Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə50/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   46   47   48   49   50   51   52   53   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
159
adlandırılan  ərazinin xristian abidələrinin oxşarlığından istifadə 
edən bir çox erməni «tarixçiləri» (uzun müddət Sovetlər 
dövründəki xristian tərəfkeşliyindən istifadə edərək) bütün Al-
ban xristian abidələrini «erməni abidələri» kimi qələmə verməyə 
çalışmış, hətta, guya qədim mənbələrdən istifadə edərək, Kür və 
Araz çayları arasındakı  ərazilərə aid «özəlləşdirmə» 
konsepsiyası yaratmış və bu ərazilərin «əzəli erməni torpaqları» 
olduğunu «sübut etməyə» çalışmışlar (təəssüf ki, indi əli qələm 
tutan hər bir erməni təbliğatçısı Qarabağın hər bir qarşına, 
daşına, ağacına o qədər uydurmalar yazıblar ki, onların adlarını 
belə burada sadalamağa lüzum yoxdur). Halbuki ermənilər 
nəinki Kür-Araz ovalığında, hətta Qafqazda belə, heç vaxt  
kompakt  şəkildə  məskun olmamışlar. Ona görə  də onların 
yaratdıqları «tarixi»in uydurma olmasına heç bir şübhə yoxdur. 
Azərbaycanın tarixi torpaqları olan Albaniya ərazisində 
meydana çıxmış  şəhərlər də Azərbaycana və onun yerli 
sakinlərinə  məxsus olmuş, antik dövrdə bütpərəstlik və 
atəşpərəstlik, ilk orta əsrin  əvvəlki yüzilliklərində xristianlıq 
dövrünə uyğun olan memarlıq üslublarında tikililər 
yaradılmışdır (51, s.83; 236, s.164; 297, s.8). 
Bərdə  şəhərinin  ərazisində  və  ətraflarında, o cümlədən 
«Şortəpə» abidəsində müxtəlif vaxtlarda (9; 149; 150; 151; 152; 
242; 322; 324; 325) aparılmış arxeoloji qazıntılar zamanı aşkar 
edilmiş maddi mədəniyyət qalıqları – üzərində həndəsi və nəbati 
təsvirlər olan şirli saxsı qablar, metal və  şüşə  əşyalar, müxtəlif 
materialdan düzəldilmiş qliptik, torevtik məmulat bu cəhətdən 
böyük əhəmiyyətə malikdir (242; 322, s.4-25; 324; 325). Həmin 
materiallar içərisində  bədii tərtibatı ilə diqqəti cəlb edən 
nümunələr vardır. Onlardan biri, üzərində musiqi aləti və çalğıçı 
qadın təsviri olan piyalədir ki, onun antik dövrə aid olduğu bildi-
rilir  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
160
(242,  şək.2). Küp qəbirdən aşkar edilmiş  qızıl, gümüş, mis və 
şüşə  bəzək  əşyaları, həmin  əşyalarla birlikdə tapılmış kiçik 
qadın heykəli də maraqlı nümunələrdir (96). Antik dövr 
təbəqəsindən aşkar edilmiş, qadın sifətinin incə cizgiləri və 
saçının yüksək zövq və ustalıqla həkk olunmuş heykəlcikdən 
bəzək əşyası və bəlkə də dini inam rəmzi kimi istifadə edildiyi 
güman olunur. M.M.Hüseynov hətta, həmin təsviri Nizami 
Gəncəvinin bədii qəhrəmanı olan Bərdə hökmdarına bənzədərək 
«İlahə Nüşabə» adlandırmışdır (96). 
Bundan başqa, Bərdənin qazıntı  təbəqələrindən üzərində 
yazı  və xüsusi işarələr olan daş bütlər aşkar edilmişdir ki, 
onların müxtəlif dövrlərə  və müxtəlif ölçülərə aid olması, 
mənsubiyyəti və  şəhərlilərin ictimai həyatında yeri barədə 
tədqiqatçılar tərəfindən  ətraflı  məlumat verilmişdir (235; 321; 
322). Həmin bütlərin antik və ilk orta əsrlər dövründə daha çox 
yayıldığı da məlumdur (235). 
Bərdənin müxtəlif yerlərində aparılmış qazıntı  işləri 
zamanı xeyli kirkirə (56; 155; 322), su dəyirmanı daşları (155) 
və digər daş alətlər (9; 149; 150; 151) aşkar edilmişdir ki, bu 
nümunələr həmin dövr üçün səciyyəvi ictimai və məişət əşyaları 
olmaqla, tarix üçün maddi mədəniyyət materiallarıdır. 
Bərdədən arxeoloji qazıntılar zamanı  aşkar edilmiş çoxlu 
miqdarda, müxtəlif formalı gil və metal çıraqlar içərisində yu-
mru gövdəli, üzəri naxışlı, üç ayaqlı gil şamdanlar böyük maraq 
doğurur (234). 
Bundan 
əlavə, həmin qazıntı sahəsinin bütün 
təbəqələrindən müxtəlif ölçülü təndirlər, ocaqlar və digər məişət 
qurğuları aşkar edilmişdir (9; 149; 150; 151; 152; 154; 322). 
Arxeoloji qazıntı  işləri ilə  əlaqədar olaraq, aşkar edilmiş 
qəbir abidələrinin tədqiqi göstərir ki, Bərdədə müxtəlif formalı 
dəfn adətləri də mövcud olmuşdur. Bunu  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
161
Bərdə ərazisində tapılmış küp (35; 96; 242; 325), daş qutu (144; 
234) və torpaq qəbirlər sübut edir (9; 149, s.8). 
Beləliklə, Bərdədən aşkar edilmiş hər bir arxeoloji materi-
al, başqa sözlə maddi mədəniyyət nümunəsi olan irili-xırdalı 
bütün  əşyalar – tikinti materialları, məişət  əşyaları, süfrə qab-
qacaqları, bəzək əşyaları hər biri həm özünün istehsal olunması 
baxımından, həm də onların üzərindəki müxtəlif qliptik, teoref-
tik təsvirlərin, naxışların həkk olunması baxımından bərdəlilərin 
həyatında özünə yer tutan qədim mədəniyyətin xarakterik 
cəhətləri, səviyyəsi, inkişaf xüsusiyyətlərinin təcəssümüdür. 
VIII  əsrdən etibarən orta əsrlərə aid olan xristian tipli ti-
kinti üslubunun inkişafı dayanmış,  şəhərin plan quruluşu və 
evlərin xarici görünüşü müsəlman dünyasının yeni şəhərsalma 
üslublarına uyğun olaraq davam etdirilmişdir (215, s. 16). 
Müsəlmanlıq dövrünün, islam dininin tələblərinə uyğun 
olan yeni tipli tikintilərin meydana çıxması əvvəllər formalaşmış 
memarlıq ənənələrinin inkişaf etməsinə maneçilik törətməmişdir 
(3, s.18;  27, s.8; 296, s.62). 
IX  əsrdə  Bərdədə  əzəmətli memarlıq kompleksləri – icti-
mai, dini və yaşayış tikililəri yaradılmış və o, möhtəşəm şəhərə 
çevrilmişdir. Bunu həm yazılı mənbələr, həm də arxeoloji mate-
riallar sübut edir (154; 8; 149; 150; 151; 173; 322). Bərdə 
şəhərində  aparılmış arxeoloji qazıntılar zamanı  aşkar edilmiş 
müxtəlif növlü və formalı  əşyalar orta əsrlər dövrünün maddi 
mədəniyyətini bir daha səciyyələndirir (136; 309; 322). Bərdədə 
aparılmış arxeoloji tədqiqatlar zamanı  aşkar edilmiş bir və 
ikimərtəbəli binanın (322, s.12) və çoxotaqlı bina 
komlekslərinin bünövrələri (322, s.9, 12-13), üzəri naxışlı 
kapitellər (322, s.18-20), daş sütun altlıqları (322, s.18), bişmiş 
kərpiclə döşənmiş küçə (322, s.5), tünglərlə çəkilmiş su təchizatı 
xətti (322, s.5), şirli və  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə