Microsoft Word aliyeva nigar docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix07.11.2017
ölçüsü0,69 Mb.
#8781
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

 

 

31 



 

vəziyyəti  qiymətləndirmək  hər  zaman  təhsil,  savad  və  gəlirin  göstəricilərinə 

ə

saslanır. 



Hər hansı bir ölkənin davamlı inkişaf sahəsində əldə etdiyi nailiyyətlər təkcə 

onun  iqtisadi  vəziyyətindən  asılı  deyil.  Bu  proses,  eyni  zamanda,  insan 

potensialının  formalaşmasına  yönəldilmiş  siyasətin  aparılmasından  da  asılıdır. 

Məsələn,  insan  inkişafı  üzrə  dünyada  ən  yüksək  nailiyyətlər  əldə  etmiş  biri  olan 

slandiyada adambaşına düşən ünumi daxili məhsul digər bir ölkə: Lüksenburqdan 

iki dəfə azdır. Buna baxmayaraq, ümumdünya reytinqində  slandiyanın tutduğu yer 

daha yüksəkdir.  slandiya ilə Avstriyanın adambaşına düşən ümumi daxili məhsulu 

təxminən  eyni  həcmdədir.  Buna  baxmayaraq,  dünya  reytinqində  slandiya  2-ci, 

Avstriya  17-cidir.  Bu  o  deməkdir  ki,  onların  iqtisadi  imkanları  təxminən  eyni 

olduğuna  baxmayaraq,  slandiyada  milli  gəlir  arasında  daha  ədalətli  bölünür  və 

bütün cəmiyyətdə daha səmərəli xidmət edir. Davamlı insan inkişafı göstəricilərinə 

görə dünyada birinci yeri isə Norveç tutur. 

Yuxarıda müqayisə edilən hər iki ölkə iqtisadi baxımdan yüksək inkişaf etmiş 

və  yüksək  ümumi  daxili  məhsula  malikdir.  Lakin  bu  qanuna  uyğunluq  gəlir 

səviyyəsi müxtəlif  olan ölkələr arasında da müşahidə olunur. Məsələn, Ekvatorial 

Qvineyada adambaşına düşən orta gəlir 20 min ABŞ dollarına yaxındır. Lakin bu 

gəlirin  qeyri-bərabər  paylanması  və  sosial  məsələlərə  kifayət  qədər  diqqət 

olmaması  üzündən  bu  ölkə  177  ölkə  arasında  121-ci  yerdədir.  Təxminən  eyni 

həcmində milli gəlirə malik olan Sloveniya və Qatar isə ümumdünya reytinqində, 

müvafiq olaraq, 26-cı və 40-cı yerləri tutur. Bu onu göstərir ki, bu iki ölkə davamlı 

inkişafın  təmin  edilməsi  sahəsindəki  siyasət  Ekvatorial  Qvineyaya  nisbətən  daha 

uğurla həyata keçirir. Azərbaycan da bir sıra eyni iqtisadi imkanlara malik olunan 

iqtisadi artım davamlı insan inkişafı göstəricilərinə görə qabaqlayır. Ölkələrdə son 

illərdə müşahidə olunan iqtisadi artım davamlı insan inkişafı göstəricilərinin daha 

da yüksəlməsi üçün şərait yaradır. 



 

 

32 



 

qtisadi  imkanlar,  adambaşına  düşən  yüksək  gəlir    davamlı  insan  inkişafını 

təmin edən vacib şərtlərdən biridir. Bu amil insan potensialının inkişafı üçün vacib 

olsa da, bu prosesi həyata keçirmək üçün kifayət deyil. Yüksək inkişafa nail olmaq 

və  vətəndaşların  rifahını  təmin  etmək  üçün  həmin  gəlirlərin  səmərəli  istifadəsi, 

ə

dalətli  bölünməsi  vacib  şərtlərdəndir.  Həmçinin  buna  nail  olmaq  üçün  davamlı 



insan inkişafını mərkəzə qoyan siyasətin həyata keçirilməsi təmin edilməlidir. Belə 

siyasətin  aparılması  “gələcəksiz  inkişafın”  və  “bərabərsizliklə  müşahidə  olunan 

inkişafın” qarşısının alınmasını təmin edir. 

Davamlı insan inkişafı konsepsiyasına görə irqində, cinsindən, milliyətindən, 

dini  mənsubiyyətindən  və  yaxud  coğrafi  mövqeyindən  asılı  olmayaraq  insan 

inkişafı  üçün  mövcud  olan  və  ya  biləcək  bütün  məhdudiyyətlər  aradan 

qaldırılmalıdır.  Əlillər  və  müdafiəyə  ehtiyacı  olan  qruplar  üçün  də  mövcud  ola 

biləcək və onların durumu ilə əlaqədar bütün məhdudiyyətlər qaldırılmalıdır. Bu o 

deməkdir  ki,  cəmiyyətdə  təmsil  olunan  bütün  qruplar  öz  imkanlarının 

genişləndirilməsi  və  fərqli  potensialının    həyata  keçirilməsi  üçün  eyni  hüquqlara 

malikdir və bu hüquqlar təmin edilməlidir.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

33 



 

§ 2. Müasir şəraitdə heyətin (kadrların) əmək fəaliyyətinin idarə 

olunmasının əsas istəqamətləri və mexanizmləri 

ş

çilərin  əməyə  münasibətlərinin  bir  cəhətləri  və  tələbləri  vardır.  Bununla 



ə

laqədar olaraq, stimullaşdırmanın bir xarici təsiredici vasitə kimi öz  müxtəlifliyi 

və  xüsusiyyətləri  vardır.  Eyni  zamanda  stimullaşdırmanın  bir  sıra  ümumi,  necə 

deyərlər  standart  növləri  və  metodları  vardır.  Bunlar  iqtisadi  və  sosioloji 

ə

dəbiyyatlarda  özünün  geniş  şərhini  tapmışdır.  Bununla  belə,  ən  vacib 



məsələlərdən  biri  stimullaşdırma  işlərinin  sistemləşdirilməsi,  konkret  əmək  

şə

raitindən  asılı  olaraq  onun  forma  və  sistemləri  arasındakı  ümumi  və  fərqli 



cəhətlərinin  aşkara  çıxarılması,  bir-birinə  və  konkret  əmək  fəaliyyətinə  təsirinin 

müəyyən  edilməsindən  ibarətdir.  Beləliklə,  həm  də  stimulların  vacibliyinə  görə 

qruplara və pillələrə ayrılmasının da az əhəmiyyəti yoxdur. Bunun başlıca səbəbi 

isə qruplaşdırmada, təsnifata ayırmada ən başlıca meyar yenə də tələbat və əməyin 

məzmunudur.  Tələbat  isə  məlum  olduğu  kimi  maddi  və  qeyri-maddi  tələbat 

növlərinə  ayrılır  və  onların  daə  öz  növbəsində  müxtəlifliyi  vardır.  Bununla 

ə

laqədar olaraq stimul da maddi və qeyri-maddi stimula ayrılır. Maddi stimul həm 



də  pul  (əmək  haqqı,  mükafat,  əmək  haqqında  əlavələr)  və  həm  də  qeyri-pul 

(istirahət və müalicə üçün putyovkalar, mənzil və s.) formasında olur. 

Qeyri-maddi  stimulların  diapazonu  daha  genişdir.  Bu  diapazona 

sosial,mənəvi, yaradıcı və sosioloji-psixoloji stimullaşdırma aspektləri daxildir. 

Maddi    stimullaşdırmada  maddi  motivlərin  özəyini  təşkil  etməli  olan  əmək 

haqqı  əsas  rola  malik  olmalıdır.  Əksər  sosioloqlar,  psixoloqlar  və  iqtisadçılar 

maddi  stimullaşdırmanı  “əməkdən  kənar”  tələbat  və  yaxud  da  xarici  stimul 

adlandırırlar. Əmək fəaliyyəti ilə bağlı tələbata isə əvvəllər göstərdiyimiz kimi işin 

məzmunu,  məqsədə  nail  olmaq  (özünütəsdiq),  kontakt-əlaqə  motivi  (əmək 

kooperasiyası  şəraitində)  və  s.  daxil  edilir.  Əlbəttə  bunlar  düzdür  və  inkar 

edilməzdir.  Lakin  nəzərə  almaq  lazımdır  ki,  maddi  maraqlandırma  heç  də  nəticə 

etibarı  ilə  deyil,  törəmə  tərzdə  deyil,  birbaşa  maddi  motivlərlə  bağlıdır,  maddi 

motivlər isə əmək fəaliyyəti ilə determinasiya olunur. Bu mənada motiv artıq əmək 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə