgər

eyni şəxslərdir.

2

Halbuki Əmir Nurullah və Əmir Qiyasəddin bu hürufi dərvişi ilə



Bağdadda  deyil,  Bağdadın  yaxınlığındakı  Baği-Qubədə

3

görüşürlər.



4

Bundan  baş-

qa, mətni diqqətlə tədqiq etdikdə görürük ki, Məhəmməd Tirgərin adı hər dəfə Şah 

deyil, Dərviş  epiteti  ilə verilir.

5

Bağdad  hakimi  Şah  Məhəmməd isə aşağıdakı 



şəkildə yad olunur:

 و ﻦﯾد ﺐﺠﻋ ﻻا دﻮﻤﻧ ﺎﮭﺘﻘﻔﺷ عاﻮﻧا و ﺪﺷ هﺪﯾد ار ﺪﻤﺤﻣ هﺎﺷ و ﻢﯾﺪﯿﺳر داﺪﻐﺑ ﺮﮭﺸﺑ ﺮﺧﻻا ﻊﯿﺑر هﺎﻣ رد

 تﻻﺎﻤﮐ و دﺎﻘﺘﻋا تﺮﻔﻧ زا ﺎﯿﻟوا (و) ﺎﯿﺒﻧا رﺎﮑﻧا ﺮﺑ ﺎﻨﺑ دﺎﺘﻓا نآ هﺪھﺎﺸﻣ ﺖﺳا هدﺮﮐ ﻊﺿو ﯽﺣﻼﻄﺻا و ﯽﺒھﺬﻣ

ﺪﻣآ نوﺮﯿﺑ داﺪﻐﺑ ﺮﮭﺷ زا یرﻮﺘﺳد ﯽﺑ وا

ﻢﯾ

6

(Rəbuəlaxır ayında Bağdada yetişdik və Şah Məhəmmədi gördük və (o) 



çeşidli şəfqətlər etdi, amma onun vəz etdiyi din, məzhəb və istilahda qəribə (şeylər) 

müşahidə edildi, onun peyğəmbərlər və övliyalara nifrətindən dolayı etiqadı  və

düşüncəsinə nifrət (edərək) icazə almadan Bağdad şəhərindən çıxdıq).

“Şamilnamə”də, eləcə  də tarix əsərlərində Şah  Məhəmməd  haqqında 

                                                

1

“İslami mühit və hürufilikdə еtnik düşüncənin təzahürləri” adlı  məqaləmizdə Əmir 

Qiyasəddinin məktubunda  Şah  Məhəmməd deyilərkən Qara Yusifin  oğlunun  nəzərdə

tutulmasından  qısaca  olaraq  bəhs  etmişik.  (bax:  Səadət  Şıxıyeva.  İslami  mühit  və

hürufilikdə еtnik düşüncənin təzahürləri (II), s. 559) Bununla belə, qənaətimizcə, hürufilik-

Qaraqoyunlu münasibətlərinin tarixi təfərrüatlı öyrənilməli, Şah Məhəmməd və hürufilərin 

görüşlərində islamı  dəyərlər  baxımından  fərqlər, hər  ikisi  (hürufilik  və Qaraqoyunlular) 

şiəliklə əlaqələndirilsə  də, bu məzhəbdən qaynaqlanma və ayrılmaların  xarakter  və

səviyyəsi ayrıca bir araşdırmada tədqiq edilməlidir. 

2

 Bax: Hüsamettin  Aksu.  Amir  Giyas  al-Din Muhammed al-Astarabadi  ve  “İstivana-



ma”si (Doktora Tezi), İstanbul Üniversitesi Edebiyat Fakültesi, 1981, s. 107, 112.

3

 Bu coğrafi adın Bakubə, Yakubə (Hasan-i Rumlu. Ahsenü’t-Tevarih, s. 83),  Ba’ənqə-



be  ( ﻘﻨﻋﺎﺑ

ﮫﺒ

) (Abdülbaki Gölpınarlı. “Fazlullah-ı Hurûfi’nin Oğluna Ait Bir Mektup,” s. 56;



ثﺎﯿﻏﺮﯿﻣا

 ،ﻮﺼﻗآ ﻦﯾﺪﻟا مﺎﺴﺣ مﺎﻤﺘھا و ﺢﯿﺤﺼﺘﺑ ،ﮫﻣﺎﻧاﻮﺘﺳا  .یدﺎﺑاﺮﺘﺳﻻا ﯽﻨﯿﺴﺤﻟا ﺪﻤﺤﻣ ﻦﺑ ﻦﯿﺴﺣ ﻦﺑ ﺪﻤﺤﻣ ﻦﯾﺪﻟا

 ،لﻮﺒﻧﺎﺘﺳا)

1981


 ،(

 .ص


196

(

 



və ya Ba’quba (ﺎﺑﻮﻘﻋ ﺎﺑ)

)

ثﺎﯿﻏﺮﯿﻣا



ﺤﻣ ﻦﯾﺪﻟا

 ،ﮫﻣﺎﻧاﻮﺘﺳا  .یدﺎﺑاﺮﺘﺳﻻا ﯽﻨﯿﺴﺤﻟا ﺪﻤﺤﻣ ﻦﺑ ﻦﯿﺴﺣ ﻦﺑ ﺪﻤ

 .ص

(196


 

şəkillərində  də yazılışa  rast  gəlinir.  Bu  toponimin  Bakı  və Quba ilə səsləşməsi, 

hürufilərin məskunlaşdığı yerlər sırasında olması maraq doğurmaya bilmir.

4

ثﺎﯿﻏﺮﯿﻣا



ا ﺪﻤﺤﻣ ﻦﺑ ﻦﯿﺴﺣ ﻦﺑ ﺪﻤﺤﻣ ﻦﯾﺪﻟا

 ،ﮫﻣﺎﻧاﻮﺘﺳا .یدﺎﺑاﺮﺘﺳﻻا ﯽﻨﯿﺴﺤﻟ

 .ص

88

.



5

 Bax: Yenə orada, s. 82, 88.

6

Abdülbaki Gölpınarlı. “Fazlullah-ı Hurûfi’nin Oğluna Ait Bir Mektup,” s. 56.



81


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə