MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə81/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   77   78   79   80   81   82   83   84   ...   228

 

147


IX Fəsil 

 

SUYUN QORUNMASI 

 

9.1. Su  yer  üzərində  həyatın  əsasıdır 

 

Hələ  antik  dövrdə  ətraf  mühit  haqqında  təbii – elmi  anlayışlar  irəli  sürərkən  Milet  məktəbinin  əsasını  



qoyan  qədim  yunan  mütəfəkkiri  Fales  (eramızdan  əvvəl  642 – 548  illər) təbiətin  bütün  hadisələrini  suyun  

hərəkəti  və  çevrilməsi  ilə  aydınlaşdıraraq  suyu  hər  şeyin  ilk  əsası  sayırdı, Falesin  bu  görüşləri  şübhəsiz  

digər  qədim  mütəfəkkir  -  Platonun (eramızdan  əvvəl  427 – 347  illər) fəlsəfəsinə  də  təsir  göstərdi . Suyun  

dövranı  ideyası  Platona  aiddir. Lakin  o, səhv  təsəvvürə  əsaslanıb  qeyd  edirdi  ki,  Yerin  bütün  səth  suları-

nın  bilavasitə  başlanğıcı  dəniz  suyudur. Lakin  Platonun  suyun  dövranı  haqqındakı  əsas  fikri  o  qədim  

dövr  üçün  dahiyanə  sayılırdı. 

Platonun   şagirdi  -  Aristotel ( eramızdan  əvvəl  384 – 352 – ci  illər)  suyun  dövranı  haqqında  öz  müəl-

limlərinin  fikrinə  böyük  dəyişiklik  etdi. Günəş  istiliyinin  təsirilə  suyun  dəniz  və  okeanların  səthindən  bu-

xarlanaraq   Yerin  yüksəkliklərində  kondensasiya  olunub   yağış   şəklində  düşərək  çayları  qidalandırması   

prosesini  ilk  dəfə  Aristotel  dərk  etmişdir. 

IX – əsrdə  ərəb  alimi  Maqsudi  Aristotelin  suyun  atmosfer  dövranını  təsdiq  edən  olduqca  sadə  və  

inandırıcı  təcrübə  apardı: dəniz  suyunu  buxarlandıraraq  onun  buxarından  şirin ( duzsuz) kondensat  aldı. 

Aristoteldən  sonra  uzun  əsrlər  ərzində  ümumiyyətlə  suyun, torpağın, odun ( atəşin ) və  havanın  qarşılıq-

lı  çevrilməsi  ehtimal  edilirdi  ki, 2  min  il  əvvəl  yaşamış  Hollandiya  kimyagəri  və  fizioloq  İ.Van – Hel-

mont  və  Avisenna ,ingilis  kimyaçısı  R.Boyl  da  bu  mövqedə  durmuşlar. Onlar  suyun  bir  maddə  olması  

haqqında  real  elmi  fikrə  gələ  bilməmişlər .Yalnız  XVIII  əsrin  sonunda  Avropa  fizikləri  əsərlərində  ( 

P.Laplas, A.Lavueze  və  b)  suyun  yalnız  iki  elementin  -  hidrogen  və  oksigenin  birləşməsi  olduğunu  təs-

diq  edərək  onun  digər  maddələrə  çevrilməsi  haqqında  çoxəsrlik  nəzəriyyəyə  son  qoydu . Bu,  suyun  tərki-

bi  və  xassələri  haqqında  müasir  elmin  başlanğıcı  oldu . 

Su  olduqca  qiymətli  sərvətdir. O , üzvi  həyatı  təşkil  edən  maddələr  mübadiləsi  proseslərində  çox  mü-

hüm  rol  oynayır. Suyun sənayedə və  kənd  təsərrüfatı  istehsalında  böyük  əhəmiyyəti  vardır. Torpağın  tərki-

bində  də  su  vardır. Bütün  canlı  orqanizmlərin, bitkilərin, heyvanların tərkibinə su daxil  olur. İnsan  orqaniz-

minin  ümumi  kütləsinin  

3

2



-si,  qanın  80  % - i  sudan  təşkil  olunmuşdur.Bir   çox  tərəvəz və meyvələrin  

kütləsinin  90 – 95 % - i sudan  ibarətdir. Su  olmadıqda  həyat  da  dayanır, çatışmadıqda  bitkinin  məhsuldarlı-

ğı  aşağı  düşür. Bir  çox  canlılar  su  mühitində  yaşayır.  

Su  təbiətdə  dövran  edərək  Yer  səthinin  formalaşmasında  iştirak  edir. Su  müxtəlif  qeyri – üzvi  maddə-

ləri  dağıdaraq , əridərək və daşıyaraq çökmə  süxurların yaranmasına  və  torpağın əmələ  gəlməsinə səbəb olur. 

Su  ucuz  elektrik  enerjisinin  mənbəyidir.Dənizlər  və  çaylarda  nəqliyyat  vasitəsi  kimi  istifadə  olunur. 

Sudan  sənayedə də istifadə olunur. Məsələn, 1 ton  polad  istehsal  etmək  üçün  120 m 

3

, 1 ton  kimyəvi  lif  



istehsalında  isə  2000m

3  


su  sərf  edilir. 

Kənd  təsərrüfatında  sudan  daha  çox  istifadə  olunur, süni  suvarılan 1 hektar topağa  saniyədə  orta  hesab-

la  bir l  su  gedir. Bir  ton  buğda  əldə  etmək  üçün  1500m

3

 , 1 ton  pambıq  becərmək  üçün 10 000m



3

 su  tə-


ləb  olunur .Vegetasiya  dövründə  1 hektar  qarğıdalı  sahəsinə  3000 m

3

 , 1 ha kələm  sahəsinə  8000 m



3

, 1 ha  


çəltik  sahəsinə  isə  12000-20000  m

3

 su  sərf  olunur. 



Əhalinin  məişətinə  də  çoxlu  su  sərf  olunur. İnsan  gün  ərzində  orta  hesabla  2 l su  qəbul  edir. Müxtəlif  

su  mənbələri  və  su  hövzələrindən  müalicə  rekreasiya  məqsədilə  istifadə  olunur. 

Alman  alimi  Hansın  fikrincə  Planetimizdə  içməli  su  həyatın  əsasını  təşkil  edir. 

 



 

148


9.2. Dünyada  suyun  istifadəsi 

 

Akademik A.P.Karpinski yazır: «Su ən qiymətli faydalı sərvətdir. Su nəinki mineral xammal və kənd tə-

sərrüfatının inkişafı üçün vasitədir. O, həm də  mədəniyyətin həqiqi göstəricisi, həyatsız yerə dirilik gətirən 

«canlı qandır». 

Akademik Həsən  Əliyev suyun ekoloji əhəmiyyəti haqqında yazmışdır: «Susuz təbiət də, həyat da ola 

bilməz. Su da çörək kimi hamıya, hər şeyə, həmişə lazımdır». 

 

Dünyanın  müxtəlif  regionlarında  su  ehtiyatlarından  istifadə  növü  olduqca  müxtəlifdir.Sudan  ən  çox  



kənd  təsərrüfatında  istifadə  olunur. Ədəbiyyat  məlumatlarına  görə  kənd  təsərrüfatında hər il  3500-3600 

km

3  



su  işlədilir, bunun  70  faizi  suvarmaya sərf olunur. Kənd  təsərrüfatında  istifadə  olunan  suyun  miqdarı  

sənayedə  olduğundan  3,4-4,0  dəfə  artıqdır.Hazırda  dünyada  250  mln  hektara  yaxın  kənd  təsərrüfatı  bitki-

ləri  və  bağlar , plantasiyalar  suvarılır. Hər  hektara  təxminən  12-14 m

3

  su  verilərsə, suvarmaya  2800 – 3000 



km

3

 su  sərf  olunur. (Nəbiyev, 2000 ) . Dünyada  suvarmaya  sərf  olunan  suyun  miqdarı 9.1 saylı  cədvəldə  



verilir. Cədvəldən  göründüyü  kimi  suvarılan  torpaqların  sahəsi  ən  çox  Asiyada  yerləşir.Praktiki  olaraq  

burada  suvarma  bütün  ölkələrdə  tətbiq  edilir.Suvarılan  sahələrin  əsas  massivləri  kontinentin  cənub  və  

şərqində  yerləşir , onun  çox  hissəsində  çəltik  becərilir.Bununla  belə  Asiyanın  bütün  suvarılan  torpaqları-

nın 


3

2

 – dən  çoxu  yalnız  üç  ölkənin  payına  düşür (Çin , Hindistan  və  Pakistan ) və  təxminən  1000km



3  

 su  


sərf  olunur , bu  dünyada  suqəbuledicilərdən  suvarmaya  işlədilən  suyun  yarısına  qədərini  təşkil  edir. Asi-

yanın  bütün  ölkələrində  suvarmaya  sərf  olunan  suyun  miqdarı  bütün  digər  su  istehlakçılarını  xeyli  ötüb  

keçir  və   təxminən  82 %  təşkil  edir. Avropada  bütövlükdə  bu  rəqəm  30 – u  keçir. 

Cədvəldən  göründüyü  kimi  suvarma  üçün  şirin  su  ehtiyatlarının  xeyli  hissəsindən  istifadə  olunur  və  

onun 

4

3



 - ü  geri  qaytarılmır. Tarlalardan  drenaj  şəbəkəsilə  qayıdan  sular  tarlalarda  alaqlara  və  zərərverici  

həşəratlara  qarşı  işlədilən  müxtəlif  maddələrlə  (pestisidlər)  və  mineral  gübrələrlə  güclü  çirklənməyə  mə-

ruz  qalır. 

Suyun  kommunal  -  məişətdə  istifadəsi. Su  ehtiyatlarının  sərfinin  bu  növündə  şəhər  və  kənd  əhalisi-

nin  sudan  istifadəsi  nəzərdə  tutular. Bu  zaman  suyun  keyfiyyətinə  xüsusi  tələbat  sürülür. Hazırda  əhali  

tərəfindən  istifadə  olunan  suyun  ümumi  həcmi  ildə  250 km

3

  - u  keçmişdir. Lakin  Yer  kürəsi  əhalisinin 4 



% - i sudan  kifayət  qədər, yəni  adambaşına  sutkadakı  300 – 400  litr ( onda  10 % - i  yaxşı  keyfiyyətli  iç-

məli  sudur ) su  işlədilir, Afrikada  və  Asiyada  yerləşən  əhalinin 

3

2

 – i  üçün  sudan  istifadə  10  dəfə  azdır. 



Beynəlxalq   Rio – de – Janeyro (1920)  konfransının  məlumatına  əsasən  inkişaf  etməkdə  olan  ölkələrdə  

hər  üç  nəfərdən  biri  içməli  suyun  çatışmazlığından  əziyyət  çəkir. Xəstəliklərin  80 % - i,  ölüm  hadisələri-

nin 

3

1



 – i  içməli  sudan  istifadə  ilə  bağlıdır. Odur  ki,  səmərəli  istifadə  edilməsi  hesabına  Planetin  bütün  

əhalisinin  yaxşı  keyfiyyətli  içməli  su  ilə  təmin  olunması  mühüm  problem  kimi  qarşıda  durur. Səciyyəvi  

bir  misal: Amerika  ekspertlərinin  məlumatlarına  görə  ABŞ – da  su  kəmərindən  sızaraq  itən  suyun  miqda-

rı  sutkada  adambaşına  120  litr  təşkil  edir, bu  miqdar  su  Hindistan  və  Çində  adambaşına  orta  sutqalıq  

istifadə  olunan  suyun  miqdarına  uyğun  gəlir. 

Suyun  sənayedə  və  energetikada  istifadəsi.  Bu  məqsədlə sudan  iş  prosesində  qızmış  aqreqat , mexa-

nizm , alətlər  və  s. – nin  soyudulması , istehsal  tullantılarının  kənarlaşdırılması, maşın  detal  və  hissələrinin  

yuyulmasında  istifadə  edilir. Sənayedə sudan  həlledici  kimi də  istifadə  olunur, hazır  məhsulun  tərkibinə  

daxil  olur. Bu  sudan  istifadə  növündə  qayıtmayan  suyun  miqdarı  az  olur. Burada  çirkab  sularının  çox  

olması  problem  yaradır. Hazırda  sənaye  və  energetikada  760 km

3

 su  sərf  olunur, bu yalnız  suvarma  suyu-



na  nisbətən  azlıq  təşkil  edir.Dünyada   sənayedə  və  energetikada  sərf  olunan suyun miqdarı 9.2 saylı cəd-

vəldə verilir. 

 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə