Microsoft Word aliyeva gulsen docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə13/29
tarix14.09.2018
ölçüsü0,55 Mb.
#68242
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

 

37 


 

  Azərbaycan Respublikası qanunvericiliyi sığortabtəşkilatlarının eyni vaxtda 

həm həyat sığortası ,həm də həyat sığortasından başqa digər sığorta növləri 

üzrə əməliyyatların həyat keçirilməsini qadağan etməmişdir.Belə ki,bir çox 

ölkələrdə  sığorta fəaliyyətinin bu iki sahəsinin ayrılmasının qanunverici 

praktikası yayılmışdır:sığorta təşkilatı ya həyat sığortasını ,ya da həyat 

sığortasından başqa digər sığortaları həyata keçirmək hüququna malikdir. 

Həyat sığortasında onun ayrılmasının əsas səbəbi ,məhz həmin növ sığortanın 

uzunmüddətli olmasıdır.  Qanunverici bu cür ayırmalar aparmaqla sığortalı-

polissaxlayanlar üçün müəyyən səviyyədə təminatlara nail olmağa 

çalışır.Sığortalıların –polissaxlayanların əsas kütləsi isə fərdi sığorta xidməti 

istehlakçılarıdır.Bu cür istehlakçı barədə danışmaqla başa düşmək lazımdır 

ki,həyat sığortasının uzunmüddətli polisləri əhalinin sosial müdafiəsinin və 

sosial təminatının ümumi sisteminin əsas elementlərindən biridir.Ona görə də 

qanunverici  sığorta xidmətlərinin fərdi istehlakçılarının xeyli miqdarının 

mənafelərini müdafiə etmək məqsədi ilə bu sığorta fəaliyyəti növünü başqa 

sığorta növlərinin iqtisadi göstəricilərinin və amillərinin təsirindən 

qoruyur,xüsusilə də yüksək və ya kiçik müvəqqəti zərərlilik səviyyəsinin 

diapozonu xarakterik olanları(avtosığorta,aviasiya sığortası və s.) 

    Bunlarla yanaşı bir sıra texnoloji sığorta izahatları da mövcuddur,onlardan 

ə

saslarını aşağıda göstərək:həyat sığortasında və həyat sığortasından başqa  



digər sığorta növləri üzrə sığorta ehtiyatlarının yaradılması da bir-birindən 

fərqlənir.Bundan başqa,sığorta ehtiyatlarını örtən aktivlərin investisiyalaşdırma 

obyektlərinin eynilik ( adekvatlıq) prinsipinə riayət edərək ,sığorta 

öhdəliklərinin (qısamüddətli öhdəliklər)- qısamüddətliləri 

investisiyalaşdırmanın tez çevrilə bilən obyektlərinin ,uzunmüddətli öhdəliklər 

–investisiyalaşdırmanın uzunmüddətli yüksək etibarlı obyektlərinin tərkibini 

nəzərə alaraq və həyat sığortası üzrə əməliyyatları həyata keçirən sığorta 

təşkilatlarının investisiya siyasəti də həyat sığortasından başqa digər sığorta 

növləri ilə məşğul olan şirkətdən fərqlənir. 



 

38 


 

 Sığorta təşkilatı könüllü sığortanın müxtəlif növlərini həyata keçirməyi 

nəzərdə tutur və ilk dəfə lisenziya almaq üçün müraciət edirsə,onda həmin 

təşkilatmüvafiq sığorta növləri üzrə sığorta qaydalarını ,sığorta tariflərinin 

hesablamalarının və iqtisadi cəhətdən əsaslandırmanı ,biznes planı 

,təkrarsığorta üzrə planı və s.sığorta sənədləri ilə yanaşı təsisetmə sənədlərini 

,vergi və digər dövlət orqanlarında qeydiyyatdan keçməsi və uçota durması 

barədə şəhadətnaməni ,nizamnamə kapitalının ödənilməsinin (100%) təsdiq 

edilməsi ,təşkilatın rəhbərləri ,onların sığortada fəaliyyət təcrübəsi barədə 

məlumatları sığorta nəzarəti orqanına göndərir. 

 Əgər sığorta təşkilatı fəaliyyət növləri siyahısını genişləndirmək məqsədi ilə 

lisenziya almaq üçün müraciət edirsə ,onda həmin təşkilat bu fəaliyyət növləri 

üçün üstünlük təşkil edən  “sığorta”  sənədlərini ,habelə müəyyən olunmuş 

normativ qiymətlərəsığortaçının aktiv və öhdəliklərinin uyğun olmasına 

,qanunvericiliyin tələblərinin sığortaçı tərəfindən icra edilməsi nöqteyi-

nəzərindən ,sığorta fəaliyyətinin genişləndirilməsi üçün imkan verən sığorta 

təşkilatı öhdəliklərindən kifayət qədər sərbəst olan aktivlərin mövcud olmasına 

böyük diqqət verən maliyyə ( o cümlədən mühasibat) sənədlərini təqdim 

edir.Bununla əlaqədar bu cür sərbəst aktivlərin  həcmi həmin və ya digər 

sığorta fəaliyyəti növü üçün icazənin alınması imkanını şərtləşdirir:onlar 

“sadə” (ayrıca risk üzrə sığortaçının öhdəliklərinin həcmi və strukturunun 

mümkünolma nöqteyi-nəzərindən ) sığorta növlərini həyata keçirmək üçün 

kifayət edə bilər,lakin həcmli (kompleks ,kombinə edilmiş) sığorta növləri ilə 

məşğul olmaq üçün tamamilə kifayət etmir. 

 Sığorta ehtiyatları ciddi məqsədli  təyinata malikdir.  Sığorta əməliyyatlarının 

maliyyə sabitliyini təmin etmək  məqsədi ilə ,habelə sığortaçılar xüsusi 

sahibkarlıq məqsədlərini həyata keçirmək üçün sığorta ehtiyatlarını örtən 

aktivləri investisiyaya qoyurlar və başqa qaydada yerləşdirirlər. 

 Sığortaçının tədiyyə ödəmə qabiliyyəti – bu sığorta təşkilatının götürdüyü 

,yəni bağlanmış sığorta müqavilələrindən ,habelə səhmdarlar,vergi orqanları və 




 

39 


 

s. qarşısında götürdüyü öhdəliklərdən irəli gələn sığorta öhdəliklərinin icra 

edilməsinin maliyyə imkanıdır.Dövlət sığorta orqanı üçün tədiyyə ödəmə 

qabiliyyəti sığortaçının fəaliyyətinin əsas göstəricilərindən biri hesab edilir.  

   Aktivlər və qəbul edilmiş sığorta öhdəlikləri arasında normativ nisbətlərə 

riayət edilməsi isə hər şeydən əvvəl sığorta öhdəliklərinin icra edilməsinə nail 

olmaqdır. 

II Fəsil.Sığorta təşkilatlarının maliyyəsinin formalaşmasının 

mövcud vəziyyətinin təhlili və qiymətləndirilməsi 

2.1. Sığorta təşkilatlarının gəlir və xərclərinin təhlili 

Sığorta təşkilatları digər sahibkarlıq strukturları kimi öz fəaliyyətlərindən 

müəyyən gəlir əldə etməlidirlər. Sığortaçı tərəfindən sığorta və qanunvericilik 

ilə qadağan edilməmiş digər fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə 

etdiyi vəsait üzrə toplanmış məbləğ sığortaçının gəliri adlanır. 

  Müasir  təcrübədə sığortaçıların gəlirinə aşağıdakılar aid edirlər: 

     -Sığorta mədaxili; 

    - Sığorta fəaliyyətindən əldə olunan digər gəlirlər; 

    - Digər fəaliyyətlərdən əldə olunan gəlirlər. 

 Sığorta mədaxili aşağıdakılardan təşkil olunmuşdur: 

   -Sığorta müqaviləsinə əsasən sığorta haqları üzrə gəlir, sığorta ödənişlərini 

,sığorta ehtiyatına daxil edilən hesablaşmaları və yenidənsığortaya təqdim 

edilən müqavilə üzrə sığorta haqlarını nəzərə almaqla yenidənsığorta ; 

  -Sığorta ehtiyatlarının qaytarılma məbləği; 

  -Komissiyon  mükafatlar və tantyemalar; 

  -Yenidənsığortaçılar tərəfindən sığorta ödənişləri üzrə payların ödənilməsi; 

  -  TS üzrə işlərin həyatankeçirilməsinə yönəldilən vəsaitlərin qənaəti. 

  Sığorta fəaliyyətindən əldə olunan digər gəlirlərə aşağıdakılar daxildir: 

    -Sığorta ehtiyartları və digər vəsaitlıərin yerləşdirilməsindən əldə olunan 

gəlirlər 

   -Depo mükafatlarına hesablanan faizlərin məbləği; 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə