Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə3/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   2   3   4   5   6   7   8   9   ...   160

 

 

 



10 

www.vivo-book.com 

 

– Aydındır, – o, çox sadə danıĢır. Deyəsən, üzündə təbəssüm dolaĢır, 



amma mən əmin deyiləm. 

– ƏyləĢin. – O, ağ, dəri üzlüklü künc divanına yönəlik jest edir.  

Onun  kabineti  bir  adam  üçün  qədərindən  artıq  böyükdür.  Divarı 

büsbütün  əhatə  edən  əks  tərəfdəki  nəhəng  pəncərədə  qara  ağacdan  olan 

bənzərsiz bir iri masa durur, onun ətrafında altı nəfər asanlıqla yer tuta bilər. 

Divanın yanındakı jurnal masası da eyni üslubdadır. Yerdə qalanlar – tavan, 

döĢəmə  və  divarlar  ağ  rəngdədir  –  qapının  yanında  asılmıĢ  otuz  altı  kiçik 

rəsmdən ibarət iri kvadrat mozaika istisna olunmaqla. Sıradan bir, gündəlik 

əĢyalar rəsmlərin üzərində elə dəqiq  çəkilib  ki,  sanki  qarĢındakı  fotolardır. 

Hər Ģey ümumən heyrətamiz görünür, adam heyran qalır. 

– Yerli rəssamdır. Trouton, – deyə baxıĢlarımı izləyərək Qrey izahat 

verir.  


–  Əladır.  Heyrətamizdir,  –  deyə  onun  rəsmlə  bağlı  qeydindən 

utanaraq donquldanıram. 

O, baĢını yana əyir və diqqətlə mənə baxır. 

– Sizinlə tamamilə razıyam,  miss  Stil,  – deyə Qrey  astaca deyir və 

nədənsə sifətim allanır. 

Rəsmləri  saymasaq,  onun  kabineti  soyuq,  təmiz  və  tamamilə 

sterildir. Maraqlıdır, bu – incəliklə mənimlə üzbəüz olan kürsülərdən birinə 

oturan  adam  məhz  Adonisin  daxili  aləminin  inikasıdır?  Gərəksiz  fikirləri 

özümdən  qovmağa  çalıĢaraq  baĢımı  silkələyirəm  və  Keytin  mənə  verdiyi 

suallar siyahısını  çantamdan çıxarıram.  Sonra portativ diktofonu iĢlək hala 

gətirməyə  çalıĢıram.  Heç  nə  alınmır,  onu  iki  dəfə  jurnal  masasının  üstünə 

düĢürürəm.  Mister  Qrey  susur  və  əminəm,  səbirlə  gözləyir,  mən  isə  daha 

çox  həyəcanlanır  və  əsəbiləĢirəm.  Nəhayət,  gözlərimi  ona  zilləmək 

cəsarətini özümdə tapdım. O, bir əlini sərbəst halda dizi üstünə, digər əlini 

çənəsinin  altına,  uzun  Ģəhadət  barmağını  isə  dodağına  qoyaraq,  məncə, 

gülüĢünü boğmağa çalıĢır. 

– Üzr istəyirəm... – Ah, nəhayət, alındı. – Mən hələ alıĢmamıĢam. 

– Tələsməyin, miss Stil, – deyə Qrey dillənir. 




 

 

 



11 

www.vivo-book.com 

 

– Cavablarınızı əllə yazsam, etiraz etməzsiniz? 



–  Böyük  çətinliklə  diktofonu  qoĢa  bildikdən  sonra?  Siz  hələ 

soruĢursunuz? 

Yanaqlarıma boya axır. Gözümü döyürəm, nə deyəcəyimi bilmirəm. 

O, deyəsən, mənə yazığı gələrək, yumĢalır: 

– Mən əleyhinə deyiləm. 

– Keyt, yəni miss Kavana, müsahibənin məqsədlərini sizə deyibmi? 

–  Hə,  müsahibə  tələbə  qəzeti  üçündür,  çünki  mən  buraxılıĢ 

mərasimində diplomları təqdim etməliyəm. 

Aha!  Mənimçün  bu,  yenilikdir  və  yaĢca  azca  böyük  adamın  mənə 

necə  diplom  təqdim  etməsini  əsəbi  halda  təsəvvürümə  gətirirəm.  Dəxli 

yoxdur,  qoy  lap  super  uğur  qazanmıĢ  adam  olsun.  QaĢqabağımı  tökürəm, 

sürüĢüb  əldən  çıxa  biləcək  daha  yaxın  vəzifənin  icrası  üçün  diqqətimi 

toplamağa çalıĢıram. 

– YaxĢı. – Ağzımın suyunu uduram. – Sizə bir neçə sualım var. 

Yenə də sözəbaxmaz telimi qulağımın ardına keçirirəm. 

–  Təəccüblənmirəm,  –  deyə  o,  sakit  tərzdə  dillənir.  Hə,  bu  mister 

Qrey mənə lağ edir! Yanaqlarım  yanır, boyca hündür  görünmək və inamlı 

təsir  bağıĢlamaq  üçün  düz  oturmağa  və  çiyinlərimi  düzəltməyə  çalıĢıram. 

Xalis peĢəkar görkəmi ilə diktofonun düyməsini basıram. 

–  Çox  gəncsiniz,  bununla  belə,  öz  imperiyanıza  sahibsiniz.  Öz 

uğurunuzla nəyə borclusunuz? 

O, mərhəmətlə gülümsəyir, amma bir qədər məyus görünür. 

–  Biznes  –  insanlar  deməkdir,  miss  Stil  və  mən onlardan  yaxĢı  baĢ 

çıxarıram.  Mən  bilirəm  insanları  nə  maraqlandırır,  onlar  nəyə  sevinirlər, 

onları  nə  ilhamlandırır  və  onları  necə  həvəsləndirmək  olar.  Mənim 

Ģirkətimdə  əvəzolunmaz  mütəxəssislər  iĢləyir  və  mən  onlara  yaxĢı  maaĢ 

verirəm. – O susur və diqqətlə mənə baxır. – Məncə, hər hansı bir iĢdə uğur 

qazanmaq  üçün  ona  dərindən  yiyələnməlisən,  onu  daxildən  ən  xırda 

təfərrüatlarına qədər öyrənməlisən. Buna görə də mən çox iĢləyirəm. Qəbul 

elədiyim  qərarlar  faktlara  və  məntiqə  söykənir.  Mənim  dəyərli  ideya  və 




 

 

 



12 

www.vivo-book.com 

 

yaxĢı  əməkdaĢ  seçməkdə  təbii  vergim  var.  Nəticə  həmiĢə  insanlardan 



asılıdır. 

– Bəlkə sadəcə bəxtimiz gətirib? – Bu, Keytin suallarındandır, amma 

o, elə təkəbbürlüdür ki! 

Mən onun gözlərində heyrətin doğuĢunu görürəm. 

–  Mən  təsadüfə,  yaxud  bəxtə  bel  bağlamıram,  miss  Stil.  Nə  qədər 

çox  iĢləyirəmsə,  o  qədər  də  bəxtim  gətirir.  Əsas  məsələ  ondadır  ki, 

komandaya  düzgün  adamları  yığasan  və  onların  enerjisini  lazımi  axara 

yönəldəsən.  Deyəsən,  Harvi  Fayrstoun  deyib:  ―Lider  qarĢısında  duran  ən 

möhtəĢəm vəzifə insanların böyüməsi və inkiĢafıdır‖. 

–  Siz,  deyəsən,  diktatorsuz.  –  Sözlər  təmkinimdən  irəlidə  gedir. 

Dodağımdan qopur. 

– Hə, mən hər Ģeyi nəzarətimdə saxlamağa çalıĢıram, miss Stil. 

Mister  Qreyin  sözlərində  bir  damla  belə  zarafat  yoxdur.  Ona 

baxıram, o da heç halını pozmadan baxıĢlarını düz gözümə zilləyib. Ürəyim 

bərkdən döyünməyə baĢlayır, yenə qızarıram. 

Niyə mən bu qədər utanıram? Bəlkə ona görə ki o, misilsiz dərəcədə 

yaraĢıqlıdır?  Yaxud  onun  gözlərindəki  parıltıdan?  Ya  da  o,  Ģəhadət 

barmağını üst dodağına toxundurduğu üçün? YaxĢı olardı ki, o belə etməsin. 

– Bundan baĢqa, mütləq hakimiyyətə o adam malik olur ki, qəlbinin 

dərinliklərində insanlara hökm vermək üçüm doğulmasına dair əminlik var, 

– deyə mister Qrey asta səslə söhbətə davam eləyir.  

– Siz mütləq hakimiyyəti hiss edirsiniz? 

―Xalis diktatordur a!‖ 

– Mən qırx min adama iĢ  verirəm,  miss  Stil,  buna görə də özümdə 

müəyyən  məsuliyyət  hiss  eləyirəm.  Buna  hakimiyyət  də  deyə  bilərsiniz: 

istəyirsinizsə.  Əgər  birdən  telekommunikasiya  biznesinin  məni  artıq 

maraqlandırmadığını  hiss  eləsəm  və  onu  satmaq  qərarına  gəlsəm,  onda  bir 

ay sonra, yaxud təxminən bu qədər müddətə iyirmi min adam artıq ev üçün 

krediti ödəmək qabiliyyətində olmayacaq. 

Heyrətdən gözlərim kəlləmə çıxır. Bu, tam insafsızlıqdır. 




Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə