Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə175/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   172   173   174   175   176   177   178   179   180

 

~ 554 ~ 


 

Maye maya çöküntüsü 

 

 

 



 

Konyak  bardasının  emalı.  Hal  hazırda  Ģərabın  xeyli  hissəsi 

konyak  spirti  almaq  üçün  qovulur.  ġərab  qovulduqdan  sonra  bar-

dada Ģərabın bütün Ģərab turĢu birləĢmələri qalır. Onların miqdarı 

Шякил 20.4.  Майа чюкцнтцсцнцн комплекс емалы 



 

~ 555 ~ 


 

baĢlanğıc  materialdan,  konyak  Ģərab  materialı  hazırlanması  üçün 

istifadə olunan texnologiyadan və qovma üsulundan asılıdır. ġərab 

turĢusu birləĢmələrinin orta miqdarı konyak Ģərab materialında 2-

5q/dm

3

 olur. Hibrid sortlarının Ģərab materialında Ģərab turĢusunun 



miqdarı avropa sortlarına nisbətən 40% artıq olur.  

ġərab  qovularkən  yüksək  temperaturun  təsiri  ilə  zülal  birləĢ-

mələri  pıxtalaĢır.  Ona  görə  də  hətta  Ģəffaf  Ģərab  materialından 

alınan  barda  həmiĢə  bulanlıq  olur.  Bu  bulanıqlığın  aradan  götü-

rülməsi tələb olunur, əks halda Ģərab turĢusu əhənginin keyfiyyəti 

pisləĢir və onun çıxarı artır. 

Böyük zavodlarda bulanıqlığı aradan qaldırmaq üçün onu filtr-

preslərdən keçirmək məqsədəuyğun sayılır. Bu kristal təmiz maye-

nin  alınmasına  səbəb  olur.  Böyük  olmayan  zavodlarda  isə  bula-

nıqlığı  aradan  qaldırmaq  üçün  dincə  qoyulma  və  dincə  qoyulan 

mayenin dekantasiyasından istifadə olunur. Dincə qoyma müddəti 

6 saatdır. 

Əmələ  gələn  çöküntü  dincə  qoyma  qabının  həcminin  10%-ni 

tutur  və  yuyulmadan  çirkab  sularına  axıdılır,  durulaĢmıĢ  maye  isə 

neytrallaĢmaya  göndərilir.  Əgər  bardanın  temperaturu  dincə 

qoyulan və sücgəcdən keçirilən zaman 50

0

-dən aĢağı düĢərsə, onda 



mayeni neytrallaĢdırmazdan əvvəl isitmək lazımdır. 

Bardada xeyli miqdarda dəmir, alüminium birləĢmələri, rənglə-

yici  maddələr  və  bəzi  üzvi  turĢular  olur.  ġərabda  Ģərab  turĢusu 

birləĢmələri  əsasən  Ģərab  daĢından  ibarət  olur.  Bardanın  bu 

xüsusiyyətləri  onun  emalının  texnoloji  məsələsini  müəyyən  edir: 

yəni  Ģərab  daĢı  məhlulunun  daha  az  həll  olan  Ģərab  turĢusu 

əhənginə  çevrilməsinə  nail  olunmalıdır.  Bunun  üçün  isti  bardanı 

əhəng  südü  ilə  və  CaCl

2

-lə  iĢləyirlər.  ġərab  daĢı  Ģərab  turĢulu 



əhənginə  çevrilir.  Konyak  bardasından  Ģərab  turĢulu  əhəngin 

alınma sxemi aĢağıdakı kimidir (Ģəkil 20.5).  




 

~ 556 ~ 


 

 

 



 Şəkil  20.5. Konyak bardasından şərab turşulu əhəngin alınma sxemi 

1-konyak barda toplayıcısı; 2-nasos; 3-ötürücü boru; 4-toplayıcı 

qarışdırıcı  ilə;  5-bentonit  suspenziyası  nasosu;  6-bentonit 

qarışdırıcı;  7-durulmuş  barda  nasosu;  8-istilikdəyişdirici;  9-

toplayıcı-yığıcı; 10-bardanı iondəyişdirici qurğuya verən nasos; 

11-iondəyişdirici  qurğu;  12-duz  məhlulunun  toplayıcısı;  13-duz 

məhlulu nasosu; 14-reaktor neytrallaşdırıcı; 15-dekantator 

 

Konyak  bardası  toplayıcı  rezervuardan  (1)  rezervuara  (4)  daxil 



olur.  Oraya  eyni  zamanda  bentonit  suspenziyası  vurulur.  Çökdük-

dən sonra bardanın durulmuĢ hissəsi dekantasiya olunur, soyudulur 

və  dörd  filtrdən  ibarət  iondəyiĢdirici  qurğuya  (11)  verilir.  Ġonitlə 

doyduqdan sonra filtr dayandırılır və su ilə yuyulur. Sonra natrium 

xlorid  məhlulu  ilə  doydurulur  və  mayenin  zəif  axımında  Ģərab 

turĢusu  ionları  desorbsiya  edilir.  Alınan  məhsul  neytrallaĢdırıcı 

reaktora  (14)  yönəldilir.  Burada  Ģərab  turĢulu  əhəng  kalsium 

xloridlə çökdürülür.  

Ġstənilən üsulla alınan Ģərab turĢulu əhəng quru olmalı (nəmliyi 

3%-dən  çox  olmamalıdır),  neytral  reaksiyalı,  kifsiz  və  kənar  iysiz 

olmaqla qoyulan tələblərə cavab verməlidir.  



 

~ 557 ~ 


 

Iyirimi birinci fəsil

 

ŞƏRABÇILIĞIN BƏZI ÜMUMI MƏSƏLƏLƏRI

 

21.1.

Şərabçıliqda  görülən işlərin təqvimi

 

 

Yanvar-fevral 



Birinci köçürülmə – kupaj – şərabın başının doldurulması. 

QıĢın  əvvəlində  Ģərabın  ilk  köçürülməsi,  baĢqa  sözlə,  cavan 

Ģərab  materialının  maya  və  xılt  çöküntülərdən  ayrılması  baĢa 

çatdırılmalıdır.  Bundan  əvvəl  Ģərabın  bu  və  ya  digər  nöqsanlara 

meyilli  olmasının  sınağı  aparılır  (qara,  mavi,  yaxud  dəmir  kassı  – 

Ģərabın qaralması, oksidaz kassı – qonurlaĢma, ağ kass, miss kassı, 

hidrogen sulfid iyi, Ģərabın tamları və bulanmaları).  

Bu  dövrdə  cavan  Ģərab  materialında  arzu  olunmayan  tamlar 

meydana  gələ bilər: siçan tonu, kif tamı, maya tamı, dondurulmuĢ 

üzüm dadı, qudron, kerosin tonu və s. Bəs bunlar nə  ilə bağlıdır? 

Üzümün  yarpaq  və  salxımlarının  mildiu,  oidium  və  bəzi  digər 

göbələk  xəstəlikləri  ilə  yoluxması  nəticəsində  üzüm  yetiĢmir. 

Alınan  Ģərab  az  spirtli,  kobud,  bəzən  çürük  palıdı  xatırladan  xoĢa 

gəlməyən  kənar  tam  və  iyli,  xəstəlik  və  qonurlaĢmaya  meyilli 

(üzüm  oidiumla  yoluxduqda)  olur.  Belə  üzümdən  alınan  Ģərabın 

keyfiyyətini  yüksəltmək  üçün  havalandırma,  Ģirənin  əzintidən  tez 

ayrılması,  sulfitləĢdirmə,  sağlam  üzümdən  alınan  əzinti  əlavə 

etməklə  təmiz  maya  məhlulu  ilə  qıcqırtma  tətbiq  olunur.  Yığıma 

yaxın üzümlükdə bordo məhlulu ilə çiləmə aparılması Ģərabda mis 

təminin  əmələ  gəlməsinə  səbəb  olur.  ġərabdan  misi  kənar  etmək 

üçün  sarı  qan  duzu  (SQD)  ilə  iĢlənmə  aparılmalıdır.  ġirənin 

əzintidə daraqla birlikdə uzun müddət saxlanması və qıcqırdılması 

ilə  alınan  Ģərab  xoĢagəlməz  daraq  tamı  ilə  acı  təhər  alınır.  ġərabı 

normallaĢdırmaq  üçün  jelatinlə  yapıĢqanlanma  (15-18  q/hl)  və  az 

ekstraktlı  Ģərabla  kupaj  aparılır.  Siçan  tamını  isə  Ģərabı  vaxtında 

güclü sulfitləĢdirərək mayadan ayırmaqla aradan qaldırmaq olar.  

Uzun  müddət  köçürülməyən,  yaxud  maya  çöküntüsündən 



Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə