Microsoft Word aliyeva nigar docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix07.11.2017
ölçüsü0,69 Mb.
#8781
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

 

 

28 



 

Ə

gər  ölkənin  iqtisadi  imkanları  varsa  və  aparılan  siyasət  gəlirlərin  ədalətlə 



bölüşülməsinə və sosial proqramların həyata keçirilməsinə xidmət edirsə, bu halda 

həmin ölkənin vətəndaşları sağlam və savadlı olmalıdırlar. 

Davamlı  insan  inkişafını  qiymətləndirmək  üçün  bir  neçə  əmsal  qəbul 

edilmişdir. Onlardan ən ümumiləşdirilmişi  nsan  nkişafı Əmsalıdır ( Ə). 

nsan  nkişaf  Əmsalı  ölkə,  onun  ayrıca  bölgələri  və  yaxud  bir  qrup  ölkələr 

üçün  hesablanır.  nsan  nkişaf  Əmsalı  ölkə  əhalisinin  bir  hissəsi  üçün,  məsələn, 

qaçqın  və  köçkünlər,  ayrıca  etnik,  yaxud  irqi  və  dini  qruplar  üçün  də  hesablana 

bilər.  Əmsalın  hesablanaması  zamanı  sağlamlıq,  təhsil  və  iqtisadi  göstəricilər 

nəzərə  alınır.  Sağlamlıq  göstəricisi  kimi  uzunömürlülük  və  bir  yaşına  qədər  olan 

körpələr arasında ölüm halları nəzərə alınır.  qtisadi imkanları olan və bu imkanları 

insan  rifahının  yaxşılaşdırılmasına  yönəldilmiş  siyasəti  həyata  keçirən  ölkələrdə 

ömür  uzun,  uşaq  ölümü  isə  aşağı  səviyyədə  olmalıdır.  Dərc  edilmiş  məlumatlara 

ə

sasən orta ömür bəzi Afrika və Asiya ölkələrində 40 ildən bir qədər çox olduğu 



halda, bir çox inkişaf etmiş ölkələrdə bu rəqəm 2 dəfəyə qədər artıq ola bilir. Belə 

ölkələrə  Yaponiya,  Şimali  Avropa  ölkələri,  ABŞ,  Kanada  aiddir.  Azərbaycan 

Respublikasında  orta  ömür  müddəti  71,9  və  bu  göstərici  kifayət  dərəcədə 

yüksəkdir.  Lakin  Azərbaycanda  mövcud  olan  ənənəvi  uzunömürlülük,  aparılan 

iqtisadi  və  sosial  islahatlar  bu  göstəricinin  artması  üçün  şərait  yaradır.  Uşaq 

ölümünə  gəldikdə  isə  dünyada  hər  1000  doğulmuş  uşaqdan  ölənlərin  sayı  4-dən 

(Norveç) – 190 arasında (bəzi Afrika ölkələri) dəyişə bilər. 

Davamlı  insan  inkişafını  səciyyələndirən  sağlamlıq  ilə  əlaqədar  olan  digər 

ilkin tibbi xidmətlərə əli çatışmayan əhalidir. Təəssüf ki, dünyada bu kateqoriyaya 

aid  olan  əhaliyə  bəzi  ölkələrdə  rast  gəlinir.  Bu  göstərici  adətən  inkişafda 

yoxsulluğun səviyyəsinin müəyyən edilməsi zamanı nəzərə alınır. 

Davamlı  və  insana  yönəldilmiş  inkişafın  qiymətləndirilməsində  və  idarə 

edilməsində istifadə olunan təhsil göstəriciləri biliyə əsaslanan tərəqqinin ən vacib 

amillərindən  biri  kimi  nsan  nkişafı  Əmsalının  hesablanmasında  2  təhsil 




 

 

29 



 

göstəricisi  nəzərə  alınır.  Birincisi  ölkə  vətəndaşlarının  orta  hesabla  neçə  illik 

təhsilə malik olmasıdır.  kincisi isə 6-23 yaşlı əhalinin neçə faizinin təhsil aldığını 

bildirir. Bu iki göstəricinin əsasında xüsisi düsturla təhsil əmsalı hesablanır. Bilik 

və  onun  əsasını  təşkil  edən  təhsilin  davamlı  inkişafın  vacib  olması  tələblərin 

diqqətinə çatdırılır. Bilik və bacarığın şəxsi karyera qurmaqda mühüm əhəmiyyət 

kəsb  etdiyi  tələbələrlə  müzakirə  edilir  və  bu  yolla  onların  yeni  bilik  almaq  üçün 

motivasiyası artırılır. 

Davamlı  inkişafın  daimi  yeniləşən  biliklərlə  əlaqəsini  və  asılığını  nəzərə 

alaraq, son illərdə fasiləsiz təhsilin əhəmiyyəti artmaqdadır. Lakin hazırda fasiləsiz 

təhsili səciyyələndirən kəmiyyət vahidi təklif edilməyib. Bu səbəbdən bu göstərici 

nsan  nkişaf  Əmsalının  hesablanmasında  istifadə  olunmasa  da,  bu  prosesin 

qiymətləndirilməsində istifadə oluna bilər. 

Təhsil  ilə  əlaqədar  davamlı  insan  inkişafının  qiymətləndirilməsində 

savadsızlıq  göstəriciləri  də  vardır  ki,  onlar  əsasən  yoxsulluğun  səviyyəsini 

müəyyən edərkən nəzərə alınır. Müasir təsnifata görə 2 növ savadsızlıqdır ki, hər 

hansı  fərdin  yazıb-oxuya  bilməməsini  səciyyələndirir.  Qəbul  olunmuş  təsnifata 

görə ümumi savadsızlıqla yanaşı funksional savadsızlıq anlayışı da mövcuddur. Bu 

zaman  funksional  savadı  olmayan  fərdlər  müəyyən  yazılı  mətnləri  oxuya  bilsələr 

də  bəzi  hallarda  onun  mahiyyətini  dərk  etməkdə  çətinlik  çəkir  və  yazılı 

təlimatlardan  istifadə  edə  bilmirlər.  Funksional  savadın  olub-olmaması  xüsusi 

beynəlxalq səviyyədə qəbul edilmiş testlər vasitəsi ilə müəyyən edilir. Təhsil alan 

dövrdə  tədris  edilən  fənlərə  diqqət  yetirilmədiyi  halda  ali  təhsil  alması  barəsində 

sənədi  olanlar  arasında  da  funksional  savadı  aşağı  olanlara  rast  gəlmək  olur. 

Bunlara  peşə  mətnlərini  tam  dərk  etməyən  və  tədris  aldığı  sahədə  düzgün 

mütəxəssis  qərarı  qəbul  edə  bilməyənlər  aiddir.  Belə  şəxslərin  ciddi  layihələrdən 

və müvafiq peşəkarlıq tələb edən fəaliyyətdən kənarlaşdırılması adətən attestasiya 

vasitəsi ilə həyata keçirilir. 




 

 

30 



 

nsan  nkişaf Əmsalının hesablanması zamanı istifadə olunan ən əsas iqtisadi 

göstərici  ölkədə  adam  başına  düşən  gəlirin  miqdarıdır.  Bu,  adətən,  adambaşına 

ümumi daxili məhsul (ÜDM) kimi göstərilir. Ölkələr arasında müqayisə aparmaq 

və  olan  fərqləri  müəyyən  etmək  üçün  beynəlxalq  təcrübədə  bu  gəlirlərin  bütün 

ölkələr  üçün  ABŞ  dollarında  göstərilməsi  qəbul  olunub.  Lakin,  məlum  olduğu 

kimi,  müxtəlif  ölkələrdə  dolların  alıcılıq  qabiliyyəti  müxtəlifdir.  Məsələn,  orta 

hesabla bəzi Afrika və  Asiya ölkələrində bir ABŞ dollarına başa gələn hansısa mal 

və  ya  xidmət  Şərqi  Avropada  təxminən  4  dollara,  ABŞ-da  15  dollara,  Qərbi 

Avropada isə 20 dollara başa gəlir. Şübhəsiz ki, belə bir şəraitdə müxtəlif ölkələrdə 

mövcud  olan  adambaşına  düşən  gəlirlər  müqayisə  edilə  bilməz.  Bu  ziddiyəti 

aradan  qaldırmaq  üçün  Dünya  Bank  tərəfindən  dünya  üzrə  xüsusi  tədqiqatlar 

aparılır.  Belə  tədqiqatlar  zamanı  müxtəlif ölkələrdə  300-dən  çox  ərzaq  və  sənaye 

mallarının,  xidmətlərin  qiymətləri  müqayisə  edilir.  Belə  müqayisələr  hər  il  və 

yaxud  2-3  ildən  bir  aparılır.  Tədqiqatlar  nəticəsində  hər  ölkə  üçün  alıcılıq 

qabiliyyətini  nəzərə  alan  xüsusi  əmsal  müəyyən  edilir.  Bu  əmsal  alıcılıq 

qabiliyyətini  əks  etdirir  və  Alıcılıq  Qabiliyyəti  Pariteti  (AQP)  adlandırılır.  Bu 

ə

msalın istifadəsi ilə hər ölkə üçün real adambaşına gəlir müəyyən edilir. Müvafiq 



informasiya  mənbələrində  bu  məlumat  “adambaşına  gəlir  ABŞ  dolları  və  AQP 

nəzərə almaqla” verilir. Bundan sonra ölkələr arasında müqayisələr aparmaq üçün 

real imkanlar yaranır.  nsan inkişafına aid hər hansı əmsalın hesablanması zamanı 

gəlirlərin  səviyyəsi  ancaq  AQP  nəzərə  alınmaqla  aparılır.  kinci  geniş  istifadə 

olunan  iqtisadi  göstərici  yoxsulluq  həddindən  aşağı  yaşayan  əhalinin  faizidir.  Bu 

göstərici adətən yoxsulluğun səviyyəsini müəyyən edərkən istifadə olunur. 

Beləliklə,  sadalanan  sağlamlıq,  təhsil  və  gəlir  göstəriciləri  əsasında  insan 

inkişafını  səciyyələndirən  müxtəlif  əmsallar  hesablanır.  Bu  göstəricilər  inkişaf 

prosesinin  planlaşdırılması  və  davamlı  idarə  edilməsi  üçün  vacib  amildir.  nsan 

nkişafı Əmsalı ilə yanaşı davamlı inkişafı səciyyələndirən bir sıra digər əmsallar 

da  müəyyən  edilir.  Onların  hesablanması  müxtəlif    yollarla  həyata  keçirilsə  də, 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə