Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   67   68   69   70   71   72   73   74   75

 
224
yayıldığı bir zamanda, şimal rayonlarında Kür-Araz mədəniyyəti öz 
mövcudluğunu davam etdirmişdir. Bu vəziyyət Cənubi Qafqazın digər 
rayonlarında da özünü göstərir. Belə ki, Trialetinin bəzi kurqanlarında idxal malı 
kimi boyalı qablara rast gəlinsə  də, bu mədəniyyət boz və qara rəngli cilalı 
qabların üstünlük təşkil etməsi ilə xarakterizə edilir. Qablar cızma və basma 
ornamentlə naxışlanmışdır. Azərbaycanın  şimal rayonları üçün də qara cilalı 
basma və  cızma xətlərlə  bəzənmiş keramika xarakterikdir. Мil düzündə boyalı 
qabların geniş yayıldığı  tək abidə Üzərliktəpədir. Burada isə boyalı keramika, 
aşkar olunan gil məmulatının yalnız 2 %-ni təşkil edir. Keramikanın əksəriyyəti 
boz və qara rəngli qablarla təmsil olunmuşdur. Deməli, Kür-Araz mədəniyyəti 
tayfaları Orta tunc dövründə öz həyatlarını davam etdirmiş, e.ə. II minilliyin 
ikinci yarısında mövcud iqtisadi-ictimai dəyişikliklərə bağlı, yenidən güc 
toplamış  və hegemon rol oynamağa başlamışlar. Bu dövrdə, Azərbaycanda 
məskunlaşan müxtəlif etnik qruplar arasında, mədəni cəhətdən birləşmə 
prosesinin getdiyi arxeoloji abidələrdə aydın şəkildə izlənmişdir. 
Son Tunc dövrü arxeoloji komplekslərin bir-birinə diffuziya etməsi, həm 
dəfn adəti, həm də bu komplekslər  üçün xarakterik olan keramikanın yayılması 
ilə sübut olunur. Fikrimizcə, bu dövrdə Azərbaycanda yaşayan tayfaların vahid 
bir etnosda birləşməsi prosesi davam etmişdir. Bu, Azərbaycanın cənub 
rayonlarında, xüsusilə, Naxçıvan  ərazisində özünü aydın  şəkildə göstərir. Qeyd 
olunduğu kimi, Son Tunc və Erkən Dəmir dövründə bu ərazidə boz rəngli 
keramika və boyalı qablarla xarakterizə olunan komplekslər bir-birindən 
fərqlənir. Lakin, eyni zamanda, onlar arasında birləşmə prosesinin getdiyi də 
özünü göstərir. Çaynik tipli qablara Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik 
olan komplekslərdə rast gəlinməsi, habelə, göbələkşəkilli çıxıntısı olan qablara 
boyalı qabların xarakterik olduğu komplekslərdə rast gəlinməsi, həm də bu tip 
qabların boyalılarının tapılması, buna aydın sübutdur. Bu dövrdə Xocalı-
Gədəbəy mədəniyyətinin Naxçıvan  ərazisində yayılması, arxeoloji tapıntıların 
bütöv kompleksi ilə sübut olunur. Tədqiqatçılar tərəfindən qeyd olunduğu kimi
Naxçıvan  ərazisində Xocalı-Gədəbəy mədəniyyətinin Gədəbəy qrupu üçün 
xarakterik olan mədəniyyət geniş yayılmışdır. Bu, onu göstərir ki, e.ə. II 
minilliyin sonunda Gədəbəy qrupuna aid olan etnoslar üstünlük təşkil etmiş  və 
Azərbaycanın cənub rayonlarına da yayılmışdır. Ola bilsin ki, bu dövrdə Xocalı-
Gədəbəy mədəniyyətinə aid tayfalar vahid bir etnos halında birləşmişdir. 
Ağ inkrustasiyalı keramikanın mənşəyi ilə bağlı  tədqiqatçılar tərəfindən 
irəli sürülən fikirlər, müəyyən mənada qəbul edilə bilər. Bu keramikanın, Aralıq 
dənizi hövzəsindəki ölkələrlə iqtisadi-mədəni əlaqələrin təsiri nəticəsində ortaya 
çıxması mümkündür. Lakin gil məmulatının bəzəmə motivi, xüsusilə, müəyyən 
qrup boyalı qablarla sıx  əlaqə, onun yerli köklərə malik olduğunu da göstərir. 
Bizim fikrimizcə, ağ  inkrustasiyalı keramikanın bəzəmə motivi boyalı qablarda 
deyil, Orta Tunc dövrünün boz və qara rəngli gil məmulatında axtarılmalıdır. 
Təəssüf ki, digər rayonların Orta Tunc dövrü geniş tədqiqatlarla öyrənilməmişdir. 


 
225
Azərbaycanın Son Tunc, Erkən Dəmir dövrü mədəniyyətinin yerli zəmin 
əsasında meydana çıxıb, inkişaf etdiyini, bu dövrün arxeoloji abidələrindən aşkar 
olunan zəngin tunc məmulatının, o cümlədən silahların araşdırılması daha aydın 
sübut edir. Bu dövrdə Azərbaycanda meydana çıxan silahlar, xüsusilə, təbərzin 
formalı baltalar və konusvari başlığı olan çənbərli xəncərlər, yalnız bu 
mədəniyyət üçün xarakterikdir. Azərbaycandan kənarda bu tip silahlara olduqca 
az rast gəlinmişdir. 
Araşdırmalara  əsaslanaraq söyləmək olar ki, Son Tunc və Erkən Dəmir 
dövrü mədəniyyəti qədim dövrdən bu ərazidə  məskunlaşan etnik qruplar 
tərəfindən yaradılmışdır.  М.A.Hüseynova ağ inkrustasiyalı qabların analizinə 
əsaslanaraq xurrit etnik massivinin yerli ocaqlarının bu dövrdə saxlandığını və bu 
mədəniyyətin inkişafına təsir etdiyini göstərmişdir. Qeyd edək ki, e.ə. III 
minilliyin sonu ilə tarixləndirilən yazılı qaynaqlarda Urmiya hövzəsində kuti və 
lullubi tayfalarının yaşadığı qeyd edilmişdir. Fikrimizcə,  İlk Tunc dövründə 
Urmiya hövzəsi və Naxçıvanda yayılan Kür-Araz mədəniyyəti kuti və lullubi 
tayfaları ilə bağlıdır. Şübhəsiz ki, bu tayfalar Azərbaycanın şimal rayonlarına da 
yayılmışdır. Kür-Araz mədəniyyəti ilə bağlı olan Xocalı-Gədəbəy 
mədəniyyətinin yaradılmasında bu tayfaların  şübhəsiz ki böyük rolu olmuşdur. 
E.ə. II minliiyin sonu, I minilliyin əvvəlində Xocalı-Gədəbəy mədəniyyəti 
tayfalarının cənuba doğru hərəkəti, Urmiya hövzəsində meydana gələn siyasi 
hadisələr və bu etnik bağlılıqla əlaqədar olmalıdır. Bu qəbilələrin Zaqro-Elam dil 
qrupu ilə bağlandığı  və Ural-Altaylarla əlaqələli olduğu tərəfindən qeyd 
edilmişdir. 
Arxeoloji abidələrin tədqiqi göstərir ki, Son Tunc və Erkən Dəmir dövrü 
mədəniyyəti, başlıca olaraq, Xocalı-Gədəbəy tipli abidələrlə xarakterizə edilir. 
E.ə. II minilliyin ortalarında Azərbaycanın  şimalında meydana çıxan bu 
mədəniyyət e.ə. II minilliyin əvvəllərində Azərbaycanın cənub rayonlarına da 
yayılmışdır. Bu mədəniyyətin xronologiyası ilə bağlı  məsələlər arxeoloji 
ədəbiyyatda geniş araşdırılmışdır. 
E.ə. II minilliyin ikinci yarısı ilə tarixləndirilən bu mədəniyyətə aid erkən 
abidələr Gəncəçay rayonunda yerləşir. Bunların sırasına torpaq qəbirlər və torpaq 
qəbirləri olan kurqanlar daxildir. Üzəri daş piltə ilə örtülmüş torpaq qəbirlərdə 
qırmızı cilalı qablar üstünlük təşkil edir. Örtüksüz torpaq qəbirlərdə qara cilalı 
keramika çoxluq təşkil edir. Onların kompleksində  çəhrayı  rəngdə olan ağ 
inkrustasiyalı qablara da rast gəlinir. Xronoloji cəhətdən, sal daşla örtülmüş 
torpaq qəbirlər, daha əvvələ aiddir. Onların kompleksində  ağ inkrustasiyalı 
qablara rast gəlinir və başlıca olaraq, çəhrayı keramika ilə  fərqlənir. Sal daşla 
örtülmüş torpaq qəbirlər e.ə. XV, kurqanaltı örtüksüz torpaq qəbirlər isə e.ə. XIV 
əsrə aid edilir. 
Bu qrupa aid kurqanların tarixləndirilməsində Orta Tunc dövrü üçün 
xarakterik olan qırmızı  rəngli, boyalı  və basma naxışlı qabların mühüm 
əhəmiyyəti vardır. Bu, Orta və Son Tunc dövrlərinin yaxınlığını göstərir. Bu tip 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə