MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə84/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   80   81   82   83   84   85   86   87   ...   228

 

156


la  uyğun  rol  oynayır.Qanın  analizi  xəstənin  vəziyyətini  göstərirsə, təbii  suların  kimyəvi  və  fiziki  xüsu-

siyyətləri  hövzədə  gedən  bir  çox  proseslərin  obyektiv  indiqatoru   hesab  olunur. 

Zonal  təbii    proseslər  hidroloji  rejimin  əsas  göstəricilərində əks olunur.Məsələn , rütubətli  tropik  meşə  

zonasında  çaylar  çox  sulu  olub  axımın  qalınlığı  təxminən  1200mm  təşkil edir, yeraltı  axımın  payı  yüksək 

(50 % - ə  yaxın), suyun  temperaturu  da  daim  yüksək (25-27

0

 C) olur. Bu  zonanın  təbii  suları  ultra – şirin  



olub  tərkibində  həllolan  maddələrin  miqdarı  100mq/l – dən  az , hətta  bəzi  hallarda  10mq/l  təşkil  edir, hid-

rokarbonatlı – silisli  sinfə  daxildir, asılı  gətirmələr  çox  az  qatılıqlı  olub  50q/l – dən  az  təşkil  edir. 

Bozqır  zonada  axımın  qalınlığı  az  olub  il  ərzində  50  mm  təşkil  edir.Mövsüm  ərzində  çox  dəyişgən  

olur.Axım  əsasən  ( 80 % ) sutoplayıcı  hövzənin  səthi  ilə  axan  sularla  formalaşır.Suları  şirindir , lakin  tər-

kibində  çoxlu  duzlar ( 1000mq/l – ə  qədər ) olur , hidrokarbonatlı – kalsiumlu , bulanıqlıq  dərəcəsi  yüksək  

olub  500mq/l –ə  qədər  təşkil  edir. 

 

Su  ehtiyatları     

Su ən geniş istifadə olunan təbii ehtiyat hesab olunur. Dünyanın bütün mənbələrindən bir ildə götürülən su-

yun miqdarı 4000 km

3

  təşkil edir. Ən çox istifadə edilən neft və daş kömür kimi  təbii ehtiyatlardan istifadə 



olunması təxminən 3-4 dəfə azdır. 

Dünyanın bərpa olunan su ehtiyatlarından quru səthinə düşən yağıntıların ümumi cəmi təxminən ildə 120000 

km

3

 təşkil  edir. Əgər  bu  suyun  10 % - i təsərrüfatda  işlədilərək  qaytarılmazsa  bu  ekoloji  təhlükə  demək-



dir.Dünyanın  digər  real  bərpa  olunan  ehtiyatı  sayılan  çay  axınları  təxminən  ildə  40 000 km

3

  təşkil  edir, 



onun  12 000 m

3

 həcmindən  asan  istifadə  etmək  olur. 



   İçməli  su  ilə  təmin  olunma  ayrı – ayrı  ölkələr də  kəsgin fərqlənir: Qabonda  adambaşına  328000m

3

 su  



düşür, fars  körfəzi  ölkələrində  isə  praktiki  olaraq  su  ilə  təmin  olunma  sıfra  bərabərdir.adambaşına  500m

3

 



su və  ondan  aşağı  olduqda  aşağı  hədd  hesab  olunur. Adambaşına  1000m

3

  su  adətən  kritik  hədd  sayılır  



və  həmin  ölkədə  su  ehtiyatının  kəskin  qıt  olmasını  göstərir. 


 

157


Cədvəl 9.6 

 

Yerdə çay sularının illik axımı 

 

Qitələr 

İllik  axımın  həc-

mi,km

3

 

 

Axımın  layı, 

mm 

Avropa   

2950 

300 


Asiya   

12860 


286 

Afrika   

4220 

139 


Şimali  və  Mərkəzi Ameri-

ka 


5400 265 

Cənubi  Amerika   

8000 

445 


Avstraliya(Tasmaniya,Şri-

Lanka,Yeni Qvineya,Yeni 

Zenlandiya  ilə  birlikdə) 

1920 218 

Antarktida  ,Qrenlandiya 

 

ilə  birlikdə 



2800 164 

Planetimiz  üzrə  cəmi 38150 

252 

  

Su  təsərrüfatı  ölkənin  bütün  iqtisadiyyatını  müəyyənləşdirir. Misir, Suriya və Pakistanda  su  ilə  təmin  



olunma  səviyyəsi  adambaşına  1200-2200m

3

  təşkil  edir. 



Hazırda  əhalisi 110  mln  olan  15  ölkədə (məlumat  toplanan  145  ölkədə)  su  ilə  təmin  olunma  səviyyə-

si  adambaşına  500m

3

 – dan  aşağıdır. 



Cədvəl 9.7 

 

Əhalinin  adambaşına  il  ərzində  düşən   



su  ehtiyatı (m

3

 – lə ) 

 

Su ehtiyatlarının  miq-



darı  adambaşına  m

3

/il 

Qrupa düşən  

ölkələrin  sa-

yı(1990-cəil) 

2025-ci  ilə  həmin  

qrupa düşməsi  göz-

lənilən  ölkələrin  sa-

yı 

Son  dərəcə  az (< 500)  

15 

26 


Çox  az  (500-1000) 

12 


19 

Az  (1000-1500)  

58 

51 


Orta  (5000-10000) 

12 


10 

Yüksək  (> 10000) 

48 

39 


 

Əhalisi  120  mln  olan  12  ölkənin  su  resursları  aşağı  səviyyədədir (ildə  adambaşına  500 – 1000m

3

 ). Gös-


tərilən  27  ölkədə  su  qıtlığı əhalinin  həyatını  müəyyənləşdirir.Bu vəziyyət  «ya  olum  ya ölüm»məsələsi olub 

dövlətlər onun mühüm strateji  həllini  tapmalıdır. Əhalisi  3,4  mlrd  olan  58  ölkə  su  ehtiyatının  azlığı ildə 

adambaşına 1000-5000m

3

 şəraitində  yaşayır.1990-cı  ilə  dünya  əhalisinin  70 % -ni  təşkil  edən  80  ölkə  su  re-



surslarının  qıtlığı  problemi  ilə  üzləşir. (cədvəl 9.7). 

 



 

158


Øÿêèë 9.1. Éåð êöðÿñèíäÿ èëëèê éàüûíòûëàðûí çîíàë ïàéëàíìàñû  

(Xromov, 1968) 

 

Bunlar  əsasən  inkişaf etməkdə olan ölkələr olub suyun  çatışmaması onların sosial və iqtisadi inkişafına 



mühüm əngəl  hesab  olunur. 

Hazırda dünyanın əhalisi durmadan artmaqda davam edir, mövcud  su  ehtiyatlarının  həcmi  isə dəyişmədi-

yindən  onun  qıtlığı  vəziyyəti  pisləşəcəkdir. 

2025 –ci  ilə  artıq  dünyanın  1,4  mld. əhalisi olan  45  ölkədə  adambaşına  1000m

3

 - dan az su  düşəcəkdir. 



Dünya  əhalisinin dörddə  üçü  qədəri  təxminən  100  ölkədə  suyun  qıtlığı  şəraitində və ya başqa  sözlə  ekoloji, 

iqtisadi  və  siyasi  dayanıqsız təhlükəsi altında yaşayacaqdır. Əgər  təsərrüfatın  idarə  olunmasının mövcud üsul-

ları dəyişilməsə  suyun  keyfiyyətinin  pisləşməsi davam  edəcək  və  vəziyyət  daha  da  mürəkkəbləşəcəkdir. 

 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə