Microsoft Word aliyeva gulsen docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə4/29
tarix14.09.2018
ölçüsü0,55 Mb.
#68242
1   2   3   4   5   6   7   8   9   ...   29

 

10 


 

məqsədi ilə “ Məhkəmə və hüquq- muhafizə orqanları işçilərinin dövlət icbari şəxsi 

sığortası haqqında” əhalinin sağlamlığının qorunması, onların sosial müdafiəsinin 

güləndirilməsi və respublika əhalisinin tibbi yardım və dərman təminatı alması 

məqsədi ilə “Tibbi sığorta haqqında AR-nın qanunları qəbul edildi.  

2000-ci ildə qəbul olunun məcəllələrdən biri olan Mülki Məcəllədə xüsusi bir fəsil 

sığorta münasibətlərinə həsr edildi. Bununla da mülki hüquq münasibətləri kimi 

sığortanın əsas müddəaları öz əksini tapdı. 2001-ci ildə Nazirlər Kabinetinin qərarı 

ə

sasında sığorta şirkətlərinin nizamnamə kapitallarının minimum məbləğləri 2 



milyard  man, təkrar sığortaçılar üçün isə 5 miyard müəyyənləşdirildi. Bunun 

nəticəsində bəzi zəif və qeyr-ciddi sığorta şirkələri bazarı tərk etdi, bazarın gücü daha 

da artdı. Sığorta bazrına nəzarət səlahiyyətələri Maliyyə Nazirliyinin sərəncamına 

verlidi və keçmiş Nazirlər Kabineti yanında Dövlət sığorta Nəzarəti (1991-ci ildə 

yaradılıb) ləğv edili. 2002-ci ildə sığorta sahəsində daha 2 qanun qəbul edildi. Belə 

ki, ətraf mühitin qəza nəticəsində çirklənməsi zamanı əhalinin həya \t və 

sağlamlığına, əmlaka və ətraf mühitə vurulan zərərə görə “  cbari Ekolojo sığorta 

haqqında” və dövlət qulluqçularının sosial müdafiəsini təmin etmək məqsədi ilə 

“Dövlət qulluqçularının icbari sığortası haqqında” qanunlar qəbul edildi. Elə həmin 

ildə baş vermiş təbii fəlakətlər nəticəsində kənd təsərrüfatına külli miqdarda ziyan 

dəyidiyni və belə olan hallarda zərərin əvəzinin ödənilməsi üçün dövlət vəsaiti ilə 

yanaşı sığortadan alternativ mənbə kimi istifadə edilməsinin zəruriliyi ilə əlaqədar 

“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun qəbul edildi. 

2003-cü ildə sığorta sahəsində aparılan islahatların davamı olaraq sərnişinlərin 

müdafiəsini güləndirmək məqsədi ilə “sərnişinlərin icbari sığortası haqqında” qanun 

qəbul olundu. Daşıyıcıların hesabına həyata keçirilən sığorta mülki avesiya sahəsində 

beynəlxalq təcrübədən irəli gələn social yönümlü bir addım oldu. Daha sonra 

“Yanğından icbari sığorta haqqında” qanun qəbul olundu. Həmi qanuna əsasən  

sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər öz əmlaklarını və mülki  



 

11 


 

məsuliyyətlərini yanğından icbari sığortalamalıdırlar ki, bud a stabil və dinamik 

inkişaf üçün sahibkarların maliyyə təhlükəsizliyini təmin edən əsas nomativlərdən 

biridir. 

2007-ci ilin sonunda “ Sığorta fəaliyyəti haqqında” AR qanunu qəbul edildi.Daha 

sonra 2010-cu il iyul ayının 3-də ‘Ìstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri 

nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında‘ 

qanun qəbul edildi. 

Yuxarıda adlarını çəkdiyimiz bütün bu islahatların əsas məqsədi milli sığorta 

sisteminin qloballaşan dünya sığorta sisteminə inteqrasiyası məqsədi ilə aparılmışdır.  

Bütün bu islahatların nəticəsində ölkəmizdə sığorta sisteminin inkişaf tempi 

durmadan artır.Hal-hazırda ölkəmizdə sığorta bazarı çox vacib və olduqca maraqlı 

inkişaf mərhələsindədir.Hal-hazırda 2014-cü ilin yanvarın 1 tarixinə sığorta bazarının 

peşakar iştirakçılarının strukturu aşağıdakı kimi olmuşdur.  

 

Cədvəl  1 



01.01.2014-cüil vəziyyətinə sığortaçılar haqqında məlumatlar 

 

 



Fəaliyyət göstərən sığortaçılar 

28 


O cümlədən 

 

Milli sığortaçılar 



22 

Birgə sığortaçılar 

O cümlədən  



 

Azərbaycan- ngiltərə 

Azərbaycan-Türkiyə 



Azərbaycan- ran 

Azərbaycan-ABŞ 



Azərbaycan-Rusiya 

Broker kontorları 






 

12 


 

Cədvəldən göründüyü kimi 2014-cü il yanvar ayının 1-nə ölkəmizdə fəaliyyət 

göstərən sığorta təşkilatlarının sayı 28 olmuşdur.1999-cu iliə müqayisədə 

sığortaçıların sayı təxminən 50% azalmışdır.onu da qeyd edək ki ,1999-cu ildə 

ölkəmizdə 62 sığorta təşkilatı fəaliyyət göstərirdi.Hazırda şirkətlərin sayının 

azalmasını kəmiyyət dəyişiliklərinin keyfiyyət dəyişiliklərinə keçməsi kimi 

adlandırmaq olar.Yəni sığorta şirkətlərinin minimum nizamnamə kapitalının 

müntəzəm olaraq artırılması barədə hökumət tərəfdən qoyulan tələblər nəticəsində 

məhdud maliyyə resurlarına malik olan şirkətlər bazarı tərk edərək öz yerlərini daha 

sağlam şirkətlərə buraxırlar.Onu da qey edək ki , qlobal maliyyə böhranı şəraitində 

dövlət tərəfindən “daha güclü yaşayır” siyasətinin aparılması ilə əlaqədar  sığorta 

bazarında möhkəmlənmək üçün maliyyə resursları axtaran sığortaçılar arasında 

birləşmə meylləri artırılmalıdır və bununla da onlar öz kapitallarını birləşdirərək 

nizamnamə kapitalının minimum məbləğinə dair tələbləri yerinə yetirə bilərlər.Lakin 

bu meyl hələ ki yoxdur. 

   Onu da qeyd edək ki, son illərdə sığorta xidməti sahəsində aparılan tənzimləmə və 

nəzarət tədbirləri nəticəsində  ÜDM-da sığorta xidmətlərinin xüsusi çəkisi ildən-ilə 

artmışdır. Belə ki ,bu göstərici  1992-ci ildə 0,12 %  təşkil etdiyi halda ,2008-cı ildə 4 

dəfə artaraq 0,48 % təşkil etmişdir. ndi hal-hazırda bu göstərici 0,61 % 

olmuşdur.Əhalinin hər nəfərinə düşən sığorta haqqı məbləği isə 1995-ci ildəki 0,74 

manatdan 54,3 manata çatmışdır. 

   Lakin bütün bunlara baxmayaraq ölkəmizdə sığorta işinin inkişafı hələ də 

qənaətbəxş edən deyildir. Yəni sığorta bazarı tam gücü ilə işləmir.Ölkəmizin sığorta 

potensialı mövcud vəziyyətlə müqayisədə çox böyükdür və qarşıda duran əsas vəzifə 

sığorta təşkilatları arasında həqiqi rəqabətin yaradılması ,regionlarda  yerli sığorta 

maraqlarının ödənilməsini təmin edən yerli sığorta bazarlarının 

yaradılması,təkrarsığorta sistemini yaratmaq  və s. kimi tədbirlər nəticəsində  bu 

sahənin yüksək səviyyədə inkişafını təmin etməkdən ibarətdir.Çünki ölkə 

iqtisadiyyatının dinamik inkişafının əsas amillərindən biri məhz geniş əhatəli sığorta 

təminatının olmasıdır. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə