Microsoft Word aliyeva gulsen docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə5/29
tarix14.09.2018
ölçüsü0,55 Mb.
#68242
1   2   3   4   5   6   7   8   9   ...   29

 

13 


 

   Azərbaycan sığorta bazarının gələcək inkişafı üçün sığortanın icbari növləri üzrə 

qanunvericiliyin təkmilləşdirilməsi ,sığorta şirkətləri üçün ixtisaslı aktuariləri 

hazırlanmasının təmin edilməsi, sığorta məsələlərində əhalinin maarifləndirilməsinin 

, eləcə də, sığorta xidmətləri üzrə istehlakçıların hüquqlarının müdafiəsinin təmin 

edilməsi nəzərdə tutulmuşdur. 

    Ümumiyyətlə, Azərbaycanda sığorta biznesi nikbin qiymətləndirilir . Ümid edilir 

ki, bu sahədə aparılan islahatlar nəticəsində sığorta bazarı yaxın illərdə respublika 

iqtisadiyyatında mühüm yer tutacaqdır. 

 

1.2. Sığortanın mahiyyəti və prinsipləri 

 

Sığorta iqtisadi anlayış olmaqla ,iqtisadi fəaliyyət sahələrinin və cəmiyyətin 



inkişafında mühüm rol oynayır və bazar iqtisadiyyatı şəraitində özünü bu istiqamətdə 

daha qabarıq şəkildə biruzə verməkdədir.Belə ki,müasir  şəraitdə sığorta ölkənin 

investisiya potensialının artmasına,dövlətin  iqtisadi mənafelərinin müdafiəsinin 

təmin edilməsində ,əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında  və 

s.geniş imkanlar yaradır. 

Bəşəriyyətin tarixi inkişafına nəzər saldıqda aydın olur ki,məhz məhsuldar qüvvələrin 

artımı  sığorta işinin formalaşmasını və inkişafı zərurətini  yaratmışdır.Hər bir ictimai 

–iqtisadi formasiyanın əsasını istehsal münasibətləri  və məhsuldar qüvvələrin 

vəhdətini əks etdirən müəyyən istehsal üsülü təşkil etdiyindən, məhsüldar qüvvələrin 

təsiri altında istehsal vastələri ilə  biliyə, istehsal təcrübəsinə malik olan cəmiyyətdə 

ə

ldə  edilən əmlakın və əmlak mənafelərinin müdafiəsi sahəsində yeni münasibətlər- 



sığorta münasibətləri formalaşmağa başlamışdır. Belə ki,sığortanın təmin etdiyi 

müdafiənin  axtarışı çoxdan başlanmışdır. Kommersiya sığortası ilə bağlı ilkin izlər 

eramızdan 3000 il əvvələ,Babillilərin dəniz ticarəti üzrə borc sistemindən istifadə 

etdiklərivaxta gedib çıxır. Eramızın 1-ci əsrində Çin tacirləri də risklərdən müdafiə 

sistemini fikirləşib tapmışdılar.7-ci əsrdən başlayaraq  slam hüququnda qarşılıqlı 

yardımlaşmanın müxtəlif mexanizmləri mükəmməl sığorta  ünsürlərini ortaya 




 

14 


 

qoymuşdur.(Hal-hazırda bir çox ölkələrdə ‘‘təkaful ‘‘ adlanan,bir çox ölkələrdə 

sürətlə yayılan və inkişaf edən  slam sığortası mövcuddur.) 12-ci əsrdə  taliyanın 

ş

imalında tacirlər tərəfindən sığorta aparılması kimi məlumatlar var.16-cı əsrin 



sonlarına yaxın  ngiltərədə dəniz gəmiçiliyinin sığortası təcrübəsi artıq təşəkkül 

tapmışdır.Tacirlər və sığortaçılar  Londonun ətrafındakı qəhvə evlərində toplaşıb öz 

işlərini qururdular .Bu qəhvə evlərindən biri də Eduard Loydda məxsus idi. Hazır ki, 

məşhur Lyod Korperasiyasının adı E.Lyodun adından götürülüb.  

Göründüyü kimi gəmilərin və onların yüklərinin sığortası sığortanın ən qədim 

növüdür.  

16-cı əsrin sonları 17-ci əsrin ortalarında Britaniyada həyat sığortası və yanğında 

sığortada inkişaf etməyə başlamışdır. O zamandan 19-cu əsrin 50-ci illərinə qədər 

Avropada yalnız yuxarda qeyd olunan sığorta sinifləri var idi. Artiq 19-cu əsrin 

ortalarından etibarən Sənaye  nqilabının təsiri duyulmağa başladı. Kənd 

təsərrüfatından sənaye əsaslı cəmiyyətə keçid prosesində böyük fabriklər tikilir, 

insanlar yeni şəhərlərə köçməyə başlayır, sənaye və ticarət inkişaf edirdi. Bütün 

bunlar yeni risklərin meydana çıxmasına səbəb oldu və nəticədə sığortanın yeni 

növlərinə tələbat yarandı. Fərdi qəza sığortası, buxar qazanlarının parlayışınan 

sığorta, istehsalat zədəsi, oğurluq sığortası kimi sığorta növləri yarandı və inkişaf 

etdi. 


Sənaye inkişaf etdikcə sığortaya tələbatda artmaqda davam edir, rabitə peykləri, 

kompyuterlər, terrorçuluq kimi “yeni” risklər də artıq sığortalanır. Bütün bunlar o 

deməkdir ki, risklər meydana çıxan kimi sığorta müdafiəsinə tələbat  da yaranır.  

   Beləliklə,sığorta bazar iqtisadiyyatının dinamik inkişaf edən sahələrindən 

biridir.Özünün  obyektiv qanunları olan bazarın mövcud olduğu yerdə  mütləq risk 

vardır.Risk olan yerdə isə sığorta olmalıdır.Deməli, sığorta müəyyən hadisə baş 

verdikdə arzuolunmaz (mənfi) nəticələrin risk dərəcəsinin aşağı salınması əsas 

metodudur. Bilmək lazımdır ki,heç də  bütün risklər sığortalanmır. Sığortanın 

üstünlüklərindən faydalana bilmək üçün baş verməsi ehtimal  edilən risklər müəyyən 

xüsusiyyətlərə malik olmalıdır: 




 

15 


 

1)

  Riskin baş verməsi nəticəsində dəyən zərərin həcmi pulla ölçülə bilinən 



olmalıdır.Məsələn,binanın zədələnməsi,gəlirdən məhrum olma  və ya məhkəmə 

tərəfindən müəyyən edilmiş təzminat müəyyən bir məbləğlə ifadə edilir. 

2)

  Sığortalanan risklə bağlı baş vermiş kifayət qədər çoxlu sayda hadisələr 



olmalıdır.Belə ki ,sığorta şirkəti ona görə təminat  verə bilər ki, o,məruz qalmaq 

ehtimalı çox olan risklər üzrə ümumu daxıl yaradır və daxılın  çox az üzvü hər 

hər hansı bir ildə zərər çəkir.Hər hansı bir riskə məruz qalmaq ehtimalı az 

olduqda isə belə bir əməliyyat aparmaq çox sadəlövhbir addım olardı,çünki bu 

halda daxılda çox kiçik bir məbləğ toplanır,bunun müqabilində isə hətta bir risk 

real hadisəyə çevrildiyi halda tələb olunan sığorta ödənişinin həcmi toplanan 

sığorta haqlarından çox olur. 

3)

  Sığortalanan risklərin digər bir səciyyəvi cəhəti odur ki,nəticədə heç bir qazanc 



və ya gəlir əldə olunmur.Yalnız dəymiş zərər ödənilir. 

4)

  Başqa bir cəhət ondan ibarətdir ki,baş verən itki təsdüfi olmalıdır.  



5)

  Riskin sığortalanması tələblərdən biri də onun ictimaiyyətə zərərli bir əməlin 

nəticəsi olmamasıdır.Yəni ,məhkəmə tərəfindən müəyyən edilmiş cərimədən 

sığorta heç də cəmiyyət üçün faydalı və düzgün əməl olmazdı.Cərimə bir cəza 

növüdür və qanuna zidd hərəkət etmiş insanın aldığı cəzadan sığorta vasitəsilə 

qurtulması bu kimi əməlləri yenidən etməyə stimul ola bilər. 

6)

  Sığorta şirkəti tərəfindən tələb olunan sığorta haqqı ağlabatan məbləğdə 



olmalıdır ki,bu da sığortalanmalı risklərə müəyyən məhdudiyyət qoyur.Tez-tez 

reallaşan risklərdən sığortalanmaq üçün daha yüksək sığorta haqqının tələb 

olunması  kifayət qədər ağlabatandır. 

7)

  Nəhayət ,sığortalanan riskin reallaşması nəticəsində itki baş verdiyi halda 



sığortalının zərər çəkmə ehtimalı olmalıdır. 

Sığorta riskləri - əmlak, maliyyə, iqtisadi, siyası, təbii riskləri formalarında olur. 

Ə

mlak riski - əmlakın yanğından, daşqın, zəlzələ və digər fəlakətlərdə təsadüfən 



məhfi və ya zədələnməsi mümkünlüyüdür. Maliyyə riski – kredit sövdələşməsində 

olan risk,tədavül xərclərinin, infilyasiya prosesi nəticəsində istehsal xərclərinin 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə