MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə83/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   79   80   81   82   83   84   85   86   ...   228

 

153


Yeraltı  suların  ümumi  həcmi  hidrosferin  1,68% -ni  təşkil  edir, onların  təxminən  yarısı – şirin  sulardır. 

Dünya  okeanı, buzlaqlar  və  yeraltı  sular hidrosfer  suyunun  99,94 % - ni  təşkil  edir.Çaylar  hidrosferin 

əsas  komponenti  olub  dünyada  onların  suyunun  həcmi  ümumi  su  ehtiyatının  yalnız  0,0002 % - i , şirin  su  

ehtiyatının  isə  0,006 % - i  qədərdir. 

                                                                                                                 



 

154


Cədvəl 9.4 

 

Yerin  su  ehtiyatları. (E.P.Romanova  və b. , 1993

 

 



Suyun  qrupu 

Birdəfəlik  ehtiyat 

mln.km

3

 

Dünya  ehtiyatında 

tutduğu  yer 

Şor  su  Şirin  su 

Ümumi 

ehtiyatdan 



Şirin  su  

ehtiyatın-

dan 

Dünya  okeanı            1370 



 

96,5 


 

Yeraltı  sular 

 

 

4,1 



 

Buzlaqlar   

 

24 


1,74 

68,7 


Göllər  (şorsulu) 0,85 - 

0,06 


 

Göllər  (şirin  sulu)  - 

0,91 

0,07 


0,26 

Çaylar   

 

0,0012 


0,0002 

0,006 


Torpaqdakı rütu-

bətlik 


 0,08  0,004  0,02 

Atmosfer  suları  

0,14 0,001 0,04 

  

9.4. Suyun qlobal dövranı və ya hidroloji tsikl 

Suyun  qlobal  dövranının  təbiətdə  əsas  mənbəyi  Günəş  sayılır. Günəş enerjisinin təsiri ilə okeanın  və  

qurunun  səthindən  su  buxarlanaraq  atmosferə  qalxır. Su  buxarları  havaya  qalxaraq  soyuyur, kondensasiya  

olunaraq  buludlar  əmələ  gətirir. Buludlar  kifayət  qədər  soyuduqdan  sonra  yağış  və  qar  şəklində  okeanın  

və  qurunun  səthinə  düşür. Düşən  yağıntılar  yenidən  buxarlanaraq atmosfer yağıntıları şəklində yenidən qayı-

dır. Quruya  düşən  yağmurların  bir  hissəsi  torpağa  hopur, bir  hissəsi  səthi  axım  əmələ  gətirərək  çaylara  

tökülür  və  yenidən  okeanlara  qayıdır. Qrunt  suları  isə  bulaqlar  şəkilində Yer səthinə  çıxır  və  ya  bitki  ör-

tüyünün  fəaliyyəti  nəticəsində  transpirasiya olunur. Materik  və  okeanlar  daxilində  su  dövranı  bu  cür  gedir 

(Şəkil 9.1.). 

 

 

Øÿêil 9.1. Ñóéóí äþâðàíû 

 

Qlobal  su dövranının ən böyük hissəsi  okean  su  dövranı  hesab  olunur. Qurudan  buxarlanan su  yenidən  



okeana  düşür.O, dəfələrlə  quruya  qayıdır və yenidən buxarlanır. Beləliklə, Okeandan  uzaqlarda  Yerin  səthi  

rütubətlənir  və  materiklər  daxili  su  mübadiləsi  gedir. 

İl  ərzində  dünya  su  dövranında  hidrosferin  ümumi  kütləsinin  0,025% - i  iştirak  edir.Suyun  tam  təzə-

lənməsi (dəyişməsi) hidrosferin  müxtəlif  hissələrində  müxtəlif  vaxt  ərzində  baş  verir.Belə  ki, yeraltı  sula-

rın  təzələnməsi  üçün  yüz  min , hətta  milyon  illər (süyun  yerləşmə  dərinliyindən  və  su  dövranının  inten-

sivliyindən  asılı  olaraq ) , buzlaqların  təzələnməsi  üçün  isə  8 min  il  tələb  olunur.Okeanın  təzələnməsi  orta  




 

155


hesabla  3 min il,axar  göllər  - 10  illər , axmaz  göllər – 200 – 300 il , torpaq  suyu – orta  hesabla  1 ilə , çay-

lardakı  su  - il  ərzində  30  dəfə ( hər  12  sutkadan  bir ) , atmosferdə  su  ildə  10  dəfə  ( hər  9  sutkadan  bir ) 

dəyişilir ( təzələnir ). 

Suyun  qarışması  prosesi, eyni  zamanda , istiliyin  bir  yerdə  buxarlanmaya  , digər  yerdə  isə  kondensasi-

yaya  sərf  olunmasıilə  paylanması  prosesidir. İl  ərzində  bu  prosesdə  Yer  səthinin  aldığı  Günəş  istiliyinin  

dörddə  birinin  çoxu  iştirak  edir.Qlobal  dövranın  əhəmiyyəti  olduqca  böyükdür.İstiliyin  və  rütubətliyin  

yerini  dəyişərək 0 , bütün  yer  örtüyünü  əlaqələndirir  və  Yerin  təbii  örtüyünün   vəhdətliyini (bütövlüyünü) 

və  planetimizdə  həyatı  qoruyub  saxlamaqda  xüsusi  rol  oynayır. 

Yerin  hidrosferinin , həmçinin  onun  istənilən  hissəsinin  vəziyyəti  su  balansı  ilə  səciyyələnir.Yerin  hid-

roloji  vəziyyəti  dünyada  suyun  ümumi  həcminin  dəyişməsilə  deyil, suyun  məkanca  paylanması , xüsusilə  

okeanlarda  və  buzlaqlardakı  su  ehtiyatının  nisbətinin  dəyişməsilə  bağlıdır.Yerdə  buzlaqların  geniş  inkişafı  

zamanı  hidrosferin  suyu  ən  çox  buzlaqlarda (cəmlənir) toplanır  və  Dünya  okeanının  səviyyəsi  aşağı  dü-

şür.Əksinə , okeanın  səviyyəsinin  yüksək  olması  buzlaq  örtüyünün  nisbətən  az  həcmli  olmasına  uyğun  

gəlir.Belə  bir  nisbətin  təzahürü  hazırda  da  müşahidə  olunur.Bu  haqda  iqlimin  dəyişməsinin  nəticələrindən  

bəhs  edərkən  danışılmışdır. 

Qlobal  su  balansının  komponentlərinin  bir  illik  ölçüləri 9.5 saylı cədvəldə verilir, cədvəldən göründüyü 

kimi  planetimizdə  buxarlanan  suyun  cəmi  577  min  km

3  


təşkil  edir. Şübhəsiz  onun  əksəriyyət  hissəsi  

okeanların  payına  düşür. Qeyd  edək  ki, ildə  30  min  km

2

  yaxın  bitkilərin  transpirasiyasına  sərf  olunur, bu  



quru  səthində  buxarlanmanın  cəminin  42 % - ni  təşkil  edir.  

Cədvəl 9.5   

 

Qlobal su balansının bir illik ölçüləri 

 

Su  balansının  elementləri Həcmi,min 

km.kub 

Qalınlığı, mm 

Yağıntı, dünyada  bütövlükdə 577 

1130 

Buxarlanma, dünya  üzrə  bütöv-



lüklə 

577 1130 

Quru  səthinə  düşən  yağıntı 119 

800 


Okean və quru arasında su  müba-

diləsi 


47 320 

o cümlədən okeanlara çay  axımı 42 

280 

 

Dünyanın  su  balansı  komponentlərinə  insan  faliyyətinin  təsiri  hələ dəqiq təyin olunmayıb. Lakin  iqlimin  



sirkuliyasiyası  qlobal  modeli  göstərir  ki, iqlimin  antropogen  dəyişilməsi  qlobal  hidroloji sikldə su mübadi-

ləsinin  intensivliyini  artıracaq . Ayrı – ayrı  regionlarda iqlimin dəyişməsinin  hidroloji  gedişi (vəziyyəti) daha  

böyük  miqyasda  dəyişəcək. 

 

9.5. Qurunun suları 



 

9.5.1. Quru  sularının  əsas  funksiyaları 

Təbiətdə  su, bir  çox  qarşılıqlı  əlaqələrin, o cümlədən  digər  geosferlərin  mərkəzində  dayanır.Cəmiyyətdə  

bir  sıra  iqtisadi, ictimai və  siyasi  problemlərin  böhranlı  faktoru  sayılır.Ekoloji  baxımdan, ümumi  şəkildə  

demək  olar  ki, qurunun  suyu  ekosferdə  üç  əsas  mühüm  funksiyası  daşıyır: 

1.

 

Maddələrin qlobal tsiklində iştirakçı, çox  vaxt  aparıcı  və  birləşdirici  iştirakçı; 



2.

 

Ekosistemlərin , xüsusilə  çay  və  göllərin  indiqatoru;  



3.

 

Ən  geniş  istifadə  edilən  təbii  sərvət. 



Çox  hallarda  su  əsas qlobal  ekoloji  problemlərin hakim  faktoru sayılır. Su  karbon qazı, azot, kükürd, 

fosfor  və  b. elementləri  qlobal  biokimyəvi  tsikllərin  və  böyük  geoloji  tsiklin ekzogen hissəsinin (eroziya-

sedimentasiya tsiklinin) mühüm faktorudur. Qlobal hidroloji tsikl ekosferin əsas həyattəminedici  mexanizmidir. 

Bir  sıra  gərgin  ekoloji  problemlər  su  problemlərilə  əlaqədardır.Antropogen təbii və kənd təsərrüfatı  sis-

temlərin  vəziyyətinin  pisləşməsi, ya  su  rejiminin dəyişməsi  nəticəsində (çox vaxt insanın fəaliyyəti nəticəsin-

də) baş  verir, və ya  əksinə, sistemin  antropogen  dəyişməsi  torpağın  susaxlama  qabiliyyətinin, bitki  tərəfin-

dən  suyun  tutulub  saxlanmasının, torpağın  susızdırma  qabiliyyətinin  və  ona  uyğun  hidroloji  rejimin  də-

yişməsinə  səbəb  olur. 

Su  hövzədə  gedən  prosesləri  birləşdirmək  xüsusiyyətilə  fərqlənir.Bütövlüklə, demək  olar  ki, su  təbiətdə  

bir  çox  qarşılıqlı  əlaqələrin mərkəzində duraraq bənzər  landşaftlarda , insanın  bədənində  qanın  oynadığı  ro-




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə