Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə74/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   67   68   69   70   71   72   73   74   75

 
228
təhlükəsindən müdafiə üçün istifadə edilməmişdir. Onlardan düşmən hücumları 
zamanı mal-qaranı qorumaq  üçün də istifadə edilmişdir. Ümumiyyətlə, qala tipli 
yaşayış yerlərinin araşdırılması sosial ziddiyyətlərin və düşmən təhlükəsinin 
xeyli artdığını göstərir. 
Azərbaycanda olan qala tipli yaşayış yerlərinin tədqiqi, onlardan yalnız 
birində-Qazançı qalasında Narınqalanın olduğunu göstərmişdir. Fikrimizcə, 
Qazançıqalada Narınqalanın inşası bir qədər sonraya, daha doğrusu, inkişaf etmiş 
Dəmir dövrünə aiddir.  
Tayfalar arasında sosial bərabərsizliyin gücləndiyini qəbir abidələri də 
təsdiq edir. Əgər qəbirlərin bir qrupu zəngin avadanlığı ilə seçilirsə, digər bir 
qrupu yoxsul avadanlığa malikdir. Bu dövrdə tayfa başçılarına aid zəngin 
qəbirlər ortaya çıxır. Xanlar rayonundakı 1 №-li kurqan, Qarabulaqdakı 5 №-li 
kurqan, Borsunluda tədqiq olunan kurqan  və digərləri qəbilə başçısına aid 
edilmişdir. Bunlar arasında Borsunlu kurqanı diqqəti cəlb edir. Qəbrin təsviri 
yuxarıda verildiyindən, onun üzərində geniş dayanmayacağıq, Lakin qəbrin 256 
kv.m sahəni  əhatə etməsi, tayfa başçısının mühafizəçiləri ilə birlikdə yüksək 
dəbdəbə ilə basdırılması mövcud olan sosial bərabərsizlik haqqında təsəvvür 
yaradır. 
Qəbilə üzvləri arasında sosial bərabərsizliyin mövcud olduğunu qəbirlərdə 
oturdulmuş vəziyyətdə olan skeletlərə rast gəlinməsi də sübut edir. Oturdulmuş 
vəziyyətdə olan skeletlərə kurqanlarda və daş qutu tipli qəbirlərdə rast 
gəlinmişdir. Bəzi qəbirlər avadanlığının azlığı ilə seçilir. 
Tayfa başçısına aid edilən qəbirlərdən biri Kolanı nekropolundadır. Bu 
qəbir böyüklüyünə görə digərlərindən fərqlənir. Qəbir dağıdıldığından, dəfn 
adətini kifayyət qədər izləmək mümkün olmamışdır.  İkikameralı  qəbirin yan 
daşları üzərində  çəkilmiş mifik şəkillər, onun tayfanın xüsusi adamına aid 
olduğunu göstərir. Qeyd edək ki, rəsmlərlə  bəzənmiş  qəbir kamerası olan 
qəbirlərə indiyədək az rast gəlinəmişdir. 
Gəncəçay vadisindəki 1 və 2 №-li yaşayış yerlərində aparılan tədqiqatlar
cüt nigaha əsaslanan tək ailələrin yaşadığı bir, bəzən isə ikiotaqlı evlərin sayca 
artdığını göstərir. Bu, artıq əvvəlki dövrlər üçün xarakterik olan patriarxal qəbilə 
münasibətləri qalıqlarının tamamilə dağıdıldığını, xüsusi mülkiyyətin inkişaf 
etdiyini göstərir. 
Bu dövrdə Azərbaycanda yaşayan tayfalar arasında birləşmə prosesinin 
getdiyini nəzərə alaraq, söyləmək olar ki, e.ə. II minilliyin sonunda, ola bilsin ki, 
Azərbaycanın böyük bir hissəsini əhatə edən tayfa birliyi olmuşdur. Onun ərazisi 
Xocalı-Gədəbəy mədəniyyətinin yayıldığı əraziyə uyğun olmuşdur. Lakin yazılı 
məlumatlar olmadığından, geniş nəticələr çıxarmaq mümkün deyildir. 
Son Tunc və Erkən Dəmir dövrünə aid abidələrin tədqiqi qədim insanların 
dünyagörüşü və inamları ilə bağlı qiymətli materiallar verilmişdir. Bu dövrə aid 
qəbir abidələri tək və kollektiv dəfnlərlə xarakterizə olunur. İnsanların yanına 
müxtəlif məişət əşyaları, silah qoyulması, ev heyvanlarının, o cümlədən at, dəvə, 


 
229
qoyun s. heyvanların ölən adamla birlikdə  dəfn edilməsi, insanların o biri 
dünyaya inamı ilə bağlı olmuşdur. Ölən adamın atı, ev heyvanları və qulluqçuları 
ilə basdırılması bu inamı ifadə edir. 
Qəbirlərdə vəhşi heyvan sümüklərinə rast gəlinməsi, ehtimal ki, insanların 
məşğuliyyəti ilə bağlı müəyyən inancları  əks etdirir. Belə ki, Sarıdərə 
nekropolunda aparılan qazıntılar zamanı, qəbirlərin içərisində dələ kəlləsinə rast 
gəlinmişdir.  Şübhəsiz ki, vəhşi heyvan sümüklərinin qəbirlərdən tapılması, 
onların ritual xarakter daşıdığını göstərir. 
Xocalı-Gədəbəy mədəniyyətinin qəbir abidələrini araşdıran tədqiqatçılar 
bəzi qəbirlərdə skeletlərin parçalanmış vəziyyətdə dəfn edildiyini qeyd etmişlər. 
Onların bu fikrə  gəlməsinə  səbəb alt çənənin kəllədən ayrılması, kəllənin ayrı 
dəfn edilməsi, skeletlərin müəyyən sümüklərinin çatışmamasıdır. Qeyd edək ki, 
qəbirlərə sümüklərin qarışması, kollektiv dəfn adətləri ilə bağlı ola bilər. 
Arxeoloji abidələrin tədqiqi göstərir ki, kollektiv dəfnlər zamanı, əvvəlki dəfnlər 
qəbirin bir tərəfinə sıxışdırıldığından sümüklər bir-birinə qarışmışdır. Ola bilsin 
ki, skeletin kəlləsinə müəyyən hörmət edildiyindən, onlar qarışıq sümüklərin 
üzərində, bir-birinin yanına yığılmışdır. Belə bir faktı gözdən qaçırmaq olmaz ki, 
bu abidələrin böyük bir qismi qeyri-professional arxeoloqlar tərəfindən 
qazılmışdır. 
Abidələrin tədqiqi, bu dövrdə ölüyandırma adətinin də mövcud olduğunu 
göstərir. Qəbirlərin bəzisində ölülərin külü açıq, bəzi hallarda isə urnalarda dəfn 
edilmişdir. 
Gəncəçay rayonunun bir qrup abidəsində  ağac konstruksiyaların 
mövcudluğu ehtimal ki, Orta Tunc dövrü ənənələrinin qalığıdır. Bu həm də 
praktiki məqsədlərlə  də bağlı ola bilər. Belə ki, Borsunlu kurqanındakı  nəhəng 
qəbrin üzəri yalnız ağac tirlərlə qapadıla bilərdi Onların bir neçə cərgə düzülmüsi 
isə dayanıqlıq və çürümənin qarşısını almaq məqsədi daşımışdır. Ağac 
konstruksiyalı  qəbirlərin  şimaldan gələn tayfalarla bağlı olması haqqında 
М.N.Poqrebovanın fikri əsassızdır. Belə ki, ağac tirlərlə örtülmüş  qəbirlərə 
Cənubi Qafqazda Orta Tunc dövründə də rast gəlinmişdir. 
Kolanı nekropolundan aşkar olunan, qəbilə  rəhbərinə aid qəbirdəki 
rəsmlər, bu dövrdə yaşayan insanların dini inancları ilə bağlı maraqlı  məlumat 
əldə etməyə imkan verir. Qeyd etdiyimiz kimi, rəsmlər mifoloji xarakterdədir. 
Üzərində  rəsm olan daşlar qəbirdə üz-üzə yerləşdirilmişdir. Rəsmlərin hər ikisi 
qazıma texnikası ilə çəkilmişdir. Rəsmlərdən biri, hündürlüyü 103 sm, eni 82 sm 
olan daş lövhə üzərindədir. Burada atın üzərində sxematik insan fiquru təsvir 
edilmişdir. Kareliyadan Sibirədək geniş bir ərazidə yayılmış qayaüstü təsvirlərlə 
aparılan qarşılaşdırmalar burada Günəş Tanrısının təsvir edildiyini deməyə 
imkan verir. Fantastik və mifoloji rəsmlər içərisində özünə  bənzərlər tapmayan 
ikinci rəsm, qoruyucu ruh kimi izah edilmişdir. Fikrimizcə, bu rəsmlər dəfn 
edilən şəxsin o biri dünyadakı yaşayışının təminatçısı və qoruyucusu olmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə