Microsoft Word Audit Ataholding ifrs cons fs 2013-az revised doc



Yüklə 1,4 Mb.

səhifə15/41
tarix14.09.2018
ölçüsü1,4 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   41

 

 

28

 



Qrup  tarixi  mәlumatlarda  әksini  tapmamış  hazırkı  vәziyyәtlәrin  qeydә  alınması  mәqsәdilә  kreditlәr 

qrupu  üzrә  müşahidә  oluna  bilәn  mәlumatlara  düzәliş  etmәk  üçün  rәhbәrliyin  mühakimәlәrindәn 

istifadә edir.   

 

Konsolidә  edilmiş  maliyyә  hesabatlarında  maliyyә  aktivlәrinin  dәyәrsizlәşmәsi  üzrә  ehtiyat 



müddәasının  daxil  edilmәsi  mövcud  iqtisadi  vә  siyasi şәraitlәrә  әsasәn  müәyyәn  olunmuşdur.  Qrup 

Azәrbaycan Respublikasında belә şәrtlәrdә hansı dәyişikliklәrin baş verәcәyini vә belә dәyişikliklәrin 

gәlәcәk  dövrlәrdә  maliyyә  aktivlәrinin  dәyәrsizlәşmәsi  ehtiyatlarına  necә  tәsir  göstәrәcәyini 

qabaqcadan söylәmәk iqtidarında deyil.   

 

31  dekabr  2013-cü  vә  2012-ci  il  tarixlәrinә  müştәrilәrә  verilmiş  ümumi  kreditlәr  müvafiq  olaraq 



240,939,572 AZN vә 156,411,847 AZN vә dәyәrsizlәşmә zәrәrlәri üçün ehtiyat mәblәği isә müvafiq 

olaraq 7,046,913 AZN vә 3,012,508 AZN tәşkil etmişdir.  

 

Maliyyә alәtlәrinin qiymәtlәndirilmәsi 

 

34 saylı qeyddә göstәrildiyi kimi, Qrup müәyyәn növ maliyyә alәtlәrinin әdalәtli dәyәrini hesablamaq 

üçün  müşahidә  oluna  bilәn  bazar  mәlumatlarına  әsaslanmayan  giriş  mәlumatlarından  ibarәt 

qiymәtlәndirmә  üsullarından  istifadә  edir.  34  saylı  qeyddә  maliyyә  alәtlәrinin  әdalәtli  dәyәrinin 

müәyyәnlәşdirilmәsindә tәtbiq edilәn әsas fәrziyyәlәrә dair geniş mәlumat, elәcә dә belә fәrziyyәlәr 

üzrә hәssaslıq tәhlilinin tәfәrrüatları göstәrilir. Qrupun rәhbәrliyi hesab edir ki, tәtbiq olunan seçilmiş 

qiymәtlәndirmә  üsulları  vә  fәrziyyәlәr  maliyyә  alәtlәrinin  әdalәtli  dәyәrinin  müәyyәn  edilmәsi  üçün 

mәqsәdә uyğundur. 

 

Әmlak vә avadanlığın faydalı istismar müddәti  

 

Yuxarıda  әks  olunduğu  kimi,  Qrup  hәr  il  hesabat  dövrünün  sonunda  әmlak  vә  avadanlığın 



hesablanmış faydalı istismar müddәtlәrini nәzәrdәn keçirir. 

 

Tәxirә salınmış vergi aktivlәrinin bәrpa oluna bilmәsi  

 

Qrup rәhbәrliyi әmindir ki, hesabat tarixindә tәxirә salınmış vergi aktivlәrinә qarşı qiymәtlәndirmә 



ehtiyatının yaradılmasına ehtiyac olmayacaq, çünki tәxirә salınmış vergi aktivinin tamamilә realizә 

olunacağı ehtimalı daha çoxdur. Tәxirә salınmış vergi aktivlәrinin 31 dekabr 2013-cü vә 2012-ci il 

tarixlәrinә balans dәyәri müvafiq olaraq 885,286 manat vә 1,441,125 manat tәşkil etmiş vә tәxirә 

salınmış mәnfәәt vergisi öhdәliklәri müvafiq olaraq 659,378 manat vә sıfır olmuşdur.  

 

 

Sığorta müqavilәlәri üzrә qaldırılmış iddialardan yaranan son öhdәlik 



 

Sığorta müqavilәlәri üzrә qaldırılmış iddialardan yaranan son öhdәliyin hesablanması fәrziyyәnin irәli 

sürülmәsini  tәlәb  edir.  Qrupun  son  olaraq  belә  iddialarla  bağlı  ödәyәcәyi  öhdәliyin  hesablanması 

zamanı nәzәrә alınmalı olan bir neçә qeyri-müәyyәn mәnbәlәr vardır. 

 

Sığorta zәrәri ehtiyatları  



 

Zәrәr  ehtiyatı  çәkilmiş  xәrclәr  üçün  hesablamaların  mәcmusunu  әks  etdirir  vә  RBNS  vә  IBNR-i 

özündә birlәşdirir.  RBNS hesabat olunmuş, lakin hesabat tarixinә yerinә yetirilmәmiş iddialarla bağlı 

tәmin  edilir.  Hesablama  Qrup  tәrәfindәn  hesabat  tarixindәn  sonra  yerinә  yetirilәcәk  sığorta 

hadisәsinin  araşdırılması  zamanı  әldә  olunmuş  mәlumat  әsasında  aparılır.  IBNR  tarixi  mәlumat, 

ehtimal  olunan  yekun  zәrәr  әmsalları  vә  hesabat  olunan  tәxmini  iddiaların  artması  faktorlarına 

әsaslanmaqla  zәrәrin  artması  modellәrinin  müәyyәn  edilmәsi  üçün  istifadә  olunan  aktuar  metod 

әsasında  müәyyәn  edilir.  Gәlәcәk  pul  daxilolmalarının  hәm  mәblәğini,  hәm  dә  vaxtını 

qiymәtlәndirmәk  üçün  istifadә  olunan  metodologiya  vә  fәrziyyәlәr  zәrәr  tәxminlәri  ilә  faktiki  zәrәr  

arasında hәr hansı fәrqlәri azaltmaq üçün mütәmadi şәkildә nәzәrdәn keçirilir.  

 

Vergi qanunvericiliyi tәlәblәrinin yerinә yetirilmәsi 



 

Mәnfәәt  vә  әlavә  dәyәr  vergisi  üçün  ehtiyatı  qiymәtlәndirәrkәn  mühüm  mühakimә  tәlәb  olunur.  Bir 

çox  әmәliyyatlar  vә  hesablamalar  üçün  yekun  vergi  yanaşması  yoxdur.  Qrup  vergi  yoxlaması 

nәticәsindә  gözlәnilәn  әlavә  vergi  qiymәtlәndirmәlәri  üçün  öhdәliklәri  әlavә  vergi  öhdәliklәrinin 

yaranıb-yaranmayacağı  ehtimalı  әsasında  tanıyır.  Bu  mәsәlәlәrin  vergi  nәticәsi  tanınmış  ilkin 

mәblәğlәrdәn  fәrqli  olduqda,  bu  cür  fәrqlәr  mәnfәәt  vergisi  ehtiyatlarına  belә  qәrarların  verildiyi 

müddәtdә tәsir edәcәk.  

 



 

 

29

 



Әlavә dәyәr vergisi aktivlәri hәr hesabat tarixindә nәzәrdәn keçirilir vә әlavә dәyәr vergisi aktivlәrinin 

istifadә  edilә  bilmәyәcәyi  ehtimalı  hәcmindә  azaldılır.  Bu  ehtimalın  hesablanmasına  Qrupun 

gözlәnilәn  fәaliyyәtinә  әsaslanan  mühakimәlәr  daxildir.  Әlavә  dәyәr  vergisi  aktivlәrinin  gәlәcәk 

istifadәsini, habelә keçmiş әmәliyyat nәticәlәrini, әmәliyyat planlarını, gәlәcәk dövrlәrә keçirilәn vergi 

zәrәrlәrinin  müddәtinin  bitmәsini  vә  vergi  strategiyalarını  qiymәtlәndirmәk  üçün  müxtәlif  faktorlar 

nәzәrә  alınr. Әgәr  faktiki  nәticәlәr  bu  qiymәtlәndirmәlәrdәn  fәrqlәnirsә  vә  ya  bu  qiymәtlәndirmәlәrә 

gәlәcәk  dövrlәrdә  düzәliş  edilmәsi  tәlәb  olunarsa,  bu  maliyyә  vәziyyәtinә,  әmәliyyat  nәticәlәrinә  vә 

pul vәsaitlәrinin hәrәkәtinә mәnfi tәsir edә bilәr. 

 

Әlaqәli tәrәflәrlә әmәliyyatların uçotda ilkin tanınması  



 

Adi  fәaliyyәt  gedişindә  Qrup  әlaqәli  tәrәflәri  ilә  әmәliyyatlar  hәyata  keçirir.  39  saylı  MUBS  maliyyә 

alәtlәrinin  uçotda  әdalәtli  dәyәr  әsasında  ilkin  tanınmasını  tәlәb  edir.  Belә  әmәliyyatlar  üçün  fәal 

bazarın  mövcud  olmadığı  halda  onların  bazar  vә  ya  qeyri-bazar  faiz  dәrәcәlәri  ilә  qiymәtlәndirilib-

qiymәtlәndirilmәmәsinә  dair  qәrar  verilәrkәn  mülahizәlәrdәn  istifadә  olunur.  Mülahizәlәr  әlaqәli 

olmayan  tәrәflәrlә  hәyata  keçirilәn  oxşar  әmәliyyatların  qiymәtlәndirilmәsinә  vә  effektiv  faiz 

dәrәcәsinin tәhlilinә әsaslanır.  

 

4. 



YENİ VӘ DÜZӘLİŞ EDİLMİŞ MALİYYӘ HESABATLARININ BEYNӘLXALQ 

STANDARTLARININ (MHBS) TӘTBİQİ  

 

Konsolidә  edilmiş  maliyyә  hesabatlarında  açıqlanan  mәblәğlәrә  tәsir  edәn  MHBS-lәrә 



düzәlişlәr 

 

Cari  ildә  aşağıdakı  yeni  vә  ya  düzәliş  edilmiş  standartlar  vә  şәrhlәr  qәbul  edilmişdir  ki,  bunlar  da 



hazırkı konsolidә edilmiş maliyyә hesabatlarında açıqlanan mәblәğlәrә tәsir göstәrmişdir. 

 

Maliyyә hesabatlarına tәsir göstәrәn standartlar 



 

Açıqlamalar haqqında yeni vә düzәliş edilmiş standartlar  

 

Konsolidasiya,  birgә  razılaşmalar,  asılı  müәssisәlәr  vә  açıqlamalara  dair  yeni  vә  düzәliş 

edilmiş standartlar  

 

2011-ci ilin may ayında konsolidasiya, birgә razılaşmalar, asılı müәssisәlәr vә açıqlamalara dair beş 



standart toplusu buraxılmışdır ki, bu standartlara da MHBS 10 Konsolidә edilmiş maliyyә hesabatları, 

MHBS 11 Birgә razılaşmalar, MHBS 12 Digәr müәssisәlәrdә iştirak paylarının açıqlanması, MUBS 27 

Fәrdi maliyyә hesabatları (2011-ci ildә düzәliş edildiyi kimi)  vә MUBS 28  Asılı vә Birgә Müәssisәlәrә 

İnvestisiyalar  (2011-ci  ildә  düzәliş  edildiyi  kimi)  daxil  idi.  Bu  standartlar  buraxıldıqdan  sonra  bu 

standartlara keçid üzrә müәyyәn tәlimatları aydınlaşdırmaq üçün MHBS 10-a, MHBS 11-ә vә MHBS 

12-yә düzәlişlәr buraxılmışdır.  

 

Qrup  bu  il  ilk  dәfә  MHBS  10,  MHBS  11,  MHBS  12-yә  keçidlә  qaydaları  ilә  bağlı  düzәlişlәrlә  birgә  



MHBS 10, MHBS 11, MHBS 12 vә MUBS 28-i (2011-ci ildә yenilәnmiş) dә tәtbiq etmişdir. MUBS 27 

(2011-ci ildә yenilәnmiş) fәrdi maliyyә hesabatlarından bәhs etdiyi üçün Qrup tәtbiq edilmir. 

 

Bu standartların tәtbiqinin tәsiri aşağıda açıqlanır. 



 

MHBS 10-nun tәtbiqinin tәsiri.  MHBS  10  konsolidә  edilmiş  maliyyә  hesabatlarından  bәhs  edәn 

Konsolidә Edilmiş  vә  Fәrdi Maliyyә Hesabatları  haqqında  MUBS  27-nin  vә  Konsolidasiya-Xüsusi 

Mәqsәdli Müәssisәlәr    haqqında  ŞDK  12-nin  müәyyәn  hissәlәrini  әvәz  edir.  MHBS  10-a  әsasәn 

nәzarәtin şәrhi dәyişilmişdir. Belә ki, investor investisiya qoyulan obyekt üzrә nәzarәti a) investisiya 

qoyulan  müәssisә  üzәrindә  sәlahiyyәtә  malik  olduqda,  b)  investisiya  qoyulan  müәssisә  ilә  iş 

birliyindәn gәlir әldә etdikdә vә ya belә gәlirlәrә hüquqa malik olduqda vә c) gәlirlәrә tәsir etmәk üçün 

öz sәlahiyyәtindәn istifadә etmәk qabiliyyәtinә malik olduqda hәyata keçirә bilәr. İnvestor investisiya 

obyekti üzәrindә nәzarәti hәyata keçirә bilmәk üçün hәr üç meyara cavab vermәlidir. Әvvәllәr nәzarәt 

dedikdә  müәssisәnin  fәaliyyәtindәn  mәnfәәt  әldә  etmәk  üçün  müәssisәnin  maliyyә  vә  әmәliyyat 

siyasәtlәrinin  idarә  edilmәsi  nәzәrdә  tutulurdu.  MHBS  10-a  investorun  investisiya  obyekti  üzәrindә 

nәzarәtini açıqlayan әlavә qayda da daxil edilmişdir. MHBS 10-a daxil edilәn digәr qaydalar da Qrupa 

şamil olunur ki, bu da investisiya obyekti üzrә sәsvemә hüquqlarının 50%-dәn az hissәsinә sahib olan 

investorun belә obyekt üzәrindә nәzarәtinin olub-olmamasını nәzәrdә tutur.  

 





Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə