Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə177/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   172   173   174   175   176   177   178   179   180

 

~ 561 ~ 


 

lazımdır ki, temperaturun yüksəlməsi ilə hətta yüksək spirtli Ģərab 

materiallarında süd-turĢu qıcqırmasının baĢ verməsi mümkündür. 

ġərab materiallarının müxtəlif bulanmalara meyilliliyinin sınağı 

əsasında  onların  iĢlənməsi  (emalı)  və  göndərilməsi  aparılır.  Bu 

iĢlərin  iyunda  baĢa  çatdırılması  məqsədə  uyğundur.  Bu  dövrdə 

artıq yeni məhsul mövsümünə hazırlıq iĢlərinə baĢlamaq lazımdır.  

Avqust  ayında  lazım  gələrsə  yetiĢdirilməyə  qoyulmuĢ  Ģərab 

materiallarının  üçüncü  köçürülməsi  aparılır.  Onların  sayı  Ģərabın 

tipindən  asılıdır.  Zərif  və  yüngül  təbii  Ģərablar,  həmçinin  muskat 

üzüm  sortlarından  hazırlanan  incə,  yüksək  ətirli  desert  Ģərab 

materiallarının  yetiĢdirilməsi  hallarında  adətən  iki  köçürülmə  ilə 

kifayətlənilir.  Qırmızı  təbii  Ģərablar,  xüsusilə  də  yüksək  ekstraktlı 

tündləĢdirilmiĢ Ģərablar üçün 3 köçürülmə tələb olunur. Üçüncü – 

qapalı  olub,  adətən  20-30  mq/dm

3

  miqdarında  sulfitləĢdirilməklə 



müĢayət  olunur.  Bəzən  bu  köçürülmələr  zamanı  Ģərab  materialı 

çəlləkdən balonlara, yaxud emallı rezervuarlara keçirilir.  

Növbəti  mövsümə  hazırlıq  iĢləri  baĢa  çatdırılır,  təmiz  maya 

məhlulları elə  hesabla  sifariĢ  edilir  ki,  mövsümün baĢlanmasından 

bir  neçə  gün  əvvəl  zavodda  ola  bilsin.  Texnoloji  təminatın  dəqiq-

liyi  yoxlanır və təmiri baĢa çatdırılır. Gözlənilən üzüm məhsuluna 

uyğun texnoloji rezervuarların mövcudluğu və keyfiyyəti bir daha 

yoxlanır.  ġərabın  kateqoriya  və  tipindən  asılı  olaraq,  Ģirənin 

qıcqırdılması  və  Ģərabın  hazırlanması  üçün  təzə  və  Ģərab  altından 

çıxmıĢ qablar hazırlanır. Belə iĢlərdə gecikməyə yol vermək olmaz, 

çünki sentyabrda hava Ģəraiti üzümün vaxtından əvvəl yığılmasına 

səbəb ola bilər.  

Üzümün  texniki  yetiĢkənliyini  və  təqvim  müddətində  yığıl-

masını  müəyyən  etmək  üçün  yetiĢmə  dinamikasına  –  Ģəkərlik  və 

titrləĢən turĢuluğa müxtəlif metodlarla nəzarət edilir (sahə metodu, 

laboratoriya və nümunəvi yığım aparılmaqla).  

ġərabçı üzümün gözlənilən daxil olmalarını nəzərə alaraq, Ģərab 

materialının hazırlanmasının iĢçi planı və növbəti mövsümə təqribi 

iĢ qrafikini tərtib etməlidir.  

 

 




 

~ 562 ~ 


 

Sentyabr-oktyabr 

Sentyabrın  əvvəlinə  üzüm  emalına  hazırlıqla  bağlı  bütün  iĢlər 

baĢa  çatdırılır:  binaların  təmiri,  texnoloji  təchizat  və  rezervuarlar, 

inventarlar,  nəqliyyat  vasitələri  və  qablar  (üzümü  emala  daĢımaq 

üçün).  Lazım  gələrsə  rezervuarların  təmizliyi  bir  daha  yoxlanır. 

Sentyabrın əvvəlində Ģərab saxlayıcıları kükürdlə tozlandırılmaqla 

dezinfeksiya edilir.  

Sentyabrda  üzüm  yetiĢir.  Ona  görə  də  Ģəkər  və  titrləĢən 

turĢuluğun  dəyiĢmə  dinamikası  üzərində  nəzarət  gücləndirilir. 

Müxtəlif  sahələrdə  yerləĢən  texniki  sortlar  üzərində,  xüsusilə  də 

oynaq  Ģərablar  üçün  sortlar  üzərində  nəzarət  aparılır.  Tam 

yetiĢkənlik  baĢlayana  qədər  bu  göstəricilər  3-6  gün  müddətində 

stabilləĢir.  Bu  halda  texniki  yetiĢkənlik  tam  yetiĢkənliklə  üst-üstə 

düĢür.  Yalnız  oynaq  və  yüngül  ağ  süfrə  Ģərabları  hazırladıqda  o- 

əvvələ,  desert  və  likor  Ģərablar  üçün  isə  sonraya  düĢür.  Tam 

yetiĢkənlikdə gilələr sorta məxsus rəng alır. Ətir və dadda üzümün 

sort  və  xüsusiyyətləri  dəqiq  əks  olunmuĢ  olur.  ġərab  material-

larının  keyfiyyəti  üçün  gilələrin  nəql  edilməsi  az  əhəmiyyət  kəsb 

etmir.  Ġndi  üzümün  qabsız  nəql  edilməsi  geniĢ  tətbiq  olunur.  Bu 

məqsədlə üzüm konteynerləri KVA, KVS və qoĢqulu traktor lafeti 

TVP-2,5  istifadə  edilir.  Konteynerlərdə  üzüm  qatının  qalınlığı  60 

sm-i ötməməlidir. 

Oktyabr – Ģərabçılıqda əsas ay olub, nisbətən isti iqlimi və çox 

olmayan yağıntılarının miqdarı ilə səciyyələnir.  

Ukrayna  (Rusiyanın  isə  bir  hissəsi)  Ģərabçılığında  təbii 

Ģərabların, xüsusilə də ağ təbii Ģərabların istehsalının yüksəldilməsi 

tendensiyası  müĢahidə  olunmaqdadır.  Onlar  üzüm  giləsinin  hiss 

olunan  meyvə  ətrinə  (buketinə),  harmonik,  kifayət  qədər  yumĢaq 

və  mötədil  ekstraktlı,  təzə  dadlı  və  oksidləĢməsiz  olmalıdır. 

ġərabda  bu  göstəriciləri  almaq  üçün  müəyyənedici  texnoloji 

üsullardan  biri  əzintidə  qısa  müddətli  (6  saata  qədər)  15-20

0



temperaturda  saxlamaqdır.  Lakin  Ģərabçı  hər  sort  və  torpaq-iqlim 

Ģəraiti üçün konkret rejimi özü dəqiqləĢdirməlidir.  

Qıcqırtma  binaları  xüsusilə  qıcqırtma  dövründə  əmələ  gələn 

karbon qazını kənar etmək üçün yaxĢı havalandırılmalıdır. 




 

~ 563 ~ 


 

Tünd  və  desert  Ģərablar  üçün  Ģərab  materialları  alındıqda, 

mütləq  Ģirə  yaxud  əzintinin  bir  qədər  qıcqırdılmasından  sonra, 

tələb olunan kondisiyayadək spirtlənməsi aparılmalıdır. Bəzən qatı 

Ģirə  (vakuum  Ģirəsi,  bəhməz)  yaxud  qatı  Ģərab,  Ģəkərliyi 

yüksəltmək üçün  isə Ģirə əlavə olunur.  Lakin bu 5 q/100  sm

3

-dən 


çox olmamaq Ģərti ilə aparılmalıdır.  

Oktyabrda  əvvəlki  illərdən  qalmıĢ  Ģərab  materiallarının  üçüncü 

köçürülməsi  baĢa  çatdırılır.  Əvvəlki  illərdən  qalan  Ģərabların  baĢı 

doldurulur.  Butulkaya  doldurulmaq  üçün  olan  Ģərabın  üçüncü 

köçürülmə  vaxtı,  onun  bulanmalara  davamlılığı  yoxlanır.  Təbii 

Ģərablarda sulfit turĢusunun miqdarı təyin edilir və lazım gəldikdə 

sərbəst kükürd qazı 20 mq/dm

3

 miqdarına çatdırılır.  



 

Noyabr-dekabr 

TündləĢdirilmiĢ  Ģərablar  üçün  sortların  yaxĢı  yetiĢməsi 

baxımından  noyabrda  əlveriĢli  iqlim  Ģəraitinin  mövcudluğu  çox 

vacibdir. GünəĢli, isti quru payız gilədə Ģəkərin qatılığının yüksəl-

məsinə, Krımın cənub sahillərində isə üzümün soluxmasına müsbət 

təsir  göstərir.  ƏlveriĢli  iqlim  Ģəraiti  gilədə  Ģəkərin  24-25,  30-35 

q/100  sm

3

-ə  qədər  yüksəlməsini  təmin  edir.  Lakin  belə  Ģərait 



(30%-ə qədər) hətta Krımda 5  və 10 ildən bir ola bilir.  

Yüksək  Ģəkər  toplamaq  xüsusiyyətili  qırmızı  üzüm  sortlarında 

yığım,    ağlara  nisbətən  daha  gec  aparılır.  Cənub  rayonlarında 

Ģəkərlik  20%,  Ģimalda  18%-dən  çox  olduqda  yığım  aparılır.  Belə 

qırmızı  sortlardan  daha  geniĢ  yayılan  Kaberne  Sovinyon,  Merlo, 

Qırmızı  Pino,  Saperavi,  Mədrəsə,  Malbek,  Murvedr,  Xındoqnı, 

Morastel, Odessa qara üzümüdür. 

Qırmızı üzüm sortlarının yığımı, xüsusilə markalı təbii və desert 

Ģərablar  üçün  (müxtəlif  torpaq-iqlim  Ģəraitinə  malik  zonalarda) 

noyabrın  əvvəlinədək  davam  edir.  Noyabrda  həmçinin  Ģəkərin 

sonadək qıcqırması prosesi gedir. Əzintidə qıcqırtma zamanı bəzən 

«papağ»ın  çökmə  təhlükəsi  yaranır.  Sonadək  qıcqırmanın  davam 

etməsi  çoxlu  amillərdən  –  qıcqırma  temperaturundan,  elektrofəal 

maya  irqləri  vurulmasından,  qıcqıran  mühitin  daxili  səthinin 

yüksəlməsindən asılıdır. Mayaları açıq köçürülmə, yaxud qarıĢdır-



Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə