Microsoft Word Audit Ataholding ifrs cons fs 2013-az revised doc



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə13/41
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68253
1   ...   9   10   11   12   13   14   15   16   ...   41

 

 

24

 



Reqress 

 

Reqresdәn  yaranan  gәlir  әldә  edildiyi  zaman  tanınır  vә  ya  mәnfәәt  vә  ya  zәrәr  vә  mәcmu  gәlirlәr 



haqqında hesabatda “xilasetmә vә subroqasiya üzrә әldә olunan vәsaitlәr” kimi әks etdirilir. 

 

İddialar  

 

Ümumi  iddialar  sığorta  polislәrinin  sahiblәrinә  ödәnilmiş  iddialardan,  sığortalanmış  şәxslә 



müqavilәlәrdәn  yaranan  öhdәliklәrin  qiymәtlәndirilmәsindә  dәyişikliklәrdәn,  habelә  xilasetmә  vә 

subroqasiya üzrә ödәnişlәr çıxılmaqla, daxili vә xarici iddialarla bağlı әlavә xәrclәri әks etdirir.  



 

Vergi  

 

Mәnfәәt vergisi xәrclәri ödәnilmәli olan cari vergi vә tәxirә salınmış vergidәn ibarәtdir. 



 

Cari vergi   

 

Ödәnilmәli olan cari vergi il üzrә vergiyә cәlb olunan mәnfәәt әsasında tutulur. Vergiyә cәlb olunan 



mәnfәәt  digәr  illәrdә  vergiyә  cәlb  olunmuş,  yaxud  gәlirdәn  çıxılan  vә  heç  vaxt  vergiyә  cәlb 

olunmayan,  yaxud  gәlirdәn  çıxılmayan  gәlir  vә  ya  xәrclәr  müddәaları  ilә  әlaqәdar  mәcmu  gәlirlәr 

haqqında  konsolidә  edilmiş  hesabatda  әksini  tapmış  mәnfәәtdәn  fәrqlәnir.  Qrupun  cari  vergi  üzrә 

öhdәliyi qanuni qüvvәyә minmiş vә ya hesabat dövrünün sonuna tam hәcmdә qüvvәyә minmiş vergi 

dәrәcәlәrindәn istifadә etmәklә hesablanır.  

 

Tәxirә salınmış vergi  

 

 

Tәxirә salınmış vergi maliyyә hesabatlarında әks olunan aktiv vә öhdәliklәrin balans dәyәri ilә vergiyә 



cәlb  olunan  mәnfәәtin  hesablanmasında  istifadә  edilәn  müvafiq  vergi  bazası  arasındakı  müvәqqәti 

fәrq  әsasında  tanınır.  Tәxirә  salınmış  vergi  öhdәliklәri,  ümumiyyәtlә,  vergiyә  cәlb  olunan  bütün 

müvәqqәti  fәrqlәr  üçün  tanınır.  Tәxirә  salınmış  vergi  aktivlәri,  ümumiyyәtlә,  gәlirdәn  çıxılan  bütün 

müvәqqәti fәrqlәr üçün tanınır, bu şәrtlә ki, belә müvәqqәti fәrqlәrin hesaba alınması üçün gәlәcәkdә 

vergiyә cәlb olunacaq mәnfәәtin әldә olunması ehtimal edilsin. Müvәqqәti fәrqlәr vergiyә cәlb olunan 

mәnfәәtә  vә  ya  uçotda  әks  olunmuş  mәnfәәtә  tәsir  göstәrәn  әmәliyyatlar  üzrә  digәr  aktiv  vә 

öhdәliklәrin ilkin tanınmasından (müәssisә birlәşmәlәri istisna edilmәklә) vә ya qudvildәn yaranarsa, 

belә tәxirә salınmış vergi aktivlәri vә öhdәliklәri uçotda tanınmır. 

 

Qrupun  müvәqqәti  fәrqlәrin  geri  bәrpa  edilmәsinә  nәzarәt  edә  bildiyi  vә  müvәqqәti  fәrqlәrin 



proqnozlaşdırıla  bilәn  gәlәcәkdә  geri  bәrpa  olunmayacağı  ehtimal  edilәn  hallar  istisna  olunmaqla, 

tәxirә salınmış vergi öhdәliklәri törәmә vә asılı müәssisәlәrә investisiya qoyuluşları ilә bağlı vergiyә 

cәlb olunan müvәqqәti fәrqlәr üçün tanınır. Sözü gedәn investisiya qoyuluşları bağlı gәlirdәn çıxılan 

müvәqqәti fәrqlәrdәn yaranan tәxirә salınmış vergi aktivlәri yalnız gәlәcәkdә belә müvәqqәti fәrqlәr 

әsasında tәtbiq olunması üçün kifayәt mәblәğdә mәnfәәtin yaranacağı mümkün  hesab edildikdә vә 

onların proqnozlaşdırıla bilәn gәlәcәkdә geri bәrpa olunacağı gözlәnildikdә tanınır. 

 

Tәxirә salınmış vergi aktivlәrinin balans dәyәri hәr hesabat dövrünün sonunda tәhlil  edilir vә aktivin 



bütün vә ya müәyyәn hissәsinin bәrpa olunması üçün yetәrli mәnfәәtin yaranacağı ehtimal edilmәyәn 

hәddә qәdәr azaldılır. 

 

Tәxirә salınmış vergi aktivlәri vә öhdәliklәri hesabat dövrünün sonuna qanuni qüvvәyә minmiş vә ya 



tam hәcmdә  minmiş vergi dәrәcәlәrinә (vә vergi qanunvericiliyinә) әsaslanmaqla aktivin satıldığı vә 

ya  öhdәliyin  yerinә  yetirildiyi  dövrdә  tәtbiq  olunacağı  gözlәnilәn  vergi  dәrәcәsi  ilә  qiymәtlәndirilir.  

Tәxirә salınmış vergi aktivlәri vә öhdәliklәrinin qiymәtlәndirmәsi Qrupun hesabat dövrünün sonunda 

aktiv  vә  öhdәliklәrin  balans  dәyәrini  bәrpa  etmәsindәn  vә  ya  ödәmәsindәn  asılı  olaraq  yaranacaq 

vergi nәticәlәrini özündә әks etdirir. 

 

İl üzrә cari vә tәxirә salınmış vergilәr  

 

Cari  vә  tәxirә  salınmış  vergi  digәr  mәcmu  gәlirlәr  haqqında  hesabatda,  yaxud  birbaşa  olaraq 



kapitalda  göstәrilәn  müddәalarla  bağlı  olduğu  vә  nәticә  etibarı  ilә,  müvafiq  olaraq  digәr  mәcmu 

gәlirlәr vә ya birbaşa kapital maddәsi kimi tanındığı hallar istisna edilmәklә, mәcmu gәlirlәr haqqında 

konsolidә edilmiş hesabatda tanınır. 

 



 

 

25

 



Әmәliyyat vergilәri 

 

 



Azәrbaycanda  Qrupun  fәaliyyәti  ilә  әlaqәdar  olaraq  hesablanan  bir  sıra  digәr  vergilәr  dә  vardır.  Belә 

vergilәr  әmәliyyat  xәrclәrinin  tәrkib  hissәsi  kimi  mәcmu  gәlirlәr  haqqında  konsolidә  edilmiş    hesabata 

daxil edilir.  

 

Borclanma xәrclәri  



 

Tәyinatı  üzrә  istismara  verilmәsi  vә  ya  satışı  müәyyәn  vaxt  tәlәb  edәn  aktivlәrin  alınmasına, 

quraşdırılmasına, yaxud aktivin istehsal olunmasına birbaşa aid olan borclanma xәrclәri, aktivlәr tәyinatı 

üzrә istismara hazır vәziyyәtә gәtirilәnә vә satılanadәk, aktivlәrin (maya) dәyәrinә әlavә olunur. 

  

Müvafiq  aktivlәr  üzrә  istifadәsini  gözlәyәn  xüsusi  borc  vәsaitlәrinә  müvәqqәti  investisiyalardan  әldә 



olunan investisiya gәliri kapitallaşdırılmalı borclanma xәrclәrindәn çıxılır.  

 

Bütün digәr borclanma xәrclәri aid olduqları dövrün mәnfәәt vә ya zәrәr hesablarında әks etdirilir. 



 

Ödәnişlәr vә işçilәrә ödәmәlәrlә bağlı xәrclәr  

 

Hesabat  dövründә  göstәrilmiş  xidmәtlәrlә  bağlı  işçilәrә  edilmiş  ödәnişlәr,  o  cümlәdәn  mәzuniyyәt 



ödәnişlәri vә mükafatlar vә aidiyyәti әmәk haqqından tutmalar yarandıqları dövr üzrә xәrc kimi tanınır. 

 

Qrup Azәrbaycan Respublikası Dövlәt Pensiya Fonduna vә müәyyәn edilmiş haqlara malik pensiya 



planına  müvafiq  ayırmaları  ödәmәyә  borcludur.  Qrup  tәrәfindәn  Azәrbaycan  Respublikası  Dövlәt 

Pensiya Fonduna edilәn ödәmәlәr işçilәrә göstәrilmiş müvafiq xidmәtlәr әsasında hesabat dövrü üzrә 

xәrc  kimi  tanınır.  Hәr  işçi  üçün  Azәrbaycan  Respublikası  Dövlәt  Pensiya  Fonduna  ödәmәlәr  hәr 

işçinin ay üzrә ümumi gәlirinin 22% hissәsini tәşkil edir.  

 

Ümumi vә inzibati xәrclәr 

 

Mәnfәәt vә zәrәr hesabatının ayrıca bölmәsindә qeyd olunanlardan başqa, Qrup tәrәfindәn çәkilmiş 



bütün xәrclәr mәnfәәt vә zәrәr haqqında hesabatda ümumi vә inzibati xәrclәr kimi tanınır. Ümumi vә 

inzibati xәrclәr hesablama metodu әsasında aid olduqları dövr üzrә tanınır.  

 

Ehtiyatlar  

 

Ehtiyatlar Qrupun keçmişdә baş vermiş hadisәnin nәticәsi kimi hazırda öhdәliyi (hüquqi vә ya konstruktiv) 



olduqda tanınır; bu zaman Qrupdan öhdәliyin yerinә yetirilmәsinin tәlәb olunacağı ehtimal edilir vә öhdәlik 

mәblәği etibarlı şәkildә hesablana bilir.  

 

Ehtiyatlar  kimi  tanınan  mәblәğ  öhdәliklә  bağlı  risk  vә  qeyri-müәyyәnliklәri  nәzәrә  almaqla  hesabat 



dövrünün  sonunda  cari  öhdәliyin  yerinә  yetirilmәsi  ilә  әlaqәdar  tәlәb  olunan  mәblәğlәrin  әn  düzgün 

hesablanmasıdır.  Ehtiyat  ayırmaları  hazırkı  öhdәliyin  yerinә  yetirilmәsi  üçün  hesablanmış  pul  vәsaitlәri 

axınına istinad etmәklә ölçülәrsә, onun balans dәyәri (pulun zaman dәyәrinin tәsiri әhәmiyyәtli olduqda) 

hәmin pul vәsaitlәrinin cari dәyәrinә bәrabәr olur.) 

  

Ehtiyatların  yerlәşdirilmәsi  üçün  tәlәb  olunan  müәyyәn  vә  ya  bütün  iqtisadi  mәnfәәtin  kәnar  tәrәflәr 



vasitәsilә  bәrpa  edilәcәyi  gözlәnilirsә,  bu  vәsaitin  qaytarılması  vә  alınacaq  belә  vәsaitlәrin  düzgün 

qiymәtlәndirilmәsi barәdә qәti әminlik olduqda alınacaq mәblәğ uçotda aktiv kimi tanınır.  

 

Şәrti aktiv vә öhdәliklәr 

 

Şәrti öhdәliklәr maliyyә vәziyyәti haqqında konsolidә edilmiş hesabatda tanınmır, lakin hesablaşma 



zamanı hәr hansı resursların azalması ehtimalı olmayanadәk belә öhdәliklәr açıqlanmalıdır. Şәrti 

aktivlәr maliyyә vәziyyәti haqqında konsolidә edilmiş hesabatda tanınmır, lakin onlarla bağlı iqtisadi 

mәnfәәtin әldә olunacağı ehtimal edildikdә açıqlanmalıdır.   

 

Xarici valyutalar  

 

Konsolidә  edilmiş  maliyyә  hesabatları  hazırlanarkәn  Qrupun  әmәliyyat  valyutasından  başqa  digәr 



valyuta (xarici valyutalar) ilә aparılan әmәliyyatlar belә әmәliyyatların aparıldığı tarixdә üstünlük tәşkil 

edәn  mübadilә  mәzәnnәlәri  ilә  qeydә  alınır.  Hәr  hesabat  dövrünün  sonunda  xarici  valyuta  ilә  ifadә 

olunmuş  pul  vәsaitlәrinin  valyuta  mövqeyi  hәmin  tarixdә  üstünlük  tәşkil  edәn  mәzәnnә  ilә  tәkrar 

qiymәtlәndirilir.  

 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə